Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

285. Məsihin Evxaristiyada iştirakı nə qədər 
davam edir?
1377
Evxaristiya növlərinin mövcud olduğu qədər.
286. Evxaristiya ayininə hansı münasibət 
olmalıdır?
1378-1381
1418
Evxaristiya ayininə münasibət ibadət münasibəti 
olmalıdır  və bu, yalnız Allaha aid olunur – həm 
Evxaristiya zamanı, həm də ondan kənar bir vaxtda. 
Kilsə təqdim olunmuş ənamları səylə qoruyaraq onları 
xəstələrə və zahiri səbəblərə görə müqəddəs Messada 
iştirak edə bilməyənlərə gətirir; Məsihə iman edənlərə 
təntənəli ibadət üçün təqdim edir; mərasim zamanı 
daşıyır və tez-tez bəxşişxanadakı müqəddəs 
təqdimatlara ibadət etmək üçün dəvət edir.
287. Nə üçün Evxaristiya Pasxa ziyafətidir?
1382-1384
1391-1396
Evxaristiya – Pasxa ziyafətidir, çünki Məsih Öz Pasxasını 
sirli yolla qeyd edərək, bizə Öz Bədənini və Öz Qanını 
yemək və içməkdə təqdim edərək verir və Öz 
Qurbanında bizi Özü ilə və bir-birimizlə birləşdirir.
288. Mehrab (qurbangah) nədir?
1383
1410
Mehrab (qurbangah) – təqdim olunan Qurban (Çarmıx 
qurban təqdimatının mehrabı) və bizə verilən səmavi 
qida kimi iştirak edən Məsihin simvoludur. 
130


289. Kilsə nə zaman müqəddəs Messada iştirak 
etməyi tələb edir?
1389
1417
Kilsə iman edənlərdən hər Rəbbin günü (bazar günü)  və 
təyin olunmuş bayramlarda müqəddəs Messada iştirak 
etməyi tələb edir və həmçinin digər günlərdə də onda 
iştirak etməyi məsləhət görür.
290. Müqəddəs Birləşməni  nə vaxt qəbul  etmək 
olar?
1389
Kilsə Məsihə iman edənlərə, onlar Müqəddəs Messada 
iştirak edirlərsə və lütf vəziyyətindədirlərsə  Müqəddəs 
Birləşməni qəbul etməyi məsləhət görür və ən azı ildə bir
dəfə Pasxa zamanı Birləşməni qəbul etməyi tələb edir.
291. Birləşməni  almaq üçün nə gərəkdir?
1385-1389
1415
Birləşməni qəbul etmək üçün Katolik Kilsəsinə üzv və lütf
vəziyyətində olmaq gərəkdir, yəni vicdanda ölümə 
aparan günah olmamalıdır. Ağır günahı barədə bilən şəxs
Birləşmədən əvvəl Tövbə ayinində iştirak edərək 
günahların bağışlanmasını qəbul etməlidir. Həmçinin 
Məsihə ehtiramı göstərən ruhani diqqət, dua, Kilsənin 
müəyyən etdiyi orucu saxlamaq və zahiri davranış da 
(geyim, jestlər) vacibdir.
292. Birləşmənin səmərələri nədir?
1391-1397
1416
Birləşmə  bizim Məsihlə və Onun Kilsəsi ilə birliyimizi 
möhkəmləndirir, Vəftiz və Miro yağı ilə məshetməzamanı
131


alınan lütf həyatımızı qoruyur və yeniləşdirir, insanlara 
məhəbbətdə bizə böyümək imkanını verir. Mərhəmətdə 
bizi möhkəmlədərək yüngül günahları bağışlayır və 
gələcəkdə ölümə aparan günahları etməkdən qoruyur.
293. Digər konfessiyalara məxsus olan məsihçilərə
Birləşməni  nə vaxt vermək olar?
1398-1401
Katolik din xadimləri qanuni olaraq Birləşməni  Katolik 
Kilsəsi ilə tam ünsiyyətdə olmayan, lakin öz iradələri ilə 
bunu xahiş edən və düzgün münasibətdə olan Şərq 
Kilsələrinin üzvlərinə verirlər.
Digər Kilsə icmalarının üzvlərinə gəldikdə isə katolik din 
xadimləri qanuni olaraq Birləşməni onların üzvlərinə o 
halda verirlər ki, ciddi ehtiyac yaranır və öz iradələri ilə 
bunu xahiş edirlər və düzgün münasibət bəsləyir və bu 
ayinə qarşı katolik imanını göstərirlər.
294. Nə üçün Evxaristiya «gələcək izzətin 
təminatı» adlanır?
1402-1405
Çünki Evxaristiya bizi bütün səmavi lütflə və hər cür 
xeyir-dua ilə doldurur, bizi həyatda möhkəmlədir və bizə 
əbədi həyat arzusunu verir, burada ikən bizi Atanın sağ 
tərəfində oturan Məsihlə, Səmavi Kilsə, Məryəm Ana ilə  
və bütün müqəddəslərlə birləşdirir.
Evxaristiyada biz «bir çörəyi – ölümsüzlük dərmanını və 
ölümə qarşı padzəhri bölürük ki, əbədi olaraq İsa 
Məsihdə yaşaya bilək» (müq. İqnatius Antioxiyalı).
İkinci fəsil
ŞƏFA SİRLƏRİ
132


295. Nə üçün Məsih Tövbə və Xəstələrin 
 
 məsh 
edilməsi
 
  sirlərini təyin etdi?
1420-1421
1426
Canın və bədənin Təbbabı olan Məsih bunları təyin etdi 
ki, biz günaha görə məsihçi həsretmə mərasimləri 
zamanı Onun tərəfindən bizə verilən yeni həyatı 
itirməyək. Məhz buna görə Məsihə məqbul idi ki, bu iki 
ayin vasitəsilə Kilsə Onun şəfavermə və xilas işini davam
etsin.
Tövbə və Barışma sirri
296. Bu ayinin adı nədir?
1422-1424
Bu ayinin adı Tövbə, Barışma, Bağışlama, Etiraf, Allaha 
tərəf Dönmədir.
297. Nə üçün vəftizdən sonra Barışma ayini də 
gərəkdir?
1425-1426
1484
Çünki Vəftiz zamanı qəbul olunmuş lütfdə yeni həyat 
insan təbiətinin zəifliyini və günaha meylini (ehtirasını) 
istisna etmir, Məsih bu ayini günaha görə Ondan 
uzaqlaşmış vəftiz olunan şəxslərin geri dönmələri üçün 
təyin etdi.
298. Bu ayin nə vaxt təyin olunmuşdur?
1485
Dirilmiş Rəbb bu ayini Pasxa günü axşam təyin etdi, o 
vaxt Öz həvarilərinə göründü və dedi: «Müqəddəs Ruhu 
alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin 
günahlarını bağışlamasanız, bağışlanmamış qalır» (Yəh 
20:22-23).
299. Vəftiz olunanların tövbəyə ehtiyacları varmı?
133


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə