Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

1427-1429
Vəftiz olunanların həyatında Məsihin Allaha tərəf 
dönməyə və tövbəyə çağırışı səslənməkdə davam edir. 
Allaha tərəf dönmək – bütün Kilsəyə verilən tapşırıqdır. 
Kilsə müqəddəsdir, lakin öz çərçivəsinə günahkarları 
daxil edir.
300. Daxili tövbə nədir?
1430-1433
1490
İlahi lütf tərəfindən təhrik olunan «sınıq ürəyin» Allahın 
mərhəmətli məhəbbətinə cavab hərəkəti (Zəb 51:19). 
Daxili tövbə edilən günahlara görə peşmançılıq və nifrət 
deməkdir, gələcəkdə daha günah etməməyin möhkəm 
qərarı və Allahın köməyinə ümid bəsləmək deməkdir. 
Daxili tövbə Allahın mərhəmətinə ümidlə qidalanır.
301. Məsihçi həyatının hansı formalarında tövbə 
özünü göstərir?
1434-1439
Tövbə müxtəlif formalarda özünü göstərir, ən əvvəl də 
oruc, dua və ianədə. Tövbənin bu və digər formalarını 
məsihçi öz gündəlik həyatında icra edə bilər, xüsusilə də 
Böyük Oruc vaxtı, cümə günü və tövbə günündə.
302. Hansı ünsürlər barışma ayininin mahiyyətini 
göstərir?
1440-1449
Bunlar iki ünsürdür: Müqəddəs Ruhun təsiri ilə dönən 
insanın əməlləri və Məsihin Adı ilə keşiş  tərəfindən 
günahların bağışlanmasıdır. Günahlar yalnız Allah 
tərəfindən bağışlanır. Keşiş bu ayində vasitəçi kimi iştirak
edir və günahlara görə əvəzvermə metodunu müəyyən 
edir (epitimiya).
134


303. Tövbə edən adam nə etməlidir?
1450-1460
1487-1492
Vicdanını diqqətlə yoxlamalıdır; qəm yaxud tövbə (Allaha
məhəbbətdən gəlirsə, bu, kamil tövbədir, digər 
niyyətlərdən gəlirsə, bu, qeyri-kamil tövbədir) daha 
günah etməmək qərarını göstərir; etiraf – keşişin 
qarşısında günahların etirafından ibarətdir; ödəmə yaxud
keşişin tövbə edən şəxsin üzərinə qoyduğu günahın 
nəticəsində verilmiş ziyanın əvəzində müəyyən tövbə 
işlərinin yerinə yetirilməsi (epitimiya). 
304. Hansı günahları etiraf etmək gərəkdir?
1456
Vicdanı diqqətlə yoxlayandan sonra yadımıza düşən 
bütün etiraf edilməmiş ağır günahları etiraf etmək 
gərəkdir. Ağır günahları etiraf – bağışlamanı əldə 
etmənin yeganə ordinar (adi) yoludur.
305. Ağır günahları etiraf etmək nə zaman 
vacibdir?
1457
Yetkin yaşa çatmış hər bir imanlı heç olmazsa ildə bir 
dəfə ağır günahları etiraf etməlidir. Həmçinin Birləşməni 
qəbul etməzdən əvvəl ağır günahlar etiraf olunmalıdır.
306. Nə üçün gündəlik günahlar etiraf oluna bilər?
1458
Adi günahların etirafı ciddi olaraq mütləq deyil, lakin 
Kilsə tərəfindən məsləhət görülür, çünki bizə düzgün 
vicdan tərbiyə etməyə və pis meyllərlə mübarizə 
aparmağa kömək edir. Məsihə bizə şəfa vermə imkanını 
yaradır və bizə Ruhun həyatında inkişaf etməyə imkan 
verir.
135


307. Bu ayinin xidmətçisi kimdir?
1461-1466
1495 
Məsih barışdırma xidmətini Öz həvarilərinə, onların işini 
davam etdirən yepiskop və keşişlərə etibar etdi və onlar 
Allahın mərhəmət və ədalətinin alətlərinə çevrilirlər. 
Onlar Ata, Oğul və Müqəddəs Ruh naminə günahları 
bağışlama səlahiyyətini həyata keçirirlər.
308. Bəzi günahları bağışlama səlahiyyəti kimə 
verilib?
1463
Bəzi günahları, xüsusilə ağır günahları (məsələn, 
Kilsədən kənarlaşdırma ilə cəzalanan günahlar) 
bağışlama səlahiyyəti Müqəddəs Taxta, yerli yepiskop 
yaxud onlardan bu səlahiyyəti alan keşişlərə məxsusdur. 
Ölüm təhlükəsi olanda hər bir keşiş hər bir günahı buraxa
və Kilsədən kənarlaşdırmanı aradan qaldıra bilər.
309. Dini xadim etirafın sirrini saxlamalıdırmı?
1467
Bu xidmətin incəliyini və böyüklüyünü və həmçinin 
adamlara ehtiram göstərmə borcunu nəzərə alaraq, hər 
bir din xadimi ciddi cəza qorxusu altında sirr möhürünü 
qorumalı, yəni etiraf zamanı bildiyi günahı tam sirr 
saxlamalıdır.
310. Bu ayinin səmərəsi nədir?
1468-1470
1496 
Bu ayinin səmərəsi bunlardır: Allahla barışıq və bunun 
nəticəsində günahların bağışlanması; Kilsə ilə barışıq; lütf
vəziyyətinin (itirilmiş olduğu halda) bərpa olunması, 
136


ölümə aparan günah nəticəsində təyin edilmiş əbədi 
cəzadan azadolma və qismən də olsa, günaha görə 
müvəqqəti cəzadan azadolma; vicdanın sülhü və 
sakitliyi, ruhani təsəlli, məsihçi mübarizə üçün ruhani 
qüvvələrin çoxalması.
311. Hansı hallarda bu ayini ümumi etiraf şəklində
keçirmək və kollektiv bağışlama vermək olar?
1480-1484
Son zərurət halında (məsələn, bilavasitə ölüm təhlükəsi 
olanda) Kilsə normalarına ehtiram göstərərək və başqa 
vaxt ağır günahları bağışlama imkanını niyyət edərək 
bütün cəmiyyət üçün barışma ayinini və ümumi etirafı 
keçirmək və ümumi günahları bağışlamaq olar.
312. İndulgensiya nədir?
1471-1479
1498
İndulgensiya – Allah qarşısında təqsiri artıq silinmiş 
günahlara görə müvəqqəti cəzanın götürülməsidir; 
Məsihə iman edənlər  müəyyən şəraitlərdə özləri yaxud 
Məsihin və müqəddəslərin xəzinəsindən satınalınma 
xeyirxahlığını bölüşdürən və paylaşdıran Kilsə xidməti 
vasitəsilə vəfat etmiş şəxslər üçün indulgensiya alırlar.
Xəstələrin yağlanması sirri 
313. Əhdi-Ətiqdə xəstəlik necə anlaşılır?
1499-1502
Əhdi-Ətiq insanı xəstəlikdə təcrübədə öz məhdudluğunu 
dərk edir və eyni zamanda başa düşür ki, xəstəlik sirli 
yolla günahla əlaqədədir. Peyğəmbərlər əvvəlcədən 
söyləyirdilər ki, insanın xəstəliyi öz günahlarına və digər 
şəxslərin günahlarına görə də satınalınma qiymətini də 
daşıya bilər. Beləliklə, insan Allah qarşısında xəstə 
olarkən Ona şəfa barədə yalvarırdı.
137


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə