Katolik Kilsəsinin katexizisi


 İsanın xəstələrə olan mərhəmətinin mənası



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

314. İsanın xəstələrə olan mərhəmətinin mənası 
nədir?
1503-1505 
İsanın xəstələrə mərhəmət etməsi və zəiflərin çoxsaylı 
şəfaları aydın şəkildə göstərir ki, Məsihlə Allah Padşahlığı
yəni günah, əzab və ölüm üzərində qələbə 
yaxınlaşmışdır. Öz əzabları və ölümü ilə Məsih əzaba yeni
məna verdi – indi əzab Onun əzabları ilə birləşdikdə 
özümüz və digər insanlar üçün təmizlənmə və xilas 
alətinə çevrilə bilər.
315. Kilsə xəstələr qarşısında hansı məsuliyyəti 
daşıyır?
1506-1513
1526-1527 
Kilsə Rəbdən xəstələrə şəfa vermə tapşırığını alıb və bu 
tapşırığı xəstələrə xidmət edərək və həmçinin onlara 
duada vəsatətçilik etməklə yerinə yetirməyə çalışır. 
Bundan başqa, xəstələrin xeyri üçün Kilsənin Məsih Özü 
qoyduğu xüsusi ayini var və müqəddəs Yaqub bu barədə 
şəhadət edir: «Aranızda xəstə olan varmı? Qoy imanlılar 
cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin 
adına onu yağla məsh edərək dua etsinlər» (Yaq 5:14).
316. Xəstələrin 
 
 yağlanması
 
  sirrini kim ala bilər?
1514-1515
1528-1529 
Xəstəlik yaxud qocalıq halında ölüm təhlükəsi qarşısında 
olan imanlı bu ayini ala bilər. Həmin şəxs xəstəlik 
gücləndikdə yaxud yeni xəstəlik gəldikdə bir də bu ayini 
ala bilər.
317. Bu ayini kim keçirir?
1516
1530
138


Bu ayini yalnız keşişlər (yepiskoplar yaxud presviterlər) 
keçirirlər.
318. Bu ayin necə həyata keçirilir?
1517-1519
1531
Bu ayinin həyata keçirilməsində əsas olan xəstənin 
alnının və ovuclarının (latın ayini) yaxud bədəninin digər 
hissələrinin (digər ayinlər) mümkündürsə, yepiskop 
tərəfindən təqdis olunmuş zeytun yağı ilə, ətirli yağla 
məsh edilməsidir. Məsh etmə keşişin duası ilə müşayiət 
olunur; keşiş bu ayinə məxsus olan xüsusi lütf diləyir.
319. Bu ayinin səmərələri nədir?
1520-1523
1532 
Bu ayin xüsusi lütf verir və bu lütf xəstəni Məsihin 
Əzabları ilə daha da yaxın bağla birləşdirir. Bunun, 
xəstəyə və bütün Kilsəyə xeyri var, xəstəyə təsəlli, sülh, 
cəsarət və xəstə etiraf edə bilmədisə, hətta günahların 
bağışlanmasını da verir. Bundan başqa, bu ayin Allaha 
məqbuldursa, fiziki sağlamlığın bərpasını verir. Hər halda
yağla məsh etmə xəstəni Atanın Evinə keçməyə 
hazırlaşdırır.
320. Ölən insana verilən xeyir-dua (viatik) nədir?
1524-1525
Yer üzündəki həyatını tərk edən və əbədi həyata keçid 
üçün hazırlaşan adamlar tərəfindən qəbul edilən 
Evxaristiyadır. Bu dünyadan Ataya keçid zamanı qəbul 
edilən ölən və dirilən Məsihin Bədəni və Qanı əbədi 
həyatın toxumu və dirilmənin gücüdür.
Üçüncü fəsil
139


XİDMƏT SİRLƏRİ
321. Xidmət  sirləri hansılardır?
1533-1535
Xidmət sirrləri: Keşişlik və Nikah, bunlar Kilsədə Allah 
Xalqının təşviqi üçün xüsusi lütf verir. Onlar xüsusi yolla 
Kilsə ünsiyyətinə və başqalarının xilasına kömək göstərir.
Keşişlik sirri 
322. Keşişlik sirri nədir?
1536
Məsihin Həvarilərə tapşırdığı missiya bu ayin vasitəsilə 
Kilsədə həyata keçirilməkdə davam edir.
323. Nə üçün bu ayin latınca «ordinatio» adlanır?
1537-1538
Ordinatio - əlqoyulma və həsretmə deməkdir. Müqəddəs 
Ruhun xüsusi ənamı ilə Məsihin adı və səlahiyyəti 
vasitəsilə Allah Xalqına xidmət etmək üçün «müqəddəs 
səlahiyyəti» (sacra potestas) həyata keçirməyə imkan 
verir. 
324. Keşişlik sirri xilas haqqında İlahi plana necə 
daxil edilib?
1539-1546
1590-1591 
Əhdi-Ətiqdə bu ayinin rəmzi xadimlər olub – levililər, 
Harunun kahinləri və yetmiş nəfər ağsaqqaldan ibarət 
olan cəmiyyət (Say 11:25). Bu rəmzlər Məsih İsada tam 
icra olunur. Məsih Özünü Çarmıxda Qurban verməklə 
«Allahla insanlar arasında bir Vasitəçi» (bax 1Tim 2:5), 
«Melkisedeq vəzifəli Baş Kahin» (bax İbr 5:10) oldu. 
140


Məsihin vahid kahinliyi xidmət edən keşişlərdə 
mövcuddur.
«Məsih yeganə həqiqi Kahindir, başqa keşişlər isə Onun 
xidmətçiləridir» (müq. Toma Akvinalı).
325. Keşişlik sirrinin neçə dərəcəsi var?
1554
1593
Kilsə strukturunda Keşişlik sirrinin üç əvəzedilməz 
dərəcəsi var: yepiskopluq, presviterlik (keşişlik), 
dyakonluq.
326. Yepiskopluğa əlqoyulmanın səmərəsi nədir?
1557-1558
Yepiskop əlqoyulma (xirotoniya) Keşişlik ayininin 
tamlığını göstərir, yepiskopu həvarilərin qanuni varisi 
edir, Yepiskoplar Heyətinə daxil edir, buna görə yepiskop 
Papa və digər yepiskoplarla bütün Kilsələrin qeydinə 
qalır. Xirotoniya, həmçinin öyrətmə, təqdis etmə və 
idarəetmə missiyasını da verir.
327. Yerli Kilsədə yepiskopa hansı missiya verilir?
1560-1561
Öhdəsinə yerli Kilsə tapşırılmış yepiskop görünən 
başlanğıcdır və bu Kilsənin birliyinin təməlidir, bu Kilsədə
Məsihin vikarisi kimi presviter və dyakonların köməyi ilə 
rəhbərlik missiyasını yerinə yetirir.
328. Presviter rütbəsinə əlqoyulmanın səmərəsi 
nədir? 
1562-1567
1595 
Müqəddəs Ruhun məshi presviteri ruhani və pozulmaz 
möhürlə (xasiyyətlə) möhürləyir və onu Kahin olan 
Məsihə bənzər, Baş olan Məsihin simasında hərəkət 
141


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə