Aqnostisizmi – o öyrədir ki, Allah haqqında heç bir şey
bilmək olmaz və buna görə də laqeydlikdə və təcrübi
ateizmdə ifadə olunur.
446. “Özün üçün heç bir oyma büt, heç bir şeyin
surətini düzəltmə” (Çıx 20:3) Allah Əmri ikonalara
ehtiramla yanaşmanı qadağan edirmi?
2129-2132
2141
Əhdi-Ətiqdə bu Əmr mütləq dərəcədə transsendent olan
Allahın şəklini çəkməyi qadağan edirdi. Lakin Allah
Oğlunun bədəndə gəldiyi andan sonra məsihçilərin
ikonalara ehtiramı bəraət qazanır (787-ci ildə keçirilmiş
İkinci Nikeya Məclisi bunu təsdiqləyir), çünki Allah
Oğlunun sirrinə əsaslanır. Oğulda transsendental Allah
gözə görünən oldu. Burada söhbət surətə ibadətdən
deyil, onda təsvir olunan Məsihə, Bakirə Məryəmə,
mələklərə və müqəddəslərə ehtiramdan gedir.
İKİNCİ ƏMR:
“ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ DİLİNƏ GƏTİRMƏ”
447. Allahın adı necə müqəddəs tutulur?
2142-2149
2160-2162
Rəbbin müqəddəs adı çağırılaraq, tərif edilərək və
izzətləndirilərək müqəddəs tutula bilər. Buna görə Onun
adından sui-istifadə etməkdən – ağır günah olan Allaha
küfrdən, lənətdən və Allah adı ilə verilən vədlərin
pozulmasından yan keçmək gərəkdir.
448. Yalan and nə üçün qadağandır?
2150-2151
2163-2164
193
Çünki bu andda Həqiqət olan Allah yalana şahid kimi
çağırılır.
«Həqiqət deyilsə, zəruri deyilsə, ehtiram göstərmədən
nə Yaradan Allaha, nə də məxluqlara and içmə» (müq.
İqnati Loyola).
449. Andı pozma nədir?
2152-2155
Bu, vədlərinə həmişə sadiq olan Allaha qarşı ağır
günahdır.
ÜÇÜNCÜ ƏMR:
“BAYRAM GÜNLƏRİNİ TƏQDİS ETMƏK BORCUNU YADDA
SAXLA”
450. Nə üçün Allah “Rəbb Şabbat gününə bərəkət
verib onu müqəddəs saydı” (Çıx 20:11)?
2168-2172
2189
Çünki şənbə günü Allahın yeddinci günündə yaradılışın
istirahət etməsi, İsrailin Misir köləliyindən azad olmasını
və Allahın xalqı ilə bağladığı Əhdi xatırladır.
451. İsa şənbəyə hansı münasibət bəsləyir?
2173
İsa şənbə gününün müqəddəsliyini tanıyır və ilahi
səlahiyyətlə onun həqiqi şərhini verir: “İnsan Şabbat
günü üçün deyil, Şabbat günü insan üçün yaradılıb”
(Mark 2:27).
452. Nə üçün məsihçilərdə bazar günü (Rəbbin
günü) şənbəni əvəz etdi?
2174-2176
2190-2191
Çünki bazar günü – Məsihin dirilmə günüdür. Şənbədən
sonra «həftənin ilk günü» (Mark 16:2) olduğuna görə ilkin
yaradılışı xatırladır; şənbə günündən sonra gələn
«səkkizinci gün» isə Məsihin dirilməsi ilə başlayan yeni
194
məxluq mənasını daşıyır. Buna görə məsihçilər üçün
bazar günü bütün günlərdən üstün olan gün, ən böyük
bayram günü oldu: Rəbbin günü, bu gündə Rəbb Öz
Pasxası ilə yəhudi şənbəsinin ruhani həqiqətini yerinə
yetirir və insanın Allahda əbədi istirahətini elan edir.
453. Rəbbin günü necə təqdis olunur?
2177-2185
2192-2193
Məsihçilər Rəbbin Evxaristiyasında iştirak edərək Rəbbin
gününü və digər təyin olunmuş bayramları təqdis edirlər,
həmçinin Allaha lazımi ehtiram göstərməyə, bədənin və
ruhun zəruri olan istirahətinə mane olan işləri görmürlər.
Ailə məsuliyyətlərini yerinə yetirməyə və bazar gününün,
ailə həyatının və sağlamlığın təqdis olunmasına maneə
törədən vərdişlərlə nəticələnmirsə, cəmiyyətə böyük
xeyir gətirən xidməti yerinə yetirməyə icazə var.
454. Nə üçün qanunvericilikdə Rəbbin gününü
istirahət günü kimi tanımaq vacibdir?
2186-2188
2194-2195
Ona görə ki, hamı dini, ailə, mədəni və ictimai həyatın
qeydinə qalmağı mümkün edən istirahətdən və
azuqədən real şəkildə ləzzət ala bilsin; düşünmək,
sakitlik, kitab oxumaq üçün hamının vaxtı olsun, özlərini
ilk növbədə xəstə və yaşlı adamlar üçün edilən
xeyirxahlıq işlərinə həsr edə bilsinlər.
İkinci fəsil
«QONŞUNU ÖZÜN KİMİ SEV»
195
DÖRDÜNCÜ ƏMR:
«ATA-ANANA HÖRMƏT ET»
455. Dördüncü əmr nə söyləyir?
2196-2200
2247-2248
Valideynlərə və Allahın bizim xeyrimiz üçün səlahiyyət
verdiyi şəxslərə hörmət etməyi söyləyir.
456. Allahın iradəsində ailənin təbiəti nədir?
2201-2205
2249
Nikahla bağlı olan kişi və qadın uşaqları ilə birlikdə ailə
təşkil edirlər. Allah ailəni təşkil etdi və ona əsas struktur
verdi. Nikah və ailə ər-arvadın xeyrinə, nəslin davamına
və uşaqların tərbiyəsinə xidmət edir. Bir ailə üzvləri
arasında şəxsi münasibətlər və ilkin məsuliyyət yaranır.
Məsihdə ailə iman, ümid və məhəbbət cəmiyyəti
olduğuna görə ev Kilsəsinə çevrilir.
457. Ailə cəmiyyətdə hansı yeri tutur?
2207-2208
Ailə - insani cəmiyyətin ilkin özəyidir, ictimai səlahiyyəti
hərtərəfli cəhətdən tanınır. Ailə prinsipləri və dəyərləri
ictimai həyatın təməlidir. Ailə həyatı cəmiyyətdəki
həyata girişdir.
458. Ailə qarşısında cəmiyyətin məsuliyyətləri
hansılardır?
2209-2213
2250
Cəmiyyət ailə və nikahı dəstəkləməli və
möhkəmlətməlidir, eyni zamanda köməkçilik prinsipinə
hörmət etməlidir. Vətəndaş hökuməti nikah və ailənin
196
həqiqi təbiətini, ictimai mənəviyyatı, valideynlərin
hüquqlarını, evin rifahını qorumalıdır və onlara dəstək
verməlidir.
459. Valideynlər qarşısında uşaqların məsuliyyəti
nədir?
2214-2220
2251
Valideynlər qarşısında uşaqların məsuliyyəti hörmət
göstərmək, tabe olmaq, sözə baxmaqdır. Bacı-qardaş
bir-biri ilə mehriban olmalı, bütün ailə həyatının
harmoniya və müqəddəsliyinin böyüməsinə kömək
göstərməlidirlər.
460. Valideynlərin uşaqlar qarşısında məsuliyyəti
nədir?
2221-2231
İlahi valideynliyin iştirakçıları olan valideynlər uşaqların
tərbiyəsinə görə ilk növbədə məsuliyyət daşıyır və ilk
olaraq onlara imanı xəbər verirlər. Valideynlərin borcu –
uşaqları şəxsiyyət kimi, Allah övladı kimi sevmək və
onlara hörmət etməkdir, onların ruhani və fiziki
ehtiyaclarının ödənməsinin qeydinə qalmalı, onlara
müvafiq məktəb seçməli, peşəni və həyat tərzini
seçməkdə onlara məsləhətlə kömək etməlidirlər.
Valideynlərin xüsusi məsuliyyəti övladlarını məsihçi
imanında böyütməkdir.
461. Valideynlər uşaqlarını məsihçi imanında necə
tərbiyə edirlər?
2252-2253
İlk növbədə nümunə olaraq, dua, ailə katexizasiyası və
Kilsə həyatında iştirak etməklə.
462. Ailə bağları mütləq rifahdırmı?
2232-2233
197
Dostları ilə paylaş: |