73
Əməliyyat mühiti - Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bazar mühitləri inkişaf etmiş
ölkələrlə müqayisədə müxtəlif risklərə, o cümlədən iqtisadi, siyasi və sosial, habelə, hüquqi və
qanunvericilik ilə bağlı risklərə daha çox məruz qalır. Keçmiş təcrübəyə əsasən faktiki, yaxud
düşünülmüş maliyyə problemləri və ya inkişaf edən ölkələrin iqtisadiyyatlarına investisiya qoyuluşu
ilə bağlı düşünülmüş risklərin artması Azərbaycanın investisiya mühitinə və bütövlüklə Azərbaycan
iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Azərbaycanda biznes fəaliyyətinə təsir edən qanun və qaydalar sürətlə dəyişməkdə davam edir.
Azərbaycan ərazisində vergi, valyuta və gömrük qanunvericilikləri müxtəlif formada təsvir olunur;
hüquq və maliyyə xarakterli digər maneələr isə, Azərbaycanda hazırda fəaliyyət göstərən
müəssisələr üçün əlavə çətinliklər yaradır. Azərbaycanın gələcək iqtisadi kursu dövlət tərəfindən
qəbul edilən iqtisadi, fiskal və monetar siyasət yönümlü tədbirlərdən, habelə, hüquq, hüquqi
tənzimləmə və siyasi mühitdəki inkişafdan çox asılıdır.
Qlobal maliyyə sistemindəki dərin böhran öz mövcudluğunu müəyyən dərəcədə davam etdirir və
dünyanın bir sıra ölkə iqtisadiyyatları əvvəlki illərə nisbətən daha az və ya heç bir artım müşahidə
etməmişlər. Bundan əlavə Avrozonadakı bəzi ölkələrin krediti ödəmə qabiliyyəti və həmin ölkələrin
süveren borcları ilə müəyyən dərəcədə əlaqəli olan maliyyə institutları ilə bağlı qeyri-müəyyənliklər
artmaqda davam edir. Qeyd olunan bu amilllər ölkə iqtisadiyyatının inkişafını ləngidə və ya tənəzzülə
uğrada, Qrupun kapital vəsaitlərinə çıxış imkanlarına və kapital dəyərinə, ümumilikdə isə, onun
biznes fəaliyyəti, əməliyyat nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir
göstərə bilərdi.
Azərbaycan neft və qaz məhsullarının iri istehsalçısı və ixracatçısı olduğuna görə, ölkə iqtisadiyyatı,
xüsusi olaraq, 2012 və 2011-cu illərdə dünya bazarlarında əhəmiyyətli dərəcədə dəyişkən olmuş neft
və qaz qiymətlərinə qarşı həssasdır.
Maliyyə şərtlərinə riayət olunma. Bank borc aldığı vəsaitlərlə bağlı bəzi maliyyə şərtlərini yerinə
yetirmək məcburiyyətindədir. Bu şərtlərə müəyyən olunmuş əmsallara, özəl kapital öhdəliklərinə və
maliyyə fəaliyyəti ilə bağlı bir sıra başqa əmsallara əməl edilməsi daxildir. Bank 31 dekabr 2012-ci il
tarixinə bu maliyyə şərtlərinin heç birini pozmamışdır.
Bank və Qrup 31 dekabr 2012-ci il və 31 dekabr 2011-ci il tarixlərinə Bazel İ və ARMB-nın bütün
kapital tələblərini yerinə yetirmişdir. (31 dekabr 2011: 1-ci dərəcəli kapital əmsalı: 4.95% və cəmi
kapital əmsalı: 7.60%. 31 dekabr 2011-ci il tarixində Qrup bu maliyyə şərtlərinə əməl etməmişdir).
31 dekabr 2012 və 31 dekabr 2011 tarixlərində Bank bəzi qanunla müəyyən edilmiş əmsallara əməl
etməmişdir. Bunun nəticəsi olaraq Bank ARMB-a bu uyğunsuzluqların aradan qaldirilması ilə
əlaqədar olan plan təqdim etmişdir. Təqdim edilmiş plan yaranmış uyğunsuzluqların 31 dekabr 2015-
ci il tarixinədək aradan qaldırılması və Bankın ARMB tərəfindən tələb edilən bütün maliyyə şərtlərinə
əməl etməsi üçün lazım olan addımları özündə əks etdirir.
Kreditlərlə bağlı öhdəliklər. Bu alətlərin əsas məqsədi tələb olunduğu halda müştərilərə vəsaitlərin
ayrılmasını təmin etməkdən ibarətdir. Müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə
bilmədiyi halda Qrupun ödənişləri edəcəyinə dair ləğvedilməz təminat qismində çıxış edən
zəmanətlər və ehtiyat akkreditivləri kreditlərin nəzərdə tutduğu eyni kredit riskini daşıyır. Qrupun
müştəri adından yazılı öhdəliyi xarakterini daşıyan və üçüncü tərəfə Qrupa qarşı xüsusi şərt və
müddəalar əsasında müəyyən edilmiş məbləğdə barat vekselini təqdim etmək hüququnu verən
sənədli və kommersiya akkreditivləri aid olduqları mal daşımaları və ya pul depozitləri müqabilində
girov götürülür və buna görə də birbaşa borcalma halı ilə müqayisədə daha az risk daşıyır.
Kreditlərin ayrılması ilə bağlı öhdəliklər belə vəsaitlərin kredit, zəmanət yaxud da akkreditiv
formasında təqdim olunması üzrə təsdiq edilmiş ayırmaların istifadə olunmamış hissələrindən
ibarətdir. Kreditlərin ayrılması ilə bağlı öhdəliklər üzrə kredit riskinə gəldikdə isə, Qrup cəmi istifadə
edilməmiş öhdəlik məbləğlərinə bərabər olan potensial itkilər riski ilə üzləşir. Lakin, itki məbləğinin
cəmi istifadə edilməmiş öhdəlik məbləğindən az olacağı ehtimal edilir, ona görə ki , kreditin ayrılması
ilə bağlı öhdəliklərin əksəriyyəti müştəri tərəfindən xüsusi kredit standartlarına davamlı cavab verə
bilməsi halından asılı olaraq şərti götürülür. Daha uzunmüddətli öhdəliklər qısa-müddətli öhdəliklərlə
müqayisədə daha yüksək kredit riski dərəcəsini daşıdığından, Qrup kredit ilə bağlı öhdəliklərin yerinə
yetirilməsi müddətlərini nəzarətdə saxlayır. Kredit ilə bağlı yerinə yetirilməmiş öhdəliklər aşağıdakı
kimi olmuşdur:
74
31 dekabr
2012-ci il
31 dekabr
2011-ci il
Verilmiş zəmanətlər
743,453
770,675
İdxal akkreditivləri
32,783
843,102
Kreditin ayrılması üzrə öhdəliklər və istifadə edilməmiş kredit xətləri
172,383
97,725
Cəmi kreditlərlə bağlı öhdəliklər
1,248,619
1,428,040
İstifadə edilməmiş kredit xətləri, akkredetivlər və zəmanətlərin müqavilə üzrə ayrılmamış
məbləğlərinin cəmi mütləq olaraq gələcək nağd ödəniş tələblərini nəzərdə tutmur, ona görə ki, bu
maliyyə alətlərinin müddəti vəsait ayrılmadan bitmiş ola, yaxud da xətm edilə bilər. Kredit ilə bağlı
öhdəliklər aşağıdakı valyutalarla ifadə edilir:
31 dekabr
2012-ci il
31 dekabr
2011-ci il
Azərbaycan manatı
178,862
144,541
ABŞ dollar
694,783
843,102
Avro
330,956
397,206
Digər
44,018
43,191
Cəmi
1,248,619
1,428,040
31 dekabr 2012-ci il tarixinə Qrup 305,538 min manat məbləğində, yaxud ümumi idxal əməliyyatları
üzrə akkreditivlərin 91.8% həcmində 20 müəssisəyə (31 dekabr 2011-ci il tarixinə: 531,534 min
manat məbləğində yaxud ümumi idxal əməliyyatları üzrə akkredetivlərin 95.0% həcmində iyirmi
müştəriyə) idxal əməliyyatları üzrə akkreditivlər ayırmışdır. Həmçinin 31 dekabr 2012-ci il tarixinə
Qrup iyirmi müəssisəyə 643,619 min manat məbləğində yaxud, təqdim edilmiş ümumi zəmanətlərin
86.5% həcmində (31 dekabr 2011-cu il tarixinə: iyirmi müəssisəyə 697,005 min manat məbləğində
yaxud ümumi zəmanətlərin 90.4% həcmində) zəmanətlər vermişdir.
31 dekabr 2012-ci il tarixinə 202,620 min manat (31 dekabr 2011-ci il tarixinə: 311,763 min manat)
məbləğində kreditlərlə bağlı öhdəliklərə dondurulmuş müştəri hesabları müqabilində təminat
verilmişdir.14 saylı Qeydə baxın.
Keçid kreditləri - 31 dekabr 2012-ci il tarixinə Qrup Azərbaycan Respublikasındakı dövlət
müəssisələri və dövlət orqanlarına keçid kreditlərinin təqdim olunması məqsədilə Azərbaycan
Respublikası Hökuməti adından müəyyən maliyyə institutları və dövlət təşkilatlarından 744,698 min
manat (31 dekabr 2011-ci il tarixinə: 869,698 min manat) məbləğində borc almışdır. Qrup ilə bu
maliyyə insitutları və dövlət təşkilatları arasında imzalanmış kredit sazişlərinə Dövlətin kreditlərlə
bağlı öhdəlik götürən tərəf qismində çıxış etməsini nəzərdə tutan Azərbaycan Respublikası
Hökumətinin təqdim etdiyi zəmanət məktubları, yaxud da borcalan dövlət təşkilatının müştəri depozit
hesabı müqabilində təminat verilir. Nəticə etibarı ilə, Qrup yığılmış əsas borc ödəmələri və faizləri
maliyyə institutları və dövlət təşkilatlarına köçürməklə Azərbaycan Respublikası Höküməti üçün
borca xidmət edən agent qismində çıxış edir və belə keçid kreditlərə xidmət göstərilməsinə görə
komissiya haqqı gəlirlərini əldə edir.
Qrup faiz marjasını əldə etmədiyinə və bu keçid kreditlərlə əlaqədar hər hansı risk daşımadığına
görə keçid kreditlərini balansdan kənar uçotda qeyd etmişdir. Eyni ilə bu keçid kreditlərin
maliyyələşdirilməsi məqsədilə Qrup tərəfindən müvafiq məbləğlərdə əldə edilmiş vəsaitlər balansdan
kənar hesablarda əksini tapmışdır.
Keçid kreditlərinin verilməsi məqsədilə Qrup tərəfindən borc alınmış vəsaitlər aşağıdakı kimi
olmuşdur:
31 dekabr
2012-ci il
31 dekabr
2011-ci il
ARMB-dan borc alınmış və iki dövlət təşkilatlarına verilmiş vəsaitlər
744,698
869,698
Cəmi keçid kreditlərinin verilməsi məqsədilə borc alınmış və
balansdan kənar hesablara köçürülmüş vəsaitlər
744,698
869,698