Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   31   32   33   34   35   36   37   38   39

 

73 


 

Əməliyyat  mühiti  -  Azərbaycan  kimi  inkişaf  etməkdə  olan  ölkələrin  bazar  mühitləri  inkişaf  etmiş 

ölkələrlə  müqayisədə  müxtəlif  risklərə,  o  cümlədən  iqtisadi,  siyasi  və  sosial,  habelə,  hüquqi  və 

qanunvericilik  ilə  bağlı  risklərə  daha  çox  məruz  qalır.  Keçmiş  təcrübəyə  əsasən  faktiki,  yaxud 

düşünülmüş  maliyyə  problemləri  və  ya  inkişaf  edən  ölkələrin  iqtisadiyyatlarına  investisiya  qoyuluşu 

ilə  bağlı  düşünülmüş  risklərin  artması  Azərbaycanın  investisiya  mühitinə  və  bütövlüklə  Azərbaycan 

iqtisadiyyatına mənfi təsir göstərə bilər. 

 

Azərbaycanda biznes fəaliyyətinə təsir edən qanun və qaydalar sürətlə dəyişməkdə davam edir. 



Azərbaycan ərazisində vergi, valyuta və gömrük qanunvericilikləri müxtəlif formada təsvir olunur; 

hüquq və maliyyə xarakterli digər maneələr isə, Azərbaycanda hazırda fəaliyyət göstərən 

müəssisələr üçün əlavə çətinliklər yaradır. Azərbaycanın gələcək iqtisadi kursu dövlət tərəfindən 

qəbul edilən iqtisadi, fiskal və monetar siyasət yönümlü tədbirlərdən, habelə, hüquq, hüquqi 

tənzimləmə və siyasi mühitdəki inkişafdan çox asılıdır. 

 

Qlobal maliyyə sistemindəki dərin böhran öz mövcudluğunu müəyyən dərəcədə davam etdirir və 



dünyanın bir sıra ölkə iqtisadiyyatları əvvəlki illərə nisbətən daha az və ya heç bir artım müşahidə 

etməmişlər. Bundan əlavə Avrozonadakı bəzi ölkələrin krediti ödəmə qabiliyyəti və həmin ölkələrin 

süveren borcları ilə müəyyən dərəcədə əlaqəli olan maliyyə institutları ilə bağlı qeyri-müəyyənliklər 

artmaqda davam edir. Qeyd olunan bu amilllər ölkə iqtisadiyyatının inkişafını ləngidə və ya tənəzzülə 

uğrada, Qrupun kapital vəsaitlərinə çıxış imkanlarına və kapital dəyərinə, ümumilikdə isə, onun 

biznes fəaliyyəti, əməliyyat nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir 

göstərə bilərdi. 

 

Azərbaycan neft və qaz məhsullarının iri istehsalçısı və ixracatçısı olduğuna görə, ölkə iqtisadiyyatı, 



xüsusi olaraq, 2012 və 2011-cu illərdə dünya bazarlarında əhəmiyyətli dərəcədə dəyişkən olmuş neft 

və qaz qiymətlərinə qarşı həssasdır. 



 

Maliyyə şərtlərinə riayət olunma. Bank borc aldığı vəsaitlərlə bağlı bəzi maliyyə şərtlərini yerinə 

yetirmək məcburiyyətindədir. Bu şərtlərə müəyyən olunmuş əmsallara, özəl kapital öhdəliklərinə və 

maliyyə fəaliyyəti ilə bağlı bir sıra başqa əmsallara əməl edilməsi daxildir. Bank 31 dekabr 2012-ci il 

tarixinə bu maliyyə şərtlərinin heç birini pozmamışdır.  

 

Bank və Qrup 31 dekabr 2012-ci il və 31 dekabr 2011-ci il tarixlərinə Bazel İ və ARMB-nın bütün 



kapital tələblərini yerinə yetirmişdir.  (31 dekabr 2011: 1-ci dərəcəli kapital əmsalı: 4.95% və cəmi 

kapital əmsalı: 7.60%. 31 dekabr 2011-ci il tarixində Qrup bu maliyyə şərtlərinə əməl etməmişdir). 

 

31 dekabr 2012 və 31 dekabr 2011 tarixlərində Bank bəzi qanunla müəyyən edilmiş əmsallara əməl 



etməmişdir. Bunun nəticəsi olaraq Bank ARMB-a bu uyğunsuzluqların aradan qaldirilması ilə 

əlaqədar olan plan təqdim etmişdir. Təqdim edilmiş plan yaranmış uyğunsuzluqların 31 dekabr 2015-

ci il tarixinədək aradan qaldırılması və Bankın ARMB tərəfindən tələb edilən bütün maliyyə şərtlərinə 

əməl etməsi üçün lazım olan addımları özündə əks etdirir. 



 

Kreditlərlə bağlı öhdəliklər. Bu alətlərin əsas məqsədi tələb olunduğu halda müştərilərə vəsaitlərin 

ayrılmasını  təmin  etməkdən  ibarətdir.  Müştəri  üçüncü  tərəflər  qarşısında  öhdəliklərini  yerinə  yetirə 

bilmədiyi  halda  Qrupun  ödənişləri  edəcəyinə  dair  ləğvedilməz  təminat  qismində  çıxış  edən 

zəmanətlər  və  ehtiyat  akkreditivləri  kreditlərin  nəzərdə  tutduğu  eyni  kredit  riskini  daşıyır.  Qrupun 

müştəri  adından  yazılı  öhdəliyi  xarakterini  daşıyan  və  üçüncü  tərəfə  Qrupa  qarşı  xüsusi  şərt  və 

müddəalar  əsasında  müəyyən  edilmiş  məbləğdə  barat  vekselini  təqdim  etmək  hüququnu  verən 

sənədli  və  kommersiya  akkreditivləri  aid  olduqları  mal  daşımaları  və  ya  pul  depozitləri  müqabilində 

girov götürülür və buna görə də birbaşa borcalma halı ilə müqayisədə daha az risk daşıyır. 

 

Kreditlərin  ayrılması  ilə  bağlı  öhdəliklər  belə  vəsaitlərin  kredit,  zəmanət  yaxud  da  akkreditiv 



formasında  təqdim  olunması  üzrə  təsdiq  edilmiş  ayırmaların  istifadə  olunmamış  hissələrindən 

ibarətdir.  Kreditlərin  ayrılması  ilə  bağlı  öhdəliklər  üzrə kredit  riskinə  gəldikdə isə,  Qrup cəmi istifadə 

edilməmiş  öhdəlik  məbləğlərinə  bərabər  olan  potensial  itkilər  riski  ilə  üzləşir.  Lakin,  itki  məbləğinin 

cəmi istifadə edilməmiş öhdəlik məbləğindən az olacağı ehtimal edilir, ona görə ki , kreditin ayrılması 

ilə  bağlı  öhdəliklərin  əksəriyyəti  müştəri  tərəfindən  xüsusi  kredit  standartlarına  davamlı  cavab  verə 

bilməsi halından asılı olaraq şərti götürülür. Daha uzunmüddətli öhdəliklər qısa-müddətli öhdəliklərlə 

müqayisədə daha yüksək kredit riski dərəcəsini daşıdığından, Qrup kredit ilə bağlı öhdəliklərin yerinə 

yetirilməsi  müddətlərini  nəzarətdə  saxlayır.  Kredit  ilə  bağlı  yerinə  yetirilməmiş  öhdəliklər  aşağıdakı 

kimi olmuşdur: 



 

74 


 

 

 



31 dekabr  

2012-ci il 

 

31 dekabr  

2011-ci il 

 

 



 

 

Verilmiş zəmanətlər  



743,453 

 

770,675 



İdxal akkreditivləri  

32,783 


 

843,102 


Kreditin ayrılması üzrə öhdəliklər və istifadə edilməmiş kredit xətləri  

172,383 


 

97,725 


 

 

 



 

Cəmi kreditlərlə bağlı öhdəliklər 

1,248,619 

 

1,428,040 

 

 



İstifadə edilməmiş kredit xətləri, akkredetivlər və zəmanətlərin müqavilə üzrə ayrılmamış 

məbləğlərinin cəmi mütləq olaraq gələcək nağd ödəniş tələblərini nəzərdə tutmur, ona görə ki, bu 

maliyyə alətlərinin müddəti vəsait ayrılmadan bitmiş ola, yaxud da xətm edilə bilər. Kredit ilə bağlı 

öhdəliklər aşağıdakı valyutalarla ifadə edilir: 

 

 

31 dekabr  

2012-ci il 

 

31 dekabr  

2011-ci il 

 

 



 

 

Azərbaycan manatı 



178,862 

 

144,541 



ABŞ dollar 

694,783 


 

843,102 


Avro 

330,956 


 

397,206 


Digər 

44,018 


 

43,191 


 

 

 



 

Cəmi 

1,248,619 

 

1,428,040 

 

 



31 dekabr 2012-ci il tarixinə Qrup 305,538 min manat məbləğində, yaxud ümumi idxal əməliyyatları 

üzrə akkreditivlərin 91.8% həcmində 20 müəssisəyə (31 dekabr 2011-ci il tarixinə: 531,534 min 

manat məbləğində yaxud ümumi idxal əməliyyatları üzrə akkredetivlərin 95.0% həcmində iyirmi 

müştəriyə) idxal əməliyyatları üzrə akkreditivlər ayırmışdır. Həmçinin 31 dekabr 2012-ci il tarixinə 

Qrup iyirmi müəssisəyə 643,619 min manat məbləğində yaxud, təqdim edilmiş ümumi zəmanətlərin 

86.5% həcmində (31 dekabr 2011-cu il tarixinə: iyirmi müəssisəyə 697,005 min manat məbləğində 

yaxud ümumi zəmanətlərin 90.4% həcmində) zəmanətlər vermişdir. 

 

31 dekabr 2012-ci il tarixinə 202,620 min manat (31 dekabr 2011-ci il tarixinə: 311,763 min manat) 



məbləğində kreditlərlə bağlı öhdəliklərə dondurulmuş müştəri hesabları müqabilində təminat 

verilmişdir.14 saylı Qeydə baxın. 

 

Keçid  kreditləri  -  31  dekabr  2012-ci  il  tarixinə  Qrup  Azərbaycan  Respublikasındakı  dövlət 

müəssisələri  və  dövlət  orqanlarına  keçid  kreditlərinin  təqdim  olunması  məqsədilə  Azərbaycan 

Respublikası  Hökuməti  adından  müəyyən  maliyyə  institutları  və  dövlət  təşkilatlarından  744,698 min 

manat  (31  dekabr  2011-ci  il  tarixinə:  869,698  min  manat)  məbləğində  borc  almışdır.  Qrup  ilə  bu 

maliyyə  insitutları  və  dövlət  təşkilatları  arasında  imzalanmış  kredit  sazişlərinə  Dövlətin  kreditlərlə 

bağlı  öhdəlik  götürən  tərəf  qismində  çıxış  etməsini  nəzərdə  tutan  Azərbaycan  Respublikası 

Hökumətinin təqdim etdiyi zəmanət məktubları, yaxud da borcalan dövlət təşkilatının müştəri depozit 

hesabı  müqabilində  təminat  verilir.  Nəticə  etibarı  ilə,  Qrup  yığılmış  əsas  borc  ödəmələri  və  faizləri 

maliyyə  institutları  və  dövlət  təşkilatlarına  köçürməklə  Azərbaycan  Respublikası  Höküməti  üçün 

borca  xidmət  edən  agent  qismində  çıxış  edir  və  belə  keçid  kreditlərə  xidmət  göstərilməsinə  görə 

komissiya haqqı gəlirlərini əldə edir. 

 

Qrup  faiz  marjasını  əldə  etmədiyinə  və  bu  keçid  kreditlərlə  əlaqədar  hər  hansı  risk  daşımadığına 



görə  keçid  kreditlərini  balansdan  kənar  uçotda  qeyd  etmişdir.  Eyni  ilə  bu  keçid  kreditlərin 

maliyyələşdirilməsi məqsədilə Qrup tərəfindən müvafiq məbləğlərdə əldə edilmiş vəsaitlər balansdan 

kənar hesablarda əksini tapmışdır.  

 

Keçid  kreditlərinin  verilməsi  məqsədilə  Qrup  tərəfindən  borc  alınmış  vəsaitlər  aşağıdakı  kimi 



olmuşdur: 

 

 



31 dekabr 

2012-ci il 

 

31 dekabr 

2011-ci il 

 

 

 

 

ARMB-dan borc alınmış və iki dövlət təşkilatlarına verilmiş vəsaitlər  

744,698 

 

869,698 


 

 

 

 

Cəmi keçid kreditlərinin verilməsi məqsədilə borc alınmış və 

balansdan kənar hesablara köçürülmüş vəsaitlər 

744,698 

 

869,698 

 

 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə