76
Valyuta riskinә qarşı hәssaslıq
Aşağıdakı cәdvәldә manatın müvafiq xarici valyutalara qarşı mübadilә mәzәnnәsinin 10%
dәrәcәsindә artması vә ya azalması halına qarşı Qrupun hәssaslığını göstәrәn tәfәrrüatlar açıqlanır.
Qrup daxilindә xarici valyuta riskini әsas rәhbәr heyәtә hesabat edәrkәn 10 %-lik hәssaslıq
dәrәcәsindәn istifadә edilir vә bu dәrәcә xarici valyuta mәzәnnәlәrindә yaranmış mümkün
dәyişikliklәrin rәhbәrlik tәrәfindәn qiymәtlәndirilmәsini göstәrir. Hәssaslıq tәhlili yalnız xarici valyuta
ilә ifadә edilmiş qalıq monetar vәsaitlәri özündә birlәşdirir vә xarici valyuta mәzәnnәlәrindә 10%-lik
dәyişiklik nәzәrә alınmaqla onların dövrün sonundakı valyuta mövqeyinin bir valyutadan digәrinә
çevrilmәsinә düzәliş edir. Aşağıdakı müsbәt rәqәmlәr manatın müvafiq valyutaya qarşı 10%
dәrәcәdә güclәnmәsi müqabilindә mәnfәәt vә digәr kapital vәsaitlәrindә baş vermiş artımı göstәrir.
Manatın müvafiq valyutaya qarşı 10% dәrәcәdә zәiflәyәcәyi tәqdirdә, mәnfәәt vә digәr kapital
vәsaitlәri müqayisәli tәsirә mәruz qala, aşağıdakı balans göstәricilәri isә mәnfi rәqәmlәrlә ifadә
oluna bilәrdi.
ABŞ dollarının tәsiri
Avronun tәsiri
2013
2012
2013
2012
Mәnfәәt vә ya zәrәr
vә kapital
(67,027)
51,406 (i)
(88,769)
(20,219) (i)
(i) Bu әsasәn hesabat dövrünün sonunda ABŞ dolları vә Avro ilә ifadә olunmuş Qrupun qalıq debitor vә
kreditor borcları ilә bağlı qalan riskә mәruzqalma halına şamil edilir.
Rәhbәrlik hesab edir ki, hәssaslıq tәhlili aidiyyәti xarici valyuta mübadilәsi riskinә uyğun deyil, çünki
ilin sonuna olan itkilәr riski il әrzindәki itkilәr riskini әks etdirmir.
Hәssaslıq tәhlili üzrә mәhdudiyyәtlәr
Yuxarıda qeyd olunan cәdvәllәr digәr ehtimallar dәyişmәdiyi halda әsas ehtimaldakı dәyişikliyin
tәsirini әks etdirir. Reallıqda, ehtimallar vә digәr amillәr arasında qarşılıqlı әlaqә mövcuddur. O
cümlәdәn qeyd etmәk lazımdır ki, bu hәssaslıqlar sabit deyil vә iri yaxud xırda tәsirlәr bu
nәticәlәrdәn interpolyasiya vә ya ekstrapolyasiya edilmәmәlidir.
Hәssaslıq tәhlili Qrupun aktiv vә öhdәliklәrinin fәal şәkildә idarә edildiyini nәzәrә almır. Bundan
başqa, bazarda hәr hansı canlanma baş verdiyi zaman Qrupun maliyyә vәziyyәti dәyişә bilәr.
Mәsәlәn, Qrupun maliyyә riskinin idarәedilmәsi strategiyası bazar dәyişikliklәri ilә bağlı riskә
mәruzqalma halının idarә olunması mәqsәdini daşıyır. İnvestisiya bazarlarında mәnfi dәyişikliklәr
olduqda rәhbәrlik tәrәfindәn görülәn tәdbirlәr investisiyaların satılması, investisiya portfeli
strukturunun dәyişmәsi vә hәyata keçirilәn digәr mühafizә tәdbirlәrindәn ibarәt ola bilәr. Nәticә
etibarı ilә, aktivlәr maliyyә vәziyyәti haqqında hesabatda bazar dәyәri ilә qeyd edilir, lakin
tәxminlәrdәki dәyişiklik öhdәliklәrә tәsir göstәrә bilmir. Belә olan tәqdirdә, öhdәliklәr vә aktivlәr üçün
müxtәlif qiymәtlәndirmә әsasları sәhmdar kapitalında dәyişkәnliyә gәtirib çıxara bilәr.
Yuxarıdakı hәssaslıq tәhlillәri üzrә digәr mәhdudiyyәtlәrә Qrupun yalnız dәqiqliklә
proqnozlaşdırılması mümkün olmayan qısamüddәtli bazar dәyişikliklәrinә dair mövqeyini әks etdirәn
potensial riski göstәrmәk üçün şәrti bazar dәyişikliklәrindәn istifadә olunması vә bütün faiz
dәrәcәlәrinin eyni tәrzdә dәyişәcәyi ilә bağlı tәxminlәr daxildir.
Sәhm qiymәtlәrinin dәyişmәsi riski
Sәhm qiymәtinin dәyişmәsi riski - bazar qiymәtlәrindә dәyişikliklәr nәticәsindә, belә dәyişikliklәrin fәrdi
qiymәtli kağızlara vә ya onların eminentlәrinә xas olan faktorlardan vә yaxud bazarda ticarәti aparılan
bütün qiymәtli kağızlara tәsir edәn faktorlardan yaranıb-yaranmamasından asılı olmayaraq maliyyә
alәti dәyәrinin dәyişmәsi riskidir.
Aşağıdakı hәssaslıq tәhlili hesabat tarixinin sonuna olan sәhm qiymәtinin dәyişmәsi riskinә
mәruzqalma hәddi әsasında müәyyәn olunmuşdur.
Sәhmlәrin mәzәnnәsi 5% dәrәcә ilә artdıqda/azaldıqda, kapital investisiyaları satılabilәn kimi
tәsniflәşdirildiyindәn vә silinmiş vә ya dәyәrsizlәşmiş investisiyalar olmadığından,31 dekabr 2013-cü il
tarixinә bitәn il üzrә xalis mәnfәәtdә hәr hansı dәyişiklik olmayacaq.
Qrupun sәhm qiymәtlәrinә hәssaslığı keçәn ildәn etibarәn әhәmiyyәtli dәrәcәdә dәyişmәmişdir.
77
Sığorta riskinin idarә edilmәsi
Hәr hansı sığorta müqavilәsi üzrә risk sığortalanmış hadisәnin baş vermәsi ehtimalından vә qeyri-
müәyyәn mәblәğdә iddianın yaranmasından ibarәtdir. Sığorta müqavilәsinin növündәn asılı olaraq bu
riskә tәsadüfi hallarda rast gәlinir vә bu sәbәbdәn dә hәr bir sığorta müqavilәsi üçün әvvәlcәdәn
pronozlaşdırmaq mümkün deyil.
Qrupun ümumi vә xalis zәrәr әmsalları aşağıdakı kimi olmuşdur:
2013
2012
Zәrәr әmsalı
60.30%
47.87%
Ümumi әmsal
95.88%
100.43%
Ehtimal nәzәriyyәsinin qiymәtqoyma vә ehtiyatların yaradılmasına tәtbiq edildiyi sığorta müqavilәlәri
portfelindә Qrupun öz sığorta müqavilәlәri ilә bağlı mәruz qaldığı әsas risk - faktiki iddiaların vә
mәnfәәt ödәnişlәrinin sığorta öhdәliklәrindәn artıq olmasıdır. Bu iddiaların vә gәlirlәrin nәzәrdә
tutulandan daha artıq olması nәticәsindә baş verә bilәr. Sığortalanmış hadisәlәr tәsadüfәn baş verir
vә iddialar vә ödәnişlәrin faktiki sayı vә mәblәği hәr il statistik metodlarla müәyyәn edilmiş
sәviyyәdәn fәrqlәnir.
Qrup öz riskini ümumi riskin idarә edilmәsi çәrçivәsindә anderraytinq vә tәkrarsığorta strategiyası
vasitәsilә idarә edir. Qiymәtqoyma sistemi tendensiyalar vә keçmiş tәcrübә ilә bağlı fәrziyyәlәrә
әsaslanır. Risklәrә mәruzqalmanın tәsiri isә anderraytinq hәdlәrini vә meyarlarını sәnәdlәşdirmәklә idarә
olunur. Tәkrarsığorta Qrupa ayrı-ayrı böyük vә ya qәza hadisәlәri nәticәsindә potensial zәrәrin tәsirini
azaltmaq, elәcә dә, xüsusi risklәrә çıxışı tәmin etmәk vә kapitalın idarә edilmәsinә yardımçı olmaq üçün
alınır. Tәkrarsığorta polislәri tәsdiq olunmuş tәkrar sığortaçılarla ya bәrabәr zәrәr vә yaxud zәrәrin
aşılması yanaşması әsasında qәbul olunur.
Qrup sığorta riskini müәyyәn edilmiş daxili prosedurlar әsasında idarә edir. Bura aşağıdakılar
daxildir:
Biznes istiqamәtlәri üzrә sığorta portfellәrinin itki ilә fәaliyyәtinә nәzarәt etmәk mәqsәdilә
anderraytinq departamenti üçün nәzәrdә tutulan anderraytinq prosedurlarının
müәyyәn edilmәsi;
Qrupun iddialara /qәzalara mәruz qalmasını mәhdudlaşdırmaq mәqsәdilә tәkrarsığortadan, o
cümlәdәn tәkrarsığorta zәrәrinin aşılması yanaşmasından vә hәr hal üzrә kvota payının
tәkrarsığortasından istifadә;
Rәhbәrlik tәrәfindәn aktiv vә öhdәliklәrin gözlәnilәn iddia ödәnişlәri modelinin aktivlәrin ödәmә
müddәtlәrinә uyğunlaşdırılması üçün monitorinqin aparılması; vә
Sığorta biznesinin müxtәlif siniflәri üzrә bölüşdürülmәsi (diversifikasiya).
Risk keyfiyyәti sığorta şirkәti (anderrayter) tәrәfindәn yazılı formada müәyyәn edilir vә Baş Әmәliyyat
rәhbәri tәrәfindәn tәsdiqlәnir. Bundan әlavә, anderrayter bütün sığorta obyektlәrini yoxlayır.
Yuxarıda qeyd olunan risklәr üçün, tarif bütün müvafiq mәlumatı daxil edәndәn sonra hәr bir sığorta
obyekti üçün dәrәcәni avtomatik şәkildә tәyin edәn әrizә formasını istifadә etmәklә müәyyәn edilә
bilәr. Müqavilә üçün hәdlәr Tәkrarsığorta Departamenti tәrәfindәn müәyyәn edilir vә Satış
departamentinә çatdırılır.
Tәkrarsığortaçıdan alınan bütün risklәr üçün, habelә razılaşdırılmış müqavilә hәdlәrindә olmayan
sığorta risklәri üçün mütlәq Tәkrarsığorta Departamenti Rәhbәrinin tәsdiqnamәsi alınmalıdır.