qoyduğu kitab yazmışdı. Bu kitabda Amos aşağıda göstərdiyim əlamətdar hadisə
barədə danışır:
“Bir dəfə necə olmuşdusa, mənim həyat yoldaşım prezidentdən kəkliyin necə
bir quş olduğunu soruşmuşdu. O, kəklik heç vaxt görməmişdi və prezident quşu
ona ətraflı təsvir etdi. Üstündən müəyyən vaxt keçəndən sonra bizim kottecdə
(Amos həyat yoldaşı ilə Ruzveltin malikanəsində, Oyster Beyin sahilində kiçik
kottecdə yaşayırdı) telefon zəng çaldı. Dəstəyi həyat yoldaşım qaldırdı. Zəng
edən cənab Ruzveltin özü idi. O, həyat yoldaşıma zəng eləmişdi ki, ona kəkliyin
bizim pəncərəmizin altında gəzişdiyini və əgər pəncərədən boylanarsa, onu görə
biləcəyini desin. Buna bənzər xırda məsələlər onun üçün çox xarakterik idi. Onlar
hər dəfə bizim kottecin yaxınlığından keçəndə, hətta prezident bizi görməsə belə,
biz, adətən, onun səsini eşidirdik: “Oo-oo-oo, Ceyms” və ya “Oo-oo-oo, Emmi!” Bu,
onun bizim kottecin yaxınlığından keçəndə dostyana salamlaşması idi”.
Xidmətçilər bu cür adamı axı necə sevməyə bilərdilər?
Franklin Delano Roosevelt
(1882.01.30 – 1945.04.12)
Axı onu necə sevməyə bilərdilər?
Bir dəfə Ruzvelt Ağ Evə prezident Taft və onun xanımı orada olmayanda
gəlmişdi. Onun sadə insanlara nə cür səmimi münasibət bəsləməsi özünü bunda
göstərirdi ki, o, köhnə, hələ onun vaxtında Ağ Evdə xidmət edən nökərlərin
hamısını, hətta əgər bu, qabyuyan qız olsa belə, adlarını çəkməklə salamlayırdı.
“O, mətbəxdə işləyən Alisanı görəndə, – yazır Arçi Bett, – onun hələ də
qarğıdalı çörəyi bişirib-bişirmədiyini soruşdu. Alisa ona cavab verdi ki, çox vaxt
onu nökərlər üçün bişirir, yuxarıda onu yeyən yoxdur. “Onların, sadəcə olaraq,
zövqləri yoxdur, – deyə Ruzvelt guruldadı, – mən prezidenti görəndə bunu ona
deyəcəyəm”. Alisa nimçədə onun üçün qarğıdalı çörəyindən bir parça gətirdi və
o, çörəyi çeynəyə-çeynəyə, yolüstü bağbanlar və digər fəhlələrlə görüşə-görüşə
prezidentin dəftərxanasına yollandı...”
O, hamı ilə keçmişdə necə münasibətdə idisə, eynilə o cür də qalırdı. Onlar
isə bir-biriylə bununla bağlı pıçıldaşırdılar və Ayk Quver gözü yaşla dolu
demişdi: “Bu, son iki ildə bizim üçün ən bəxtəvər günlərdən biri idi və bizlərdən
heç birimiz bu günü yüz dollara da dəyişməzdik”.
Başqa adamların problemlərinə göstərdiyi eynilə bu cür canlı maraq doktor
Çarlz V.Eliotu nə vaxtsa universitetlərə rəhbərlik edən ən uğurlu rektorlardan
biri etmişdi; sizə isə bunu nəzərə almaq lazımdır ki, o, Harvarda Vətəndaş
müharibəsindən dörd il sonra başlayan və Dünya müharibəsi başlamazdan beş il
əvvəl qurtaran mərhələdə
16
rəhbərlik etmişdi.
Bir dəfə Krendon adlı birinci kurs tələbəsi tələbə ssuda kassasından beş
dollar götürmək üçün rektorun dəftərxanasına gəlmişdi. Ssuda almağa ona icazə
verilmişdi. “Hissiyyata qapılıb, təşəkkür edərək mən getməyə hazırlaşanda –
burada mən Krendonun özündən sitat gətirirəm – rektor Eliot dedi: “Əyləşin,
sizdən rica edirəm”. Və mənim heyrətimə rəğmən, o davam etdi: “Mən sizə
özünüzün yemək hazırlamağınızı və öz otağınızda yeməyinizi məsləhət görürəm.
Əgər siz vaxtlı-vaxtında və kifayət qədər yeyərsinizsə, onda sağlamlığınızı
qoruyub saxlaya bilərsiniz. Siz suda bişirilmiş soyuq mal ətini nə vaxtsa
dadmısınızmı? Bircə kifayət qədər yağlı tikə alsanız və onu suda yaxşıca
downloaded from KitabYurdu.org
bişirsəniz, bu, özünüz üçün hazırlaya biləcəyiniz ən yaxşı yeməklərdən biridir.
Çünki burada xüsusi əziyyət çəkmək tələb olunmur. Bu üsuldan mən daim isti-
fadə edirdim”. Sonra o, mənə dana ətini necə seçmək, onu tələsmədən – su düz o
qədər buxarlanmalıdır ki, şorba sonradan jeleyə çevrilsin – suda necə bişirmək
lazım olduğunu, sonra özümə soyuq dana əti ilə sendviç hazırlamaq üçün onu
yaxşı-yaxşı doğramaq lazım olduğunu danışdı”.
Öz şəxsi təcrübəmdən əmin olmuşam ki, hətta Amerikanın ən populyar
adamlarını da əməkdaşlığa cəlb etmək, onların diqqətini və vaxtını qazanmaq
mümkündür – bircə əgər onlarda qondarma olmayan maraq büruzə verilərsə.
Mənə izin verin bunu izah edim.
Bir neçə il əvvəl mən Bruklin İncəsənət və Elm Universitetində ədəbi
məharət kursunu keçirdim. Biz istəyirdik ki, Ketlin Noris, Fenni Horst, İda
Terbeli, Albert Peyson Terhem və başqaları kimi tanınmış yazıçılar universitetə
gəlsinlər və öz təcrübələrini bölüşdürsünlər. Biz onlara yazdıq ki, onların
yaradıcılıqlarından qürur duyuruq və onlardan məsləhət almaqdan və onların
uğurlarının sirrini bilməkdən fövqəladə dərəcədə şad olardıq. Bu məktublardan
hər birinin altında təqribən yüz əlli tələbənin imzası dururdu. Biz yazdıq ki,
onların çox məşğul olduqlarını və bizim üçün xüsusi mühazirə hazırlamağa
vaxtlarının olmadığını başa düşürük və buna görə də məktuba özləri və iş
metodları barədə cavablarını eşitmək bizim üçün arzuedilən olan sualların
siyahısını əlavə edirik. Bu ideya onların xoşlarına gəldi. Bir də, bu, kimin xoşuna
gəlməyə bilərdi ki?
Beləliklə, onlar öz işlərini bir kənara qoydular və bizə yardım əllərini
uzatmaq üçün Bruklinə yollandılar.
Eyni üsulla mən T.Ruzveltin kabinetinin maliyyə naziri, eləcə də Taftın
kabinetində ədliyyə naziri olmuş Lesli M.Şounu, Brayanı, Franklin D.Ruzvelti və
bir çox başqa görkəmli insanları bizə təşrif buyurmağa və tələbələrə natiqlik
sənəti barədə danışmağa razı sala bilmişdim.
Bizim hamımızın: qəssabın, çörəkçinin və ya taxt-taclı kralın o adamlar
xoşuna gəlir ki, onlar bizə heyrandırlar. Məsələn, götürək alman kayzerini.
Birinci Dünya müharibəsinin başa çatdığı vaxtda o, bu dünyada, çox güman, ən
qatı və ümumun nifrətini doğuran adam idi. O canını qurtararaq Hollandiyaya
qaçanda hətta öz milləti də ondan üz döndərmişdi. Ona qarşı nifrət o qədər güclü
idi ki, milyonlarla adam onu parça-parça etməyə, yaxud sağ ikən tonqalda
yandırmağa hazır idi. Və budur, bu nifrət alovunun ən qızğın çağında balaca bir
oğlan uşağı kayzerə sadə və səmimi, sevgi və heyranlıqla nəfəs alan məktub
yazır. Həmin balaca oğlan yazır ki, başqalarının nə fikirləşdiyinin ona dəxli
yoxdur, o, kayzer Vilhelmi öz imperatoru kimi həmişə sevəcək. Kayzer bu
məktubdan çox kövrəlmişdi və oğlanı onunla görüşmək üçün dəvət etdi. Oğlan
gəldi, onunla birlikdə anası da təşrif buyurdu və kayzer sonralar bu qadınla
evləndi. Bu oğlanın dostları necə qazanmaq haqqında kitabları oxumağa ehtiyacı
yox idi. O, bunu necə etmək lazım olduğunu intuitiv olaraq bilirdi.
Əgər biz dostlarımızın olmasını istəyiriksə, gəlin bütün vaxt və enerjimizi,
təmənnasız hisslərimizi başqalarına münasibətdə daha diqqətli olmağa səfərbər
edək. Hersoq Vindzorski hələ Uels şahzadəsi olanda Cənubi Amerikaya səfər
eləməyi planlaşdırmışdı. Bu səyahətə yollanmazdan əvvəl o, ispan dilini
downloaded from KitabYurdu.org