məsələlərdə gözümü açdı. O, bu məsələlərlə bağlı mənim nöqteyi-nəzərimi
tamamilə dəyişdi.
Mən gedəndə o, məni qapıya qədər yola saldı, əlini çiynimə qoydu və
qarşıdakı debatlarda mənə uğur dilədi. O, məndən ona baş çəkməyi və
görüşməyi, eləcə də öz qarşıma qoyduğum vəzifənin öhdəsindən necə gəldiyimi
ona danışmağı xahiş elədi. Onun dediyi axırıncı sözlər bunlar idi: “Hər şey bir
kənara, lütfən, yazda mənə baş çəkin. Mən istəyərdim ki, kömür gətirilməsi ilə
bağlı sifarişi sizə edim”.
Bu, mənə az qala möcüzə kimi göründü. O, mənim bu haqda xahişim belə
olmadan kömür almaq istədiyini bildirdi. Ona və onun problemlərinə
münasibətdə qondarma olmayan maraq büruzə verməklə iki saat ərzində mən
onu öz kömürümlə maraqlandırmağa səy göstərdiyim on il ərzində olduğundan
çox şeyə nail oldum”.
Sizin kəşf etdiyiniz həqiqət, cənab Neyfl, təzə deyildir. Lap çoxdan, hələ İsa
Məsih doğulandan yüz il əvvəl məşhur Roma şairi Publiy Sirus demişdi ki, “biz
başqaları ilə o vaxt maraqlanırıq ki, onlar bizimlə maraqlanmış olsunlar”.
Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, qayda 1-
də deyildiyi kimi edin:
İnsanlara münasibətdə səmimi maraq büruzə verin!
Əgər siz insanlarla münasibətdə daha xoş və məharətli adam olmaq üçün öz
xarakterinizi kamilləşdirmək istəyirsinizsə, onda izin verin mən sizə doktor
Henri Linkin “Dinə qayıdış”ını oxumağı məsləhət görüm. Ad qoy sizi
qorxutmasın. Bu heç də şirin, riyakar kitabcığaz deyildir. Bu kitab psixologiyanı
çox gözəl bilən və öz şəxsi xahişləri ilə bağlı ona müraciət edən üç min nəfərdən
çox adamı şəxsən qəbul etmiş adam tərəfindən yazılmışdır. Doktor Link mənə
deyirdi ki, o, öz kitabının adını asanlıqla “Öz şəxsiyyətinizi necə kamilləşdirməli”
qoya bilərdi. Kitab məhz bu mövzuya həsr olunub. Mən əminəm ki, siz onun
maraqlı və ibrətamiz olduğunu aşkar edəcəksiniz. Onu oxuyarsınızsa və onun
məsləhətlərini həyata keçirərsinizsə, siz özünüzün insanlarla münasibət
məharətinizi birmənalı olaraq kamilləşdirmiş olacaqsınız.
İkinci fəsil
Xoş təəssürat bağışlamağın
sadə üsulu
Bu yaxınlarda mən Nyu-Yorkda bir dəvətli məclisdə iştirak edirdim.
Qonaqlardan biri, miras almış hansısa bir xanım var-gücü ilə hamıda özü haqda
təəssürat yaratmağa çalışırdı.
Ona çatan çox da böyük olmayan mirası o, xəzlərə, brilyant və mirvariyə
xərcləmişdi. Ancaq öz sifətinin ifadəsinə heç nə etməmişdi. Xanım turşməzə və
özünəvurğun idi. O, hər bir kişiyə məlum olanı başa düşmürdü. Bu da o idi ki,
qadının sifətinə “taxdığı” ifadə onun öz bədəninə geydiyi pal-paltardan daha çox
təəssürat yaradırdı.
Çarlz Şvab mənə deyirdi ki, onun təbəssümü bir milyon dollara qiy-
mətləndirilmişdir. Və bu, çox güman, gerçəkliyə uyğun idi. Belə ki, Şvabın
şəxsiyyəti, məlahəti, insanları özünə yaxınlaşdırmaq qabiliyyəti onun istisnasız
uğuruna müvafiq idi. Onun şəxsiyyətinin ən nəzərəçarpan xüsusiyyətlərindən
biri isə məftunedici təbəssümü idi.
downloaded from KitabYurdu.org
Bir dəfə mən Moris Şevalye ilə birgə axşam keçirirdim və düzünü desəm,
məyus oldum. Qaşqabaqlı, susqun... görəcəyimi gözlədiyim Moris Şevalye. Amma
bu, o gülümsəyənə qədər belə oldu. Belə təsir bağışladı ki, elə bil günəş bulud
qatını dağıtdı. Onun təbəssümü olmasaydı, Moris Şevalye, çox güman, atasının və
qardaşlarının peşələrinin ardınca gedərək Parisdə qırmızı ağac dülgəri olardı.
Əməllər sözlərdən çox “deyir”. Təbəssümsə “deyir”: “Siz mənim xoşuma
gəlirsiniz. Siz məni bəxtəvər edirsiniz. Mən sizi görməyimə şadam”.
Bax buna görə itlər bu qədər uğura malikdir. Onlar sizi görməyə o qədər
şaddır ki, öz dərilərindən tullanıb çıxmağa belə hazırdır. Və təbii ki, biz də onları
görməyə şadıq.
Qeyri-səmimi təbəssüm? Yox, o, heç vaxt aldada bilməz. Riyakarlığın
mexanikası bizə bəllidir və o, bizi hiddətləndirir. Mən doğruçu təbəssümdən,
insan hissləri birjasında yüksək qiymətləndirilən günəş mərhəmətli, qəlbin
dərinliklərindən gələn təbəssümdən danışıram.
Nyu-Yorkun iri univermağının müdiri mənə deyirdi ki, duzsuz fizionomiyalı
fəlsəfə doktorundansa, məktəbi qurtara bilməyən, lakin valehedici təbəssümü
olan qızı işə daha həvəslə götürür.
Kauçuk istehsalı üzrə ABŞ-ın ən iri kompaniyalarından birinin direktorlar
şurasının sədri danışmışdı ki, onun müşahidələrinə görə əgər adam iş yerində
şən deyilsə, o, nadir hallarda uğur qazanır. Həmin sənayeçi rəhbər sizin bütün
arzularınıza aparan qapını açan sehrli açarın yalnız ağır əmək olduğu ilə bağlı
köhnə kəlamı yüksək qiymətləndirmirdi. “Mən elə adamlar tanıyıram ki, –
deyirdi o, – onlar işləri ilə məşğul olur və yaxşı zarafata ürəkdən gülmək üçün
vaxt tapdıqlarına görə uğur qazanırdılar. Mən belələrini də görmüşdüm ki, işə
ağır əziyyət kimi başlayırdılar. Onlar darıxdırıcı, qaşqabaqlı olur, işdən hər cür
məmnunluqlarını itirir və yekunda – işlərində uğursuzluğa düçar olurdular”.
Əgər adamların sizinlə görüşəndə sevinmələrini istəyirsinizsə, onda özünüz
onları sevinclə qarşılamalısınız.
Mən biznesmenlərin bir çoxuna (mənim kurslarımın dinləyiciləri sırasından)
həftə ərzində hər saatda kiməsə gülümsəməyi sınaqdan çıxarmağı, sonra isə
eksperimentinin nəticələri haqqında danışmağı məsləhət görürdüm. Bu, necə
təsir edirdi? Gəlin baxaq.
Budur, Nyu-York fond birjasının üzvü Uilyam Steynqardın məktubu. Onun
əhvalatı – bu, yeganə deyil. Bu, yüzlərlə başqa hal üçün tipikdir.
“Mən artıq 18 ildən çoxdur ki, evliyəm, – deyə cənab Steynqard yazır, – və bu
müddət ərzində arvadımın üzünə nadir hallarda gülümsəmişəm. Yuxudan ayılan
vaxtdan işə çıxıb gedən məqama qədər mən heç iki düjün də söz demirdim.
Brodveydə nə vaxtsa gəzişən ən ikrahdoğurucu mısmırıqçı idim.
Siz məndən təbəssümlə bağlı eksperimentim haqqında məlumatla çıxış
etməyi xahiş edəndə fikirləşdim ki, bir həftə ərzində çalışmaq lazımdır. Beləliklə,
növbəti səhər saçımı darayanda mən güzgüdə qaşqabaqlı sir-sifətimə baxıb
özümə dedim: “Bill, bu, sənə indicə kötəklənmiş pişiyin görkəmini verən
qaşqabaqlı simanı dərhal siləcəksən və gülümsəməyə başlayacaqsan. Lap elə
indicə başlayacaqsan, elə bu dəqiqə”. Səhər yeməyinə oturaraq mən həyat
yoldaşımı bu sözlərlə salamladım: “Sabahın xeyir, mənim əzizim!” və ona
gülümsədim.
downloaded from KitabYurdu.org