öyrənməyə bir ay vaxt sərf etdi ki, ictimaiyyət qarşısında çıxışlarında dinləyicilər
üçün aydın olan dildə danışa bilsin. Və Cənubi Amerikanın sakinləri buna görə
onu sevirdilər.
Uzun illərdir ki, mən öz dostlarımın doğum günlərini bilməyi özüm üçün
qayda seçmişəm. Necə? Mən özüm münəccimliyə bir damcı da olsun inanmasam
da, bununla belə, həmsöhbətimi onun doğum tarixinin xarakterə və həyati
təsadüflərə təsir edib-etmədiyinə inanıb-inanmadığı barədə söhbətə çəkirəm.
Sonra ondan doğulduğu ayı və günü mənə deməsini xahiş edirəm. Əgər o desə ki,
məsələn, noyabrın 24-ü, mən təkrar etməyə başlayıram: “Noyabrın 24-ü,
noyabrın 24-ü”. O, üzünü çevirən kimi mən onun adını və doğulduğu tarixi
yazıram, bir müddət sonra isə bu məlumatları tutduğum ad günləri kitabıma
köçürürəm. Hər ilin əvvəlində mən həmin günləri öz təqvimimdə elə qeyd
edirəm ki, onlar mənim gözümə dəysin, məktub və ya teleqram göndərirəm. Bu
necə qarşılanır? Çox vaxt elə olur ki, mən ad günü olanı xatırlayan yeganə adam
oluram.
Əgər biz dostlarımızın olmasını istəyiriksə, gəlin insanlarla xoş üzlə və
ürəkdən görüşək. Kim isə sizə telefonla zəng edəndə bu psixoloji qaydadan
istifadə edin: “Alo” sözünü sizə zəng olunduğuna görə sevinc ifadə edən səslə
deyin. Telefon kompaniyası telefonçu qızları “Lütfən, nömrəni deyin” sözlərini
xüsusi olaraq elə ifadə etməyi öyrədir ki, səsdə eşidilsin: “Sabahınız xeyir. Sizin
üçün faydalı olmaq mənə xoşdur”. Bunu sabah, telefon zənginə cavab verəndə
xatırlayaq.
Biznes aləmində bu cür fəlsəfə təsir göstərə bilərmi?
Mən bunu bir çox nümunədə izah edə bilərdim, lakin biz yalnız ikisiylə
məhdudlaşaq.
Nyu-Yorkun ən iri banklarından birinin əməkdaşı olan Çarlz R.Uorren bir
korporasiya haqqında təcili olaraq konfidensial məruzə hazırlamaq tapşırığını
almışdı. O yalnız bircə adam tanıyırdı ki, bu işdə özünə lazım olan material onun
sərəncamında ola bilərdi və görüşmək üçün həmin adamın yanına yollandı.
Uoltersi prezidentin kabinetinə yola salan katibə – cavan qadın qapıdan boylandı
və prezidentə dedi ki, bu gün onun üçün markası yoxdur. “Mən on iki yaşlı oğlum
üçün marka yığıram”, – deyə prezident Uoltersə izah etdi.
Cənab Uolters gəlişinin səbəbini bildirdi və suallar verməyə başladı.
Prezident çox həvəssiz, ümumi cümlələrlə və dumanlı ifadələrlə cavab verirdi. O
danışmaq istəmirdi və görünürdü ki, Uolters onu söhbətə cəlb edə bilməyəcək.
Müsahibə qısa və bəhrəsiz oldu.
“Açığını desəm, – deyə bu hadisəni bizim kursların tələbələrinə danışan
cənab Uolters etiraf etdi, – mən nə etməli olduğumu bilmirdim, ancaq sonra onun
katibəsinin dedikləri yadıma düşdü: markalar, on iki yaşlı oğlu”. Və bunu da
xatırladım ki, bizim bankın xariclə işləyən şöbəsi dörd okeanın suları ilə yuyulan
kontinentlərin hamısından gələn məktubların üstündəki markaların
kolleksiyasını yığır.
Növbəti gün günortadan sonra mən həmin centlmenə zəng etdim və yalnız
bunu dedim ki, məndə onun oğlu üçün bir neçə marka var. Mən bu dəfə
entuziazmla qarşılandımmı? Hə, əlbəttə, cənab. O, mənim əlimi hətta əgər mən
özümü konqresə seçkilərdə reklam etmiş olsaydım belə, bundan artıq ilhamla
downloaded from KitabYurdu.org
silkələməzdi. O, qonaqpərvərlik və xoşniyyətlilik şüalandırırdı. “Bax bu, mənim
Corcumun xoşuna gələcək, – deyə o, markaları yerbəyer edə-edə elə hey sevinclə
bildirirdi. – Hələ siz bir buna baxın! Bu ki əsl xəzinədir!”
Biz yarım saata qədər markalar haqqında söhbətə və onun oğlunun fo-
toşəkillərinə baxmağa sərf etdik, sonra isə hətta mənim bu barədə heç bir
xahişim olmadan o, öz vaxtının bir saatdan çoxunu mənim üçün zəruri olan
informasiyanı mənə verməyə həsr etdi. O özü bildiyi hər şeyi mənə danışdı,
sonra isə tabeçiliyində olanları çağırtdırdı və onları sorğu-sual elədi. O, öz
həmkarlarından bəzilərinə zəng vurdu və məni faktlar, məlumatlar və
korrespondensiyaların içində batırdı. Qəzetçilərin dili ilə desək, mən sensasiya
doğurmuşdum”.
Bax başqa bir nümunə.
Filadelfiyadan olan Neyfl-oğul uzun illər səy göstərirdi ki, pərakəndə satış
mağazalarının birliyi ilə kömür satışı barədə müqavilə bağlasın. Lakin həmin
kompaniya kömürü şəhərdən kənardakı başqa tacirdən almaqda davam edirdi;
özü də onu cənab Neyflin burnunun altından, düz onun kontorunun qabağından
keçən yolla daşıyırdılar. Bir dəfə mənim siniflərimdən birində keçirilən
məşğələdə Neyfl pərakəndə satış mağazaları birliyinə öz alovlu hiddətini
püskürərək nitq söylədi, onları millətin əsl lənəti kimi damğaladı.
O heyrətlənirdi ki, niyə onlara heç nə sata bilmir. Mən ona başqa taktika
seçməyi məsləhət gördüm. Hər şeydən əvvəl, baş verən hadisələrin mahiyyətini
sıxılmış şəkildə bizim qarşımızda bildirməyi. Sonra biz kursun dinləyiciləri ilə
“Pərakəndə satış ticarəti mağazaları birliyinin ölkəyə xeyirdən çox ziyan gətirdiyi
barədə qərar” ilə bağlı söz güləşdirilməsinin səhnələşdirilmiş müzakirəsini təşkil
etdik.
Neyfl mənim məsləhətimlə neqativ mövqe tutdu və mağazalar birliyini
müdafiə etməyə razılaşdı. Bu məqsədlə nifrət elədiyi kompaniyanın işlər
müdirinin yanına yollandı və dedi: “Mən bura sizi məndən kömür almaq üçün
dilə tutmağa yox, bir iş barədə xahiş eləmək məqsədilə gəlmişəm”. Və baş tutacaq
diskussiya ilə bağlı ona danışaraq nitqini bu sözlərlə bitirdi: “Mən sizin yanınıza
kömək üçün gəlmişəm, çünki zənn edirəm ki, mənə lazım olan informasiyanı
vermək üçün sizdən başqa heç kimdə kifayət qədər imkan yoxdur. Mən çox istə-
yərdim ki, bu diskussiyada qalib gəlim və mənə göstərdiyiniz köməyə görə sizə
minnətdar olardım”.
Bu əhvalatın sonunu sizə cənab Neyflin öz sözləriylə çatdırıram:
“Mən bu centlmendən mənə öz vaxtının yalnız bir dəqiqəsini ayırmağı xahiş
edirdim. Bu da yalnız ona görə deyilmişdi ki, o, məni qəbul eləməyə razılıq
versin. Mən gəlişimin səbəbini izah edəndə o, mənim üçün stul çəkdi və düz bir
saat qırx yeddi dəqiqə çəkən söhbətə başladı. O, birtipli mağazaların birləşməsi
haqqında vaxtilə kitab yazmış inzibatçılardan birini çağırtdırdı və məni
maraqlandıran məsələ üzrə diskussiyanın stenoqramının mənim üçün surətini
çıxartdırdı. O, əmin idi ki, birləşmiş mağazalar özü ilə bəşəriyyətə əsl xidmətin
nümunəsini təcəssüm etdirir. O fəxr edirdi ki, onun fəaliyyəti yüzlərlə şəhər və
kənddə bərqərar olub. O, bu haqda danışanda gözləri məmnunluqdan parlayırdı.
Etiraf etməliyəm ki, o, mənim əvvəllər heç vaxt üzərində düşünmədiyim bir çox
downloaded from KitabYurdu.org