Və heç iki saniyə də keçməmiş, mən nə etdiyimi özüm üçün ayırd edənə
qədər həyatımda ilk dəfə kart stolu arxasında əyləşdim. Hər şey ona görə belə
oldu ki, mənim buna anadangəlmə qabiliyyətim olduğunu dedilər və bunun elə
də çətin oyun olmadığına inandırdılar.
Bric haqqında danışarkən Ela Kalbertsonu xatırladım. Bu, harada bric
oynayırlarsa, orada məşhur olan addır. Onun bric haqqında kitabları dünyanın
bir çox dillərinə tərcümə olunub və milyonlarla nüsxədə satılıb. Lakin o deyirdi
ki, əgər cavan bir qadın onu bricdə iy qabiliyyətinə malik olduğuna inandırmış
olmasaydı, o, heç vaxt bu oyunda peşəkar ola bilməzdi.
O, 1922-ci ildə Amerikaya gələndə fəlsəfə və sosioloq müəllimi yeri almağa
çalışdı, lakin müvəffəqiyyətsizliklə üzləşdi.
Onda o, kömür alverinə girişməyə cəhd etdi, yenə də uğursuzluqla rastlaşdı.
O, qəhvə satmağı sınadı, ancaq bundan da heç nə çıxmadı.
Həmin günlərdə bric oyununu öyrətmək işinə girişmək onun heç ağlına da
gəlmirdi. O, bu oyunu nəinki yaxşı oynamırdı, həm də bezikdirici partnyor idi.
Çünki lap çox sual verir və oyun qurtarandan sonra onu o qədər müzakirə edirdi
ki, heç kəs onunla oynamaq istəmirdi. Lakin bir dəfə o çox gözəgəlimli bir qızla –
bric oyunu üzrə müəllimə Cozefina Dillonla rastlaşdı. Onu sevdi və onunla
evləndi.
Qız onun öz kartlarını nə qədər ciddi və ətraflı analiz etdiyini gördü və onu
inandırdı ki, onda kart oyununun dahisi yatır. Kalbertson mənə danışırdı ki, onu
brici öz peşəsi kimi seçməyə məhz bu tərif və yalnız həmin tərif məcbur etdi.
Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir
göstərmək istəyirsinizsə, 8-ci qaydanı yadınızda saxlayın:
Ruhlandırmaqdan daha geniş istifadə edin. Belə edin ki, çatışmazlıq asan
düzələcək, həmin adamı aludə etmək istədiyiniz iş isə asan yerinə yetiriləcək bir
məsələ kimi görünsün.
Doqquzuncu fəsil
Çalışın ki, adamlar sizin istədiyinizi məmnuniyyətlə yerinə yetirsinlər
1915-ci ilin sonlarında Amerika dəhşət və çaşqınlıq halını yaşayırdı.
Avropa xalqları bir ildən çox idi ki, bir-birini bəşəriyyət tarixində indiyə
qədər görünməmiş halda qırırdılar. Sülhə nail olmaq mümkün idimi? Heç kim
bilmirdi. Lakin prezident Vudro Vilson buna cəhd etməyi qərara aldı.
O, müharibənin Avropadakı yiyələri ilə danışıqlar aparmaq üçün şəxsi
nümayəndəsini, sülh emissarını ora göndərməyi qət etdi.
Dövlət katibi, sülh tərəfdarı Uilyam Ceninqs Brayan bu cür elçi olmaq üçün
alışıb-yanırdı. O, burada böyük işi həyata keçirmək və öz adını əbədiləşdirmək
üçün fürsət gəzirdi. Lakin Vilson başqa adamı təyin etdi – öz şəxsi dostu
polkovnik Hauzu. Və Hauzun qismətinə ağır məsələ düşdü – bunu Brayana
çatdırmaq, özü də bu vaxt onun özünü alçaldılmış hiss etməsinə imkan
verməmək.
“Sülh emissarı qismində Avropaya mənim göndərildiyimi biləndə Brayan
aşkar dilxor olmuşdu, – deyə polkovnik Hauz öz gündəliyində yazırdı, – o özü
getməyə ümid edirdi...
downloaded from KitabYurdu.org
Mən cavab verdim ki, prezident rəsmi nümayəndə göndərməyin ağıllı
olmadığını hesab edir, çünki əgər o, Brayan getmiş olarsa, onda bu, həddən çox
diqqət cəlb etmiş olar və adamlar onun nə üçün gəldiyi sualını verəcəklər”.
İşin nə yerdə olduğunu başa düşürsünüzmü? Hauz mahiyyət etibarilə dedi ki,
Brayan bu cür tapşırıq üçün həddən artıq əhəmiyyətli simadır və Brayan
məmnun qaldı.
Məharətli diplomat, insan münasibətlərində böyük təcrübəyə malik olan
polkovnik bir çox mühüm qaydaya riayət edirdi: “Həmişə çalışın ki, adamlara
sizin istədiyinizi yerinə yetirmək xoş olsun”.
Uilyams Cibbs Mak-Edunu öz kabinetinin üzvü olmağa dəvət edəndə Vudro
Vilson eyni taktikanı rəhbər tuturdu. Bu, onun kiməsə göstərə biləcəyi ən böyük
şərəf idi. Bununla belə, Vilson dəvətini elə düzüb-qoşdu ki, Mak-Edu özünü ikiqat
əhəmiyyətli sima kimi hiss elədi. Budur, hadisənin necə baş verdiyini Mak-
Edunun öz sözləri ilə veririk:
“O (Vilson) dedi ki, indi öz kabinetini formalaşdırır və mən Dövlət xəzinədarı
postunu tutmağa razılıq vermiş olsaydım, çox şad olardı. Onun məsələləri çox
gözəl ifadə etmək manerası var idi. O, belə təəssürat yaradırdı ki, onun təklifini
qəbul etməklə mən ona şərəf göstərmiş oluram”.
Əfsus, Vilson həmişə bu cür diplomat olmurdu. Əks-təqdirdə, tarixin gərdişi
tamam başqa ola bilərdi. Məsələn, ABŞ-ın Millətlər Liqasına daxil olması
haqqında məsələ həll olunarkən o, Senata və Respublikaçılar Partiyasına lazımi
loyallıq göstərmədi. Vilson Fay Rutu, yaxud Hyucu, yaxud Henri Kabbot Locu,
yaxud da başqa bir iri respublikaçını özü ilə aparmaqdan imtina etdi. Bunun
əvəzinə o, özü ilə öz partiyasından olan heç kəsin tanımadığı adamları apardı.
O, respublikaçıları özündən uzaqlaşdırdı. Millətlər Liqası ideyasının onun
özünə olduğu kimi, eyni dərəcədə də onlara məxsus olduğunu hesab etmək
hüququnu əllərindən almaqla və Versalda stol arxasında onlara yer verməməklə
uzaqlaşdırdı. Belə kobud stilin nəticəsi bu oldu ki, Vilsonun karyerası qəzaya
uğradı, onun sağlamlığı laxladı, ömrü isə qısaldı.
Amerika Millətlər Liqasından kənarda qaldı. Dünya tarixinin gedişi dəyişdi.
Məşhur “Dabldey Peyc” nəşriyyatı bu qaydaya həmişə riayət edib:
“Belə edin ki, sizin adamlara məsləhət gördüklərinizi yerinə yetirmək onlara
xoş olsun”.
Bu mənada firma çox böyük kamilliyə nail olmuşdur.
O’Henri bildirmişdi ki, “Dabldey Peyc” hətta onun bu və ya digər əsərini çap
etdirməkdən imtina edərkən belə ona öz hörmətini göstərə bilirdi və bunu o
qədər incəliklə, elə yüksək qiymət verməklə edirdi ki, onun hekayəsini qəbul
edən başqa naşirlə müqayisədə “Dabldey Peyc”in imtinası ona daha xoş idi.
Mən elə bir adam tanıyıram ki, o, dostlarının və minnətdar olduğu şəxslərin
ona müraciət edərək nitqlə çıxış etmək dəvətindən imtina eləmək
məcburiyyətində qalırdı. Amma bunu elə məharətlə edirdi ki, dəvət edənlər, ən
azı, onun imtinası ilə razılaşırdılar. O, buna necə nail olurdu? O, bunu yalnız
özünün bərk məşğul olduğunu və ya filanın həddən artıq belə, behmanın həddən
artıq elə... olduğunu bildirməklə etmirdi. Xeyr, dəvətə görə təşəkkürünü və
dəvəti qəbul edə bilməyəcəyi ilə əlaqədar təəssüfünü bildirərək, öz əvəzinə kimi
dəvət edə biləcəklərini göstərirdi.
downloaded from KitabYurdu.org