Mən Sinq-Sinqdə heç vaxt məhkumluqda olmamışam – hər halda, indiyə
qədər, lakin geri boylanıb öz şəxsi həyatıma baxanda belə hallar tapıram ki,
həmin vaxt bir neçə tərifli söz mənim bütün gələcəyimi dəyişərdi. Eyni şeyi siz
özünüz haqqında məgər deyə bilməzsiniz? Tarix tərifin sehrli təsirinin
nümunələri ilə zəngindir.
Məsələn, yarım yüzillik bundan əvvəl Neapolda fabrikdə onyaşlı uşaq
işləyirdi. O, müğənni olmağı həsrətlə arzulayırdı, lakin birinci müəllimi onun əl-
qolunu yanına saldı: “Sən oxuya bilmirsən. Sənin səsin qətiyyən yoxdur. Sən elə
bil jalüzlərdən keçən külək kimi ulayırsan”.
Uşağın anası, yoxsul kəndli qadın onu qucaqladı və dedi ki, o oxuya bilir, dedi
ki, o, getdikcə daha yaxşı oxuyur. Ana ayaqyalın gəzirdi ki, onun musiqi
dərslərinin haqqını ödəmək üçün pul yığa bilsin. Anasının tərifi və göstərdiyi
dəstək oğlanın həyatını dəyişdi. Ola bilsin ki, siz onun haqqında eşitmisiniz. Onun
adı Enriko Karuzodur və o, öz dövrünün ən böyük, ən məşhur opera müğənnisi
oldu.
Çox illər bundan qabaq Londonda bir cavan oğlan arzulayırdı ki, yazıçı olsun.
Lakin belə görünürdü ki, hər şey onun əleyhinədir. O, məktəbə dörd ildən çox
gedə bilmədi. Onun atasını borcları qaytara bilmədiyinə görə həbsxanaya saldılar
və oğlan aclığın nə demək olduğunu çox tez bildi. Nəhayət, onu siçovullarla
qaynaşan zirzəmidə çəkmə mazı bankalarına yarlıq yapışdırmaq işinə
götürdülər. O, özü kimi iki evsiz-eşiksiz oğlanla birlikdə çardaqda gecələyirdi.
Özündəki yazmaq qabiliyyətinə onun inamı çox böyük idi, lakin o, bir-birinin
ardınca imtina alırdı. Nəhayət, onun hekayələrindən birinin qəbul edildiyi
möhtəşəm gün gəlib çatdı. Doğrudur, buna görə o, bir şillinq də olsa almadı, lakin
redaktor onu təriflədi. Oğlan o qədər həyəcanlanmışdı ki, məqsədsiz surətdə
küçələrdə veyllənir və yanaqlarında göz yaşları diyirlənirdi.
Tərif, öz ifadəsini hekayələrindən birinin dərc olunmasında tapan, ona
verilən qiymət – bu, oğlanın bütün həyatını dəyişdi. Redaktorla həmin görüşü
olmasaydı, o, ola bilsin ki, bütün ömrünü siçovulların qaynaşdığı fabrikdə
işləməli olacaqdı. Bəlkə siz həmin oğlan haqqında eşitmisiniz? Onun adı Çarlz
Dikkens idi.
Yarım yüzillik bundan qabaq başqa bir londonlu gənc manufaktura köşkündə
klerk işləyirdi. O, səhər saat beşdə yuxudan durmalı, otağı süpürməli və katorqalı
kimi gündə on dörd saat işləməli idi. Bu, ağır iş idi və bu işə o nifrət edirdi. İki
ildən sonra onun bu işə tab gətirməyə artıq halı yox idi və bir gün səhər yeməyini
gözləmədən on beş mil məsafə qət edir ki, bir varlı evində təsərrüfatı idarə edən
anası ilə söhbət etsin.
O sakitləşmirdi, anasına yalvarırdı, ağlayırdı, and içirdi ki, əgər həmin köşkdə
bundan sonra da qalsa, özünü öldürəcək. Sonra o, öz qoca müəlliminə uzun
patetik məktub yazaraq bildirdi ki, dərd onu artıq sındırıb, daha yaşamaq
istəmir. Qoca müəllim onu bir qədər təriflədi və inandırdı ki, o çox ağıllı,
istedadlı, gözəlliyi incəliklə başa düşməyi bacaran gəncdir və ona müəllim yerini
təklif etdi.
Bu tərif gəncin bütün gələcəyini dəyişdi və ingilis ədəbiyyatının tarixində
böyük iz qoydu. Həmin gənc o vaxtdan 77 kitab dərc etdirdi və qələmi ilə
downloaded from KitabYurdu.org
milyonlarla dollar qazandı. Siz onun haqqında, çox güman ki, eşitmisiniz. Onun
adı Herbert D.Uellsdir.
İndi görün görkəmli psixoloq və filosof Uilyam Ceyms nə demişdir:
“Biz bizim necə olmalı olduğumuzla müqayisədə vur-tut yarıyadək
oyanmışıq. Biz özümüzün fiziki və əqli resurslarımızın yalnız cüzi hissəsindən
istifadə edirik. Başqa sözlə, insan individuumu indiyə qədər də özünün minimal
imkanları hüdudundan çıxmadan yaşayır. O çox müxtəlif, adətən, necə istifadə
edəcəyini bilmədiyi qabiliyyətlərə malikdir”.
Bəli, siz, bu sətirləri oxuyanlar, bir çox qabiliyyətlərə maliksiniz ki, bunları
istifadə etmək sizə, adətən, müyəssər olmur və bu, çox güman, tam həcmdə
istifadə etmədiyiniz qabiliyyətlərdən biri – tərif və qiymət verməklə adamları öz
gizli imkanlarını işə salmağa sövq etmək kimi magik imkanınızdır.
Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir
göstərmək istəyirsinizsə, 6-cı qaydadan istifadə edin:
Adamı hər bir, hətta ən adi uğuruna görə də tərifləyin və bu vaxt “öz
etirafınızda səmimi, təriflərinizdə səxavətli olun”.
Yeddinci fəsil
İtə yaxşı ad verin
Mənim dostum, Nyu-Yorkda Bryuster-roud Skardeyn 175-ci evdə yaşayan
xanım Ernst Censt muzdla xidmətçi qız tutmuşdu və ondan gələn həftə bazar
ertəsindən işə başlamağı xahiş etmişdi. Bu arada isə xanım Censt həmin qızın
əvvəllər evində işlədiyi qadına zəng etmişdi. Məlumatlar heç də ürəkaçan deyildi.
Qız işə başlamaq üçün gələndə xanım Censt dedi: “Nelli, mən bu günlərdə
əvvəllər sizin evində işlədiyiniz qadına zəng etmişdim. O dedi ki, siz düzgün
qızsınız, sizə etibar etmək olar, yaxşı biş-düş edirsiniz, uşaqlara yaxşı baxırsınız.
O həm də dedi ki, siz təmizkar deyilsiniz və evi heç vaxt təmiz saxlamırdınız.
Lakin düşünürəm ki, bu, doğru deyil. Siz çox səliqəli geyinirsiniz, bunu hər kəs
görür. Mən mərc çəkməyə hazıram ki, paltarınız necə təmizdirsə, siz evi də o cür
təmiz saxlayacaqsınız. Düşünürəm ki, biz sizinlə yola gedəcəyik”.
Və onlar, həqiqətən də, gözəl yola gedirdilər. Nellinin yeni reputasiyası var
idi və o, bunu doğrultmalı idi. O, məmnuniyyətlə gündə bir saat artıq evin səliqə-
sahmanına diqqət yetirirdi ki, təki xanım Censt onun haqqında ideal işçi
təsəvvürünü dəyişməsin.
“Orta səviyyəli insanı, – Boduin Lokomotiv Uorks firmasının prezidenti Sam-
yuel Vekson demişdir, – öz ardınca aparmaq asandır, əgər siz onun rəğbətini
qazana və hansısa məziyyətinə görə ona hörmət elədiyinizi hiss etdirə
bilmisinizsə”.
Qısaca deyilərsə, əgər siz adamın hansısa keyfiyyətinin üzə çıxmasını
istəyirsinizsə, özünüzü elə aparın ki, elə bil həmin keyfiyyət artıq səciyyələndirici
xüsusiyyətdir. Şekspir deyib: “Özünüz üçün bir xoş məram fikirləşib tapın, əgər
bu sizdə yoxdursa”.
Və başqa şəxsdə inkişaf etdirmək istədiyiniz xoşməramlı xüsusiyyətin onda
olduğunu hamı qarşısında bildirmək çox faydalıdır. Onun yaxşı reputasiyasını
yaradın və o, sizi məyus etməmək üçün ağlasığmaz səylər göstərəcək.
Xanım Jorjet Leblan özünün “Xatirələr. Mənim Çeterdinklə həyatım”
kitabında belçikalı sadə Zoluşkanın heyrətamiz transformasiyasını qələmə alır. O
downloaded from KitabYurdu.org