Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
133
ları arasındakı əlaqələr də vacibdir. Ölkədə müəssisə idarəetməsin-
də və menecementində paylaşımçılıq fikri zəif inkişaf etmişdir.
Səhmdarlıq institutunun inkişafı və çeşidlənməsi isə yalnız güclü
maliyyə-fond bazarları, əsasən də təkrar bazar vasitəsilə mümkün
ola bilər.
Zənnimizcə, Azərbaycan Respublikasında fond bazarının inki-
şafını ləngidən səbəbləri, problemləri aşağıdakı kimi təsnifləş-
dirmək  zəruridir:
v Mövcud hüquqi-normativ və metodoloji bazanın tək-
milləşməyə ehtiyacının artması;
v Bazarın kapitallaşma səviyyəsinin aşağı olması;
v Bazarın beynəlxalq bazarlara açılma imkanlarının məhdud-
luğu və xarici investorların ölkə bazarında iştirakının qeyri-
qaneedici səviyyəsi;
v Bazarda investisiya cəlbediciliyinin zəifliyi;
v Bazarın likvidlik səviyysəinin qeyri-müəyyənliyi;
v İnvestorların hüquqlarının qorunması üçün hüquqi və təş-
kilatı-tənzimləyici islahatların qaneedici səviyyədə olmaması;
v Korporativ qiymətli kağızlar bazarının, xüsusən də səhm
bazarının qeyri-mütəşəkilliyi;
v Real sektora və biznes mühitinin inkişafına yönəlmiş ilikin
və təkrar bazarların inkişafının qənaətbəxş səviyyədə olmaması;
v Hüquqi və fiziki şəxslərin bazarda iştirak səviyyəsinin zəif-
liyi;
v Əhalinin və digər maraqlı tərflərin bazara olan inamının ki-
fayətqədər formalaşmaması;
v Bazarın mobilliyinin, informasiya təminatının və  İKT im-
kanlarından (xüsusilə də müasir proqram təminatlarından) isti-
fadəsinin kifayət qədər yüksək olmaması;
v Bazarda qiymət mexanizminin, qiymət indekslərinin müasir
bazar tələblərinə uyğun təşkil edilməməsi;
v Ölkədə bazar rəqabət mühitinin inkişafına ehtiyacın artması
və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin beynəlxalq stan-
dartlara keçidinin sürətləndirilməsində olan ləngimələr;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
134
v Bazarın infrasturkturunun və qanunvericilik bazasının tək-
milləşdirilməsinə ehtiyacın artması;
v Bazarın təşklinin və tənzimlənməsinin kommersiya yönüm-
lü istiqamətliyinin və şaxələnməsinin aşağı olması;
v Bazarda özünütənzimləmə mexanizminin tətbiqinin həyata
keçirilməməsi;
v Bazar statistikasının kifayət qədər formalaşmaması və infor-
masiya təminatının şəffaflaşdırılmasına ehtiyacın yüksəkliyi.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
135
BEŞİNCİ FƏSİL
 AZƏRBAYCAN RESPUBLİKASINDA FOND
BAZARININ İNKİŞAFI İLƏ BAĞLI TƏKLİF VƏ
 TÖVSİYYƏLƏR
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı
həyata keçirilən konsepsiya və proqramlarda qiymətli kağızlar,
əsasən də fond bazarının inkişafı ilə bağlı əsaslandırılmış mühüm
tədbirlər müəyyən edilmişdir.
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan
məqsəd və vəzifələr, onların icra mərhələləri ölkədə müasir
tələblərə uyğun fond bazarının yaradılmasında xüsusi əhəmiyyət
kəsb etməkdədir. Dövlət proqramının həyata keçirilməsinə xüsu-
silə dəstək verən, onun daha yüksək və geniş səviyyədə icrasına
təsir edən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsi-
yası”dır. Müvafiq proqram və konsepsiyanın məqsəd və vəzifələri-
ni, müddəalarını  əsas götürüb, müasir dünyada baş verən inkişaf
meyllərini də diqqətə alıb, zənnimizcə ölkənin fond bazarının
perspsktiv inkişafı ilə bağlı aşağıdakı təkliflərin də nəzərə alınma-
sının iqtisadi və hüquqi əsasları vardır.
Azərbaycan Respublikasının fond bazarının inkişafı beynəlxalq
maliyyə - fond bazarlarının inkişafı ilə sıx bağlı inkişaf etməlidir.
Məhz belə yanaşma ölkənin maliyyə-fond bazarının perspektiv
inkişafı ilə bağlı qəbul edilən dövlət proqram və konsepsiyalarında
da öz əksini tapmaqdadır. Ölkənin fond bazarının perspektiv inki-
şafında aşağıdakı əsas amillərin nəzərə alınması xüsusi zərurətdən
irəli gəlir:
v Kapitalın konsetrasiyası və mərkəzləşdirilməsi;
v Bazarın beynəlmiləşməsi və qloballaşması;
v İdarəetmə sisteminin və mexanizminin təkmilləşdirilməsi,
səmərəli nəzarət sisteminin tətbiqi;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
136
v Əməliyyatalrın aparılmasında yeni informasiya kom-
munikasiya texnologiya proqramlarından istifadə olunması;
v Bazarda yeni maliyyə alətlərinin tətbiqi;
v Bazarın sekryutirizasiyası;
v Qiymətli kağızlar bazarları arasında qarşılıqlı əlaqələrin artı-
rılması.
Bütün bunlar fond bazarının həcminin və davamlılığının artma-
sına səbəb olmaqla yanaşı, həm də onun sosial-iqtisadi inkişaf pro-
sesindəki rolunun da yüksəlməsinə təsir göstərəcəkdir.
5.1 Fond bazarının inkişaf strategiyasında nəzərə alınmalı
keyfiyyət dəyişiklikləri
Fond bazarının inkişaf strategiyasının həyata keçirilməsində
aşağıdakı keyfiyyət amilləri də nəzərə alınmalıdır:
v Biznes fəaliyyəti ilə məşğul olan yerli müəssisələrin
əksəriyyəti kapital bazarına yol tapamalı, nəticədə, ölkə müəs-
sisələrinin fond bazarında ilkin səhmlərinin yerləşdirilməsinin sayı
dəfələrlə artmalıdır;
v Maliyyə təşkilatları tərəfindən əhaliyə və qeyri-maliyyə
müəssisələri sektoruna təqdim olunan fond bazarı və xidmət va-
sitələrinin çeşidi əsaslı şəkildə genişlənməlidir;
v Qiymətli kağızlarla sazişlər bağlanması, onların uçotunun
etibarlı aparılması və qorunması üçün rəqabət şəraiti artırılmalıdır.
Bu amil həm də Azərbaycanda yerli aktivlərin əsas payı üzrə ti-
carətin milli hüquqi əsaslar üzrə həyata keçirilməsinə səbəb olma-
lıdr;
v Kollektiv investisiya institutları inkişaf etməli və möh-
kəmlənməlidir. Fond bazarında investorlar arasında uzunmüddətli
kapital qoymağa meyilli olanlar arasında konservativ fondların pa-
yının artmasına daha geniş şərait yaradılmalıdır;


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə