Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   40   41   42   43   44   45   46   47   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
137
v İnvestorların hüquq və mənafelərinin pozulmaması nə-
ticəsində onların dəymiş itkilərinin azaldılmasına doğru tədbirlərin
sayı artırılmalıdır.
5.2 Azərbaycan Respublikasında fond bazarının perspektiv
inkişaf  istiqamətləri
Milli müəssislərin uzunmüddətli investisiya resurslarının əsas
mənbəyi kimi fond bazarının imkanlarına getdikcə daha çox maraq
göstərmə istiqaməti xüsusi diqqət mərkəzində saxlanmalı və bu
əlaqənin davamlılığı üçün münbit şərait yaradılmalıdır. Fond baza-
rının həm də real sektor üçün investisiyaların cəlb olunmasının
səmərəli mexanizmi kimi çıxış etməsi əsas götürülüb, belə
mexanizmin təkmilləşdirilməsi və inkişafı ilə bağlı xüsusi strategi-
ya hazırlanmalıdır. Ölkədə güclü və çevik fond bazarının təşkili və
inkişafı aşağıdakı istiqamətlər üzrə kompleks tədbirlərin həyata
keçirilməsini zəruriləşdirir:
v Qanunvericilik və normativ-metodoloji bazanın təkmilləşdiril-
məsi;
v Korporativ qiymətli kağızlar bazarının inkişafının sürətləndiril-
məsi;
v Bazarda idarəetmə və tənzimləmə mexanizmlərinin tək-
milləşdirilməsi;
v Bazara olan inamın gücləndirilməsi, fiziki və hüquqi
şəxslərin investisiyalarının cəlbi üçün stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsi;
v Fond bazarının inkişafı səviyyəsi və uzunmüddətli iqtisadi
inkişaf tempi arasında sıx və sabit əlaqənin yaradılması;
v Fond bazarının milli iqtisadiyyat çərçivəsində kapital bölgü-
sündə fəallığının artırılması ilə ictimai istehsalın səmərəliliyinin
yüksəlməsinə şərait yaradılması;
v Fond bazarının və ilk növbədə səhm bazarının inkişafı ilə
milli iqtisadiyyatda reallaşdırılan investisiya layihələrinin geniş-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
138
ləndirilməsinə imkanların artırılması, bu bazar vasitəsilə uzaq
gələcəkdə də milli iqtisadiyyatın rəqabət qabiliyyətinə daha çox
təsir edən layihələrin həyata keçirilməsinin stimullaşdırılması;
v Fond bazarında yüksək texnologiyalı sahələrin və şirkətlərin
fəaliyyətinə xüsusi şərait yaradılması, bazarın həmçinin beynəlxalq
səviyyədə milli iqtisadiyyat üçün texnoloji liderliyin təminatçısı və
milli iqtisadiyyatda səmərəli innovasiya keçiricisi kimi çıxış
etməsinə imkanlar yaradılması;
v Fond bazarında makroiqtisadi sabitliyin təmin edilməsi
vəzifəsini yerinə yetirməyə səbəb olan geniş çeşidli maliyyə
alətlərindən istifadə edilməsinə şərait  yaradılması;
v Fond bazarının qeyri-bank sektoru ilə inkişafının güc-
ləndirilməsi.
v Maliyyə sektorunda rəqabətqabiliyyətli ınstitutlarının for-
malaşması  üçün zəruri zəmin yaradılması;
v Ölkə müəssisələrin kapital bazarına çıxması üçün tənzim-
ləymci  maneələrin azaldılması və maliyyə bazarının yeni alətlə-ri-
nin formalaşdırılmasının hüquqi əsaslarının yaradılması;
v İnvestorların hüquqlarının müdafiəsi üzrə qanunvericilik ba-
zasının təkmilləşdirilməsi;
v Maliyyə-fond bazarında investisiya riskinin azaldılması və
tənzimləmə sisteminin islahatı;
v Fond bazarı uçot-hesablama infrastrukturunun təkmilləşdi-
rilməsi, yeni texnologiyaların tətbiq edilməsi;
v Birjaların və ticarət sistemlərinin rəqabət qabiliyyətinin
yüksəldilməsi;
v Bazarın peşəkar iştirakçılarının risklərinin idarəetmə siste-
minin tətbiqi;
v Yığıcı pensiya sistemlərinin və kollektiv investisiya institut-
larının inkişaf etdirilməsi;
v Sığorta institutlarının inkişaf etdirilməsi.
Ölkə müəssisələrinin kapital bazarına çıxmasının tənzimləyici
maneələrini azaltmaq və yeni maliyyə-fond bazarının müasir va-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
139
sitələrinin hüquqi əsaslarının yaradılması aşağıdakı tədbirlər
kompleksini həyata keçirməyi nəzərdə tutur:
v Yeni yaranmış maliyyə alətləri bazarının  inkişafı;
v Maliyyə aktivlərinin mühafizəsi vasitələrinin və ipoteka
qiymətli kağızlar bazarının inkişafı;
v Müəssisələrin milli kapital bazarına çıxmasında transaksiya
itkilərinin azalması məqsədilə artıq hüquqi maneələrin ləğv
edilməsi.
v İnvestorların hüquqlarının mühafizəsinin qanunvericilik ba-
zasının möhkəmləndirilməsi və maliyyə bazarında investisiya ris-
kinin azaldılması aşağıdakı tədbirlər kompleksinin həyata keçi-
rilməsini nəzərdə tutur:
v İnformasiyanın açılmasına dair tələblər sisteminin səmərəli-
liyinin artırılması;
v İnsayder informasiyasından və insayder ticarətindən istifadə
edilməsi probleminin həlli;
v Birləşmə, yenidən təşkil olunma zamanı bazarda səhmdar-
ların hüquqlarının müdafiəsi;
v Korporativ qanunvericiliyin təkmilləşdirilməsi və korporativ
idarəetmə prinsiplərinin inkişafı;
v Maliyyə-fond bazarında kompensasiya mexanizmlərinin in-
kişafı.
v Fond bazarında tənzimləmə islahatının aparılması aşağıdakı-
ları nəzərdə tutur:
v Fond bazarında tənzimləmə üzrə kollegial orqanın yaradılması
və fəaliyyəti üçün qanunvericilik əsaslarının hazırlanması;
v Fond bazarının tənzimlənməsi və özünütənzimləmə sistemi-
nin inkişafı vasitəsi ilə qərarlar qəbul edilməsi prosesinə qiymətli
kağızlar bazarının peşəkar iştirakçılarının, investorların və emi-
tentlərin cəlb olunması;
v Listinq və delistinqiin tənzimlənməsi, həmçinin qiymətli
kağızların hərraca çıxarılması və onların qiymətləndirilməsi qay-
dalarının  təkmilləşdirilməsi;
v Birja hesablamaları mexanizminin təkmilləşdirilməsi;


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə