Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   40   41   42   43   44   45   46   47   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
149
Nəzərdə alınmalıdır ki, səhmdar cəmiyyətləri və məhdud məsu-
liyyətli cəmiyyətlər haqqında qanunvericiliklərdə öhdəliklərin
əvvəlcədən ödənilməsi vəzifəsi yerinə kreditorların hüquqlarının
qorunmasının daha liberal formaları, yəni kreditorların etirazlarına
məhkəmə yolu ilə baxılması, həmçinin təminat tədbirləri forma-
sında zəmanətlərin verilməsi öz əksini tapmalıdır. Nizamnamə ka-
pitalının azalması, üstəlik bu cür hüquqi şəxslərin aradan götü-
rülməsi radikal tədbir olub, müasir bazarın tələblərinə cavab ver-
mir. Etiraf etmək lazımdır ki, qüvvədə olan qanunvericilikdə
müəssisə zərərlə işlədiyi hallarda, o cümlədən iflasa uğradıqda,
kreditorların hüquqlarının müdafiəsi üçün başqa mexanizmlər də
nəzərdə tutulub.
5.9 Fond bazarında kompensasiya mexanizminin tətbiqinin
inkişafı
Maliyyə-fond bazarında risklərin azalmasına (hər şeydən əvvəl,
maliyyə təşkilatlarının iflasa uğraması və investorlara xidmət za-
manı öz vəzifələrini məsuliyyətsiz yerinə yetirməsi riski) kompen-
sasiya mexanizmlərinin tətbiqi səbəb olacaqdır. Müvafiq mexa-
nizmlərin aktuallığı maliyyə bazarının qeyri-bank sektorunda bank
əmanətlərinin sığorta sisteminin tətbiqi nəticəsində yüksəlmişdir.
Belə  şəraitdə fond bazarının qeyri-bank sektorunda əhalinin kom-
pensasiya sisteminin tətbiqi müxtəlif növ maliyyə institutları üçün
bərabər rəqabət imkanlarını təmin edir. Bununla əlaqədar fərdi in-
vestorların fond bazarında etibarını təmin edən kompensasiya
mexanizmləri yaradılmalıdır. Kompensasiya mexanizmi aşağıdakı
prinsiplər əsasında fəaliyyət göstərməlidir:
v Kompensasiya institutlarının fəaliyyətinin hüquqi normala-
rının dəqiq müəyyən edilməlidir;
v Kompensasiya fondlarının fəaliyyətinə bazar tənzimləyicisi
tərəfindən səmərəli nəzarət edilməlidir;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
150
v Kompensasiya fondlarından faydalananların daha çox qeyri-
peşəkar investorlar (əsasən fiziki şəxslər) olması nəzərə alınıb, in-
vestor və maliyyə təşkilatlarının qarşılıqlı münasibətlərinin
məhkəmə yolu ilə tənzimlənməsi mexanizmi gücləndirilməlidir;
v Kompensasiya mexanizmləri yalnız lisenziyası olan maliyyə
təşkilatlarının müştərilərinə şamil edilməlidir;
v Kompensasiyanın verilmə halları müəyyənləşdirilməli, bu
zaman investisiya şirkətinin üçüncü şəxslər qarşısında öz
öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətinin itirməsi, həmçinin
kriminal hallarla əlaqəliyi konkretləşdirilməlidir;
v Kompensasiya fondlarının vəsaitləri investisiya risklərinin
realizasiyası ilə əlaqədar investorların itkilərinin kompensasiyasın-
da istifadə olunamamalıdır (investisiya aktivlərinin seçilməsində
səhvlər, hər hansı makroiqtisadi və ya korporativ hadisə nəticə-
sində qiymətlərin düşməsi və s.);
v Kompensasiya verilən hallarda kompensasiya almış, qeyri-
etik hərəkətləri və ya müflisləşmə nəticəsində hüquqlarını və qanuni
maraqlarını pozmuş müəssisə haqqında investorun bütün tələbləri
kompensasiya fonduna keçməlidir;
v Kompensasiya fondları investorların qanuni maraqlarının və
hüquqlarının müdafiə sisteminin ümidsiz hallarda tətbiq edilən
tərkib elementi kimi nəzərdə tutulmalıdır.
v Azərbaycanın fond bazarında fəaliyyət göstərən kom-
pensasiya fondlarının formalaşma mənbələri aşağıdakılar ola bilər:
v Maliyyə və digər təşkilatların kompensasiya fondlarına
ödəmələr;
v Öz-özünü tənzimləyən təşkilatın üzvlərindən, maliyyə təşki-
latlarından, müvafiq qaydalar əsasında tutulan cərimələrin məbləği;
v Digər mənbələr.
Maliyyə-fond bazarında səmərəli kompensasiya mexanizm-
lərinin tətbiqi vəzifəsi son dərəcə aktualdır. Bu zaman dövlətin
vəzifəsi həm maliyyə təşkilatları tərəfindən kompensasiya fondla-
rının yaradılmasının stimullaşdırılması və onlara kömək göstəril-
məsindən, həm də dövlət kompensasiya fondunun yaradılmasından


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
151
ibarət ola bilər. Kompensasiya fondlarının yaradılması üçün nor-
mativ baza işlənib hazırlanmalı, bu baza müvafiq fondların hüquqi
statusunu və idarəetmə qaydalarını tənzimləməlidir. Bundan başqa,
dövlət tərəfindən maliyyə təşkilatları tərəfindən yaradılan kompen-
sasiya fondlarına müəyyən kömək göstərmək məsələsinin həllinə
də baxa bilər.
5.10 Fond bazarının tənzimləmə sisteminin
təkmilləşdirilməsi
Fond bazarının tənzimləmə sisteminin təkmilləşdirilməsinin
başlıca xüsusiyyətlərinə aid edilməlidir: kollegial idarəetmə və
qərar qəbuletmə orqanının mövcudluğu, orqanın fəaliyyətinin ma-
liyyələşdirilməsinin xüsusi sistemi (maliyyə muxtariyyəti), opera-
tiv müstəqillik, icra hakimiyyətinə hesabatın verilməsi. Belə tən-
zimləyici orqanın yaranması çərçivəsində fond bazarının tən-
zimlənməsi üzrə dövlətin funksiyalarının bir hissəsi icra haki-
miyyəti orqanlarından nisbətən ictimai əsaslar üzrə fəaliyyət
göstərən, bazarda yüksək reytinqə malik çevik və səmərəli ictimai
tənzimləmə institutlarına keçməlidir. İnstitutun statusu imkan
verəcəkdir ki, maraqların mövcud mübahisəsi problemi kolleqial
idarəetmə orqanı hesabına yaradılmış vahid orqan daxilində tən-
zimlənsin və bunun köməyilə strateji qərarların formalaşması za-
manı zəruri nümayəndəlik və maraqlar balansı təmin olunsun.
Bazarda tənzimləmədə islahatların aparılmasının əsas məqsədi -
fond bazarının tənzimlənməsi üzrə qərarların qəbul edilməsində
dövlət ilə yanaşı, peşəkar cəmiyyətlərin nümayəndələrinin, inves-
torların və emitentlərin cəlb edilməsilə daha səmərəli institutunun
yaradılmasıdır.
Tənzimləmədə islahatların aparılmasının əsas mahiyyəti –
yuxarıda sadalanan prinsiplər əsasında fəaliyyət göstərən vahid
tənzimləyici orqan əsasında fond bazarında tənzimləmə, yoxlama
və nəzarət üzrə dövlət funksiyalarının təmin edilməsinin prinsipial
yeni mexanizminin formalaşdırılmasıdır.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə