Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
127
zarı bir tərəfdən Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi,
digər tərəfdən isə əsas  hissəsi bankların qiymətli kağızlarına malik
olan  investorlar arasında vasitəçi rolunda çıxış edir. Birjanın kor-
porativ sektoru praktiki  olaraq kifayət qədər inkişaf etməyib. Bu-
rada həmçinin, daha çox banklar tərəfindən emisiya olunan (bank-
lar səhmləri faktiki olaraq nizamnamə kapitallarının artırılması
üçün emisiya edirlər) möhkəmlənmiş  əsas rola malik qiymətli ka-
ğızlarla ilkin bazarın istiqrazları iştirak edirlər.
Birjanın fəaliyyətində dövlət qiymətli kağızları öz yüksək
mövqeyini hələ də saxlamaqdadır. Bu amil dövlətin bu bazarı inki-
şaf etdirmək məqsədlərindən çox bank sektorunun ehtiyaclarının
qarşılanmasına xidmət etməkdədir.
Mərkəzi Bankın NOT-ları və Maliyyə Nazirliyinin istiqrazları
büdcə kəsirlərinin örtülməsinə də ciddi təsir göstərmir və bu
alətlərin hər ikisi qısamüddətli xarakter daşıyır. Uzunmüddətli
alətlərin olmaması  şübhəsiz ki,  onların yüksək satınalınma təmi-
natındakı çətinliklərlə  əlaqədardır. Bazarda daha çox banklar
fəaliyyət göstərir və hələlik onların xüsusi çəkisini azaltmaq müm-
kün olmayıb. Birja və bank sektoru arasında müəyyən rəqabətin
olduğunu nəzərə alsaq, yaxın zaman içərisində bunu etmək müm-
kün olmayacaq. Banklar isə, qiymətli kağızlara qoyuluşlarda ciddi
maraq göstərmir, əsasən öz qiymətli kağızları ilə bağlı  əməliy-
yatlarla bağlı fəaliyyət göstərirlər. Ölkə müəssisələri tərəfindən
qiymətli kağızların və istiqrazların bazarda uğurlu yerləşdirilməsi
onların bank kreditlərinə maraqlarını azaldar.
Bazarda geniş çeşidli alətlərin olmaması qiymətli kağızların
nisbətən daha  optimal portfelinin yaradılmasını çətinləşdirir. Kor-
porativ qiymətli kağızlar sektorunda səhm və istiqraz alətlərinin
çeşidi də azdır. Bu şəraitdə bazarda investorların tərkibinin və
strukturunun genişləndirilməsi cəhdi çətinliklər yaradır. Qeyd
edilən problemlər ölkədə fond bazarının inkişafının ləngiməsinə öz
təsirini təsir göstərir.
Bazarın inkişafı iqtisadi metodların geniş tətbiqi, birja məlumat-
larının yayılması və təhlili kimi amillərlə sıx bağlıdır. Burada bir


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
128
neçə informasiya – təhlil mərkəzələrinin və ya ümumi bazar xid-
mətinin yaradılması zəruridir. Bundan başqa birjanın mütəmadi
olaraq bəzi daxili qaydalarına və öz fəaliyyət şərtlərinə baxması
vacib məsələdir.
Azərbaycanda fond bazarının təşəkkül tapması və inkişafı onun
bazar iqtisadiyyatı institutları sırasına əsaslı  şəkildə transformasi-
yası ilə bağlıdır və bu aktual problem hesab olunur.
Fond bazarının ölkədə kapital və investisiya təminatının əsas
maliyyələşmə mənbəyi və mexanizmi kimi formalaşdırılması -
onun dayanıqlı iqtisadi inkişafın zəruri amilinə çevrilməsinə,
texniki tərəqqiyə və cəmiyyətin rifah halının yaxşılaşdırılmasına
səbəb olacaqdır. Belə strateji məqsədə yalnız dövlətin və milli ka-
pitalın sıx qarşılıqlı fəaliyyəti əsasında nail oluna bilər. Bununla
yanaşı, beynəlxalq təcrübə göstərir ki, yüksək texnologiyalar
sahəsində fəaliyyət göstərən firma və  şirkətlərin inkişafı üçün
məhz fond bazarı birinci dərəcəli əhəmiyyət kəsb edən maliyyə
mənbəyidir. Qloballaşma şəraitində Azərbaycan dünya iqtisadiy-
yatına inteqrasiya etdikcə maliyyə sferası ilə fond bazarı arasında
əlaqələr daha da dərinləşir.
Ölkənin fond bazarının başlıca problemi kimi maliyyə re-
surslarının qeyri-səfərbərliyi ilə yanaşı, investisiya fəaliyyətinin
əsaslandırılmaması diqqəti cəlb edir. Bu amilin də təzahürlərindən
biri kimi inam böhranı və ya maliyyə institutlarına inamın zəif ol-
maması çıxış edir. Kiçik investorların “yuyulub aparılması”, əksər
səhmdar cəmiyyətlərinə, müəssisələrə nəzarət edən və səhmlərin
gəlirliyinin və likvidliyinin saxlanılmasında, dividend siyasətinin
aparılmasında maraqlı olmayan iri mülkiyyətçilərin üstünlük təşkil
etməsinə gətirib çıxartmışdır.
Emitentlər açıq kapital bazarına çıxmaqda maraqlı olma-
dıqlarından onlar bazarın kapital cəlbediciliyi imkanlarını başa
düşmür və müstəqil olaraq bazara çıxmağa hazırlaşa bilmirlər. Ma-
liyyə institutları və emitentlər ölkə müəssisələrinin bazar kapital-
laşmasının obyektiv qiymətləndirilməsində maraqlı deyillər. La-
kin, məhz bazar iqtisadiyyatı obyektivlik naminə şirkətlərin daxili


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
129
maliyyə hesabatı ilə yanaşı, investorlar üçün ən sadə və mümkün
meyarlar olan – şəffaf fond bazarında “risk-gəlir” əsasında
fəaliyyətin qiymətləndirilməsini tələb edir.
Fond bazarı iştirakçılarının strukturunda mobil möhtəkir kapita-
lının nümayəndələri üstünlük təşkil etsələrdə, fərdi investorların
geniş dairəsi passivdirlər. Fond bazarının tənzimlənməsi isə milli
fond bazarının fəaliyyətinin ən zəif yeridir. Bu problem özünü
aşağıdakı amillərdə göstərir:
v Qiymətli kağızlara investisiyanın vergi stimullaşdırılmasının
olmaması;
v Qiymətli kağızlar bazarını tənzimləyən dövlət orqanlarının
daimi maraq münaqişəsi;
v Böhran əleyhinə tənzimlənmənin olmaması;
v  Gündəlik proseslərə təsir etməyin qeyri-mümkünlüyü;
v Fond bazarının normativ-hüquqi bazasında boşluqların və
ziddiyyətlərin mövcudluğu;
v Fond bazarının tənzimlənməsi məsələlərində mövcud
qanunvericilik və normativ aktların yerinə yetirilməsi üzərində
nəzarətin kifayət qədər olmaması.
Bütün dünyada fond bazarının inkişaf səviyyəsinin vacib indi-
katorlarından biri səhm bazarının məcmu kapitallaşması
(şirkətlərin bazar dəyəri) ilə Ümumi Daxili Məhsulun həcmi ara-
sındakı nisbət hesab olunur. Ölkənin fond bazarı aşağı kapitallaş-
ma səviyyəsi ilə iri olmayan maliyyə institutları  əsasında qurulub
ki, bunların da daha diversifikasiyalı və iri biznesə qədər artması
qarşıda durur. Regional bazarlar qapalıdır: təkcə sərhədlər çər-
çivəsində deyil, həmçinin daha çox regional çərçivədə  maliyyə
məhsullarına təkliflər yoxdur.
Ölkədə fond bazarı iqtisadiyyatın real sektoru ilə zəif əlaqələn-
dirilib və kapitalların bölüşdürülməsi üzrə funksiyasını qeyri-qə-
naətbəxş yerinə yetirir. Bazar ilkin mərhələsində investisiya pro-
sesi ləngiyir, səhmdarlar və menecment nadir hallarda gəlirin öz
müəssisələrinin inkişafına investisiya olunması haqqında məlumat-
landırılırlar.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə