Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə18/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

 
36 
edib,  fitnəni  yatırmağı  məsləhət  gördükləri  halda,  o  bu  işdən 
imtina  etmişdi.  Qoşun  rəisi  də  əl  altında  Tərbiyət  xiyabanının 
mühasirəsini qüvvətləndirərək, işarə və fürsət gözləyirdi. Tirin 
22-ci  günü  günortadan  qabaq  böyük  fabrika  sahiblərinin 
müraciət  etdiyi  və  onların  gücü  bir  məbləğ  rüşvə  verib,  işini 
onların istədiyi kimi qurtarmasın sevənlər də vardır. Hətta özü 
də  Təbriz  sənaye  sahiblərinə  çorabçı  ki,  ogünkü  molaqatda 
Xəlil  inqilabın  hərəkatına  son  qoymaq  barəsində  müzakirə 
edildiyini  inkar  etmir.  O  günlərdə  Təbriz  fərmandarlığından 
icra  hakimiyyəti  məzul  olub  (kənarlaşıdırılıb),  Tehrana 
müraciət edən Mirzə Kərim xan bu işin əvvəldən axırına qədər 
Dadvərin  polis  tərəfindən  qovulduğuna  şəxsən  mənim  özümə 
isbat  etməyə  çalışdığı  xatirimdədir.  O  deyirdi  ki,  “Mən 
müqərrər  edim  (qərara  alım),  mənə  icazə  verin  şəxsən  və  ya 
polis  vasitəsilə  nqilabı  çağırım  ona  məsləhət  edim  və  ya  onu 
müvəqqəti  toqif  edib,  Tehrana  göndərim”,  Dadvər  isə  mənə 
qandırmaq istəyirdi ki, bu işdən onun müəyyən məqsədi vardı. 
Bu  məqsəd  isə  nəzərimcə  tacirlərdən  pul  qırxmaq,  həqiqədə 
həm  pul  qırxmaq,  həm  kargərlər  təşkilatını  pozmaqdan  ibarət 
idi.  Xəlilin  22  tir  macərası  bilaxirə  kargərlər  üçün  çox  baha 
başa  gəldi.  Qabaqcadan  hazırlanmış  polis  və  nizami  dəstələri 
nəqşə  üzrə  hərəkət  edib,  özünü  (xəlil  nqilab)  tutub  səhih  və 
salim  meydandan  çıxardıqları  halda,  ittihadiyyə  binasını 
darmadağın  edərək,  kargərlərdən  9  nəfərini  vəhşiyanə  bir 
surətdə  qətlə  yetirib,  22  nəfəri  də  ağır  surətdə  yaralamaqla 
komediyaya xatəmə vermişdilər. 22 Tir hadisəsi ilə azərbaycan 
kargərləri  təşkilatı  tamamilə  Xəlil  nqilabın  və  Yusif  ftixari 
dəstəsinin  çəngindən  xilas  olub,  Tudə  firqəsinin  rəhbərliyi 
altına keçdi. Ümumiyyətlə azərbaycanda fəhlələr təşkilatı cavan 
bir təşkilat olduğuna görə hətta axır zamanlara qədər tamamilə 
sinfi  əsas  üzrə  əsaslanmış  bir  illik  nehzət  müddətində  firqə  və 
Milli  Hökumətin  verdiyi  xüsusi  kömək  və  yaratdığı  şəraitə 
baxmayaraq,  yenə  də  təşkilat  cəhətdən  tamamilə  ittihadiyyə 
mənasını qazana bilməmişdir. Məxsusən axır zamanlardda firqə 
 
337 
11. Iş və zəhmət vəziri təyin olunanadək bu vəzifə baş vəzirə 
mühəvvəl olunur. 
Bu  Heyəti  Milli  Məclis  çox  səmimiyyətlə  qəbul  etdi.  Milli 
dövlət təşkili ilə yeni və mühüm bir məsələ meydana çıxmışdı. 
O  demokratik  və  xalq  hakimiyyətinin  əsasını  təşkil  edən 
mücriyyə  (icra  edici),  müqənninə  (qanunverici)  və  qəzaiyyə 
(məhkəmə)  qüvvələri  bir-birlərindən  ayrılmasından  ibarət  idi. 
Bu  əsası  məsələni  təxirə  salmaq  olmazdı.  Çünki  məclisimiz 
firqənin  ən  fəal  və  ən  yararlı  üzvlərindən  təşkil  olduğu  üçün 
onların  vücuduna  şəhər  və  kəndlərdə  ehtiyac  var  idi.  Düşmən 
hənuz  tamamilə  əzilib,  ortadan  çıxarılmamışdı.  Onlar  gərək 
müstəqil  bir  surətdə  mübarizəni  idama  verəydilər.  Ona  görə 
mücriyyə  qüvvəsindən  ibarət  olan  Milli  Hökumətin  qurulduğu 
zaman müqənninə dəstgahının əsasını qoymağa başladıq. Necə 
ki, təkrarən yazmışam, iş bizim üçün təzə iş idi. Bir-birini təqib 
edən  şiddətli  və  fövqüladə  işlər  bizə  başqa  demokratik 
dövlətlərin  qanunlarını  mütaliə  etməyə  imkan  vermirdi.  Ona 
görə gördüyümüz tədbir və yaratdığımız müəssisələri gündəlik 
ehtiyacımızı  və  əsas  hədəfimizə  uyğun  olaraq  yaratmağa 
çalışırdıq.  Əlimizdə  müəyyən  bir  ölçü  var  idi  ki,  o  ölçü  bizə 
yeni  işləri  düzgün  həll  etməyə  imkan  verirdi.  Ölçüdə  hədəf 
xalqın  hökumətində  doğrudan-doğruya  şirkət  etmək  şəraitini 
yaratmaqdan ibarət idi. Bizə belə gəlir ki, həqiqi demokratiya o 
vaxt təmin ola bilər ki, qüdrət xalqın hamısının iştirakilə seçilən 
məclisin  ixtiyarında  olsun.  Məclis  isə  bu  qüdrətdən  xalqın 
səadəti üçün istifadə etməli idi. Bu da ancaq möhkəm payə və 
ə
sas  üzərində  qurulan  bir  mücriyyə  heyəti  yəni  hökumət 
vasitəsi ilə ola bilər. Hökumət isə əmələn xalqdan təşkil tapan 
qanunverici  müəssisə  yəni  məclisin  intixab  etdiyi  məmurlar 
heyəti  (hökumət  işçiləri)  başqa  bir  qüvvə  deyildir.  Üçüncü 
qüvvə  hesab  olunan  qəzaiyyə  (məhkəmə)  qüvvəsi  də  bizə  elə 
gəlir ki, xalq nümayəndəsi tərəfindən intixab olsa yaxşıdır. Ona 
görə  qəzavət  (məhkəmə)  qüvvəsinin  ən  ali  məqamı  məclis 
tərəfinin  intixab  olunmasını  irəli  sürdük  Biz  eləyə  bilərdik  bu 


 
336 
məndən  məsləhətləşdilər.  Mizimin  üstünə  toplanan  yüzdən 
artıq məktuba fəqət təbəssümlə cavab verib, öz işimi görməkdə 
idim.  Mənim  sükutum  nümayəndələri  qane  etmişdir.  Sonra  da 
özləri tüfəng və müsəlsəl səsinə alışıb, sakit oldular.  
Bu cələsədə məclisin daimi rəyasət heyətini intixab etdikdən 
sonra  Ağa  Şəbüstərini  çağırıb,  cələsənin  idarəsini  ona 
tapşırdım.  Bərnamə  mocibincə  üçüncü  məsələ  milli  dövlət 
təşkilindən ibarət idi. Ağa Şəbüstəri məclisin rəyini soruşduqda 
nümayəndələrin hamısı bir rəy ilə bu işi mənə mühəvvəl etdilər 
(tapşırdılar).  Bu  kimi  sadə  bir  vasitə  ilə  milli  nehzətimiz 
özünün  yaranmasını  meydana  qoyaraq,  hökumətin  əsasını 
qoydu.  Bir  neçə  saatdan  artıq  davam  etməyən  məclis 
Azərbaycan xalqının sərniveştini əlinə ala bilən, tam mənası ilə 
bir demokratik milli rejim bir dövlət quruluşu yaratdı. Beləliklə 
kiçik  ölkələrdə  həqiqi  demokratik  dövlət  yaratmağın  asanlığı 
bir daha meydana çıxdı. Həmin 21 Azər günü Mərkəzi Komitə 
rəyasət  heyətinin  tapşırığına  istinadən  (əsasən)  aşağıdakı  təfsil 
üzrə  Milli  Hökumətin  vəzirlər  heyətini  məclisin  günortadan 
sonra  təşkil  olunan  ikinci  cələsəsində  müərriflik  etdim 
(tanıtdırmaq). 
1. Baş nazir Seyid Cəfər Pişəvəri. 
2. Daxilə vəziri (daxili işlər naziri) Doktor Salamulla Cavid. 
3. Xalq qoşunları vəziri Cəfər Kaviyan. 
4. Fəlahət vəziri Doktor Məhtaş 
5. Maarif vəziri Məhəmməd Biriya. 
6. Səhiyyə vəziri Doktor Orəngi. 
7. Maliyə vəziri Qulamrza Ilhami. 
8. Ədliyyə vəziri Yusif Əzima. 
9. Post, Teleqraf və Yol işləri vəziri Rəbi Kəbiri. 
10. Ticarət və iqtisad vəziri Rza Rəsuli. 
 
37 
və  hökumətin  köməklərinə  dayandığına  görə  öz  hüdudundan 
kənara çıxıb, onun başında sadə kargərlər ittihadiyyəsi yerində 
sənətkarlar  və  xırda  kasıbkarlar:  faytonçu,  ərəbçi,  qəssab  və 
qeyrilərini  də  əhatə  etməklə  siyasi  ləşgər  düzəldərək, 
keyfiyyətdən  artıq  kəmiyyət  arxasında  getməyə  can  atmaqda 
idi. Necə ki, dedik. Azərbaycan ittihadiyyələri cavan bir təşkilat 
olduğuna  görə  təşkil  olunan  günündən  nehzət  xatəmə  tapana 
dək  bir  neçə  nəfər  mənfəətçi  ünsürlərin  şəxsi  nəzəri  üzrə 
tamamilə  firqə  rəhbərlərinə  tabe  olmaqdan  bir  növ  boyun 
qaçırmış,  təkcə  iqtisadi,  hətta  siyasi  məsələlərə  də  bəzən  səhv 
və  xatalardan  kənarda  qalmamışdır.  Xəlil  nqilabı,  Yusif 
ftixarinin  və  hətta  axır  günlərdə  tək-tək  nümayəndələrin 
ittihadiyəni  firqənin  qarşısına  fikri  bu  təşkilatın  ən  böyük 
nöqsanlarından  hesab  oluna  bilərdi.  Bunların  hamısı  ilə  belə 
etiraf  etmək  lazımdır  ki,  Azərbaycan  kargərlər  və 
zəhmətkeşlərinin  ittihadiyyəsi  istər  milli,  istərsə  nehzətdən 
qabaq  həmişə  azadixah  dəstələrin  qabağında  gedən  bir 
cəmiyyət olub, və məxsusən nehzət zamanı firqəmizin möhkəm 
arxası hesab edilmişdir. Nehzətimiz başlanan gündən isə birinci 
dəfə  firqəmizin  rəhbərliyi  onun  səri  bir  surətdə  pişrəqtinə 
(inkişafına)  imkan  verəndə  hamiə  (himayətedici)  təşkilat 
olmuşdur. Hənuz (hələ) firqə üzvlərinin sayı qırxa çatmadığını 
halda,  ittihadiyə  şurasınınsədri  Biriyanın  müəssislər  heyətinə 
göndərdiyi  tarixi  məktubun  böyük  ərzişi  (dəyəri)  vardır. 
Xatəmədə  əlavə  etməliyik:  bütün  nehzət  müddətində  görülən 
ciddi  işlərdə  istər  ümumiyyətlə  ittihadiyə  sazimanı,  istər  onun 
tək-tək üzvləri həmişə xalqımızın qabaq səflərində getmişdir. 
 
Hizbi-Tudə və Kanuni-demokrasi. 
Yuxarıda  göstərmişdik  ki,  Azərbaycan  xalqı,  məxsusən 
Təbriz  camaatı  Tehrana  tabe  olmaq,  Tehranda  qurulan 
cəmiyyətlərin  ardınca  istəmirdi.  Onları  Tehran  dəfələrlə  iğfal 
etdikdən,  ona  daha  bel  bağlaya  bilməzdi.  Həqiqətən  Tehran 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə