Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə21/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

 
42 
sürmüşdü.  Bununla  belə  xalq  içərisində  Kanuni-Demokrasi 
mötədil  (liberal)  və  Hizbi-Tudə  çox  müfrət  (ifratçı)  və 
inqilabçılar  təşkilatı  tanınmışdı.  Bunun  səbəbi  isə  Hizbi-Tudə 
başçılarının təcrübəsizliyi və son dərəcədə sol ruhla ruhlanmış 
kargər və mühacir dəstələrinin təht-təsirində vaqe olmaları idi. 
Ə
sasən Hizbi-Tudənin mətbuatı taktik və gündəlik iş cəhətdən 
həmişə geri gedir və  yersiz şüarlar meydana atırdı. Buisə yerli 
firqə komitələrini çaşdırır. Onları mühitə uyğun olmayan xətti-
hərəkət  təqib  etməyə  vadar  edir.  Biz  çox  yaxşı  bilirdik  ki, 
Hizbi-Tudə  proqramı  çox  sadə  milli  bir  Hizb  üçün  yazılmış 
proqramdı  necə  ki,  yuxarıda  dedik  bu  proqrama  toprağın 
kəndliyə əvəzsiz olaraq verilməsi qeyd edilməlidi. Belə olduğu 
halda,  onun  son  zamanlarda  daha  çox  məqalə  yazan 
üzvlərindən  Xəlil  Mülki  bu  təbəqəni  kargər  firqəsi  daha 
doğrusu kommunist firqəsi olduğunun isbatına çalışırdı. 
Bu tək Mülkinin nəzəri deyil, vaqiən Hizbi-Tudənin başçıları 
arasında vahid bir nəzər olmadığından qələm əlinə alıb, məqalə 
yazmaq istəyən rəhbərlərdən hər biri xalqı bir tərəfə çəkirdi və 
çox  da  firqəni  təbəqatı  (sinifi)  bir  firqə  adlandırırdı.  Həmin 
prisipsizlik və aydın nəzəriyyə və hədəf olmadığından rəhbərlər 
çox  vaxt  kütlənin  tahti-təsirində  vaqe  olaraq,  ona  rəhbərlik 
edib,  yol  göstərəmək  əvəzində  onun  dalınca  sürünüb,  onun 
xoşuna gələ bilən sol şüarlar ilə təzahür edərək, firqəni düzgün 
yoldan  kənara  çıxmağa  vadar  edirdilər.  Bu  prinsipsizlik  o 
firqənin  Azərbaycan  təşkilatının  qabağında  böyük  əngərlər 
törədir,  onun  nüfuzuna  böyük  zərbələr  vururdu.  Bu  təəssüflə 
Azərbaycan azadixahalar cərayanına böyük zərbə vurduğunu da 
inkar  etmək  olmaz.  Məsələn  bir  gün  Əli  Əmir  Xizi 
kəndlilərinin  xoşuna  gəlmək  üçün  yerlərin  kəndli  arasında 
bölünməsi  şüarını  meydana  atmaqla  müqəddəməsiz  bir  kəndli 
çıxışı  meydana  çıxarmağ  olduğu  halda,  kəndlilərə  heç  bir 
kömək  yetirmədiyindən  biçarələrin  çoxunun  toqif  olunmasına 
səbəb  olmuşdur.  Kanuni-Demokrası  başçıları  isə  bu  sahədə 
daha  ehtiyatlı  olduqlarına  görə  ortabab  şəhər  camaatı  arasında 
 
331 
Məhəmməd  ftixarinin haqqında  
Məhəmməd  ftixari  Sərdrud  qəsəbəsində  anadan  olmuş  və 
şə
hrivərin  3-dən  1320  (sentyabrın  11  1941)  bu  tərəfə  artıq 
dərəcədə  fədakarlıq  edib,  bütün  göstərdiyi  fədakarlıq  və 
natiqliyi  ilə  Sərdsəhra  mahalında  məşhur  olmuşdur.  Nehzətin 
ə
vvəllərində  daima  Qaradağ,  Sərdsəhra,  Rudqat,  Miyandab  və 
Muğanda  yorulmadan  çalışırdı.  O,  ömrünün  çox  çağları  bir 
parça  çörəyə  möhtac  qaldığına  baxmayaraq,  əbədən 
məsləkindən üz döndərmədi.  
21 Azər 1324-cü il. (1945) Milli Məclis 
 
Böyük  xalq  konqrəsinin  təyin  etdiyi  21  azər  gününədək 
bütün  Azərbaycanda  seçkilərə  müvəffəqiyyətlə  xatəmə  verdik. 
Bu iş fövqüladə hərarət və səmimiyyət ilə əncam verildiyi üçün 
xalq  tərəfindən  böyük  rəğbətlə  istiqbal  olundu.  Azərin  20-də 
nümayənədələrimizin  əksəriyyəti  Təbrizdə  hazır  ola  bilmişdi. 
Fəqət  Ərdəbil  və  Astara  nümayəndələri  şiddətli  qar  və  borana 
düçar  olduqlarına  görə  gecə  saat  8-dək  gəlib  çıxa 
bilməmişdilər.  Biz  çalışırdıq  101  nəfər  nümayəndədən  biri  də 
qeybət  etməsin.  Ona  görə  Ərdəbil  və  Astara  nümayəndələrin 
gətirib,  vaxtında  yetirmək  üçün  əldə  olan  bütün  vəsaildən 
istifadə etməyə məcbur olduq. Bununla nigaranlıq rəf olmurdu. 
Şə
hərdə  olan  nümayəndələrdən  yuxuya  qalıb,  vaxtında  gələ 
bilməyən  də  ola  bilərdi.  Ona  görə  tapşırıq  verdik,  firqə 
üzvlərindən  olan  bütün  nümayəndələr  mərkəzi  komitə 
binasında  yatsınlar.  O  gecə  fəaliyyətimizin  ən  yüksək 
vaxtlarından  biri  idi.  ətrafdan  hər  an  təzə  xəbərlər  gəlirdi. 
Ustandar (valilik) bir gün qabaq Tehrana göndərilmişdir. Şəhər 
ə
mniyyətini  hifz  etmək  üçün  nəzmiyyə  idarəsi  bizim 
kontrolumuza  keçmişdir.  Şəhər  əhalisinin  xəbəri  olmadan 
fədailər  tərəfindən  mühasirəyə  alınmışdır.  Sərbazlar  şəhərin 
müxtəlif  məhəllələrini  tərk  edib,  mərkəzi  sərbazxanada 
təmərkküz  tapmaq  üçün  şəhər  içərisindən  əl  və  ayaqlarını 
yığışdırmışdılar.  Xalq  çox  şiddət  və  iztirab  içində  və  vəhşət 


 
330 
savadlıdır. Bu yerin əhalisinin çox hissəsi təbiətən azadixah və 
ziyalıdır  və  eyni  zamanda  orada  böyük  maliklər  də  vardır  ki, 
bunların  bəzisi  çox  şədid  surətdə  azadixahlığa  müxalifət  edən 
adamlar  hesab  olunurlar.  Burada  firqə  işinin  başında  duran 
yədulla Kələntəri Üskünun nüfuzlu və mötəbər ailələrindən biri 
idi.  Bu  cavan  rəşid  qəhrəman,  çox  mübariz,  çox  təvazükar  və 
ağıllı  bir  kəndli  idi.  Onun  yaşı  28-dən  çox  olmadığı  halda, 
Rzaxan  hökumətinin  qara  və  möhkəm  zənciri  altında  əzilən 
məzlumlardan  himayət  edirdi.  Üsküda  Əliağa  Pərvizilər  kimi 
adamların  mübarizəsindən  qorxmayaraq,  özü  kimi  inamlı 
azadixahlardan  bir  neçəsi,  o  cümlədən  Əli  Təhmasibi,  Mirzə 
Ə
li Əkbər Səyyadi və Əli Miyari və Əli Şəmşiri kimi cəsarətli 
adamlardan  toplayıb,  təşkilat  qurmuşdu.  Bu  cavan  Üskü 
qəsəbəsində  çox  böyük  xidmətlər  edib,  orada  işıq,  şosse  yol, 
telefon  xətti  kimi  xeyrli  müəssisələr  vücudə  gətirdi.  Son 
günlərdə iki yüz Sərdsəhra və üç yüz Üskü,  lxıçı və Xosrovşah 
fədailəri ilə Hulasu cəbhəsindən getdi. Kələntərinin tabeliyində 
olan  fədai  başçılarından  Mirzə  Əli  Əkbər  Səyyadi  və  Əli 
Miyari,  Hüseyn  Rəngrəzi,  Tağı  Kuhəng,  zzət  Sarıxanlı  və 
məşədi  Nəcatı  göstərə  bilərəm.  Yədulanın  Kələntərinin 
fədakarlığı  azadlıq  cəbhəsində  çox  böyük  və  təsirli  olub.  Onu 
heç  də  unutmaq  olmaz.  Onun  rəftarı  Üskü  əhalisi  və  öz 
fədailəri ilə o mahalda məşhur idi.  
smayıl Pişnəmazi haqqında 
Sərdsəhra  mahalının  görkəmli  azadixahlarından  smayıl 
Piznəmazı  isə  Sərdrud  qəsəbəsində  doğulmuş  və  özü  axund 
Molla  Məhəmməd  Əli  Pişnəmazının  oğludur.  Sərdsəhranın 
ə
halisi içində məşhur adamlardır. O, Sərdsəhradan Azərbaycan 
Milli  Məclisinə  nümayəndə  intixab  olmuşdur.  Pişnəmazı 
Təbrizdə  Qalabəyi  (baş  polisi)  olduğu  zaman  Təbriz  əhalisinə 
böyük  xidməti  olmuşdur.  Onun  rəftarı  çox  mülayim  idi.  O 
həmişə  adi  bir  fədai  kimi  fədailərlə  rəftar  edirdi.  Bir  il  nehzət 
müddətində yorulmadan Təbrizin əmniyyətini hifz etmək üçün 
unudulmaz fəaliyyət göstərmişdir. 
 
43 
daha  artıq  etibar  qazana  bilmişdi.  Bununla  belə  Kanuni-
Demokrası  təşkilatının  içərisindən  çıxan  ixtilaflar  və  14-cü 
məclis seçkilərində şikəst (məğlub) edildiyinə onun başçılarının 
etibar  və  nüfuzlarını  xalq  içərisində  itirdikdən  sonra  1944-cü 
ilin  əvvəllərində  tamamilə  Hizbi-Tudə  təşkilatına  mölhəq 
olmaq (qoşulmaq) məcburiyyətində qalmışdı. 
Cəbhəi  –  Azadi  (Azadlıq  Cəbhəsi)  1941-ci  ildən  başlayıb, 
45-ci  ilədək  şədid  keşməkeş  və  ağır  nəticəsiz  mübarizə 
Azərbaycan  azadixahlarını  yorduğu  halda,  onlara  vahid  bir 
təşkilatın  lüzumunu  hiss  etdirmişdi.  Bu  ehtiyac  üzrərində 
Cəbhəi-Azadi  təşkilatı  bütün  randa  olduğu  kimi  Təbrizdə  də 
təbii olaraq, meydana çıxmış və nüfuzunu itirməkdə  idi. 
Cəbhəi-Azadi  1943-cü  ildə  Tehranda  məlum  olduğu  üzrə 
ə
vvəl  mətbuatı  bir  təşkilat  idi.  Sonra  siyasi  dəstələr  və  ictimai 
bir  saziman  halına  düşüb,  bütün  azadixahların  adından 
danışmaq  imkanına  malik  olmuşdur.  Bədbəxtanə  onun  Ədam 
müvəfəqiyyəti  də  bu  imkandan  doğulmağına  başladı.  Çünki 
cəbhəni  vücuda  gətirən  ruznamə  müdirləri  sirf  bir  arxa  güdən 
adamlar  deyildilər.  Bu  səbəbən  Seyid  Ziya  dəstəsi  siyasət 
səhnəsində  görünür  ki,  “Sitarə”  ruznaməsinin  müdüri  Mülki, 
Sədri  “ ran”  ruznaməsinin  müdiri  “Mühüt  məccəlləsi”  müdiri 
Mühit  Təba-təbai  və  “Xorşidi- ran”  müdiri  Bazərkad  və 
başqaları  cəbhəni  onun  qucağına  atmağa  təşəbbüs  etdilər. 
Təşəbbüsdə  onları  təşkilatdan  ixrac  etdilər.  Bu  isə  cəbhəyə 
böyük  zərbə  idi.  Digər  tərəfdən  Hizbi-Tudə  ruznamələri  fəqət 
Hizbi  çərçivədə  məhdud  qalmağa  çalışdıqları  üçün  cəbhəni 
təşkil  etmək,  onun  dairəsini  genişləndirmək  əvəzində  onu 
tamamilə  Hizbi  bir  sazman  halına  salmağa  başladılar.  Ortada 
(bitərəf)  qalan  ruznamə  naşirləri  (nəş  edənlər)  uzaqlaşdırıb, 
təşkilatı qüvvədən salmaqa səbəb oldular. Yeri gəlmişkə demək 
lazımdır  ki,  istər  hökumət  başına  keçmək  üçün  heç  bir 
macəradan 
çəkinmək 
istəməyən 
Qəvamus-Səltənə 
öz 
mərkəzləri  vasitəsilə  Hizbi-Tudə  Cəbhəi-Azadi  təşkilatının  öz 
təhti-nüfuzuna  keçirmişdir.  Bahar,  Abbas  Şahəndə,  Zeynal 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə