Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə29/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

 
58 
birindən  tamamilə  ayrıdırlar.  Bununla  belə  onları  bir-birinə 
bağlayan cəhətlər də az deyildir. Bunların ən başlıcası torpaq 
birliyi  gündən-günə  möhkəmlənməkdə  olan  ticarəti  və  iqtisadi 
ə
laqədir.  Bunlardan  başqa  Tehran  hökumətinin  və  iki  təyfaya 
bir  gözlə  baxıb,  onları  soyub,  əzib,  qarət  etməkdə  vahid  bir 
siyasət  təqib  etdiyi,  bir-birinə  bağlayan  səbəblərdən  hesab 
edilməlidir.  Təəssüflə  demək  olar  ki,  firqəmiz  təşkil  olmadan 
ə
vvəl  kürdlərlə  azərbaycanlılar  arasında  elə  də  yaxınlıq  hiss 
edilmirdi.  Bəlkə  bərəks  (əksinə)  Tehran  hökuməti  və  xarici 
imperialist dövlətlər bu iki milləti bir-birinin əleyhinə qaldırıb, 
bu  işdən  özünü  möhkəmləndirmək  üçün  sui-istifadə  edir.  Əsla 
kürd  məsələsi  Azərbaycan  məsələsinin  həlli  ilə  sıx  surətdə 
ə
laqədar  olduğundan,  bu  xüsusda  daha  müfəssəl  məlumat 
vermək  lazım  olduğunu  nəzərə  alıb,  bu  xüsusda  müəyyən  bir 
bəxşdə  (bölmədə)  daha  bəhs  edəcəyik.  Burada  fəqət  onların 
təbrik teleqraflarına qənaət etməliyik. Hər halda bir teleqraf bu 
torpaqda 
yaşayan 
iki 
millətin 
qardaşlaşması 
və 
yaxınlaşmasının  başlanğıcı  hesab  olduğundan,  onu  bir 
mötərizə  cümlə  kimi  olsa  da  qeyd  etməliyik.  Kürdüstan  və 
Azərbaycanın  bütün  şəhər  və  kəndlərindən  firqə  təşkili 
münasibətilə  axıb,  gələn  teleqraf  selləri  müraciətnaməmiz 
xalqın  arzuları  üzərində  qurulduğunu  isbat  edən  mühüm  bir 
dəlildir. Tək-tək və dəstə cəmi teleqraflardan əlavə cəmiyyət və 
dəstələrin  müəyyən  təbəqələrin  göndərdikləri  teleqraflarda 
müraciətnaməmizin  təsirini  göstərmək  nöqteyi-nəzərində
ə
həmiyyətli sənədlərdir. 
Rühanilər, 
kəndlilər, 
maliklər, 
kargərlər, 
ziyalılar, 
ümumiyyətlə Azərbaycanın müxtəlif şəhərlərində yaşayan bütün 
təbəqələr  teleqraf  vasitəsilə  özlərinin  müraciətnaməmizə  və 
firqəmizə mülhəq olmalarını məramımızın yolunda mal və  can 
ilə  çalışmaq  istədiklərini  izhar  etməkləri  böyük  ümidvarlığ
səbəb  olan  bir  hadisə  idi.  Misal  üçün  təbrik  teleqraflarından 
bir necəsini eynə
burada nəql edirik.  
 
315 
Məhəmmədivənd  dəstur  üzərində  gətirmişdi.  Onlardan 
dəstələrə qoşulduq. Saat və nəqşə üzərində əvvəl sərbazxananın 
məmurları  sonra  bəxşidarlıq,  nəzmiyyə,  bank,  bəxşidarın  evi, 
əş
air  rəisinin  evi  və  idarəsi,  jandarm  rəisinin  evi,  axırda 
jandarm  idarəsi  ki,  şəhərin  əvvəlində  idi,  hədəf  qərar 
verilmişdi.  Dəstə  hərəkət  etdi.  Bir  qism  Qara  Dərviş  kəndinin 
ə
trafında  qoyuldu  ki,  əgər  arxadan  Şahsevən  bəylərindən 
köməyə  gəlsə  qarşısını  alsınlar.  Mən  özüm  şəxsən  bir  iddəyə 
başçılıq  edirdim.  General  Miyaniyan  da  ciddi  surətdə  döyüşdə 
iştirak  edirdi.  Şəhərin  əvvəlində  xaraba  hamamı  mərkəz  qərar 
verib,  hər  qismin  əlaqəsi  tanıdılmışdır.  Təqribən  gecə  saat  3-
dən  5-ə  qədər  atəş  fərmanı  verildi.  Fədailər  iki  hərbi  padiqanı 
(Əhər  və  Meşkin  şəhər)  bir  qurhan  jandarmdan  əlavə  ətraf 
jandarm  məmurları  Sarvan  Əsədulla  Ədib  Əminin  ixtiyarında 
olan əşair dəstələri dururdu və pasibanlar ilə üz-üzə olub, şiddət 
ilə  vuruşmağa  başladılar.  Birinci  növbədə  nəzmiyyə  idarəsi 
təsərrüf olundu. Vəli sərbazxana və jandarm idarəsi özləri üçün 
müdafiə  xətti,  səngər  hazırlayıb,  şədid  surətdə  müqavimət 
göstərdilər.  Bizim sitatımızla jandarm idarəsinin fasiləsi 25-30 
metrdən  artıq  deyildi.  Fədailər  jandarmeri  idarəsinin  mühasirə 
edib,  şiddətli  surətdə  atışdılar.  Vuruşmanın  uzanması  ehtimal 
olunurdu.  Evin  içinə  girmək  müşkül  idi.  Bir  nəfər  fədai  ora 
girmək istəyənzaman onu vurub, öldürmüşdülər. Onun cənazəsi 
idarənin qabağında qalmışdı. Ev iki mərtəbə idi. Jandarmlar hər 
iki  mərtəbədə  səngərlər  hazırlamışdılar.  Səhər  açılan  kimi 
jandarmların  işi  xatəmə  tapmalı  idi.  Vəziyyəti  belə  gördükdə 
olduğum həyətdə balaxananın divarını dəlib, jandarm idarəsinin 
üzbə-üzündə  təqribən  25  qədəmdən  artıq  olmayan  dama  yol 
açdım.  Orada  iki  şəhərin  fədailərindən  götürüb,  şəhərə  özüm 
yüngül avtomatla atışmağa başladım. Təqribən bir saat şiddətli 
atışma  getdikdən  sonra  fədailərə  fərman  verildi  ki,  idarənin 
qapısını sındırıb, içəri daxil olub, süngü və güllə ilə orada olan 
jandarmları məhv və nabud etsinlər. Təqribən səhər saat 11-də 
jandarm  idarəsi  alındı.  Baş  leytenant  Sədiqinin  vasitəsilə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə