Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə37/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

 
70 
mübarizəsində haqlı olduğunu isbat etmək üçün o xüsusidə bir 
qədər  izahata  keçmək  olar.  Hamı  bilir  ki,  o  gün  Azərbaycan 
milli  azadlıq  şüarının  rəsmi  surətdə  bir  firqə  namından  irəli 
çəkilməsini  görülməmiş  bir  iş  olduğu  kimi,  xalqı  bu  şüar 
vasitəsilə toplayıb, böyük bir qədəm götürmək istəyən cəmiyyət 
üçün öz-özlüyündə böyük bir əməl idi. Xoşbəxtxanə iş olduğu 
kimi  qüdrətinə  dayanıb,  meydana  atılan  milli  azadlıq  şüarları 
düzgün  və  xalqın  arzularına  müvafiq  şüarlarımız.  Təbiidir  ki, 
müraciətnamənin qızıl xətt ilə  yazılması lazım gələn aşağıdakı 
cümlələri  oxuyan  bir  azərbaycanlı  onun  ətrafında  düşünməyə 
bilməzdi.  Haqq  və  həqqaniyyət  (haqqlı)  üzrə  ürəkdən  yazılan 
bu səmimi cümlələr düşünən bir adam isə bitərəf qalamaz. Bəzi 
qısa fikirli adamlar xəyal edirdilər ki, zorla od açmaq və cəngəl 
gücü  ilə  bir  xalqın  dilini,  xüsusiyyətini,  adab  və  rüsumunu 
ortadan aparmaq mümkündür bu xam xəyallılar səy edirdilər ki, 
əş
xası  vadar  və  məcbur  etsinlər  ki,  hətta  Azərbaycanın  uzaq 
kəndlərində  belə  az  ana  dilindən  başqa  bir  dil  bilməyən 
kəndçilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər 
ki,  ran  xalqını  aldatmaq  üçün  yaratdıqları  milli  vəhdət  sözü 
fəqət libasları və dilləri surətdə birləşdirmək vasitəsilə mümkün 
olacaqdır. Bunlar bilmirlər ki, dilin rişəsi anaların sinəsindən və 
xalqın adab və rüsumu olan olacaqlar başından qalxır. Nə qədər 
analar  dili  və  ocaqlar  yanmaqdadır,  bir  xalqın  dilini  və 
adabrüsumunu  əvəz  etmək  mümkün  olan  iş  deyildir.  Milli 
birlik  o  vaxt  müyəssər  ola  bilər  ki,  xalqın  hamısı  öz 
xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib, bir-
birilə musavi ola bilsin. Azərbaycan xalqı mərkəzin çürümüş və 
kəsif ricalının siyasəti sayəsində özünün istedad və qabiliyyətnə 
{bacarığına}  baxmayaraq,  hər  azadlıq  və  ixtiyardan  məhrum 
edilmişdir.  Onun  oğullarının  öz  ana  dilində  təhsil  etmək 
imkanları olmamışdır. Həqiqətlə dolu olan yuxarıdakı cümlələr 
daha  möhkəm  bir  surətdə  xalqa  mənimsətmək  məqsədilə 
Azərbaycan  tarixində  müxtəsər  surətdə  dəlillər  gətirib,  bu 
millətin  öz  azadlığı  uğrunda  uzun  müddətdən  bəri  mübarizə 
 
303 
özünün  əzm  və  iradəsi  sayəsində  almış,  öz  milli  hökumətini 
vücuda gətirmişdir. 
Tehran  əgər  bu  rəşid  və  qəhrəman  milləti  Ərfələr, 
Dirəxşanilər  və  Vərəhramların  hava  və  həvəslərinə  qurban 
vermək  istəyir,  buyursun  bu  kuy,  bu  da  meydan.  Fədai 
dəstələrinin  fəaliyyət  və  fədakarlığı  olduqca  maraqlı  və 
olduqca  əhəmiyyətli  bir  məsələdir.  Bəziləri  bu  işi  çox  sadə 
hadisə hesab  edirlər. Hətta firqə içərisində və firqə rəhbərləri 
arasında  da  elə  adamlar  da  var  ki,  (məsələn  nehzəti  özlərinin 
və  ya  5-3  nəfər  bazar  adamların  nüfuz  və  etibarları  əsasında 
irəli  getdiyinə  qail  idilər.  Halbuki,  nehzət  sözdən  əmələ  və 
xəyaldan  həqiqətə  yetirən  kəndli  və  kəndlini  təşkil  edən  firqə 
kadrosu olmuşdur. Rəbi Kəbiri, Qulamyəhya, Məhəmmədivənd, 
Mərəndli  Kazım,  Azadvətən,  Qulamrza  Cavidan,  doktor 
Cahanşahlu, Aram Zadəgan, Qulu Sübhi və qeyrilərini kəndlini 
təşkil  etmək,  onu  silahlandırmaq  və  onun  vasitəsilə  irticai 
silahlı  qüvvələri  əzib  və  tarumar  etmələri  olmasaydı,  on 
qaranlıq günlərdə Şiri-Jiyanın (aslanın), bazar tülküləri həmin 
21  Azər  və  ya  12  Şəhrivər  günlərində  özlərini  nüfuzlu  hesab 
edən  bu  adamların  dərisini  boğazından  çıxarardılar.  Fədai 
qüvvəsinə məşəxsən böyük əhəmiyyət qail olduğundan, onun 
quruluşunun (necə olduğunu və nə iş gördüyünün planını mə
şə
xsən  öhdəmə  götürdüm).  Sarabda  jandarmların  mühasirəsi 
Miyanada  onların  xəlisilah  edilib,  Təbrizə  yola  salınması, 
Zəncanda,  Mərənddə,  Marağada,  Miyandab  və  Sufiyanda 
bilaxirə  Meşkin  və  Urmiyyədə  aparılan  qanlı  mübarizələ
vasitəsilə  Azərbaycan  xalqının  sərnevişti  təyin  olunurdu.  Mə
şə
xsən  bu  hərəkatı  idarə  etmək  və  böyük  iftixarlı  vəzifənin 
məsuliyyətini  hiss  etdiyim  üçün  özümün  təsəvürümə  gələ 
bilməyən  bir  tərzdə  çalışıb,  ağlıma  belə  gələ  bilməyən  bir 
ə
ndazə də ehtiyat və tədbir üzrə hərəkət edirdim. Yuxarıda firqə 
rəhbərliyinin  işi  sülh  və  saziş  ilə  aparılıb,  irticaı  ünsürlərin 
ə
linə  bəhanə  verməmək  üçün  hər  cür  fədakarlığa  hazır 
olduğunu  qeyd  etmişdik.  Eyni  zamanda  mürtəcelərin 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə