Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə35/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

 
68 
şindən  (keyf  çəkməkdən)  ötrü  Azərbaycanın  sərvətini  xaricə 
aparanları 
azərbaycanlı 
hesab 
etmirik. 
Ə
gə
onlar 
Azərbaycana  qayıtmaqdan  imtina  etsələr  onlar  üçün 
Azərbaycanda  bir  haqq  qail  deyilik.  Bundan  əlavə  firqə 
çalışacaq  çox  səhl  və  sadə  bir  surətdə  Azərbaycan 
kəndçılərinin əksəriyyətini torpaq və əkin alətləri 
cəhətdən təmin etsin. 
8.  Demokrat  Firqəsinin  mühüm  vəzifələrindən  biri  də 
işsizliklə  mübarizə  etməkdir.  Indidən  bu  xətər  çox  ciddi  bir 
surətdə  özünü  göstərməkdədir.  Gələcəkdə  bu  məsələ  gündə
günə  qüvvətlənəcəkdir.  Mərkəzi  dövlət  və  məhəlli  məmurlar 
tərəfindən  bu  xüsusda  heç  bir  iş  görülməmişdir.  Əgər  iş  bu 
münvalda  belə  davam  edərsə,  Azərbaycan  əhalisinin  əksəri 
fəna bir hala düşməyə məhkumdur. Firqə çalışacaq bu xətərin 
qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklə
təsisi,  ticarət  genişlənməsi  əkinçi  təşkilatlarının  təsis  edilməsi, 
dəmir  və  şosse  yolları  çəkmək  kimi  tədbirlər  mümkündür  bir 
qədər faydalı olsun.  
9.  ntixabat  qanunda  Azərbaycan  haqqında  böyük  zülm 
edilmişdir.  Dəqiq  ittilaata  (məlumata)  görə  bu  ölkədə  dörd 
milyondan  yuxarı  azərbaycanlı  yaşamaqdadır.  Bu  qeyri-adi 
lanə  qanun  movcibincə  Azərbaycana  Məclisi-Şürai-Millidə  20 
vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. 
Azərbaycan Demokrat Firqəsi səy edəcək Azərbaycan nüfusuna 
nisbət  vəkil  intixab  etməyə  haqqı  olsun.  Bu  təqribən  məclis 
nümayəndələrindən  üçdə  birini  təşkil  edə  bilər.  Azərbaycan 
Demokrat  Firqəsi  məclis  intixabatının  mütləq  azad  olaması 
tərəfdarıdır.  O  dövlət  işçilərin  daxili  və  xarici  ünsürlərin  və 
həmçinin  pulluları  qorxutmaq  və  aldatmaq  yolu  ilə  intixabat 
işinə  qarışmalarına  ciddi  müxalifət  edəcəkdir.  Intixabat  gərə
tamam  randa bir ani-vahidə (bir vaxtda) başlanıb, çox səri bir 
surətdə qurtarsın.  
 
305 
üzrə  başlamağına  adət  etmişdilər.  şin  həmişə  iki  bəlkə  neçə 
tərəfi  vardır.  Mübarizə  və  siyasətlə  məşğul  olan  adamlar  və 
təşkilat  gərək  onun  hər  iki  və  bəlkə  hər  tərəflərini  nəzərdə 
tutub, hər ehtimala qarşı tədbirlər görsün. Siz irad edə bilərsiniz 
ki,  bəs  nə  üçün  1946-ci  ildə  20  Azərdə  (milli  hökumətin 
məğlubiyyətinə  işarə  olunur)  bu  cür  rəftar  olmadı.  rad 
tamamilə  doğrudur.  Vaxtı  gəldikdə  onun  illət  və  səbəblərini 
izah  etdikdə  görəcəksiniz  ki,  bu  iş  bizim  üçün  gözlənilməz 
olaraq qabağa çıxmış, bizim iradəmizin onda elə mühüm təsiri 
ola  bilməmişdir.  Bu  xüsusda  yeri  gəldikdə  ayrıca  bəhs 
ediləcəkdir.  əsl  mövzudan  uzaqlaşmayaq.  Fədai  dəstələri 
mütləq  bizim  firqəmizin  qabaqdan  düşündüyü  nəqşə  üzrə 
meydana  çıxmışdır.  Hətta  firqə  qurulan  günlərdə  onun  adı 
barəsində  elə  bəzi  inanılmış  firqə  başçıları  arasında  mübahisə 
aparılmışdır.  Ona  görə  yerlərdə  dəstələr  meydana  çıxan  kimi, 
hamı  özlərini  fədai  adlandırmışdır.  Bu  müqəddəmədən 
məqsədimiz  irticai  qüvvələri  təslimə  vadar  edərək,  Tehranın 
vermək  istəmədiyi  azadlığı  qorumaq  yolunda  aparılan  xətti-
hərəkət barəsində məlumat vermək idi. Xalq yığıncaqları, xalq 
konqrəsi  və  milli  məclis  qurulmadan  əvvəl  biz  bəzi  inanılmış 
firqə  başçıları  və  səlahiyyətli  fədai  rəhbərləri  ilə  məsələni 
ortaya qoyduqda çoxlarının fikir və tədbiri tamamilə başqa idi. 
Onlardan  bəzisi  məsələni  başqa  cür  yəni  ortabab  adamların 
fikrini  və  düşündüyü  yolla  həll  etmək  istəyirdilər.Bunlar 
deyirdilər:  “Biz  kəndlərdə  düzələn  bu  dəstələrdən  fədailər  bir 
qismini  Təbrizə  toplayıb,  şəhər  fədailərinin  köməyi  ilə 
birdəfəlik  şəhərdə  olan  qoşun  dairələrini  və  dövlət  idarələrini 
işğal  etdikdən  sonra  Təbrizdə  təşkil  olunan  qüvvələr  ilə 
Azərbaycanın  ayrı  şəhərlərini  təsərrf  etməliyik.  Bu  əvvəla  bir 
növ  (çevriliş),  məhdud  təbədulad  (tədbirlər)  idi.  Biz  o  fikirdə 
deyildik.  kincisi ogünkü şəraitdə biz ətrafdan fədailəri Təbrizə 
toplaya bilməzdik. Yerlərdə tamamilə müsəlləh olan jandarmlar 
bu  işə  imkan  verməzdilər.  Şəhərdə  isə  jandarm,  qoşun  və 
nəzmiyyə qüvvəsi işi başlamadan onun qabağını aldıqdan sonra 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə