Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə33/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   29   30   31   32   33   34   35   36   ...   111

 
64 
Azərbaycan  xalqının  düşmənlərinin  nümunəsi  olan  Abdulla 
Mustufinin  təhqiredici  sözləri  bayquş  səsi  kimi  hənuz 
Azərbaycan  xalqının  qulaqlarında  təninəndazdır.  Bir  müəyyən 
ə
dətdən  başqa  bütün  Azərbaycan  xalqı  özlərinin,  adına, 
ş
öhrətinə,  milliyyətinə  möhkəm  bir  surətdə  əlaqəmənddirlər. 
Bunlar  həmişə  səy  etmişlər  ki,  Azərbaycanın  azadlığı  və 
bununla  bərabər  bütün  ranın  azadlıq  və  səadəti  uğrunda 
canfişanlıq  etsinlər.  Biz  mətləbin  uzanmasını  nəzərdə  tutub 
Azərbaycanın  tarixindən  bəhs  etmək  istəmirik.  Bu  xalqın 
mənşəi  və  babalarının  {qeyrətli  müdirlərin}  böyük  bir  dövlət 
təşkil  edib  uzun  illərcə  müstəqil  siyasi  həyat  sürdüklərini  də 
irəli çəkə bilirik.  
Səfəvi  sultanlarının  Azərbaycan  oğullarından  təşkil  etdiyi 
qızılbaş ordusunun bugünkü  ranın təşkilində gördükləri böyük 
qəhrəmanlıqlardan bəhs  etmirik. Hətta  ranın və  Azərbaycanın 
məşrutə  cərəyanından  Səttar  xanın  bayrağı  altında  fədakarlıq 
göstərən  Azərbaycan  mühacidlərinin  fəaliyyətlərini  də  ayrı 
mövqeyə  saxlayırıq.  Şeyx  Məhəmməd  Xiyabaninin  azadlıq 
uğrunda  başladığı  qiyami  və  bundan  sonra  meydana  çıxan 
bütün  qiyamlar  və  azadixahlıq  hərəkatlarını  da  şəhr  verə 
bilməyəcəyik.  Biz  deyirik:  Azərbaycan  torpağında  dörd 
milyonluq  bir  xalq  yaşayır  ki,  onlar  özlərinin  komitələrini 
təşxis  vermişlər.  Özlərinə  məxsus  dilləri  və  ayrı  bir  adab  və 
rüsumları  vardır.  Bu  xalq  deyir  ki,  biz  istəyirik  ki,  ranın 
istiqlali  və  tamamiyyətini  hifz  etməklə  bərabər,  öz  daxili 
işlərimizi  idarə  etməkdə  muxtar  və  azad  olaq,  öz  evimizi,  öz 
meyl və iradəmizlə idarə edək və milli, məhəlli ehtiyaclarımıza 
öz  gücümüzlə  rəf  edək.  Azərbaycan  deyirdi:  Tehran  bizim 
dərdimizə  yetişmir  və  bizim  ehtiyaclarımıza  çarə,  etməkdən 
acizdir. Bizim fərhəngimizin tərəqqisindən cilovgirlik (qarşısını 
alır) edir. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız 
kimi  sərbəst  yaşamağa  yol  vermir.  Bununla  belə  biz  oradan 
rabitəmizi  kəsmək  iddiyasında  deyilik.  Məmləkətimizin  külli 
və adilanə qanunlarına itaət edəcəyik. Məclisi-Şürai-Millidə və 
 
309 
yerli  fədailərin  köməyi  ilə  Şişəvan,  Bünab,  Marağa  ətrafının 
jandarm  postlarından  800  nəfəri  tərki-silah  etdikdən  sonra 
Marağa  padiqanını  mühasirəyə  aldı.  Həmin  jandarmlardan 
alınan  tüfənglər  ilə  oranı  təmizləyib  təsərrüf  etdik.  Mən  də 
Miyandab və Kürdüstan ətrafından və Tağıabad kəndindən 400 
nəfər  yerlilərin  keçmişdə  ələ  keçirilən  silahlarının  vasitəsilə 
Bukan,  Qaramusala,  Çillicə,  Rəhimxan,  Keşvərdəki  jandarm 
postlarını  dağıdıb,  onların  silahlarını  ələ  gətirdim.  Miyandab 
jandarmı  işi  belə  gördükdə  tab  gətirməyib,  Sayınqalaya  doğru 
qaçmağa  məcbur  oldu.  Mən  onları  Məhmudciqa  qədər  təqib 
edib, bir iddəsinin silahını almağa müvəffəq oldum. Qulu Sübhi 
isə  Marağa-Miyandab  xəttlərində  200  nəfər  mənim  dəstəm  ilə 
Kəbiri dəstəsinin arasında əlaqə saxlayırdı. 
21  Azərdə  Mərkəzi  Komitənin  qərarına  görə  Azərbaycanda 
olan  nizami  dəstələrini  və  jandarmlarını  tərki-silah  (etmək) 
ə
mri  sadir  olmuşdu.  Kəbiri  öz  fədailəri  ilə  Təbrizə  gedib, 
nehzətdə  şirkət  edirdi.  Miyandab  padiqanını  mənim  öhdəmə 
qoyulmuşdur.  Fürsətdən  istifadə  edən  Miyandab  padiqanı 
Tağıabad  kəndinə  həmlə  hazırlaşdı.  Onlar  Tağıabad  kəndini 
vurub,  dağıdan  sonra  Saqqıza  fərar  etmək  istədilər.  Mən  bu 
xəbəri  alan  kimi  camaatı  erməni  və  azərbaycanlıların  köməyi 
ilə  onlara  həmlə  etdim.  Camaat  hətta  ruhani,  keşiş  və 
qadınlardan çoxu ələ silah, alıb, vuruşmada şirkət etdi. Nəhayət 
düşməndən  25  nəfər  sərbaz  və  2  nəfər  əfsəri  təslim  etdikdən 
sonra  Miyandab  padiqanını  mühasirə  etdik.  Bir  neçə  gün 
vuruşma  davam  edirdi.  Nəhayət  Təbrizdə  olan  Tehran 
qüvvələri  süqut  etdi.  Kəbiri  Marağaya  qayıtdı.  Bu  xəbəri 
eşitdikdən  sonra  Marağa  padiqanı  da  silahı  təhvil  verməyə 
məcbur oldu. 
22  azər  (13  dekabr)  axşam  saat  12-də  Miyandab  padiqanın 
mühasirəsini  şiddətləndirdik.  Nəhayət  səhər  saat  8-də  onların 
silahlarını  təhvil  aldım.  Bu  vuruşmada  çoxlu  silah  və  qənimət 
ə
lə  keçirildi.  Həmin  gün  Kəbiri,  Azərbadiqan,  Qulu  Sübhi 
ə
trafdan  yəni  öz  postlarından  Miyandaba  gəldilər.  Orada 


 
308 
vuruşmadan  sonra  şahsevənlər  və  mücahirlər  dağılıb,  ətrafa 
qaçmağa məcbur qaldılar. Dövlət məmurları və maliklər onların 
100 min baş qoyun, dəvə, at və qara mallarını, həmçinin küllü 
miqdarda  ev  əşyalarını  talan  etdilər.  Kürdüstana  pənahəndə 
olmuş  mühacir  və  şahsevənlərin  evlərini  də  bərbad  etməkdən 
çəkinmədilər.  Hər  yerdə  bu  kimi  hərəkətlər  baş  verirdi. 
Maliklərin  güclənməsinə  imkan  yaradıldı.  Onlar  da  bu 
qüdrətdən  istifadə  edib,  kəndlilərin  üzərində  əziyyət  və 
cəfalarını  gündən-günə  artırmaqda  davam  edirdilər.  Kəndli  isə 
bu zülmlərə davam edə bilmirdi. Xalqın ürəyi qana dönmüş idi. 
Bu  vaxtda  Azərbaycanın  Hizbi-Tudə  təşkilatı  güclənməyə 
başlayırdı. Kəndlilərin bu zülm altında yaşamağına görə Hizbi-
Tudəyə  yaxınlaşmaqda  idilər.  Bu  təərüz  edən  malik  və 
jandarmlar  isə  Hizbin  dağılması  üçün  ona  rəğbət  göstərən 
kəndliyə  daha  artıq  fişar  gətirirdilər.  Günü-gündən  çox  kəndli 
Hizbi-Tudə  ətrafına  cəm  olub,  özünü  zülmdən  qurtarmaq 
uğrunda  mübarizə  edirdi.  Kəndlilərin  Hizbi-Tudəyə  daxil 
olması  malikləri  qorxuya  salırdı.  Maliklər  çox  böyük  şiddətlə 
rəiyyətləri  həddən  artıq  fişar  verməyə  başladılar.  Dövlət 
tərəfindən  maliklərə  kəndliləri  (əziyyət  etmək)  barəsində  tam 
ixtiyarat  verilmişdir.  12  Şəhrivərdən  sonra  Hizbi-Tudənin  sair 
üzvləri  kimi  mən  də  Azərbaycan  Demokrat  Firqəsinə 
keçmişdim.  ki  təşkilat  işi  ilə  məşğul  olduqdan  sonra  Mərkəzi 
Komitənin  əmrilə  kəndlilərdən  fədai  dəstələri  hazırlamağa 
başladım.  Fədai  dəstələri  təşkil  vermək  aban  ayında  Ağa 
Kəbirinin  Mağaradan  Tağıabad  kəndinə  gəldi.  Qulu  Sübhi  ilə 
ikimiz bu mövzunu müzakirə etdikdən sonra Kəbirinin Təbrizə 
gedib,  Mərkəzi  Komitədən  lazımı  göstəriş  almasını  lazım 
gördük.  Aban  ayının  12-də  (noyabrın  3-də)  Kəbiri  Təbrizədən 
qayıdıb,  məni  (Xoşamöhrəyə)  dəvət  edib,  Mərkəzi  komitənin 
sifarişlərini söylədi. Beləliklə ciddi surətdə fəaliyyətə girişdik. 
Miyandab  məntəqəsi  Bukan  xəddindən  Qaramusala  qədər 
mənə  tapşırıldı.  Qəccələ  və  Marağa-Miyandab  yolunu  qət 
etmək  Qulu  Sübhinin  öhdəsinə  qoyuldu.  Kəbiri  az  müddətdə 
 
65 
mərkəzi  hökümətdə  dəxalət  və  şirkət  etməliyik.  Fars  dilini 
dövlət  dili  olmaq  şərtilə  milli  mədrəsələrimizdə  öz  dilimiz  ilə 
bərabər tədris etməyə imkan verəcəyik. Amma bunalrın hamısı 
ilə bərabər özümüz üçün bu haqqı qailik ki, gərək öz evimizin 
sahibi  və  ixtiyardarı  olub,  onu  öz  səliqəmizlə  idarə  etmək 
imkanına  malik  olaq.  Necə  ki,  yuxarıda  dedik  biz  təzə  bir  iş 
başlamışıq. 
llərdən  bəridir  ki,  minlərcə  Azərbaycan 
azadixahları və mütəfəkkirləri münfərid (tək başına) dəstəcəmi 
(toplum) bir surətdə bu müqəddəs fikir və ali məqsəd  yolunda 
ki,  Azərbaycanın  və  ranın  həqiqi  azadlıq  istiqlalının  payəsi 
gərək onun üzərində qurulsun. Xudmuxtarlıq üçün mübarizəyə 
dəvət  etmişlər.  Indiki  demokrası  məmləkətlərin  qəhrəman 
cavanlarının  mübarizəsi  sayəsində  faşizmin  əsası  yıxılmış  və 
millətlərin  başqa  millətlər  üzərində  ağalıq  nəzəriyyəsinin  puç 
bir iddia olduğu isbata yetişmişdir. Bütün millətlərin sərbəst bir 
surətdə öz müqəddəratını təyin etməkləri mənşurla (xartiya) və 
peymanlar  (müqavilə)  vasitəsilə  elan  olunmuşdur.  Bu  halda 
Azərbaycan  xalqı  və  Azərbaycan  azadixahları  təbiidir  ki, 
münfərid və mütəfərriqə halında azadlıq mübarizələrini edama 
verə  bilməzdilər.  Ona  görə  lazım  gəlir  ki,  bu  mübarizəyə 
rəhbərlik  etmək  üçün  möhkəm  və  müntəzəm  bir  firqə  təşkilatı 
vücuda  gəlsin.  Azərbaycan  Demokrat  Firqəsi  bu  ehtiyacdan 
doğulmuş  bir  təşkilatdır.  O  təşkilat  bütün  demokratik  və 
azadixah  şəxsləri  öz  sırasına  dəvət  etməklə  bir  milli 
mərkəziseql  vücudə  gətirəcək.  Azərbaycan  xalqını  azadlıq 
hədəfinə doğru sövq edəcəkdir. Bu vasitə ilə  ran millətlərinin 
tərəqqi  və  təkəmül  yolunu  açacaqdır.  Əlbətdə,  bu  firqənin 
proqram və əsasnaməsi  çox çətinliklə konqrə tərəfindən təsbib 
(möhkəmlənmək)  və  xalq  tərəfindən  təsdiq  intişar  tapacaqdır. 
Bununla  bərabər,  müəssislər  heyəti  bu  vasitə  ilə  firqənin  əsas 
nəzərini  ümum  xalqa  elan  etməklə  onları  öz  sıralarına 
çıxarmağa  başlamışdır.  Əziz  həmvətənlər!  Budur  böyük  tarixi 
mübarizə  dövrü  başlanır.  Azərbaycan  Demokrat  Firqəsi  sizi 
təbəqə  və  sinif  firqəsi  nəzərdə  tutmayaraq,  öz  təşkilatında  üzv 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə