Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə32/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

 
62 
meyl və iradələri ilə təyin etsinlər. Əgər onların haqları olsaydı, 
özlərini mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda 
öz  əlləri  ilə  namunasib,  qeyd  və  şərtsiz  çalışsaydılar,  ranın 
vəziyyəti bu hala düşməzdi. Məşrutə və qanun əsası ki, hədsiz 
və  saysız  qurbanlar  verməklə  ələ  gəlmişdir,  əsərsiz  qalmazdı. 
Buna görə əgər bu üsul min illər davam edərsə mümkün deyil 
ran xalqı fəgir və biçarəlik dəryasından nicat tapıb, tərəqqi və 
təkamül yoluna qədəm qoya bilsin. Müstəbid, xunxar (qaniçən) 
və biatifə (vəfasız) ünsürlərin əlindən nicat tapmağa müvəffəq 
olsun. Əgər bu məxsus üsul baqi qalarsa, siyasi firqələr və sair 
demokratik  sazimanlardan  hətta  kiçik  faydalar  belə  hasil  (ələ 
gətirmək)  olmayacaqdır.  Ayrı  bir  çarə  yoxdur.  Çox  tez  bir 
surətdə  gərək  qanun  əsasının  icra  və  təkmili  (mükəmməl) 
yolunda  ciddi  işə  başlayıb,  milli  hökumətin  əməli  edilməsi 
aşağıdan,  yəni  xalq  içərisindən  və  camaatın  geniş  kütlərinin 
ehtiyacı  üzərindən  əyalət  və  vilayətdə  yaşayan  xalqların 
xüsusiyyətlərinin  payəsindən  (kökündən)  qurmaq.  Məhəlli 
ixtiyarat və federasiyon üsulunun səthi və sadə şəkli olan əyalət 
və  viləyət  əncümənləri  təzə  bir  fikir  deyildir.  Müasir  və 
mütərəqqi  ölkələrdən  əlavə  qədim  tarixi  və  böyük 
məmləkətlərdə  belə  naçar  olmuşlar  ki,  xalqın  və  millətlərin 
xüsusiyyətini  nəzərdə  tutub,  əllərini  öz  daxili  işlərində  açıq 
qoysunlar.  Böyük  Daruşun  zamanı  məmləkət  təqsimatı 
(bölqüsü)  fəqət  və  fəqət  bu  təbii  ehtiyac  üzərində  vücuda 
gəlmişdi.  Qədim  ranın  satrabnişinlikləri  bugünkü  federasyion 
və xudmuxtariyyət {avtonom} üsulunun ibtidai şəklindən başqa 
bir  şey  deyildir.  Hənuz  randa  mərsum  (rəsmiyyət)  olan 
ş
ahənşahlıq ünvanının bundan başqa bir təəbir və təfsiri (izhar-
şə
rh)  yoxdur.  Mərkəziyyəti  əgər  diktatorluq  və  xudsərlik 
(özbaşınalıq)  və  zorakılıqdan  ötrü  saxlamaq  istəsək,  başqa  bir 
sözdür,  və  əgər  istəsək  onu  məmləkətin  mərkəziyyəti  və 
demokratik hökumətin başda duranın tanıyaq. O vaxt məcburuq 
o  əyalət  və  vilayətlərin  {özünə  məxsus}  milli  və  mədəni 
xüsusiyyətləri vardır ki, onlara icazə vermək öz daxili işlərində 
 
311 
General Kəbirinin dəstəsi, suvari – 500, piyada – 500, Cəmi: 
1000 nəfər. 
Sərhəng Aram suvari – 400, piyada – 400 Cəmi: 800 nəfər. 
 Sərhəng  Qulu  Sübhi  suvari  -100,  piyada  –  200  ,  Cəmi  300 
nəfər. 
21 Azər nehzətində ələ keçirilən silahın sayı: 
Tüfəng-700 ədəd, Ağır müsəlsəl (avtomat) – 6 ədəd, yüngül 
müsəlsəl - 17, at – 17, qatır 12 baş, telefon 6 dəstgah,  güllə – 
100 min ədəd və çox pətu (adyal) və başqa şeylərdən ibarət idi. 
Miyandab,  Bukan,  Qaramusalu,  Rəhimxan,  Cillicə,  Kişvər, 
Maxmudcıq,  Sayınqala,  Hulasu,  Qızılı,  Sancud,  Bağçameşə, 
Hisar  vuruşmalarından  son  günə  dək  qəhrəmanlıq  göstərən 
fədai  başçılarının  adlarını  da  qeyd  etməyi  lazım  bilirəm. 
Tağıabad kəndindən, Almas, Ağababa və Digəran və başqaları. 
Tarurdiyan  (.......  Elxanı),  Soltəpədən  Qulam  Əkbəri,  şxan 
Zadəgan,  Nəzər  Davudyan,  Soqrat  Davudiyan  və  mütəfəriqə 
yerlərdən  mühacir  dəstəsi  Polad  Sərkari,  Bulud  Sərkari, 
Məhəmməd  Sərkari,  Abbasxan  Paşa,  Həsən  Mehrabi  –  bu 
şə
xslər  100  nəfər  mühacir  yoldaşlar  ilə  21  Azərdən  qabaq  ən 
böyük  fəaliyyət  və  qəhrəmanlıq  göstərmiş  son  dəqiqəyə  qədər 
öz əqidələrində möhkəm dayanmışlar. 
Kürdlərdən 
Kərim 
Ə
nzari 
tamam 
vuruşmalarda 
qəhrəmancasına  şirkət  edib,  şahsevən  elindən  öz  dəstəsi  ilə 
Ə
hədxan,  Gülşad,  kərbalayi  Qədim,  Hulasudan  Süleyman 
Ziyayi,  Mirzə  Fərəc  Qələndəri.  Miyandabdan:  Əli  Mütii, 
Zaman  Kamal  Qədim,  Müzəffər  Dirəxşan,  Qara  Vərandan 
qəhrəman  Əfşari  bu  adam  Bağçameşə  müharibəsində  böyük 
fəaliyyət  göstərmişdir.  1325-ci  (1946)  il  13  azərdə  (4  dekabr) 
Tikabda  (Tikantəpə)  olan  ran  qoşunu  (Sursad  dağından) 
mənim  dəstəmin  üzərinə  həmlə  etdi.  Bu  dağda  3  gün  şədid 
surətdə  vuruşduqdan  sonra  düşmənin  tam  qüvvəsini  geri 
qaytarıb, onlara təlafat verdik. Neçə gün ondan sonra düşmənə 


 
310 
təsmim tutduq. Məhmudcıq, Sayınqala və Hulasunu düşməndən 
təmizləyib,  ələ keçirtdik. 27 Azərdə 18 dekabr verilən postları 
təhvil  aldıq.  Qərar  oldu  Kəbiri  Marağa  ətrafında,  Qulu  Sübhi 
Miyandabda,  mən  Sayınqala  və  Hulasu  ətrafında  fədailəri 
münəzzəm  edib,  müdafiyəyə  hazırlaşaq.  Jandarm,  nizami 
qüvvələri Tikabda (Tikantəpədə)  cəm olub, Sayınqalanı almaq 
fikrində  idilər.  Əfşar  malikləri  öz  səvarə  (suvari),  piyadalarını 
Tikab  qüvvəsinə  kömək  verib,  biz  az  müddətdə  çoxlu  qüvvə 
hazır  etməyə  müvəffəq  olmuşdular.  Rixanleşgər  və  qardaşı 
Hacı  Sərdar  Caharoymaq  mahalında  neçə  dəfə  bizə  həmlə 
etdilər.  Fədailər  isə  onların  həmləsinin  dəf  edib,  öz  yerlərinə 
qaytarmaqla  onlar  çoxlu  tələfat  verdilər.  Tikab  xəttindən, 
Sursad dağından düşmən neçə dəfə sərbaz, jandarm və əşayirlə 
mənim postlarıma həmlə etdi. Nəticədə bunların həmləsini dəf 
edib  və  ən  əsas  postları  ələ  keçirtdik.  Qızılı,  Həmzə  Qasım, 
Hisar Bağmeşə yüz para kəndtəsərrüf edib, düşmənə ağır zərbə 
vurduq. Hətta Eyinbulağın 5 kilometrinə qədər irəli getdik. Bir 
il  müddətində  neçə  dəfə  düşmən  ilə  vuruşmaq  əmələ  gəldi  və 
neçə dəfə düşməni məğlub edib, geri oturtduq və bu müddətdə 
böyük  miqdarda  qənimət  ələ  keçirdik.  Tüfəng,  at,  qatır  və 
böyük  miqdarda  güllə  və  hərbi  ləvazimata  sahib  olduq.  Bütün 
cəbhənin  idarə  edilməsi  üçün  lazımı  əmrləri  Azərbaycan 
Demokrat  Firqəsinin  sədri  Ağa  Pişəvəridən  alırdım.  Hətta 
müharibə  göstərişinə  də  O  bəzi  vaxt  özü  şəxsən  əmr  verirdi. 
Mən  isə  sadir  olan  (verilən)  əmrləri  nöqtə  bə  nöqtə  icra  edib, 
yerinə yetirirdim. 
Milli  Hökumətin  quruluşundan  sonra  nehzətdə  fədakarlıq 
edən imanlı fədai başçılarına firqə sədri Ağa Pişəvəri tərəfindən 
hərbi  dərəcə  verildi.  Fəaliyyətimiz  təqdir  olunaraq,  Kəbiriyə 
generallıq, Qulu Sübhi ilə mənə Sərhənglik dərəcəsi verildi və 
bu  dərəcəni  Ağa  Pişəvəri  şəxsən  öz  xətti  ilə  yazıb  mənə  elan 
etdi.  Bizim  təşkil  etdiyimiz  fədai  qüvvələrinin  sayı  aşağıdakı 
qərar üzrə idi. 
 
63 
azad  və  muxtar  olsunlar.  Bu  vəsilə  ilə  mərkəzlə  mənəvi  əlaqə 
qüvvətlənə  bilsin.  Indiki,  biz  Azərbaycanın  xüsusiyyətindən 
bəhs edirik. Bu geniş torpaqda dörd milyon yarım azərbaycanlı 
yaşayır və bu camaatın dil, adab rüsumu cəhətdən  ranın başqa 
ə
yalətləri ilə böyük fərqi vardır, indiki, biz istəyirik bu xalq öz 
fərhəngi  (mədəniyyət)  işlərində  və  öz  torpağının  azadlığında 
gərək  dəxalət  etsin,  hərgiz  mərkəziyyətin  əleyhinə  olmayıb, 
onun qüvvətlənməsinə çalışmış oluruq. Bəzi qısa fikirli adamlar 
xəyal  edirlər  ki,  zorla  od  açmaq  vəhşi  cəngəl  (meşə)  qanunu 
gücü  ilə  bir  xalqın  dilini,  xüsusiyyətini,  adab  və  rüsmunu 
aradan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər 
əş
xası  vadar  və  məcbur  etsinlər  ki,  hətta  Azərbaycanın  uzaq 
kəndlərində  belə  öz  ana  dilindən  başqa  bir  dil  bilməyən 
kəndlilər  fars  dilində  danışsınlar.  Bunlar  təsəvvür  edirlər  ki, 
ran  xalqını  aldatmaq  üçün  yaratdıqları  milli  vəhdət  fəqət 
libasları və dilləri məsnui (süni) surətdə birləşdirmək vasitəsilə 
mümkün  olacaqdır.  Bunlar  bilmirlər  ki,  dilin  rişəsi  anaların 
sinəsindən  və  xalqın  adab  və  rüsumu  olan  ocaqlar  başından 
qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın 
dilini və adab və rüsumunu əvəz etmək mümkün olan işlərdən 
deyildir.  Milli  birlik  o  vaxt  müyəssər  ola  (yarana)  bilər  ki, 
xalqın hamısı öz xüsusiyyəttini xə daxili azadlığını saxlamaqla, 
tərəqqi edib, bir-biri ilə müsavi ola bilsin.  
Azərbaycan xalqı mərkəzin çürümş və kəsif ricalının siyasəti 
sayəsində  özünün  istedad,  qabiliyyət  və  zəkasına  baxmayaraq 
hər  qism  azadlıq  və  ixtiyarından  məhrum  edilmişdir.  Onun 
oğullarının  öz  ana  dilində  təhsil  etmək  imkanları  olmamışdır. 
Onun  ziyalıları  xalqın  fərhəng  behdaşət  (səhiyyə)  və  sair 
ehtiyaclarını  rəf  etmək  üçün  heç  bir  haqq  və  ixtiyara  malik 
deyildir.  Onlar  öz  ana  yurdlarından  və  özlərinin  qızıl  tolit 
(istehsal)  edən  torpaqlarında  fəqir  və  biçarəlik  halında 
yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun 
şə
xsiyyətini, dilini və millətini təhqir etməkdədirlər. Rza xanın 
siyasətinin misli və mərkəzi dövlətin rəsmi nümayəndəsi bəlkə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə