Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə28/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

 
56 
göndərilən  teleqrafda  87  imza  var  idi  (həmin  bu  nömrədə 
Təbriz,  Xoy,  Mərənd,  Maku,  Şahpur  (Səlmas),  Solduz, 
Marağadan  olmaq  üzrə  əhalinin  müxtəlif  təbəqələri  məxsusən 
yazılmış  səkkiz  fəqərəümum  teleqraflar  dərc  edilmişdir)”. 
kinci  nömrədə  isə  teleqrafları  imzalayanların  sayı  251,ikinci 
ş
ümarədə  (750)yə  baliğ  (yaxın)  imza  olmuşdur.  Bu  gediş  ilə 
firqəni  istiqbal  (qarşılamaq)  edənlərin  sayı  bir  həftənin 
içərisində heyrətavər bir surətdə artıb, xalqın kütləvi bir şəkildə 
firqə  sıralarına  daxil  olmaq  həvəsi  meydana  çıxmışdı.  Haman 
ruznamənin  üçüncü  səhifəsində  Tehran,  Marağa,  Azərşəhr, 
Şə
büstəri,  Urmiyyə,  Miyandab,  Əhər,  Əcəbşir  və  Qəzvindən 
olmaq  üzrə  27  fəqərə  teleqraf  çap  olunmuşdur.  12  Şəhrivər 
kitabcasında qeyd edildiyi kimi bu teleqraflarda 700-dən ziyadə 
sərşünas (tanınmış) azərbaycanli imzası nəzəri cəlb etməkdədir. 
Hələ  imza  edənlərin  çoxusu  böyük  bir  iddənin  nümyənlələri 
hesab olunrdu. Məsələn  nümunə üçün kürd camaatı tərəfindən 
yazılan təbrik teleqrafının surətini eynən burada nəql edirik. 
 
Azərbaycan Demokrat Firqəsi 
Ağa Pişəvəriyə 
Sizin  bütün  kürd  qardaşlarınız  vətənpərvərlik  eşqilə  dolu 
olan bir ürəklə saat 9-da Mahabada xəbəri yetişən Azərbaycan 
Demokrat Firqəsinin təsis təşkilinin münasibətilə öz ehsasat və 
təbriklərini  izhar  (bəyan)  edib,  bu  tarixdın  özünə  səadə
qapılarının  açılmağını  müşahidə  edərək  bu  vəsilə  ilə  nəhayə
iftixar və pakiqəlb ilə o azadixah firqənin müqəddas məramını 
təbrik edirik və hazırıq, axırıncı qətrə qanımız qalanadək bütün 
azərbaycanlıların  üzünə  təzə  dünya  və  azadlıq  nəsimi  əsən  bu 
ideal və məfkurəni müdafiə edərək söz, əməl, mal və canımız ilə 
bu  müqəddəs  azadixahlığa  şərik  və  həmrah  olaq  və  bizi  ona 
vəfadar dayaq olacağımızı əmin edib {söz} veririk. Bu sevincli 
xəbər  yetişməsilə  pəncşənbə  gecəsi  sabaha  kimi  Mahabad  və 
 
317 
bəxşdar  Abbasqulu  Ərbabzadə  dəstur  verimşdi”.  Bu  haqda 
Ə
rbabzadədən sual olundu. Nəticədə o bu mövzunu inkar edib, 
dedi: “Bu məsələ təşkil verdiyimiz komesiyon iclasında qərara 
alınıb, mən belə dəstur verməmişəm”. Əlbətdə hər üçü etdikləri 
pis əmələ etiraf etdilər. 
1.  Nəsrulla  Ərdəbili  –  baş  leytenant,  quruhan  dəstə 
sərkərdəsi,  Təbrizli  idi.  Neçə  ildir  ki,  Meşkin  şəhərdə  məmur 
idi. O şəxs olduqca pis adam idi. Əmiraslan Xatəmbəy və başqa 
bəylər  və  bəy  zadələr  ilə  əlbir  olub,  əlindən  gəldiyi  cinayəti 
azadixahlara  nisbət  əsirgəməmişdi.  Onları  dəstə-dəstə 
zindanlara təhvil vermiş və bir iddə kəndliləri döyməklə onları 
kəndi tərk etməyə məcbur etmişdi. Əmiraslan  salu, Hatəmxan 
Küklü  hər  bir  əmələ  əl  atırdılar.  Bu  leytenantın  köməyi  ilə 
olurdu.  Mən  özüm  şəxsən  1323-cü  (1944)  ildə  Meşkin  şəhərə 
getmişdim.  Orada  bu  adam  tərəfindən  Meşkin  şəhərinin 
komitəsi  və  şərqi  və  qərbi  hozə  sədrlərinin  məngənə 
(sıxılmasını)  altına  alındığını  gözüm  ilə  görmüşdüm.  O  günlər 
mən Türkpur ilə jandarm idarəsinə gedib, bu adamla danışdıqda 
ona demişdim ki, xalqa əziyyət etməyin. Bilaxirə bir gün millət 
sizdən  bu  günlərin  hesabını  çəkər”.  O  gün  O  mənə  cavab 
vermişdi  ki,  bu  millətin  altı  min  ildir  başına  vurulub,  çörəyi 
ə
lindən alınıbdır. Ondan bir iş çıxmaz. Onun qeyrətini bilirik”. 
Bilaxirə  fədailər  və  məhəlli  azadixahlar  bu  şəxsin  edamını 
istədilər.  Səhərisi  saat  2-nin  yarısında  azərin  17-də  (8  dekabr) 
Nəsrulla  Ərdəbiyə  elan  olundu  ki,  sizin  əməlləriniz  ölümlə 
nəticələnir. Saat iki günortadan sonra bu hökm əməli olacaqdır. 
Tədqiqat nəticəsində onun 700 tümənə qədər pulu olması aşkar 
oldu. Əvəzində O, bütün kasıblara və ev kirayəsi buxarı qayıran 
və özgələrə borclu idi. Tələbkar gəlib, onların tələbləri ödənildi. 
Saat  2  tamamda  Meşkin  şəhər  xiyabanında  çaharrahdan  şərqə 
tərəf  bir  söyüd  ağacı  var  idi.  Əmr  verildi  ki,  onları  ora 
bağlansınlar.  Əlbətdə  mitinqdə  onun  əməlləri  bütünlüklə  izah 
olundu. O leytenant söz istəyib dedi:  


 
316 
sərbazlar  şədid  surətdə  müqavimat  göstərirdi.  Atışma  hər  an 
ş
iddətlənirdi.  Sərbazxananın  mühasirə  nəqşəsi  bu  cür 
götürülmüşdü  ki,  bir  tərəfdən  sərbazların  qaçmağına  imkan 
olsun  ələ  gələn  məlumata  görə  sərbazlar  ki,  camaatla  üz-üzə 
olub, mübarizə etmək istəmirdilər. Təqribən saat 2, günortadan  
sonra sərbazxana bütün güllələri atıb, qurtardıqdan sonra təslim 
oldu.  Lakin  14  nəfər  onlardan  öldürülmüşdür.  Dəstur  verildi 
tamam ölənlərin cənazələri yığılıb dəfn olunsun. Fədailərdən 4 
nəfər şəhid olmuşdular ki, onlar da sabahkı gün dəfn edildi və 9 
nəfərdən  ibarət  olan  yaralıları  jandarm  idarəsi  təslim  olmadan 
ə
vvəl  avtobus  vasitəsilə  Ərdəbilə  yolladıq.  Bu  vuruşmadan 
sonra  əvvəl  növbədə  bank  rəisi  Nəxçivani  ehzar  olub,  bank 
sandığı  möhrümum  olub,  surətməclis  (protokol)  üzrə  təhvil 
verildi.  Amma  jandarm  rəisi  Nəsrulla  Ərdəbili  qaçmışdı. 
Abbasqulu  (bəxşidar)  Ərbabzadə  və  əşair  rəisi  Əsədulla  Ədib 
Ə
mini  tutulmuşdular.  (bu  iki  nəfərin  vəziyyəti  aşağıda  izah 
veriləcəkdir).  Tamam  ətrafdakı  fədailərə  və  kənd  hozələrinə 
jandarm  rəisinin  qaçmasının  xəbəri  verilmişdi  ki,  onu  görən 
kimi  tutsunlar.  17  azərdə  (8  dekabr)  onun  arvad  paltarında 
kəndlilər tutub, gətirib Meşkin şəhərində fədailər sitadına təhvil 
verdilər.  (Bu  zaman  Miyaniyan  Təbrizə  ehzar  olunmuşdur). 
Təqribən  səhər  saat  10-da  Abbasqulu  Ərbabzadə  və  sərvan 
Ə
dib Əmini və jandarm rəisi baş leytenant Nəsrulla Ərdəbili –
hər üçü birlikdə fərmandehlik otağına çağırıldı. Hər üçünə sual 
verildi  ki,  Siz  nə  səbəbə  öz  ixtiyarınızda  olan  qüvvələrə  əmr 
vermişdiz  ki,  axırıncı  güllə  qalana  dək  müqavimət  etsinlər. 
Ə
lbətdə sizin əmriniz nəticəsindədir ki, hər iki tərəfdən bir neçə 
nəfər  ölüb  və  yaralanıblar.  Siz  hansı  əmrin  əsasında  bu  əmələ 
iqdam  edibsiniz.  Baş  leytenant  bir  yazılı  kağız  çıxartdı  ki, 
sərvan  Ədib  Əmini  ki,  Ərdəbil  hərbi  qüvvəsinin  fərmandehi 
sərhəng  zərif  tərəfindən  Meşkin  şəhərini  müdafiə  etmək  üçün 
sərkərdə təyin olub. Və həmçinin aramızda olan böyük dərəcəli 
ə
fsərdir ki, O, bu dəsturu veribdir. Bu məsələ sərvan Əsədulla 
Ə
dib  Əminidən  sual  oldu.  Cavabında  O  dedi:  “Mənə  də 
 
57 
onun  ətrafında  böyük  mitinqlər  və  şadlıq  mərasimi  çırağanlıq 
olub,  xalq  öz  ehsasatını  birüzə  verməklə  bir-birindən  sibqə
etmişdir.  Məqsədimiz  teleqrafdan  bir  nümunə  göstərmə
olduğundan,  onun  {baqisini}  {burada}  vermək  istəmədik. 
mzaları  teleqraf  20  min  üzvə  malik  olan  kürd  Demokrat 
Firqəsi başçılarından 70 imza etmişdir. Azərbaycan kürdlərinin 
firqəmizin  təşkilinin  belə  hərarətlə  istiqbal  etmələrinin  dərin 
siyası  mənası  var  idi.  Çünkü  Azərbaycan  azadlıq  hərəkatında 
bu  elin  çox  mühüm  rolu  olmuşdur.  Azadixahların  əməliyyatını 
{ləğv}  etmək  üçün  irticai  və  dövlət  başçıları  bu  milləti 
{kürdləri}  qabağa  çəkməklə  azadlığa  böyük  zərbələ
endirmişlər.  Məxsusən  məşrutə  hərəkatında  kürd  ellərinin 
ə
ksəriyyəti istibdad tərəfinə cəlb edildiyi üçün məşrutəçilər ağır 
şkülat  ilə  {üz-üzə}  olub,  Tehran  irticası  ilə  mübarizə 
apararkən  arxadan  şədid  təərrüzə  məruz  qalmışdılar.  smayıl 
{Simitko}  və  sair  qəbilələr  rəislərinin  uzun  illər  boyu  orada 
yaratdıqları namərdliyi azərbaycanlılar heç vaxt xatirələrində
çıxartmadıqları  üçün  orada  kürd  məsələsi  və  kürdlərlə  əlaqə 
mövzusu ən ciddi mövzulardan hesab olmuşdur. Məxsusən firqə 
təşkil olunan günlərdə irtica ünsürlərin kürdlər arasında şədid 
fəaliyyəti  hiss  olunduğundan,  onları  bizim  {ziddimizə}  və  ya 
ə
leyhimizə  olmaları  həyati  bir  məsələ  idi.  Ona  görə 
müraciətnaməmizə  nisbət  Mahabat  camaatının  göstərdiyi 
səmimi ehsalat böyük  müvəffəqiyyət hesab olunurdu. Yuxarıda 
qeyd  etdiyimiz  təbrik  teleqrafı  məxsusən  kürdlərə  qonşu  olan 
şə
hər  və  kəndlər  Urmiyyə,  Xoy,  Maku,  Səlmasi,  Uşnəviyyə  və 
Solduz  üçün  böyük  bir  ümüd  yolu  idi.  Onlar  bu  vasitə  ilə 
qorxudan  xilas  və  asudəliklə  (rahatlıqla)  öz  kəsbkarlarına 
məşğul  ola  biləcəklərini  hiss  edirdilər.  Biz  yeri  gəldikdə 
Azərbaycan kürdləri və onların milli nehzətimizə olan əlaqə və 
münasibətləri haqqında daha müfəssəl məlumat verəcəyik. Əsla 
Kürdüstan  məsələsi  ilə  həqiqi  surətdə  mərbut  olduğundan 
bunları  tək-tək  həll  etmək  olmaz.  Doğrudur  dil,  adab,  rüsum, 
məhzəb və təriqə (məram) cəhətdən Azərbaycan ilə kürdlər bir-


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə