Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə26/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   22   23   24   25   26   27   28   29   ...   111

 
52 
Azərbaycanca  çox  roşan  (aydın)  yazılmışdır.  Çap  işi  yuxarıda 
dediyim  kimi  müşkül  idi.  12  Şəhrivərdən  ibarət  olan  böyük 
müraciətnaməni  bir  gündə  Təbriz  mətbəələrində  15  min 
nüsxədə  çap  etmək  təqribən  qeyri-mümkün  nəzərə  gəlirdi.  Bu 
cəhətdən  24  saat  tamam  şəxsən  çapxanada  qalmağa  məcbur 
oldum. Hətta Elmiyyə çapxanasının sahbi öz çapxanasının adını 
qeyd 
etməyə 
hazır 
olmadığından 
firqəmizin 
ciddi 
müəssisələrindən olan Ittilaat çapxanasının müdiri Həzən Zəfəri 
məsuliyyəti boynuna alıb öz çapxanasının adı ilə intişar vermək 
şə
rti  ilə  ona  razılaşdırdı.  Mümkündür  ki,  bu  cüziyyatı  təfsil 
(mükəmməl) 
üzrə 
şə
rh 
vermək 
bəzi 
oxucuları 
maraqlandırmasın,  lakin  mənim  zənnimcə  bütün  dünyaya  səs 
salan  böyük  bir  işin  başlanğıc  şəraitini  {məxsusən  cavan 
demokratlara}  bilmək  lazımdır  təcrübə  isbat  etmişdir  ki,  kiçik 
bir  iştibah  nəticəsində  böyük  bir  iş  pozula  bilər.  Kiçik  bir 
fədakarlığının  böyük  bir  xətəri  rəf  edilməsi  də  təcrübədə  az 
görülməmişdir. 
11  şəhrivər  gecəsi  bəyannaməni  çap  edərkən  mənim  3  gün 
yuxusuz  qaldığıma  görə  taqət  gətirməyib,  işçilərin  nahar  mizi 
üstündə yatmağın onların ruhiyyəsində dərin təsir buraxmışdır. 
2  saatdan  artıq  davam  etməyəm  bu  istirahətdən  sonra 
mürəttiblər  (tərtibçi)  və  sair  çapxana  işçilərinin  ruhiyyəsində 
böyük  təğyirat  hiss  etməyə  başladım.  Onlar  tamamilə  başqa 
adamlar kimi nəzərə gəlirdilər. Çapxananın qaranlıq kif (basmış 
lampası)  sanki  işıqlanıb,  fəaliyyət  ilə  dolmuşdur.  Yuxudan 
oyandığım  zaman  hənuz  sadə  tanışlığımız  belə  olmayan 
kargərlər  məni  təbəssümlə  qarşılayıb,  işi  bir  neçə  saata 
qurtarmağa  hazır  olduqlarını  söylədilər.  2  saat  bundan  qabaq 
böyük məbləğ müqavilində belə yuxusuz qalmağa razılaşmayan 
cavan  işçilər  isə  kamali-meyl  və  rəğbətlə  onlara  tapşırdığları 
vəzifəni  əncam  (əməl)  verməyə  söz  verdilər.  Mətbəənin 
səhifəbəndi  Hüseyn  Ağa  Səlimül-nəfs  mən  oyanar-oyanmaz  4 
saat  sonraya  vəd  etdiyi  ikinci  səhifəni  ikinci  təshih  (düzəliş) 
üçün mizin (masanın) üstünə qoyub dedi: indi mən inanıram ki, 
 
321 
......  kənd  istehkamatına  getdim.  Bütün  gecəni  döyüşdən  sonra 
oranı ələ  gətirdik. Onları oradan qovduq. Qara Putambuşaniyə 
kəndlərindən  keçib,  Oriyad  mahalı,  Pərilər  və  Həsənabad, 
Qaradaş  kəndlərində  şədid  surətdə  vuruşduq.  Sonra  Oriyad 
mahalının əmniyyətin təmin etdik. Bütün cəngəllərdə xanlar və 
məmurxan  elatlarına  qalib  gəldik.  Zəncan  alınandan  sonra 
Qulamyəhya 
tərəfindən 
sonra 
 
Zəncana 
çağırıldım. 
Qulamyəhyadan  tapşırıq  alıb,  Məhəmmədqulu  Ramtin  ilə 
Oriyada  qayıdıb,  atlı  suvarilər  dəstəmizlə  Ənkuran  xanı 
Qulamhüseynxan  Bəhadirinin  üstünə  getdik.  Gecə  ilə  böyük 
vuruşma  oldu.  Ənkurani  əlimizə  keçirdik.  Orada  iki  gün 
qaldıqdan sonra post təyin edib, özümüz Xəmsə mahalında olan 
Duz  kəndinə  hərəkət  etdik.  Düşmənin  dəstəsi  Çayırlıda 
olmağına  görə  qışın  ağır  qarlı  vaxtlarında  gecə  ilə  Çayırlıya 
tərəf  getdik.  O  vaxt  bütün  qoşuna  özüm  başçılıq  edirdim. 
Gecəni  böyük  atışmadan  sonra  düşməni  məğlub  edərək, 
Çayırlını  da  əlimizə  keçirtdik.  Orada  bir  neçə  gün  qalıb,  o 
mahalın bütün əmniyyətin bərqərar  etdik. Sonradan düşmənlər 
Qoltuq kəndində olduğuna görə ora hərəkət etdik. Onlar bizim 
ordunu  almağımızı  bilib,  oradan  Seyidabad  kəndinə 
qaçmışdılar.  Biz  də  bir  başa  onları  təqib  edərək,  Seyidabada 
getdik.  Orada  iki  gecə-gündüz  vuruşub,axırda  düşmən  davam 
gətirməyib, Yayın kəndinə tərəf qaçdılar. Yayın kəndində olan 
Qızılüzən  Çayının  körpüsü  Həmədan-Bicar  yolunun  keçid 
körpüsü idi. Biz də  yoldaş Qulamın əmrinə görə oraya  getdik. 
Sultan Məmurxan və onun köməkçi xanları ilə qoşunları orada 
idi.  Orada  böyük  vuruşmadan  sonra  qəflətən  gecə  həmlə 
etdiyimiz  Mahmudxan  öz  qalan  dəstəsi  ilə  Bicar  mahalına 
getdilər.  Biz  orada  Mahmudxandan  aldığımız  anbarı  açıb, 
yeşiklərlə dolu gülləri gördük. Güllərin qutularının üstü Ingilis 
dövlətinin nizanları ilə yazılmışdır. Tüfənglərdə 11 açılan və 5 
açılan,  3  Tirbar  və  bir  qədər  avtomatlardan  ibarət  idi.  Körpü 
çox əhəmiyyətli olduğundan yoldaş Qulamın əmrinə görə mən 
öz  dəstəmdən  bir  qədərin  Seyidabada  göndərib,  qalanları  ilə 


 
320 
onların  hamısını  Ağa  Məhəmmədivənd  buraxdı.  Bu  sözdən 
sonra sərhəng Zəriv qorxudan tərlədi. Dedim: “Tərləmə, ancaq 
bunu  bil  millət  qadirdir  ki,  sizin  bu  kardon  dəstgahınızı  ani 
vahidə  pozsun”.  Bilaxirə  O,  vəziyyəti  belə  gördükdə  yazılı 
şə
kildə sərhəng Mənzuriyə yazdı ki, sərbazxananı təhvil versin. 
Beləliklə  siyahı  üzrə  sərbazxana  təhvil  alındı.  Təqribən  1000 
ə
dəd  tüfəng,  72  ədəd  yüngül  avtomat,  15  ədəd  ağır  avtomat, 
280 min güllə, 72 top, telefon və başqa əşya və təchizatı təhvil 
aldıq.  Bununla  da  Ərdəbil  və  onun  ətrafında  olan  xalqın  mal, 
can və namusunu ayaqlar altına alan qəddar və mürtəce dövlət 
məmurlarından  təmizlənib,  qüdrəti  demokrat  firqəsinin 
rəhbərliyi  ilə  təşkil  tapan  Milli  Hökumətin  ixtiyarına  keçdi. 
Miyana  fədai  başçılarından  Məmiqulu  Sadiqinin  xatirəsi  Mən 
Məmiqulu  Sadiqi  azər  ayının  10-da  1324-cü  ildə  (1  dekabr 
1945)  Mərkəzi  Komitə  tərəfindən  Təbrizə  çağırılıb,  orada 
tapşırıq  aldıqdan  sonra  Qulamyəhya  yoldaşa  müraciət  edərək, 
Ə
nsari  və  Məhəmmədəli  Ramtin  ilə  birlikdə  Miyanaya 
qayıtdım.  Mərkəzi  Komitənin  tapşırığına  görə  Miyana, 
Gərmrud  kəndlilərini  toplayıb,  onları  fədai  dəstələrinə 
yazılmağa  dəvət  etdik.  Sonra  fəal  fədailəri  çağırıb,  onlara 
azərin  14-də  (5  dekabr)  silah  payladıqdan  sonra  qiyam  etdik. 
Mürtəce dövlətin jandarmlarını məğlub edib, Gərmrud mahalını 
öz  əlimizə  aldıq.  Yoldaş  Qulamyəhyanın  tapşırığına  görə  120 
nəfər 
götürüb, 
Qaflankuh 
körpüsünün 
ş
ah 
Abbas 
karvansarasında məskən etdik. 28 gün orada qalıb, bütün oranın 
ə
mniyyətini  təmin  elədim.  Yenidən  yoldaş  Qulamyəhyanın 
çağırışına  əsasən  Miyanaya  gəldim.  Orada  mənə  350  nəfər 
fədai  verdilər.  Sultan  Mahmudxan  ki,  Kəlucə  kəndində  idi, 
onların  qarşısına  getməyə  məmur  oldum.  Bu  işlə  məşğul 
olduğum günlərdə Cəbrailxanın Qızılı kəndində fədai dəstələri 
ilə  vuruşmasından  xəbər  tutdum.  Təcili  öz  dəstəm  ilə  onların 
köməyinə  getdim.  Oranı  təsərrüf  edib,  onları  tuduqdan  sonra 
qayıdıb,  öz  postumuz  Kəlucə  kəndinə  gəldim.  Yenə  bir  neçə 
gündən  sonra  Qulamyəhyadan  əmr  alıb  Əli  Sərabi  ilə  birlikdə 
 
53 
sizin  işiniz  müvəffəqiyyətlə  qabağa  gedəcəkdir.  Çünki  ona 
möhkəm  inamla  yapışdınız,  maddiyyat  və  istirahər  fikrində 
olmadığınızı miz üstündə yatmağınız mənə isbat etdi. Dediyimi 
isbat  etmək  üçün  özümdə  müraciətnaməni  imza  etdim.  Bu 
tarixi  müraciətnamənin  axırıncı  imzası  həmin  çapxana  kargəri 
Səlimül-nəfs imzasıdır. Onun sadə və birğərzanə (qərəzsiz) bir 
surətdə  zəhmətə  ürəkdən  qiymət  verməsi  məni  fövqəladə 
ümüdvar etdi. Ona görə də bütün nehzət zamanı da hər bir işdə 
zəhmətə qatlaşıb, işçilər üçün nümunə olmağı hərgiz (heç vaxt) 
yadımdan çıxarmadım. Bu kiçik hadisə hesab edilsə də mənim 
ə
qidəmcə  Azərbaycan  tarixində  qeyd  edilməsi  bir  həqiqətdir. 
Necə  ki,  dedik  kiçik  hadisələr  bəzən  çox  böyük  hadisələrin 
müqəddəmə  və  səbəbi  ola  bilər.  Mövzudan  xaric  olsa  da, 
burada  “Əmir  Teymur  Kurkani  (Topal  Teymurun)  qarışqadan 
ibrət  almasını  qeyd  etmək  lazımdır.  Böyük  fateh  güya  birinci 
dəfə  Süxtə  məğlub  olub,  yəs  və  bicarə  halda  tək  və  tənha 
xaraba  bir  divara  təkiyə  etdiyi  halda,  bir  qarışıqadan  ağzında 
özündən  belə  yekə  buğdanı  divardan  çıxarmaq  üçün  dəfələrlə 
çıxıb-düşdüyünü və nəhayət öz məqsədinə nail olduğunu görüb 
ibrət, alır. Min ümüd və himmətlə işə başlayıb, bildiyimiz kimi 
böyük nailiyyatlar əldə edərək, vaxtının ən məhşur, ən qüdrətli 
simalarını  kəsb  edir”.  Isfəhanda  əfqanlıların  xalqını  qətl 
etdikləri  zamanda  qoca  bir  arvadın  bir  iddə  isfəhanlının  edam 
üçün  qoyun  kimi  qətlgaha  göndərilmələrini  sərzəniş  etməsi 
xalqı ayağa qaldırıb, qəsbkarlarların oradan qovulmasına səbəb 
olduğu tarixdə  görülən kiçik bir hadisədir ki, ondan böyük bir 
nəticə əldə edilmişdir. Demək bizim firqəni təşkil edərkən, tək-
tək  adamlarla  görüşüb,  imza  toplayıb  və  müraciətnaməmizi 
yuxarıdakı şəraitdə çap etməyimiz, zahirdə kiçik bir iş olsa da, 
böyük bir işin müqəddəməsi olmaq üzrə tarixdə iri xətt ilə səbt 
edilməlidir.  Qoy  gələcək  nəsl  bilsin  ki,  hər  işin  müqəddəməsi 
ə
vvəlcə  kiçik  və  əhəmiyyətsiz  nəzərə  gələ  bilər.  Elə  kiçik  ki, 
hətta insan ona məşğul olmağı belə özünə tənəzzül hesab edər. 
Vəli  himmət  istiqamət  iman  və  əqidə  üzrə  başlanan  iş  tez  ya 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə