Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə27/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

 
54 
gec  istənilən  nəticələr  ilə  nəticələnib,  arzu  olunan  məqsəd, 
gözlənilməyən  vasitələrlə  əldə  edilə  bilər.  Çətinliklərə 
baxmayaraq,  müraciətnaməmizi  müvəffəqiyyətlə  yazılıb,  çap 
olub, intişara qoyulması firqə tarixində şərəfli və qiymətli bir iş 
hesab  olunmalıdır.  Bu  birinci  qədəmi  müvəffəqiyyətlə 
götürməklə  firqəmizin  əsl  fəaliyyət  tarixi  başlanır  ki,  oda  12 
Şə
hrivərdən ibarətdir. 
12  Şəhrivər  Müraciətnaməsinin  intişar  tapması  Bu 
müraciətnamə ilə firqə o vaxta dək apardığı müqəddəmatı işlərə 
xatəmə  verib,  rəsmi  və  ələni  sürətdə  fəaliyyətə  başladığını 
ümum  xalqa  bildirmiş  oldu.  O  günədək  istər  Azərbaycanda, 
istərsə  Azərbaycanın  xaricində  Hizb,  müraciətnamə  intişar 
(nəşr)  vermək,  dəstələr  düzəldib,  təzahür  edərək,  xalq 
namından adi bir hal aldığına görə firqə müəssisələrinin bəzisi 
bizim  müraciətnamənin  da  səssizsədasız  keçməsini  həds 
(güman) vururdlar. Bəziləri də onun milli ruhda yazılıb, birinci 
dəfə  olmaq,  üzrə  Azərbaycan  xalqı  üçün  azadlıq,  muxtariyyət 
tələb  etdiyini  nəzərdə  tutaraq  böyük  tufan  qoparacağına 
(inamlı)  idilər.  Xoşbəxtanə  əməldə  axırıncı  nəzər  doğru  çıxdı. 
Müəyyən bir gündə bütün Azərbaycanın şəhər və qəsəbələrində 
intişar  tapan  bu  müraciətnamə  xalq  tərəfindən  böyük  əlaqə  və 
rəğbətlə  qarşılandı.  Iş  qabaqdan  diqqət  və  əlaqə  ilə  təşkil 
olunduğundan  demək  olar  ki,  həmin  12  Şəhrivər  günü  bütün 
Azərbaycanda onu oxumayan savadlı bir Azərbaycanlı qalmadı. 
Xalqın  (zehninə  də)  bizim  gördüyümüz  tədbirlər  da  çox  dərin 
təsir  bağışladı.  Qabaqdan  hazırlanmış  nəqşə  üzrə  sayı  çox 
məhdud  olan  firqə  üzvlərinin  haman  gün  bütün  şəhər  və 
qəsəbələrdə 
hazır 
olub, 
müraciətnaməni 
divarlara 
yapışdırdıqdan  sonra  onun  ətrafında  xalqa  müfəssəl  surətdə 
məlumat vermələri çox faydalı bir iş idi. Hətta Qəzvin, Tehran, 
Rəşt,  Mazandaran  camaatının  əksəri  həmən  birinci  rəsmi 
qədəmi  çox  mükəmməl  surətdə  icra  edilib,  fövqəladə  yaxşı 
nəticə  verdi.  12  Şəhrivər  saat  2  günortadan  sonra  15  min 
nüsxədən  bir  dənə  də  olsun  baqi  (qalıq)  qalmadığından,  onu 
 
319 
tapşırıldı.  Azər  ayının  18-də  gecə  saat  10-da  bir  iddə  və  bir 
dəstə  avtobus  vasitəsilə  Ərdəbilə  tərəf  hərəkət  etdi.  Gecə 
Fəxrəabadda  qalıb,  19-u  gecə  bu  dəstə  Təzəkənd, 
Məhəmmədiyədə,  Ərdəbilin  18  kilometrliyində  toplandı.  Mən 
özüm  Ərdəbilə  getdim.  Bu  mövqedə  Kərəmi  və  Ucarud 
kəndlərini  ki,  Əlixan  Bəhramxan  oğlu  və  Mollaqulu  ki,  orada 
təşkil  tapan  fədailərin  başçısı  idilər,  mühasirə  etdi.  Kərəmidə 
olan  jandarm  və  ordunu  Seyidhüseyn  Mirqulam  və  Hüseyn 
Vətəndust almaq istəyirdi. Oranın fərmandehinə xəbər verdim, 
48  saata  kimi  təslim  olsun.  Əgər  bir  ədəd  tüfənglərdən 
başqasının  əlinə  keçsə  iki  şaqqa  olacaqdır.  Bu  xəbər  ordu 
fərmandehi  kiçik  leytenant  .....  qorxuya  salıb,  tüfəngi  bəylərə 
verməkdən  çəkindi.  Bu  mövqe  Ərdəbil  tipinin  (ordusunun) 
süqutuna iqdam olunurdu ki,  yirmi biri gecə Məhəmməd Cəlil 
və Hacınağı Vahabzadə Təbrizdən gəlib, orada gedən hadisəni 
bizə xəbər verdilər. Hacınağı sərhəng Zərivi, Firidun Əfşari və 
sərhəng Mənzurini sərbazxanadan evinə əmr üzündən apardı ki, 
birdən  onlar  Təbrizə  tabe  olmayıb,  müqavimət  edərlər.  Azər 
ayının  21-də  şəxsən  mən  düruşgə  (fayton)  ilə  sərbazxanaya 
getdim. Əfsər və sərbazlardan bir dəstəsi otaqlarda, bir dəstəsi 
isə  səngərlərdə  idilər.  Uca  səslə  sərbazlara  dedim  ki,  bütün 
Azərbaycanda  silahlı  qüvvə  təslim  oldu.  Onlar  Azərbaycan 
Demokrat  Firqəsi  tərəfindən  buraxılıb.  Siz  sərkərdələr  və  ya 
fərmandehlər əmr verin ki, sərbazlarda olan silahları təhvil alıb, 
anbarlara  qoyun.  Eyni  zamanda  müəyyən  yerlərdə  müəyyən 
dəstələr  olmuşdur.  Sərbazlar  bu  sözü  eşidən  kimi  sevinc  ilə 
silahları  təhvil  verib,  getdilər.  Əfsərlər  bu  hadisədən  sonra 
qorxuya düşüb, mənə müraciət etdilər. Onları bütün əminliklə, 
sakit  etdim.  Sonra  sərhəng  Zərivə  və  sərhəng  Mənzuriyə  elan 
olundu  ki,  sərbazxananın  silah  və  bütün təchizatının  siyahısını 
təhvil versinlər. Sərhəng Zəriv elə fikir edirdi ki, dəstgah hənuz 
pozulmamışdır. Ona görə sərhəng mənzuriyə əmr etdi ki, onun 
tabeliyində  olan  dəstəni  sıraya  düzüb,  təhvil  versin.  Sərhəng 
Mənzuri cavab verdi ki, dəstə qalmayıb. O soruşdu: “Nə olub?” 


 
318 
“Düzdür mən bu millətin haqqında namərdlik etmişəm. icazə 
verin  mən  tək-tək  bura  yığılanların  ayaqlarından  öpüb,  əfv 
diləyim.  Və  bir  də  Təbrizdən  pul  istəyim  ki,  hər  kimsədən  nə 
almışam  ödəyim”.  cavabında  dedim:  “Yadındadır  ki,  1324-cü 
ildə  (1945)  sizə  dedim  bu  millətin  yaxasından  əl  götür.  Dedin 
biz bu camaatın qeyrətini bilirik, əllərindən heç iş gəlməz. Bil 
bu  millət  bundan  ötrü  silah  ələ  almayıb  ki,  verdikləri  pulları 
geri alsınlar. Siz ona görə edam olursunuz ki, millətin qeyrətini 
biləsiz  və  bir  də  sizin  kimi  xalq  düşmənləri  bilsinlər  millətin 
müqəddəratı  ilə  oynayanların  cəzası  nədir.  Istəyimiz  budur  ki, 
sizin edamınız tarix səhifələrində dərc olunsun. Gələcək dünya 
sizin kimi naxələf azərbaycanlılardan ibrət alsın”. Cavabında O 
dedi:  “Arvad  paltarın  giyəni  öldürməzlər.  Dedim  əgər  sizin 
edamınıza  yüz  illət  vardırsa  biri  də  odur  ki,  bu  vəziyyəti 
törədib, özünüz arvad paltarı geyib, qaçmısınız”. Bu danışıqdan 
sonra edam olundu. Cənazəsi ağacda qaldı. 
2. Abbasqulu Ərbabzadə Ərdəbili idi ki, 1321-ci (1942) ildə 
Sarabda bəxşdar idi. Sarab vaqiəsində (hadisəsində) ki, sərhəng 
Canpolad  ilə  bərabər,  orada  çoxlu  cinayətə  əl  atmışdı.  Həmin 
cərəyan  Abbasqulu  Ərbabzadənin  hazır  edib,  nəqşə  
hazırlanmışdır.  Bu  şəxs  Meşkin  şəhərində  də  bütün  yuxarıda 
qeyd  olunan  cərəyanlarda  iştirakı  var  idi.  O  birbaşa  bu  işlərdə 
müdaxilə etmişdir. Buna görə bu adam da ölümə məhkum oldu. 
3.  Sərvan  Əsədulla  Ədib  Əmini  ki,  özü  Ərdəbil  əhli  idi  ki, 
xanəvadəsi (ailəsi) mürtəce təbəqədən olduğu kimi diplomat bir 
ə
fsər  idi.  Birbaşa  Tehran  ilə  əlaqəsi  var  idi.  Həmişə  sirli  bir 
şə
xslər paltarlarını dəyişib, bu adamla görüşürdülər. Bu şəxsin 
ə
li  ilə  bütün  şahsevən  xan  və  bəylərinə  tüfəng  verilib  və 
ş
ahsevən içərisində azadlıq əleyhinə olan səbəblər onun əmrilə 
icra  edilmişdir.  Onun  etirafına  görə  Yurdcudan  Dutdusınana 
qədər müxtəlif şəxslərə  və bəylərə  yüz tüfəng vermişdir. O da 
ölümə məhkum oldu. Qərbi Meşkinin nüxtəlif bölgələrin fədai 
dəstələrini  təşkil  verilib,  onun  sərkərdəsi  o  dəstələrin  başçısı 
Kamran  Əzizi  təyin  olmuş,  Meşkin  şəhərin  əmniyyəti  ona 
 
55 
ikinci  dəfə  çap  etməyə  məcbur  qaldıq.  Müraciətnamənin  təsiri 
və  xalqın  ona  nisbət  göstərdiyi  rəğbətinin  əndazəsini  bilmək 
üçün  2  gün  sonra,  yəni  şəhrivərin  14-də  müntəşər  (nəşr)  olan 
Azərbaycan  ruznaməsi  baş  məqaləsində  yazdığımız  aşağıdakı, 
cümlələrə diqqət yetirmək lazımdır. “Doşənbə (üçüncü gün  ran 
təqvimi  ilə)  gün  firqəmizin  müraciətnaməsi  intişar  tapdı.  Bu 
müraciətnamə  xalqımız  tərəfindən  geniş  təvəccöh  (diqqət)  və 
böyük  rəğbətlə  qarşılandı.  Minlərcə  Azərbaycanlı  Azərbaycan 
şə
hərində  müraciətnamə  yapışdırılmış  divarların  qabağında 
toplanıb,  ürək  döyünən  səsi  ilə  onu  oxudu,  düşündü, 
alqışladı....”. Bu vasitə ilə səadət və azadlıq üçün yol açıldığını 
hiss  etdi.  Bu  isti  istiqbal  və  hərarətli  təvəccöh  göstərdi  ki, 
tutduğumuz yol düz və intixab etdiyimiz hədəf doğrudur. 
Yuxarıdakı  müraciətnamənin  cümlələrin  xalq  içərisində 
böyük  maraq  və  həvəslə  qarşılanıb  diqqətlə  oxunduğunu 
göstərdiyi  halda,  onun  intişarından  sonra  müxtəlif  təbəqələr 
tərəfindən  göndərilən  təbrik  teleqramları  və  firqə  üzvünün 
dərxastları  (istək)  çox  dərin  bir  surətdə  təsir  bağışladığını 
aşkara çıxartdı. Misal üçün firqənin ildönümü münasibətilə nəşr 
etdiyi  12  Şəhrivər  kitabının  bu  xüsusda  verdiyi  izahatı  burada 
dərc edirik: 
“Müraciətnamənin  intişarı  Azərbaycanda  böyük  bir  hadisə 
idi.  Şəhrivərdən  əvvəl  onun  özü  ətrafa  göndərildiyi  üçün 
Azərbaycanın  hər  tərəfindən  teleqraflar  sel  kimi  axmağa 
başladı.  Illər  boyu  azadlıq  eşqilə  yanıb-yaxılan  kəndlilər  bu 
teleqraflar  vasitəsilə  özlərinin  demokrat  firqəsinə  ilhaqlarını 
(qatılmaq)  elam  etdilər.  Bu  teleqraflar  fövqəladə  maraqlı 
sənədlərdir.  Onların  bəzisində  yüzdən  ziyada  imza  vardır. 
Bütün  şəhər,  qəsəbə,  hətta  kəndlərimizdə  belə  şəhrivər 
günlərində 
böyük 
hərəkət 
vücudə 
gəldiyindən, 
müraciətnamənin  intişarından  2  gün  sonra  müntəşər  olan 
Azərbaycan  ruznaməsinin  səhifələri  birinci  nömrədən 
başlayaraq, təbrik teleqrafları ilə dolmağa başladı. Məsələn, bu 
ruznamənin  ikinci  şümarəsində  fəqət  Əhər,  Culfa,  Mərənddən 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə