Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə25/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

 
50 
olunmalıdır.  (3  sentyabr  1945-ci  il)  bu  tarixdə  firqənin  bütün 
fəaliyyətinin  əsasını  və  məramnaməsinin  təmsilini  təşkil  edən 
12  maddədən  ibarət  olan  müraciətnaməsi  intişar  tapmışdır. 
Bununla belə qeyd etmək lazımdır ki, firqəmizin mordad ayının 
10-dan  başlanmışdır.  Mordadın  1-dən  şəhrivərin  12-dək 
(təqribən 1 ay davam edən) bu müddətdə cürətlə deyə bilərəm 
ki, biz firqəmizin ciddi fəaliyyət göstərdiyi günlərdə daha artıq 
zəhmət  çəkib,  daha  artıq  əziyyət  sərf  etmişik.  Vaxtıdan  qabaq 
polis  jandarm  məmurlarını  ayiq  salmaq  çox  xətərli 
olunduğundan  gizli  fəaliyyət  dövrü  hesab  olunan  bir  ay 
müddətində  biz  fövqəladə  ehtiyat  ilə  işləməli,  müxalifətlərin 
ə
llərinə  bəhanə  verməməlidik.  Ona  görə  hər  kəsə  asanlıqla 
yanaşıb  mətləbi  ona  hali  etmək  (aydınlaşdırmaq)  mümkün 
olmurdu. 
Qabaqcadan 
zəminə 
hazırlamadan 
təzahür 
müvəffəqiyyətsizliklə xatəmə tapa bilərdi. Biz istəsəydik aşağı 
təbəqədən geniş dairədə istifadə edə bilərdik. Bunu iki cəhətdən 
zərərli  hesab  edirik,  əvvəla  birinci  qədəmdə  aşağı  təbəqəni 
toplamaqla  biz  ortabab  adamları  və  şəhər  əhalisinin  ümdə 
(əksəriyyət) qisməsini məxsusən camiyətdə müəssir amil hesab 
olunan ziyalıların suyi-zənnini cəlb etməklə Cəbhəyi-Azadi və 
Hizbi-Tudə təşkilatlarının iştibahatlarını təkrar etməkdən başqa 
bir  nəticə  əldə  edə  bilərdi.  Digər  tərəfdən  Hizbi-Tudə  və 
kagərlər  ittihadiyyənin  ətrafında  olan  adamları  dağıdıb  o 
təşkilat  ilə  yersiz  rəqəbat  yaratmağa  səbəb  olar  ki,  təzə  işə 
başlayan  bir  təşkilat  üçün  belə  rəqabət  çox  xətərli  nəticələr 
verməyə bilməzdi. Cəbhəi-Azadinin qarşısına çıxan çətinlikləri 
unutmadığımızdan  bu  vasitə  ilə  onun  iştibahlarını  təkrar  edə 
bilməmişdik.  Bu  cəhətdən  birinci  qədəmdə  adlı-sanlı,  bəlli-
başlı  adamları  özümüzlə  həmrah  etməli  idik.  Bu  çox  mümkün 
bir iş idi. Çünki bizim intişar vermək istədiyimiz milli şüarların 
bu  təbəqə  üçün  təzəliyi  var  idi.  Onlar  Azərbaycanların  bir 
millət olduqlarını qəbul etdikləri halda bu millətin farslardan və 
tehranlılardan  ayrı  olaraq,  yaşaya  bilməsinə  sui-zənn  ilə 
baxırdılar.  Bəziləri  Azərbaycan  xalqının  mübarizəsinin  şuralar 
 
323 
vağzalından  Əmrabadın  üstü  Şeyxtərəabada  kimi  mənim  fədai 
dəstələrim  düzülmüşdür.  O  gecə  düşmənlər  böyük  dəstələrlə 
gəlirdilər. Məndə iki leytenant köməkçi ki, yuxarıda göstərilib, 
yəni  seyid  Mustafa  Hüseyni  və  Rəhim  Bəxşinin  zirəngliyi  ilə  
bütün  həmlələrin  qarşısını  aldıq.  Heç  bir  yerdən  xəbərimiz 
olmadı.  Düşmən  Miyana  tərəfindən  gəlib,  bizim  arxa 
tərəfimizitutmuşdular. Nagahani olaraq bizə həmlə edib, və bizi 
Caharhalqa kimi mühasirəyə aldılar. O gün mənim 300 piyada 
fədaim  var  idi.  22  Azər  1325  (dekabrın  13  1946)  gecəsi 
onlardan  bir  iddəsini  qırub,  şiddətli  vuruşmadan  sonra 
mühasirəni  sındırıb,  fədailərə  nicat  verdik.  Miyananı  düşmən 
tutmuşdur.  Naçar  Təbrizə  tərəf  qayıtdıq.  Bostanabadda  dedilər 
Təbriz alınıb və tutanı da öldürürlər. Ona görə biz 300-dən artıq 
atlı  ilə  Ərdəbil  tərifnə  getdik.  Piyada  dəstəsi  Sərabda  qaldı. 
Ə
rdəbil  torpağında  .....  xan  atlıların  toplanması  bizi  dinc 
qoymadı.  Sarab  və  Ərdəbil  arasında  olan  Manqutay 
ə
mniyyələrin  böyük  maşından  düşmüş  dəstəsi  ilə  qarşılaşdıq. 
Onların  maşının  üstündə  avtomat  qurğusu  var  idi.  Böyük 
atışma  oldu.  Axırda  oradan  dağlar  ilə  Ərdəbilə  aşdıq.  O 
vuruşmada  iki  adamız  qaldı  və  Ərdəbildə  də  xan  atlı 
dəstələrinin  hər  birinə  rast  gələndə  dağıtmayınca  keçmirdik. 
Onlar 3 Ərdəbil mahalında bizi təqib edib, vuruşurdular. Tainki 
gəlib, Ərdəbili keçdik. Bir yerdə düşə bilmədik. Gecənın külək 
və  qüdrətli  soyuğuna  baxmayaraq  məcbur  idik  yolumuza 
davam  edək.  Axır  vuruşmamız  Ərdəbil  ilə  Nəmin  arasında 
oldu.  Bütün  xanlardan  toplanmış  dəstələr  ilə  atışmağa  əcbur 
olduq.  Bu  atışmada  bizim  əfsərlərdən  usta  Məhəmməd,  Şəkur 
Qəffari,  Rəhim  Bəxşi,  Qiyas  Məqsudi,  Şükrəvər,  Isa  böyük 
fəaliyyətlər  göstərib,  fədailəri  düşmənə  vermədilər.  Oradan 
meşə ilə aşıb, üç gün ac qaldıqdan sonra çox zəhmət ilə ac və 
yorğun  halda  gəlib  Astaraya  çıxdıq.  Sərdsəhra  fədai 
başçılarından  Mirəbülfəz  Haşimi  Bu  şərhi-halı  yazan  mən 
Mirəbülfəz  Haşimi  Mirağa  oğlu  Sərdsəhranın  Sərdrud 
qəsəbəsində 1298-ci ildə (1916) anadan olmuşan. Bir neçə sinif 


 
322 
orada  6  ay  qaldım.  Mahmudxan  o  körpüdən  keçmək  istəyirdi. 
Biz  də  qoymayırdıq.  Daimi  vuruşma  var  idi.  Onlar  əl 
çəkmədikdən  yoldaş  Qulamın  əmrilə  o  körpünü  gecə  ilə 
dağıtdım. Mayor Məhəmmədəli Ramtin xəbər göndərmişdir ki, 
Məhmudxan  və  Ənkuran  anbarı  Qulamhüseynxan  Bahadiri 
özlərinin  və  bir  qədər  də  kürd  atlıları  ilə  Ənkuran  postunu 
mühasirəyə  salıb,  fori  (təcili)  xəbəri  alan  kimi  bir  neçə  nəfəri 
götürüb,  Ankurana  getdim.  Bir  neçə  gün  vuruşmadan  sonra 
onlar  məğlub  olub,  qaçdılar.  Mən  ədə  öz  dəstəmi  götürüb, 
Yayin kəndinə qayıtdım. Sonradan yoldaş Qulamdan əmr alıb, 
Zəncana  qayıtdım.  Qulamın  Zəncanda  olmadığı  üçün  Təbrizin 
verdiyi teleqraf xəbəri ilə mən və yoldaş Məhəmmədəli Ramtin 
təcili  Kərəs  mahalına  hərəkət  etdik.  Bir  neçə  gün  Kərəstdə 
(Kərsuf)  qalandan  sonra  Zevinabada  getdik.  Bütün  o  dəstənin 
siyasi  rəhəbərlik  vəzifəsini  icra  etməyə  görə  ətrafda  olan 
qoşunlarımızın vəziyyətini təftiş etməkdən ötrü gedirdik. Yolda 
təsadüfən  maşın  çevrildi.  Mən,  Məhəmmədəli  Ramtin,  Həsən 
Nəzəri və bir neçə fədai ağır surətdə yaralandıq. Ona görə bizi 
xəstəxana  Miyanada  olduğuna  görə  Miyanaya  gətirdilər.  Neçə 
müddət  yatandan  sonra  sağaldıq  və  yoldaş  Qulamın  əmrinə 
görə  Miyana  və  Qərmrud  fədailərin  başçılığına  təyin  oldum. 
Oranın  əmin-amanlığı  bizim  əlimizdə  oldu.  Sonradan  Zəncam 
dəstəsi  Miyanaya  gəlməyinə  görə  dilim  gəlmir  Zəncanı 
qoşunlar çəkdiyi zəhmətlərdən sonra verib, Miyanaya qayıdalar 
deyəm. Böyük zəhmətlər, yəni ağır işlər oldu. O dəstələrdən bir 
qədərini  Yoldaş  Qulam  Yəhya  Təbrizə  göndərdi.  Bir  neçə 
gündən  sonra  mürtəce  qoşunların  bizim  üstümüzə  hücumunu 
eşidib,  Qulamyəhyanın  əmrinə  görə  Qaflankuha  hərəkət  etdik. 
Mənim  yadımda  baş  leytenant  seyid  Mustafa  Hüseyni  və 
Rəhim  Bəxşi  də  var  idi.  Düşmən  böyük  basqınlar  edirdi. 
Təyyarə,  top,  ağır  avtomat  və  tank  aman  vermirdi.  Biz  də  öz 
ə
trafımızı  bərk  saxlamışdıq.  Səhər  tezdən  Rəhim  Bəxşi  ilə 
Ə
mrabadın  üstü  Şeyxdərabadda  olan  fədai  dəstələri  gecə  bizə 
vurduğu düşmən tərəfindən zərbəni yoxlamağa getdik. Miyana 
 
51 
ittifaqı və Sovet Azərbaycanı ilə əlaqədar hesab edərək, ondan 
yanlış  nəzəriyyə  çıxardmaqla  nehzətimizi  ranın  istiqlal  və 
təmamiyyətinə  moğayir  (zidd)  bir  nehzət  zənn  edirdilər. 
Məxsusən  varlı  təbəqə  məznun  (şübhəli)  olaraq,  milli 
nehzətimiz  arxasında  özləri  üçün  sosializm,  kommunizm 
qorxusu  icad  edərək  meydana  girmək  istəmirdilər.  Hətta 
bacardıqca  bizim  fikirlərimizi  dəyişdirməyə  çalışırdılar. 
Bunların  hamısı  bizi  məyus  etməyə,  qədər  qüvvətli  deyildi. 
Xalqın  xüsusilə  zəhmətkeş  kəndli  və  şəhər  camaatının  bizim 
fikrimizə şərik olduğunu çox yaxşı bilirdik. Biz hiss edirdik ki, 
Azərbaycan  xalqımın  milli  şüarı  olmasza  ciddi  mübarizəyə 
qədəm  qoymayacaqdır.  Öz  sərvət  və  mövqelərindən  haya 
düşənlər, belə üsula Azərbaycan xalqınım dilinə, xüsusiyyətinə 
və azadlığına olan əlaqəsinə etiraf etdikləri üçün onların fərı və 
cuzi  iradələri  bizi  tutduğumuz  yoldan  qaytara  bilən  qədər 
qüvvətli  deyildi.  Ona  görə  biz  xalqa  yaxınlaşıb,  öz 
prinsiplərimiz  ətrafında  bəhs  və  münaqisə  etdikcə  tutduğumuz 
yolun  doğru  olduğuna  imanımız  qüvvətlənir    və  onun  icrası 
üçün  himmətimiz  artırdı.  Buna  baxmayaraq,  birinci  qədəmlər 
olduqca  müşkül  və  çətin  bir  surətdə  götürülürdü.  Bir  tərəfdən 
elə  ağır  şərait  altında  köməkçi  və  yoldaşlar  hazırlarkən  digər 
tərəfdən firqənin elamiyyəsini mükərrər müzakirə edib, onu iki 
ə
sldən ibarət olan şüarlarımızı yazıb, kağız üstünə gətirib, onu 
o  vaxt  azadixahlıq  adı  ilə  məşhur  olan  bitərəf  əşxasdan  46 
nəfərinin  imzasilə  bitirməyə  müvəffəq  olduq.  Polis  idarəsinin 
ciddi  müraqibətini  nəticəsiz  qoyub  qabaqdan  tutduğumuz 
təsmim  üzrə  bəyənnaməmizi  12  Şəhrivərə  dək  çapdan  çıxarıb, 
intişar  verdik.  Əvvəl  günlərdə  içərimizdə  məlumatlı  adamlar 
olmadığından  bu  siyasi  bəyannaməni  dəqiq  yazılıb,  çap 
edilməsi  olduqca  müşkül  idi.  Onu  özüm  iki  dildə  yazmağa 
məcbur  olmuşdum.  Təhtüləfz  (kəlmə-kələmə)  tərcümədən 
pərhiz  etdiyimdən  onun  fars  ilə  azərbaycanca  olan 
nüsxələrindən  ibarət  cəhətində  cuzi  ixtilaf  daha  imkan  tapırdı. 
Bununla belə iddia edə bilərəm ki, bəyanamə həm fars, həm də 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə