Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə43/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

 
294 
başlanması  aban  ayının  əvvəlindən  hesab  olunmalıdır.  Demək 
olar  ki,  Mərkəzi  Komitənin  ümumi  tarixi  iclası  qərar 
çıxartdıqda  (20  aban)  fədai  təşkilatı  20  gün  olardı  ki,  ümum 
mərkəzlərdə  özünü  göstərməyə  başlamışdır.  Hətta  Kəbiri, 
Kəlantəri,  Qulamyəhya,  Usanlu,  Cahanşahlu  və  başqaları 
Təbrizə gizli surətdə varid olub, ümumi iclasda şirkət edirdilər. 
Kəbiri  ümumi  iclasda  çıxış  edərkən,  onun  təşkil  etdiyi  fədai 
dəstələri  Marağa  və  Şişəvən,  Miyandab  və  sair  məntəqələrdə 
jandarm  saxlularını  müvəffəqiyyətlə  xəli-silah  (tərki-silah) 
etməkdə idilər. Miyana, Sarab, Ərdəbil və sair yerlərdən gələn 
xəbərlər  isə  daha  ciddi  və  şədid  idi.  Buna  baxmayaraq 
düşmənlərin  bəhanəsini  kəsmək  üçün  ümumi  iclas  bu  işə  çox 
üstüörtülü bir surətdə icazə verə bilmişdi. Iclas günlərində hələ 
dövlətin  nizami  təşkilatı  qüvvəli  idi.  Fəqət  Təbriz  şəhərində 
jandarm,  şəhrəbani  və  qoşun  dəstələrində  2500  dək  silahlı 
qüvvə var idi. Tək Sərtib Dirəxşanin ixtiyarında 4 tank, 50-dən 
ziyadə müsəlsəl (avtomat) və neçə dəstgah top var idi. Halbuki, 
bizim  silahımız  ancaq  tüfəng  və  jandarmlardan  aldığımız 
yüngül müsəlsəllərdən ibarət idi. 
Dövlətin Urmiyədə, Ərdəbildə və Saindejdə olan saxluları da 
özlərinə  görə  müasir  silahlarla  silahlanıb,  fədailərin  təərüzü 
(hücumu)  qarşısında  özlərini  müdafiə  edir  və  yeri  gəldikdə 
hücuma hazırlaşırdılar. Marağa şəhərində kiçik olsa da mühüm 
nizami  qüvvə  saxlanılmışdır.  Urmiyədə,  Nizami  çaxlusu 
kürdlərin  qabağını  almaq  bəhanəsilə  daha  ciddi  surətdə 
möhkəmləndirilib,  Təbrizdən  tamamilə  ayrılaraq  müstəqimən 
mərkəzi ərkanihərbin (mərkəzi hərbi ordu) göstərişi ilə hərəkət 
edirdi.  Urmiyyənin  sabiq  (əvvəlki)  4-cü  ustan  namilə 
adlandırılması  münasibətilə  orada  Təbrizdə  olan  qədər,  bəlkə 
də  ondan  daha  artıq  qüvvə  saxlanılmasının  sabiqəsi  (ənənəsi) 
var  idi.  Bu  saxlunun  fərmandehi  sərhəng  Zəngənə  daha  ciddi 
surətdə  bizim  əleyhimizə  hazırlıq  aparırdı.  Urmiyyə  saxlusu 
kürdlərlə tamasda olduğuna görə hərbi cəhətdən daha təcrübəli 
olduğu kimi onun əsgərləri ruhiyyə cəhətdən Təbriz əsgərlərinə 
 
79 
Xurşud  salonunda  həmin  müraciətnaməmizi  islah  edərkən 
aşağıdakı  məlumatı  verdikdən  sonra  müxaliflərimiz  susmağa 
məcbur  oldular.  Dediyim  kimi  içərimizdə  farsların  məsəli 
mocebincə (aşdan daha isti kasa) (kaseyi-daqtər əz aş) adamlar 
az  deyildirlər.  Dünən  onlardan  biri  mənə  irad  edib  deyirdi  ki, 
yenə  yazırsınız  Azərbaycana  dövlət  tərəfindən  əhəmiyyət 
verilmir.  Yenə  deyirsiniz  ki,  Azərbaycandan  alınan  vergilər 
oraya  sərəf  olunan  budcədən  azdır.  Azərbaycan  Tehrana  elə 
böyük vergi vermir, biz gərək Tehrandan təşəkkür edək ki, bizə 
çox yaxşı baxır. Əgər Tehran olmazsa, biz acımızdan ölərik. Bu 
sözləri  deyən  adamın  ağıl  və  şüuruna  mənim  şübhəm  yoxdur. 
Lakin  hoqqabazlıq  və  yalan  söhbət  ilə  özünün  moğrezanə 
qərəzli sözlərini xalq təhlil etmək fikrində olduğundan bu iddia 
ilə özünə xalqı güldürdüyün bilmir. Mən buna dedim, aya sən 
bilirmisən ki, iyirmi il tamam Rza xan azərbaycanlıya batmanı 
(çək  vahidi)  4  qrana  (pul  vahidi  –  riyal)  aldığı  qəndi  8  qrana 
yedirtmişdir.  Aya  anlamaq  istəyirsən  ki,  Azərbaycanın 
zəhmətkeş  və  dul  arvadları  bir  qutu  kibrit  aldıqda  bir  riyalın 
üçdə  iki  hissəsini  dövlətə  maliyyat  verirdilər.  Həqiqət  acıdır, 
lakin  onu  söyləməliyik.  Mən  məclisdə  açıq  surətdə  dedim  ki, 
(bunu  mən  dəqiq  hesab  ilə  isbat  edə  bilərəm)  Azərbaycan 
xalqına  maarif  büdcəsindən  verilən  pul  adam  başına  təqsim 
edilərsə  bölünərsə,  onu  göstərən  bir  vahid  tapılmaz.  Mən  onu 
kibritə  təbdil  etdim.  Nəticədə  bu  çıxdı  ki,  hər  bir  nəfərə  bu 
kibrit çöpündən az pay düşür. O gün Təbriz camaatı qarşısında 
söylədiyim  bu  sözləri  mən  və  mənim  yoldaşlarım  heç  vaxt 
unutmamışdır.  Biz  bir  il  hökumət  əlimizdə  olduğu  müddətdə 
gördüyümüz  böyük  işlər,  məsələn  şəhərlərimizin  abadlanması, 
iqtisadiyyaıtımızın  yüksəlməsi,  maarif  və  mədəniyyətimizin 
heyrətavər  bir  tərzdə  irəli  getməsi  ilə  isbat  etdik.  Şüarlarımız 
ə
fsanə və müvhum iddialardan ibarət deyildir. Müraciətnamədə 
vəd  etdiyimiz  islahat  da  xalqı  iğfal  etmək  nəzərilə 
yazılmamışdır.  Iftixarla  deyə  bilərəm  firqəmizin  təşkilinin 
başlanğıcı  olan  12  Şəhrivər  Müraciətnaməsi  nehzətimizin 


 
80 
ə
vvəlindən axırına qədər icra etməkdə olduğumuz, gördüyümüz 
işlərin  ciddi  payəsini  təşkil  edib,  qalmışdır.  şin  cərəyanında 
onun  bəzi  maddələrini  zərurət  qarşısında  atlayıb,  getmiş  olsaq 
da onu pozub ortadan çıxartmağa çalışmamışıq. Müraciətnamə 
firqəmizin məramnaməsinin əsasını təşkil etdiyi kimi mübarizə 
nəticəsində  meydana  çıxan  milli  hökumətimizin məramnaməsi 
və  iş  planı  da  onun  üzərində  qurulmuşdur.  Doğrudur, 
müraciətnamədə  bir  milli  muxtariyyət  hüdudundan  təcavüz 
etməyib,  onun  əyalət  və  vilayət  əncümənləri  vasitəsilə  əməli 
olmasını  irəli  sürdüyümüz  halda,  iki  aydan  sonra  ad 
çəkilməyib, işarə belə olmayan Milli Məclis və Milli Hökumət 
kimi  dövlət  təşkilatı  vücudə  gətirmişdik.  Bununla  belə  onun 
milli  mübarizə  də  və  milli  azadlıq  yolunda  düşündüyümüz 
tədbirlərində  böyük  təsiri  olmuşdur.  Biz  firqəmizin  qəti 
hədəfini  müstəqil  bir  milli  hökumət  yaratmaq  olduğun  heç  də 
inkar  etmək  istəmirik.  Bu  hədəfə  getmək  üçün  ranın  hazırki 
vəziyyəti  və  beynəlxalq  siyasətinin  icabının  (dikdə  etdiyin)  da 
hərgiz  unutmaq  olmazdı.  Bu  nöqteyi  nəzərdən  12  Şəhrivər 
Müraciətnaməsi  çox  tərəqqi  və  cəsuranə  bir  iş  idi  ki,  mənim 
zənnimcə biz onu şərəflə əncam verib, ondan intizar edildikdən 
daha artıq böyük nəticələr əldə etməyə müvəffəq olduq. 
Firqə quruluşu yolunda şüarlar və fəaliyyətimizin təsiri 1324-
cü  il  12  Şəhrivər  (1945-ci  il  3  sentyabr)  müraciətnaməsinin 
xalq  arasında  icad  (yaratdığı)  etdiyi  dərin  təsir  və 
konfranslarımızdan aldığımız gözəl nəticələr təbliğat sahəsində 
böyük  müvəffəqiyyət  hesab  olunursa  da,  bunlar  hələ  sözdən 
ibarət  idi.  Halbuki,  xalq  bizdən  əməl  gözləyib,  meydana 
atdığımız  12  şüarın  həyata  keçirilməsini  arzu  edirdi. 
Müvəffəqiyyətlə  götürdüyümüz  birinci  qədəm  ancaq  əməli 
qədəm  götürmüş  üçün  zəminə  hazırlamaq  dairəsində  məhdud 
olub qala bilmirdi. O zaman qarşımızda duran ən mühüm vəzifə 
firqəmizin  rəhbərliyi  altında  milli  azadlıq  mübarizəsinə  hazır 
olduğunu isbat edən xalq kütlələrini təşkil etməkdən ibarət idi. 
Bu da ancaq möhkəm intizam və ciddi təşkilata malik ola bilən 
 
293 
səhifələri  kəndlərdə  jandarm  tərəfindən  qurulan  cinayət  və 
faciələrin  səhnələrinin  qurbanlıqları  dolmağa  başladı.  Namus 
və  heysiyyət  (qeyrət)  tapdalanıb,  fəci  bir  surətdə  öldürülən 
arvad,  uşaq,  qoca  və  cavan  kəndlilərin  vəziyyətini  göstərən 
məqalələr  və  əkslər  Azərbaycan  xalqını  çox  dərindən 
düşündürüb və şüurlu bir surətdə ayağa qalxmağa dəvət edirdi. 
“Azərbaycan”  və  “Xavərnov”  (yeni  şərt)  ruznamələrinin  De 
ayının  21-dən  (1323)  başlayıb,  21  Azərə  (1324)  qədər  nəşr 
olunan 
nömrələrini 
bir 
daha 
nəzərdən 
keçirtdikdə 
cinayətkarların  kəndliyə  etdikləri  vəhşiyanə  rəftarları  göz 
önündə  mücəssəm  olaraq,  onun  fədai  dəstələrinə  qoşulmağa 
göstərdiyi  rəğbət  və  iştiyaq  (əlaqə)  səbəbləri  aşkara  çıxar. 
Məxsusən “Azərbaycan” ruznaməsində dərc edilən Azərbaycan 
Demokrat  Fiqsəninin  xarici  dövlətlər  nümayəndəsinə  yazdığı 
məktublar  və  ondan  əlavə  həmin  ruznamə  56  və  59-cu 
nömrəsində  jandarm  cinayətlərinin  canlı  şahidi  olan 
zəcrdidələrin (zülmgörmüşlərin) və ölənlərin əksləri kənldilərin 
Azərbaycan  Demokrat  Firqəsi  şüraını  qəbul  edərək, 
jandarmların  silahlarını  alıb,  onları  kəndlərdən  qovub, 
çıxarmaqda  olduqlarını  isbat  etməkdədir.  Biz  dil  məsələsi, 
Azəbaycanın bir xalq olaraq insanlıq və xalqların sadə, mədəni, 
haqq  və  ixtiyarata  malik  olması,  irticaı  dövlət  quruluşunun 
ifşası, qanuni-əsası və Azərbaycan xalqının maarif, səhiyyə və 
sair  ehtiyatları  haqqında  vaxtilə  ciddi  təbliğat  aparıb,  firqə 
təşkilatı və onun bütün kənd və şəhərlərdə kök salması yolunda 
xariqüladə  (fövqüladə)  bir  surətdə  fəaliyyət  göstərmişdik. 
Lakin  mənim  əqidəmcə  kəndlinin  etimadını  cəlb  edib,  onu 
mübarizə  meydanına  çəkib,  onun  fədakar  cavanlarından  təşkil 
etdiyimiz  fədakar  qüvvələrinin  nehzətimizin  genişlənməsi 
uğrunda  əhəmiyyəti  daha  aydın  idi.  Bu  işdə  deyə  bilərəm 
cinayətkarların  bizə  az  köməyi  olmamışdır.  Dediyim  kimi  biz 
firqə  təşkil  olan  gündən  şüurlu  və  düşüncəli  bir  surətdə 
istədiklərimizi  təmin  etmək  üçün  möhkəm  bir  hərbi  təşkilat 
yaratmaq  yolunda  çalışırdıq.  Lakin  təşkilatın  əməli  surətdə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə