Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə44/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

 
292 
ə
leyhinə  qiyam  edən  Arteş  ofiserlərindən  ( ran  ordusu 
ofiserləri)  ibarət  idi.  Onlar  orada  şikəst  yedikdən  (məğlub 
olduqdan)  sonra  Azərbaycana  gəlib,  bizə  mülhəq  olmaqla  çox 
faydalı  və  əhəmiyyətli  bir  iş  görməyə  müvəffəq  olmuşdular. 
Biz bu əfsərləri müəttəl etməyərək, (yubandırmayaraq) çox səri 
bir  surətdə  fədai  başçılarının  yanına  göndərib,  onların  hərbi 
məlumatından  istifadə  etmişdik.  Təbiidir  ki,  əgər  silahımız 
fəqət tək-tək şəxslərdən topladığımız müxtəsər bu tüfənglərdən 
ibarət  olsaydı,  işi  qabağa  aparmaq  mümkün  olmayacaqdır.  Iş 
qabağa  aparmaq  mümkün  olmayacaq  idi.  Burada  iki  mənbə 
bizim  artıq  dərəcədə  dərdimizə  dəydi.  Onların  biri  maliklərin 
ixtiyarında  olan  silahlar,  ikincisi  məhəllərdə  saxlanılan 
jandarmların  silahları  idi.  Hələ  qoşun  qüvvəsi  ilə  üz-üzə 
olmadan  əvvəl  kəndlilər  tədric  ilə  bu  silahları  əllərinə 
keçirtməyə  müvəffəq  olmuşdular.  Əlbətdə  silah  məsələsi  firqə 
işçilərinin fikrini işğal edən ən mühüm məsələlərdən birisi idi. 
Lakin  ondan  daha  əhəmiyyətli  silahdan  istifadə  edən  fədakar 
azadixahların  münəzzəm  təşkilat  altına  alınıb,  mübarizəyə 
hazırlanmaları  idi.  Maliklər  ilə  jandarmlar  yuxarıda  yazıb, 
göstərdiyimiz cinayətləri ilə bu sahədə bizim üçün daha müsaib 
(əlverişli)  zəmin  hazırlayırdılar.  Onların  cinayətkar  əlləri  ilə 
dağılıb,  bərbad  edilən  evlərdən  qopan  ah-nalələr  bizim 
təbliğatımızdan  daha  qüvvətli  olduğu  bizə  yaxşı  fədakar  və 
inamlı  fədailər  yetişdirdilər.  Yuxarıda  yazmışdıq  ki,  Mərkəzi 
Komitə  ümumi  iclası  aban  ayının  30-na  dək  təşkil  olub, 
ş
üarlarımızın  sözdən  işə  keçirtmək  qərarını  qəbul  edən  günə 
dək biz kəndlini səbr və təhəmmülə və öz məzlumiyyətini isbat 
etməyə dəvət edirdik. O gündən sonra isə firqə müəyyən qərar 
üzrə  hərəkət  etdiyindən  kəndliyə  öz  hüququnu  almaq  üçün  öz 
gücündən  istifadə  etməli  olduğunu  bildirməyə  başladı  və  ona: 
“Get  zülmkarların  şərini  öz  başından  rəf  et,  çünki  indiki 
hökumət və onun məhkəmələri sənin hüququnu ayaqlar altında 
tarumar  etməkdən  başqa  bir  şey  görməyəcəksən.  Ondan  ümid 
gözləmə”, - dedik. O gündən sonra “Azərbaycan” ruznaməsinin 
 
81 
bir  firqənin  rəhbərliyi  sayəsində  mümkün  ola  bilərdi,  firqə  isə 
hənuz  meydanda  yox  idi.  12  Şəhrivər  müraciətnaməsini  imza 
edən müəssislər isə hələ ciddi bir iş görməmişlər. Çünki onların 
vücudundan 
istifadə 
etmək 
üçün 
təşkilatı 
imkanlar 
yaradılmamışdır.  Doğrudur,  biz  təbliğat  işinə  başladıqda 
təşkilatı da nəzərdə tutmuşduq. Ciddi qədəmlər götürmək lazım 
gəldiyi  təcrübədə  daha  tez  meydana  çıxmışdı.  Baxmayaraq  ki, 
haman  12  şəhrivər  günlərində  biz  təşkilatımıza  üzv  qəbul 
etməyə başlamışdıq. Xalqın firqəyə nisbət rəğbəti o qədər çox 
idi ki, üzvlük üçün müraciət edənləri dəftərə qeyd edib, qurtara 
bilmirdik.  Şəhrivərin  13-14-15-ci  günlərində  fəqət  mərkəzi 
ş
öbədə  gündə  mindən  ziyada  üzv  qəbul  etməyə  məcbur 
olurduq. Bu cərəyandan tamamilə istifadə etmək üçün güclü bir 
firqə  aparatına  ehtiyac  hiss  olunurdu.  şimiz  olduqca  ağır  idi, 
lazımi qədər rəhbərlik edici kadr və təcrübəli idarə işçimiz yox 
idi.  Hətta  çox  vaxt  hər  işi  özümüz  görməyə  məcbur  olurduq. 
Bir tərəfdən yüzlərcə yeni üzvlər qəbul etdiyimiz halda, komitə 
və  homə  (məntəqə)  təşkilatları  yaratmağa  çalışırdıq.  Eyni 
zamanda  firqənin  rəsmi  naşiri-əfkarı  (fikrini  yayan)  olan 
ruznaməni  yazıb,  çap  edərək,  intişar  verirdik.  Digər  tərəfdən 
ə
leyhimizə  şiddətli  surətdə  mübarizəyə  başlayan  mürtəce 
qüvvələri  ilə  mübarizə  aparırdıq.  Bununla  belə  iş  fövqəlada 
maraqlı  olduğundan  yorulmaq  bilmirdik.  Çalışıb  fəaliyyətdə 
olmaq  özü  həvəs  və  zövq  tolid  edirdi.  Mən  özüm  şəxsən  neçə 
metrdən  artıq  olmayan  kiçik  bir  otaqda  müəyyən  bir  vaxtda 
neçə  iş  əncam  verməyə  məcbur  olurdum.  Bir  tərəfdən  məqalə 
yazır, digər tərəfdən konfranslar üçün qərarlar hazırlayır, başqa 
tərəfdən  şəhərlərə  təbliğat  və  təşkilatçılar  göndərir,  eyni 
zamanda  təbrik  üçün  gələn  şəhərin  baş  bilən  adamlarını 
təşkilatların  nümayəndələrini  qəbul  edərək,  firqənin  məram  və 
ş
üarları  haqqında  onlara  izahat  verir,  bəzən  ittifaq  düşürdü  ki, 
həmin  işləri  görərkən  ruznamənin  mətbəədə  hazırlanmış 
məqalələrində  təshih  edirdim.  (Müraciətnamə  intişar  tapan) 
kimi hər an şiddətlənməkdə olan təbliğat əsərində sel kimi axıb, 


 
82 
gələn  camaatı  bu  cəhətdən  təşkilat  altına  almaq  öz-özlüyündə 
asan  bir  iş  deyildi.  Hüviyyət  vərəqəsi  üzvlük  kartı  və  lazımı 
dəftər  və  mətbuatı  bir  neçə  saatda  təhiyyə  etmək  Təbrizin 
ogünkü  şəraitində  xariqüladə  (ağlasığmaz)  fəaliyyət  tələb 
edirdi.  Lakin  biz  xalq  gücünə  camaatın  rəğbət  və  təmayülünə 
dayandığımız üçün bu kimi müşkül işləri əncam verməkdə bir 
növ  ləzzət  duyub,  ondan  zövq  alırdıq.  Üç-beş  nəfərdən  ziyada 
olmayan  idarə  işçilərimizin  hər  biri  qəhrəmana  dönmüşdü.  Bu 
fəaliyyət  nəticəsində  idi  ki,  iki  kiçik  daxmadan  artıq  olmayan 
“Xəbər” ruznaməsinin sabiq (keçmiş) idarəsi beş milyonluq bir 
xalqa rəhbərlik edən böyük bir firqənin təsisinə kifayət etmirdi. 
Bu  inanılmaz  bir  iş    olsa  da,  həqiqətdir.  Bu  heyrətavər  bir 
fəaliyyət  bizə  az  bir  zamanda  Azərbaycanın  bütün  kənd  və 
şə
hərlərində firqənin komitə şöbələrini yaratmağa imkan verdi. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  çox  yerdə  bizim 
nümayəndələrimiz  ayaq  basmadan  daha  əvvəl  xalqın  öz 
təşəbbüsü  ilə  firqə  təşkilatları  meydana  çıxıb,  həman  12 
Şə
hrivər  şüarı  üzərində  fəaliyyətə  başlamışdı.  Hətta  bəzi 
kəndlərdə  kəndlilərin  hamısı  istisnasız  olaraq,  firqə  sıralarına 
keçmək  üçün  nümayəndələr  seçib  Təbrizə  göndərməyə 
başlamışdılar.  ran  və  Azərbaycan  tarixində  belə  bir  hadisəni 
soraq  verən  yoxdur.  O  günlərdə  iş  doğrudan-doğruya  firqə 
çərçivəsindən  kənara  çıxıb,  ellik  cənbəsi  (xalq  səviyyə) 
tapmışdı.  Elə  bil  azərbaycanlı  olmağın  şərti  demokrat  olmaq 
imiş?  Xalqın  o  günkü  ruhiyyəsini  göstərmək  üçün 
“Azərbaycan”  ruznaməsinin  ikinci  nömrəsində  yazdığımız 
“Firqəmiz  irəli  gedir”  sərhövləli  məqaləni  eynən  burada  nəql 
edirik.  Firqəmiz  irəli  gedir  “Müraciətnaməmiz  intişar 
tapdıqdan  sonra,  xalqda  firqəmizə  qarşı  nisbət  böyük  rəğbə
irəli  çıxmışdı.  Hər  gün  şəhərin  müxətlif  təbəqələrindən  dəstə-
dəstə  axıb,  təşkilatlarımızın  müvəqqəti  mərkəzinə  gəlib  üzv 
yazılmağa  çəşırdılar.  Qədim  azadixahlar  və  imtahan  vermiş 
demokratlar  istər  yazı  vasitəsilə,  istər  şəxsən  bizim 
başladığımız  böyük  işi  təbrik  etməyə  çalışırdılar.  Eşitdiyimizə 
 
291 
21  Azərdən  neçə  ay  qabaq  bu  iş  ilə  məşğul  olanların 
cümləsindən 
Qulamyəhya, 
Kəbiri, 
Məhəmmədivənd, 
Mirkazım,  Nurulla  Yekani,  Qulu  Sübhi.  Aram  Zadəgan  və 
Cavidanı  göstərə  bilərəm.  Hətta  Aramla  Qulu  Sübhi  də 
Kəbirinin  Cavidanla  və  başqa  Sərab  fədai  başçıları 
Qulamyəhyanın başçılığı ilə işə cəlb edirmişdilər. Qulamyəhya, 
Kəbiri, Məhəmmədivənd, Aram və Zadəgan həm silah təhiyyə 
etməli  və  həm  də  adam  hazırlamalıdılar.  Halbuki,  başqalarına 
onların vasitəsilə təhiyyə edilən silahlar paylanmışdır. Silahları 
toplamaq  üçün  çoxda  çətinlik  çəkmədik.  Çünki  müharibə 
başlanıb,  Qızıl  Ordu  Azərbaycana  varid  olduqda  yerlərdə 
jandarm və qoşun hissələri öz silahlarını atıb qaçmış, nəticədə o 
silahların  çoxu  kəndli  və  şəhər  camaatının  əlinə  keçmişdir. 
Bizim hərbi işlə məşğul  olan işçilərimizin vəzifəsi bu silahları 
adamların  özlərini  cəlb  etmək  ya  bir  yol  ilə  onların  silahların 
ə
lə  keçirtməkdən  ibarət  idi.  Yuxarıda  adlarını  yazdığımız 
işçilərin məhəlldə olan nüfuz və etibarından istifadə edərək, bu 
məsələni  çox  müvəffəqiyyətlə  əncam  verə  bilmişdik.  Adlarını 
yazdığımız  dəstə  başçılarından  əlavə  ikinci  dərəcəli  fədai 
başçılarının hər biri öz qüvvəsinə görə bir neçə tüfəng ələ gətirə 
bilmişdi.  Fədai  hərəkatı  barəsində  ətrafdan  gələn  xəbərlər 
məxsusən böyük xalq konqresi zamanı fövquladə ümidbəxş idi. 
Fədai başçılarının verdikləri xəbərlər hər gün Azərbaycanın hər 
tərəfindən hərəkatın hər an ciddiləşdirməyi bildirilirdi. Marağa 
ilə  Miyana  fədai  qüvvəsi  gözləniləmədən  daha  əvvəl  özzünü 
hazırlamağa  müvəffəq  olduğu  kimi  Ərdəbil  ilə  Sarbda  da  iş 
intixabatdan  daha  artıq  irəli  getmişdir.  Böyük  bir  yanğın  kimi 
hərəkatın  dairəsi  get-gedə  genişlənərək,  böyük  məntəqələrdən 
kiçik  kəndlərə  nüfuz  etməklə  evində  silah  olan  hər  bir  kəndli 
silahını götürüb, firqə sıralarına və fədai başçılarına qoşulmağa 
çalışırdı.  Hətta  çox  yerdə  ov  tüfəngi,  bel,  külüng  ilə  mübarizə 
meydana  atılmaqla  daha  nəzərə  çarpmaqda  idi.  Bunlardan 
həmin şəhrivər ayında yeni silahlı qüvvələrimizə yeni bir qüvvə 
də  əlavə  olmuşdur.  O  da  Xorasan  və  Türkmənsəhrada  dövlət 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə