Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə46/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

 
84 
rəsmi üzv kimi istifadə edib, onların iştiraki ilə bir komitə təşkil 
etmək,  əsas  etibarilə  doğru  ola  bilməzdi.  Ona  görə  ancaq 
müraciətnaməmizi  imza  edənlərin  vasitəsilə  bu  işi  görməyə 
məcbur idik. Bu onların qanuni haqları idi. Çünki firqə onların 
təşəbbüsü  ilə  qurulmağa  başlamışdı.  Doğrusu,  müəssislər 
arasında  Ağazadə  Şahin,  Hüseynqulu  Katibi,  Tağı  Beytulla 
kimi  yaramaz  adamlar  da  var  idi.  Vəli  biz  özümüz  çox  gözəl 
bilirdik  ki,  onların  vücudu  işin  gedişinə  təsir  edə  bilməzdi. 
Firqə  içərisində  onlar  əksəriyyət  qazana  bilməyəcəklər.  Ona 
görə  işin  xatiri  üçün  müvəqqəti  olmuş  olsa  da,  müəssislər 
tərəfindən bir komitə yaratmaq məqsədilə şəhrivər ayının 22-də 
(sentiyabr  13-də)  axşam  saat  6-da  pəncşənbə  (cümə  axşamı) 
günü  1324-cü  şəmsi  1945-ci  ilin  də  Təbrizin  Şişgilan 
məhəlləsində  Nizamül-dövlə  Rəfinin  ev  müəssislərinin  birinci 
konfransın  dəvət  etdik.  clas  çox  səmimiyyətlə  təşkil  olunub, 
müvəffəqiyyətlə  xatəmə  tapdı.  Konfransda  müraciətnaməni 
imza  edən  46  nəfərdən  41  nəfər  iştirak  edirdi.  Bu  yığınacaq 
müvəqqəti  heyəti  rəisənin  fəaliyyətini  təqdir  etdikdən  sonra  9 
nəfərlik  müvəqqəti  bir  komitə  intixab  etdi.  Bu  komitəyə 
firqənin  birinci  konqresini  dəvət  etmək  üçün  20  gün  vaxt 
verildi. Beləliklə firqənin təşkilat işi yoluna qoyulub, komitə işə 
başladı.  Birinci  işimiz  konqresi  istənilən  vaxtda  dəvət  edib, 
firqənin  məram  və  nizamnaməsini  təhiyyə  edərək,  firqə 
təşkilatını  üsul  üzrə  qurub  mübarizəsini  təşkilatlı  surətdə 
aparmaq  üçün  imkan  yaratmaqdan  ibarət  idi.  Müəssislər 
yığıncağının  qərarı  üzrə  birinci  konqresin  mehr  ayının  10-da 
(oktyabrın1-də) toplamalı olduğunu yuxarıda qeyd etmişdik. O 
günkü  şəraitdə  bu  olduqca  ağır  bir  vəzifə  idi.  Biz  gərək  20 
gündən artıq olmayan bir müddətdə Azərbaycanın bütün şəhər 
və  böyük  kəndlərində  firqə  konfransları  təşkil  edib,  yerli 
komitələri  seçdikdən  sonra  konqrə  üçün  nümayəndə  intixab 
etdik.  Eyni  zamanda  hozələrdən  başlayıb,  nahiyə  və  vilayət 
komitələrinədək 
Hizbi-Tudə 
təşkilatı 
ilə 
yeni 
firqə 
təşkilatlarının  birləşməsini  də  yığıncaqlar  vasitəsilə  icra 
 
289 
rəylərini soruşub, nə vasitə ilə silah tapmaq və nə yol ilə silahlı 
fədai dəstələri təşkil etmək barəsində məsləhət etmişdim.  
Azərpadiqan, Biriya, Qulamyəhya, Badiqan, Çavuşi,Kaviyan, 
Vilayi  və  sair  inanılmış  azadixahların  hələ  tudə  təşkilatında 
olduqlarına  baxmayaraq,  bu  xüsusda  mənimlə  həmfikir 
olduqlarını söyləyir, hər biri müəyyən miqdarda fədai hazırlaya 
biləcəklərinə  söz  verirdilər. 
Məsələn  Biriya  söz  verdi  ki,  mən 
ittihadiyə  üzvlərindən  10  min,  Badiqan  Hizbi-Tudə 
təşkilatından  20  min  və  sairləri  hər  biri  mənsub  olduğu 
məhəldən  böyük  miqdarda  qüvvə  toplaya  biləcəklərinə  məni 
inandırdılar.  Fədai  barəsində  deyə  bilərəm  ki,  heç  də 
nigarançılığımız  yox  idi.  Həqiqətdə  çətinlik  silah  üstündə  idi. 
Biz kəndlilərdə silah olduğunu bilirdik. Vəli onun miqdarını və 
mövqeyində  bizim  əlimizə  keçə  bilməsi  bizi  artıq  dərəcədə 
düşündürməkdə  idi.  Bəzi  azadixah  yoldaşlarımız  da  əvvələn 
kiçik  kəməri  əsləhə  (tapanca)  ilə  10  minə  yaxın  cani,  jandarm 
və polis qüvvələrini əzmək böyük çətinlik idi. Biz gözəl bilirdik 
iş  başlanılarsa  silah  ələ  keçirmək  müşkül  olmaz.  Lakin  iş 
başlanana qədər dayanmaq və işin başlanması zamanı xalqı boş 
ə
l  ilə  silah  qarşısına  göndərmək  olmazdı.  Ona  görə  mən 
inandığım  yoldaşların  hər  biri  ilə  təklikdə  danışıb,  silahlı 
adamları  cəlb  etmək  və  yerlərdə  xalq  əlində  olan  silahların 
siyahısını tutmaq barəsində möhkəm tapşırıq verdim. Beləliklə 
fədai  dəstələrinin  təşkili  uğrunda  firqə  təşkilindən  daha  ciddi 
qədəmlər  götürməyə  müvəffəq  olduq.  Biz  bilirdik  iş  daha 
davasız  getməyəcəkdir.  Bununla  belə  çalışırdıq  hələ  o  yerə 
gəlib,  çıxsa  da  bizim  özümüz  silah  işlətmədə  pişqədəm 
olmayaq.  Bizi  gizli  fədai  dəstələrini  təşkil  etməyə  vadar  edən 
ə
lbəttə  Tehran  hökumətinin  irticaı  ruhiyyəsinə  bələd 
olduğumuz idi. Bunu heç də inkar etmirik. Şəhrivər günlərində 
mən xüsusi yığıncaqlarda inanılmış yoldaşlara bir gün silahdan 
istifadə  etməyə  məcbur  olacağımızı  dəfələrlə  söyləmişdim. 
Firqə  fəalları  isə  bu  fikirdə  tamamilə  şərik  idilər.  Mən  onların 
fikrini və ehsasatını yaxşı düşündüyüm üçün hər vaxt aralarında 


 
288 
məşrutə  nehzətindən  sonra  bu  həqiqəti  mükərrər  surətdə 
imtahan etmişsə də axır imtahan Hizbi-Tudə idi və ondan aldığı 
təcrübə  daha  acı  və  daha  ibrətavər  idi.  Halbuki,  bu  firqə  işə 
girişəndə  vəziyyət  milli  demokratik  bir  hərəkat  yaradıb,  ona 
rəhbərlik  etmək  üçün  fövqəladə  münasib  idi.  20  il  zülm  və 
istibdad pəncəsi altında əzilən xalq da bu təşkilatdan çox yaxşı 
istiqbal  etmişdilər.  Bir  iddə  fədakar  və  imanlı  cavanların 
fəaliyyəti  sayəsində  təbliğat  və  təşkilat  sahəsində  çox  qüdrətli 
bir  firqə  halına  da  gəlib  çıxa  bilmişdi.  Nə  etməli  ki,  onun 
rəhbərləri sözdən əmələ keçmək və mübarizəni qəti tədbirlər ilə 
nəticələndirmək  yoluna  daxil  ola  bilmədiklərindən  heç  bir 
təşkilat  və  heçqunə  təbliğat  vəsailinə  malik  olmayan  bir  dəstə 
quldur, bədsabiqə, kəsif və xain adamlardan təşkil tapan dövlət 
başçıları bu əzim (böyük) təşkilata xalqın nəfinə olaraq islahat 
üçün  bir  qədəm  belə  götürməyə  imkan  vermirdilər.  Bu  və  bu 
kimi  göz  qabağında  olan  həqiqətlər  Azərbaycan  Demokrat 
Firqəsini təşkil edərkən bizi dərin düşündürüb, ciddi yol arayıb, 
həqiqi  qüdrət  kəsb  etməyə  vadar  etdi.  Biz  çox  gözəl  bilirdik 
milli muxtariyət şüarı ilə meydana çıxmaq elə də sadə və asan 
iş  deyildir.  Anlayırdıq  xalq  bu  işdə  bizə  yaru-yavər  olsa  belə 
onun  əlindən  bir  iş  gəlməz.  Çünki,  O  özünü  müdafiə  edib, 
haqqını  almaq  üçün  onun  əlində  silahı  yoxdur.  Ona  görə 
firqənin təşkili günündən silah tapmaq, fədai təşkilatı yaratmaq 
məsələsi  bizim  fəaliyyətimizin  ən  əsaslı  məsələlərindən  
olmuşdur. Doğrudur biz bu məsələni mərkəzi komitədə rəsmən 
müdafiə  etməmişdik.  Lakin  firqənin  təşkilində  pişqədəm  olub, 
yüzdə-yüz ehtimal etdiyimiz firqə üzvləri isə düşünüb-daşınıb, 
götür-qoy etdiyimiz zaman bu fikir ilə onların şərik olduqlarını 
yəqin etmişdik. Həqiqətən təbii olaraq hər bir ciddi firqə üzvü 
istədiklərimizin  həll  edə  bilməyəcəyini  izhar  edir  və  bu  işi 
görmək  üçün  hər  cür  fədakarlığa  hazır  olduğunu  daha  isbat 
edirdi. 
Firqənin  elamiyyəsinin  intişarından  daha  əvvəl  mən  şəxsən 
bəzi  firqə  üzvlərini  evimə  dəvət  etdim.  Bu  xüsusda  onların 
 
85 
edəcəyik. Nəqliyyə vəsailinin olmaması lazımı kadr (olmaması) 
eyni zamanda hökumət məmurlarının cürbəcür əngəllər qabağa 
çıxartmaları  işimizi  daha  da  çətinləşdirməkdə  idi.  Yalnız  firqə 
quruluşu  və  daxili  işlərlə  məşğul  olsaydıq,  iş  elə  də  müşkül 
nəzərə  gəlməzdi.  Bu  işlərin  hamısı  ilə  bərabər,  şüarlarımızı 
xalqa  yetirmək  məqsəd  və  mərmimizi  camaata  anlatmaq  kimi 
ağır və çətin vəzifəni də unuda bilməzdik. Hizbi-Tudə kadrları 
içərisində  bizim  şüarlarımızı  anlamaq  istəməyənlər  də  az 
deyildi.  Onlardan  bir  parası  dörd  il  tamam  çalışıb  qurduqları 
təşkilatı  qeyd-şərtsiz  olaraq  bizə  təslim  etməyə  razı  ola 
bilmirdilər.  Dörd  il  Hizbi-Tudənin  sol  sözləri  ilə  özlərini 
məşğul  edib,  qeyri  əməli  xəyallar  qazanında  qaynayıb,  bişmiş 
adamları bir gündə demokrat halına salmaq mümkün olmurdu. 
Bir  sözlə  demək  olar  ki,  müəssislər  konfransından  sonra 
qabağımızda  duran  vəzifələr  ağıla  sığmayan  dərəcədə  ağır  və 
çətin  idi.  Buna  baxmayaraq  qabaqdan  düşünüb,  danışıb,  təyin 
etdiyimiz nəqşəni icra etməyə başlayıb, nizam və intizam üzrə 
irəli gedirdik. Təbiidir ki, müvəqqəti komitə düzəldikdən sonra 
götürüləsi  lazımı  qədəm,  birinci  tüdə  təşkilatının  təklifini 
müəyyən  etməkdən  ibarət  idi.  Bu  xüsusda  biz  irəlidən  o 
təşkilatın  baş  bilən  üzvlərini  hazırlamışdıq.  Onlar  bizim 
pişnəhadımızı  qəbul  edib,  tudə  təşkilatının  firqəmizə  ilhaq 
(birləşmək)  ediləcəyini  təmin  etmək  üçün  çalışmağa  söz 
vermişlər.  Bu  məqsədlə  irəlidə  hazırladığımız  plan  üzrə  onlar 
şə
hrivərin 15-16-da çağırdıqları geniş ümumi iclasda aşağıdaki 
qərarı qəbul edib, aşağıdaki məktubla bərabər, bizim müvəqqəti 
Mərkəzi  Komitəmizə  göndərməklə  işin  formal  tərəfini  əncam 
verməyə  müvəffəq  oldular.  Xatırladan  (mövzu)  məhv  olub, 
getməmək  üçün  bu  tarixi  vəsiqəni  burada  nəql  edirik.  Hizbi-
Tudeyi- ran Azərbaycan Əyalət Komitəsi Məktubunun eyni.  
Azərbaycan  Demokrat  Firqəsinin  Mərkəzi  Komitəsinə 
Göndərilir  Hizbi-Tudeyi- ranın  Azərbaycan  əyaləti  təşkilatının 
şə
hrivər  ayının  15-də  və  16-da  (sentiyabrın  6  və  7-də)  olan 
konfransin  qətnaməsi  barəsində  olan  nəzəriyyəsini  tezliklə  bu 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə