Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə42/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

 
296 
firqənin gücünə etimad edərək, intixabat da şirkət etməklə ciddi 
nehzətə  tərəfdar  olub  və  onun  iftixarında  şərik  olduqlarını 
göstərməyə çalışırdılar. Bunu isbat etmək üçün aban ayının 27-
də  həmin  şəhridari  qarşısında  təşkil  olunan  30  min  nəfərlik 
mitinqin tarixində bizim fədai dəstələrimizin Miyana, Sarab və 
sair  şəhərlərdə  özlərini  göstərdikləri  günü  bu  hadisəni  xalqın 
qulağına  yetirmək  üçün  yazdığımız  “Didi  ke  xune  nahaqe 
pərvane  şəmra  çəndan  aman  nə  dad  ki,  şəbra  səhər  konəd” 
(“Gördün ki, pərvanənin tökülən nahaq qanı şəmə gecəni səhərə 
çıxarmağa  belə  aman  vermədi”)  ünvanlı  məqalə  çıxıb,  intişar 
tapan  zaman  Azərbaycan  müdəiyül-ümumun  (prokuror)  bizə 
yazdığı  rəsmi  məktubu  göstərə  bilərik  “Azərbaycan”  qəzetinin 
hörmətli müdirinə  
“Bu  qəzetin  56-cı  nömrəsində  dövlət  məmurlarının  və 
jandarm  məmurların  törətdiyi  cinayətlərə  dair  yazını  oxudum. 
Ə
lbətdə  bu  cinayətlərin  bir  qismi  əvvəlcədən  Azərbaycan 
Demokrat  Firqəsi  elan  etmişdi.  Onlara  baxılır.  Amma  bu 
nömrədə  dövlət  məmurların  törətdiyləri  təzə  cinayətlə
haqqında  onların  əleyhinə  yazılmışdır.  Indiyə  dək  məhkəmədə 
belə cinayətlərin ənənəsi olmamışdır. Ona görə xahiş edirik ki, 
bu  mövzunu  müzakirə  etmək  üçün  sənəd  və  faktları  bir 
nümayəndə  vasitəsilə  məhkəməyə  göndərməyi  göstəriş 
verəsiniz.  Son  olaraq,  qəzetin  56-cı  nömrəsi  təsadüfən  mənim 
ə
limə  çatdı.  Sizdən  xahiş  olunur  qəzetin  nömrələrini  ardıcıl 
olaraq,  bizə  göndərəsiniz.  Qeyd  etmək  lazımdır  ki,  məni  öz 
qəzetinizə  abunə  edəsiniz.  Təbriz  şəhərinin  məhkəmə  rəisi 
Müsavi. Dadistanın (məhkəmə rəisnin) yazdığı  məktubla bizim 
yazdığımız  bu  məqaləni  tutuşdurduqda  fədai  təşkilatların 
ə
məliyyatı  əfkarı-ümumidə  (əhalinin  nəzərində)  nə  qədər  təsir 
etdiyi  meydana  çıxacaqdır.  “Didi  ke  xune  nahaqe  pərvane 
şə
mra  Çəndan  aman  nə  dad  ki  şəbra  səhər  konəd”  (“Gördün 
ki,  pərvanənin  tökülən  nahaq  qanı  Şəmə  gecəni  səhərə 
çıxartmağa belə aman vermədi”). 
 
77 
hesab  olunan  Təbriz,  Ərdəbil,  Urmiyə,  Xoy  sənaye  cəhətdən 
fövqəladə  bir  surətdə  geri  qalmış,  nəticədə  minlərcə 
azərbaycanlı  öz  ana  yurdunu  tərk  edərək,  Mazandaran, 
Xuzestan və sair məntəqələrdə iş aparmağa məcbur olmuşdu. 
Bir  tərəfdən  orada  nüfuzun  ciddi  surətdə  azalmasına  səbəb 
olduğu  kimi,  ictimai  həyatın  bütün  sahələrində  durğunluq 
vücudə  gətirmişdi.  Ona  görə  bizim  şüarlarımızın  dördüncü 
maddəsində sənayenin tərəqqisi və işsizliklə mübarizə məsələsi 
barəsində meydana sürdüyümüz təlabat xalqımızın ürəyinin ən 
dərin  yerindən  qopan  bir  arzunun  təbliği  və  bəyanı  hesab 
olunurdu. Öz yerində bu şüarın daha dərin siyası mənası var idi. 
O  vaxtadək  Hizbi-Tudə  və  sair  firqələrin  mövqesiz  olaraq, 
atdıqları  (sinifi)  şüar  vasitəsilə  tüccar  və  sənaye  sahibləri 
azadlıq  cərəyanından  uzaqlaşıb,  milli  demokratik  nehzətə 
yabancılıq, bəlkə müxalif  gözü ilə baxırdılar. Biz 4-cü və 5-ci 
ş
üar  vasitəsilə  onların  (mənfi  fikirlərini)  ortadan  aparmaqla 
müxaliflər  cəbhəsini  zəif  salmağa  müvəffəq  olduq.  Şəhərlərin 
abadlanması, maarif və mədəniyyət və səhiyyə işlərinin yoluna 
qoyulması  üçün  müraciətnamədə  göstərdiyimiz  sadə  əməli  və 
ciddi  yollar  xalqın  müayyən  təbəqəsinin  istəkləri  üzərində 
yazıldığı üçün çox müfid (fayda) vaqe oldu. Xüsusən ərbab ilə 
kəndli arasında şiddətlənməkdə olan ixtilafın sülh və saziş yolu 
ilə  həll  edilməsi  şüarının  isə  Azərbaycanda  yeniliyi  var  idi.  O 
vaxta  dək  siyasi  mübarizənin  oyun-oyuncaq  hesab  edən 
macəracuların  bəzisi  bu  xüsusda  heç  bir  iş  görməyib,  heç  bir 
ə
məli  qədəm  götürmədikləri  halda,  xalqı  boş  ad  və  gurultulu 
sözlərlə qorxudub, azadlıq cəbhəsinin ziddinə çalışmağa vadar  
etmişlər.  Bizim  şüarımızın  7-ci  maddəsində  bu  xüsusda  geniş 
məlumat  vermək,  kəndli  ilə  ərbab  arasında  adilanə  bir  qərarın 
mümkün ola bilməsini ortalığa atdıq. Beləliklə əhalinin mühüm 
bir  qisminin  naümüd  edən  şaiyənin  qabağını  almaqla 
müxaliflərimizi  xırdamalik  və  orta  ərbablar  hesabına  əskiltmiş 
olduq.  Bizim  cəlbedici  və  düzgün  şüarlarımızdan  birisi  də 
Azərbaycan nümayəndələrinin iddəsini artırmaq lüzumunu irəli 


 
78 
çəkməyimiz  idi.  Biz  bu  vasitə  ilə  xalqımızın  təbii  haqqını 
vermək  yolunda  mübarizə  etdiyimizi  bilirdik.  O  vaxtadək 
Azərbaycan  Məclisi-Şürayi-Milliyə  fəqət  21  nəfər  vəkil 
göndərirdi.  Bizim  isbat  etdiyimiz  hesab  üzrə  Azərbaycan  45 
vəkil  göndərilməli  idi.  Xalqımızın  bu  şüarı  azərbaycanlının 
milli qururunu yüksəldən, milli ehsasatını təqviyət edən bir şüar 
idi.  Onu  nə  tək  aşağı  təbəqə  belə  kamali-məmnuniyyət 
(məmnunluq  hissilə)  ilə  qəbul  edərək,  həyata  keçirməyə  hazır 
olduqlarını bildirdilər. Doğrudur biz firqəmizin nüfuz və şöhrət 
qazanmasının yolunda heyrətavər bir surətdə fəaliyyət göstərib, 
möhkəm  nəqşə  və  səhih  təşkilat  üzrə  rəftar  etmişdik.  Vəli 
işimizin  bərqəsa  bir  şəkildə  irəli  getməsində  müraciətnamə  və 
ş
üarlarımızın  doğruluğu  və  xalq  ruhuna  müvafiq  gəlməsinin 
təsiri  daha  artıq  olmuşdu.  12  maddədən  artıq  olmayan 
ş
üarlarımızda  biz  ictimai  həyatımızın  və  siyasi  vəziyyətimizin 
təqribən  bütün  sahələrinə  aid  öz  nəzərimizi  söyləməyə 
müvəffəq olmuşduq. Maliyə mövzudakı şüarımız olduqca təbii 
və adilanə idi. Tehran hökumətinin Azərbaycanı soyub Tehrana 
çəkdiyini  görüb  və  Tehran  məmurlarının  oğurluq,  xəyanət  və 
su-istifadələrindən  yorulan  xalq  bizim  bu  şüarımız  nə  üçün 
gərək  ayei-asimani  (quran  ayəsi)  kimi  qəbul  etməyəyidi. 
Demokrat  Firqəsi  səy  edəcək  Azərbaycandan  alınan  vergilərin 
yarısından  yuxarısı  Azərbaycanın  öz  ehtiyaclarına  sərf  edilsin, 
qeyri  müstəqim  (gəlir)  isə  ciddi  azalsın.  Bu  şüar  ilə  necə  ki, 
dedik  çox  mühüm  bir  məsələ  meydana  sürmüşdük.  Bəziləri 
Azərbaycanın dövlət aidatını fəqət müstəqim vergilərdən hesab 
etdiklərinə  görə  bizə  irad  edərək,  deyirdilər:  “Azərbaycanın 
gəliri  o  qədər  azdır  ki,  bizə  onun  hamısını  versələr  belə  bizim 
məxaricimizə  (xərclərimizə)  kifayət  etməz”.  Bunlar  isə  mali 
məsələlərdə ümumiyyətlə dövlət gəliri və məxarici işlərinə aşna 
olmayan  adamlar  idi.    Azərbaycanın  müstəqim  və  qeyri-
müstəqim  gəlirinin  50  %  tamamilə  bizə  versəydilər,  biz 
Azərbaycanı  bir  neçə  ilin  ərzində  gözəl  və  mütərəqqi  bir  ölkə 
halına sala bilərdik. Bu xüsusda mən şəhrivər ayının 9-da Şiri-
 
295 
nisbət  daha  qüvvətli  hesab  olunurdu.  Ərdəbil  və  Saindej 
saxluları  da  özlərinə  görə  təcrübəli  qüvvələrdən  hesab 
olunurdular.  Ümumiyyətlə  Azərbaycanda  saxlanılan  hərbi  və 
jandarm  qüvvələri  ranın  ayrı  məntəqələrində  saxlanılan 
qüvvələrin  hamısından  yaxşı  və  hər  cəhətdən  yüksək  sayılırdı. 
Çünki bu qüvvələr yerli əhali məxsusən kəndlilərdən toplandığı 
üçün  cürət  və  sağlamlıq  cəhətdən  ranın  başqa  yerlərindən 
toplanan  sərbazlardan  hərtərəfli  üstün  idilər.  Fədai  dəstələri 
hərəkətə  gəldiyi  günlərdə  Tehran  və  Təbrizdə  olan  hərbi  və 
jandarm  başçıları  öz  güclərinə  güvənib,  bizim  milli 
hərəkatımızı silah gücü ilə basdırmalarına inanırdılar. Ona görə 
polis,  jandarm  və  hərbi  qüvvələr  yeri  gəldikdə  özlərinin 
vəhşiyanə  hərəkətlərini  daha  şədid  surətdə  təkrar  edərək, 
kəndliləri  qorxudub,  bizim  ətrafımızdan  qaçırmaq  istəyirdilər. 
Kəndli isə öz axır sözünü deyib, bizə mülhəq olmuşdur. Fədai 
cərəyanı  bizim  gözlədiyimizdən  daha  sürətli  olaraq  irəli 
gedirdi.  Biz  fikir  edirdik  ki,  bu  qüvvədən  fəqət  Milli  Məclisi 
təşkil  etdikdən  sonra  istifadə  etmək  lazım  gələcəkdir.  Məclis 
quruluşundan irəli silahla mübarizəyə girişmək taktika cəhətdən 
doğru  deyildi.  Silahlı  qüvvələrin  tamassı  uzun  müddət  davam 
edə  bilərdi.  Onda  seçki  məsələsi  demək  olar  ki,  nəticəsiz  və 
naqis (natamam) qalar və düşmən isə günahı bizim boynumuza 
yüklərdi.  Biz  gözəl  bilirdik  ki,  irticaı  hökumət  bizim 
ixtiyaratımızı  əncümən  əyalətimizi  qurmağa  icazə  verməyəcək 
və məclisimizi qəbul etməyəcəkdir. Bununla belə istəyirdik ki, 
o  (hökumət)  bunu  əməldə  sübut  etsin.  Ona  görə  intixabat 
qurtarıb, Tehrandan qəti cavab alanadək ciddi bir surətdə fədai 
hərəkətinin  qarşısını  almağa  çalışırdıq.  Buna  baxmayaraq  çox 
yerdə  məsələn  Sərabda,  Sərab  ətrafında  jandarmlarla  fədailər 
arasında  silahlı  toqquşmalar  xeyrimizə  olaraq  genişlənirdi.  Bu 
toqquşmalarda  bizim  siyasətimiz  düzgün  olmasa  da  işin 
gedişində  çox  müfid  vaqe  olurdu.  Mürtəcelər  və  dövlət 
məmurları  toqquşmalarda  öz  qüdrətini  göstərən  kəndlidən 
qorxuya düşüb, səslərini kəsmişdilər. Kənd və şəhər camaatı isə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə