Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə39/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

 
72 
üçündür  ki,  səfərimiz  əvvəldən  axıra  bir  prinsip,  bir  hədəf 
üstündə  irəli 
getmişdir.  Necə  ki, 
yuxarıda  dedik, 
müraciətnamənin dili çox sadıə, {roşən} və çox səmimanə idi. 
O xalqın istəklərini açıq və aydın bir şivə (metod) ilə möhkəm 
ibarətlərlə xülasə edib, meydana qoymuş, daha doğrusu fikirləri 
ittiham  bulutlarının  arasından  çəkib,  aydınlığa  çıxarmış  və  hər 
bir  {maddə  ayrı-ayrı}  olaraq  çıl-çıplaq  xalqın  gözünün 
qabağında 
mücəssəm 
etmişdir 
(gətirmişdir). 
Bütün 
fəaliyyətimizin  əsası  olan  bu  cümlələr  qətiyyən  o    gün  xalq 
arasında  təsirsiz  qalmazdı.  Çünki  xalq  onu  illər  boyu  demək 
istəmiş,  lakin  vəsilə  tapa  bilməmişdi.  Demək  biz 
müraciətnaməmiz  vasitəsilə  xalqın  tərcümən  imkanları  olmaq 
kimi  böyük  müvəffəqiyyət  da  əldə  edə  bilməzdik.  Bəhs 
etdiyimiz  şayani-diqqət  cümlə  bunlardır.  Biz  deyirik: 
Azərbaycan  torpağında  dörd  milyonluq  bir  xalq  yaşayır  ki, 
onları  özlərinin  komitələrini  təşkil  vermişlər.  Özlərinə  məxsus 
dilləri,  ayrı  adab  və  rüsumları  vardır.  Bu  xalq  deyir  ki,  biz 
istəyirik  ki,  ranın  istiqlalı  və  tamamiyyətini  hifz  etməklə 
bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, 
edə bilək ki, öz evimizi, öz milli iradəmizlə idarə edək və milli 
məhəlli  ehtiyaclarımızı  öz  gücümüzlə  rəf  edək.  Azərbaycan 
deyir:  Tehran  bizim  dərdimizə  yetişmir  və  bizim 
ehtiyaclarımıza  çarə  etməkdən  acizdir.  Bizim  fərhəngimizin 
tərəqqisindən  cilovgirlik  edir.  Bizim  ana  dilimizi  təhqir  edib, 
başqa  vətəndaşlarımız  kimi  sərbəst  yaşamağa  yol  vermir. 
Bununla belə biz oradan rabitəmizi kəsmək iddiasında deyilik. 
Məmləkətimizin  küllü  və  ümumi  adilanə  qanunlarına  itaət 
edəcəyik.  Məclisi-Şurayi-Milli  də  və  mərkəzi  hökumətdə 
dəxalət və şirkət etməliyik. Fars dilini dövlət dili olmaq şərtilə 
milli  mədrəsələrimizdə  öz  dilimiz  ilə  bərabər,  tədris  etməyə 
imkan  verəcəyik.  Amma  bunların  hamısı  ilə  bərabər,  özümüz 
üçün bu haqqı qailik ki, gərək öz evimizin sahibi və ixtiyardarı 
olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq, necə 
ki, yuxarıda dedik. Biz təzə bir iş başlamamışıq. Illərdən bəridir 
 
301 
aldığımız təcrübədən dəqiq surətdə istifadə edə bilmişdik. Ona 
görə 20 azər günü onlar Tasuayə (məhərrəm ayının 9-cü günü) 
təsadüf  etdiyinə  baxmayaraq,  xalq  və  ruhani  təbəqəsi  nehzəti 
çox  ehtiramla  qarşılayıb,  hətta  minbər  və  məscidlərdə  bizim 
nehzətimizə  dua  edərək,  müvəffəqiyyətimizə  arzu  etdiklərini 
isbata çalışdılar. 
Sərhəng  Vərəhram  və  sərtib  Dirəxşani  isə  bərəks  təziyəni 
(əzadarlığı)  hatta  müsəlsələ  bağlayıb,  neçə  günahsız 
azərbaycanlını  ayaqdan  salmaqla  dövlətə  nisbət  ayı  dostluğu 
göstərmişdilər.  Biz  o  gün  bu  hadisəni  Tehran  radiosunun 
verdiyi  əmrlər  ilə  tutuşdurub,  onlardan  ciddi  bir  sənəd  kimi 
istifadə  etməyə  imkan  tapa  bildik.  Bu  xüsusda  “Azərbaycan” 
qəzetində yazılan məqalə zənnimcə əhəmiyyətsiz deyildir. 
Yara  deyil,  böyük  xəyanətin  kiçik  təzahüratından  biridir 
“Yekşənbə  günü  axşam  göy  məsçid  yanında  qurulan  qanlı 
səhnəni  bəziləri  “yara”  hesab  edib,  deyirlər:  “bu  faciəni 
vücudə gətirənlər öz canlarının qorxusundan atəş açmağəmr 
vermişlər.  Bu  doğru  deyildir.  Tehran  radiosunun  xəbərlərinə 
qulaq asanlar bilirlər ki, neçə dəfə sərləşkəƏrfənin işarəsi ilə 
mərmuz  və  xainanə  fərmanlar  verilmişdir.  Həmin  gün  nahar 
çağı  təkrar  edilən  səri  və  aşkar  fərmanı  da  radio  xəbərlərini 
eşidənlər  qətən  unutmamışlar.  Bu  xəbər  müstəqimən  atəş 
fərmanı  olduğu  da  bəllidir.  Bu  fərmanla  axşam  ittifaq  düşə
(törənən)  hadisənin  müstəqim  əlaqəsi  vardır.  Nəticədə 
Azərbaycanın  əmniyyət  və  asayişini  xəlaldar  etmək  (pozmaq) 
üçün  çəkilən  xainanə  nəqşəni  də  əməli  bir  başlanğıc  hesab 
etmək olar. Hadisə ittifaq düşən zaman şəxsi libas geyinib, Şah 
Hüseyn dəstəsini idarə edəəfsərlərdə xalqın nəzərindən məxfi 
qalmamışdır.  Vərəhram  ilə  Dirəxşani  bu  vasitə  ilə  şəhərə 
qarışıq salmaq və azadixahları təhdid etmək üçün bir ox ilə iki 
nişan vurmaq istəmişlər. Vəli onlar o qədər düşüncəsiz, o qədə
cahil,  o  qədər  nalayiq  adamlardırlar  ki,  mühid  və  zaman  və 
məkanı  əbədən  anlamağa  nail  ola  bilmirdilər.  Biz  vaxtında 
sərhəng Hümayün  və başqa jandarm rəislərinə şifahi və yazılı 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə