Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə45/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

 
290 
müxtəsər  yumşaqlıq  və  ya  məyusluq  hiss  etdikdə  sözümü  bu 
məsələnin  üstünə  çəkirdim.  Beləliklə  yeni  ruhla  ruhlanıb, 
təşkilat  və  təbliğat  üçün  verdiyim  tapşırıqları  daha  ciddiyyətlə 
və  daha  artıq  səmimiyyətlə  icra  edirdilər.  Gizlədə  bilmərəm 
hamı  azadixahların  hətta  hozə  üzvlərinin  Hizbi-Tudə 
üzvlərinində  ümid  və  arzuları  bu  hədəfə  doğru  dönməkdən 
ibarət idi. Hamının fikrində silah məsələsini fəqət silah həll edə 
bilərdi.  Hər  bir  firqə  üzvü  belə  düşünürdü.  Bu  arzu  və  bu 
müqəddəs  hədəfə  çatmaq  üçün  idi  ki,  biz  rəsmi  firqə  təşkilatı 
ilə yanaşı çox gizli olaraq möhkəm bir hərbi təşkilat yaratmaq 
üçün  düşündük.  Bu  işin  idarəsini  əmələn  mən  öz  öhdəmə 
götürdüm. Əlbətdə başqa yoldaşlarımızın fikrindən və əllərində 
olan  vəsaildən  də  lazımı  istifadə  olunurdu.  Lakin  cuziyyatdan 
hər  kəsin  fəqət  öz  məntəqəsində  xəbəri  ola  bilərdi.  Hərbi  iş 
firqə işinə heç də bənzəyən bir iş deyildir. Burada firqə işində 
seçki, çıxış, danışmaq və yazıçılıq tələb olunurdu. Amma bu işi 
də  hərbi  tapşırdığımız  adamlardan  etimad,  cürət  və  fədakarlıq 
istənilirdi.  Bir  də  nüfuz  və  qüdrət  lazım  idi.  Firqə  işində 
inanılmış  və  məlumatlı  bir  adamı  bu  yerdən  başqa  yerə 
göndərmək  mümkün  olduğu  halda,  fədai  işlərini  icra  etmək 
üçün  məhəlli  adamlar  tapılmalı  idi.  Ya  əqəllən  (ən  azı)  bu 
adamların  uzun  müddət  o  məhəldə  işləyib,  nüfuz  və  etibar 
qazanmış olmalıdılar. 
Bu özü-özlüyündə çox çətin və xətərnak bir iş idi. Əgər dəstə 
başçılarından  birisi  xain  çıxsaydı  və  ya  tələsik  özünü  aşkara 
çıxarsaydı. Gördüyümüz işlərin hamısı nəticəsiz qalardı. Bəlkə 
də  mürtəce  hökumətin  əlinə  bəhanə  verdiyimizə  görə  bütün 
təşkilatımız  tarumar  olub  (dağılıb),  ortadan  gedə  bilərdi.  Ona 
görə  hərbi  işə  məmur  olan  yoldaşların  şəxsiyyətinə  çox  artıq 
dərəcə diqqət yetirirdik. Hətta çoxlarını 21 Azərə bir neçə gün 
qalanadək  bu  mövzudan  bixəbər  saxlamışdıq.  Fəqət  özümüz 
bəlkə  deyə  bilərəm  bir  mən  özüm  bilirdim  ki,  vaxtında  olan 
adamlardan bu iş üçün istifadə ediləcəkdir. 
 
83 
görə  bəzi  gözü  açıq  və  düşüncəli  ruhanilər  minbərlərdə  xalqı 
bu  müqəddəs  təşkilata  yazılmağa  təşviq  edirlər.  Get-gedə 
bədbinlik,  sui-zənn  tərdid  (şübhə)  və  iki  üzlülük  azalmağda, 
xoşbinlik  və  inam  artmaqdadır.  Roşənfikir  və  cavan  nəsl 
təşkilatımıza  artıq  əlaqə  və  məhəbbətlə  yanaşmaqdadır. 
Ş
üarlarımız əməli və doğru olduğu üçün xalqın ruhunda böyük 
iman və etimad vücudə (gətirmiş) sakitlik və əmniyyət tərəfdarı 
olduğumuz  və  bunu  əmələn  isbat  etməyə  çalışğımız  üçündür 
ki, istər kənd də, istəşəhərlərdə firqəmiz çox səri qədəmlərlə 
irəli  getməyə  başlamışdı.  Firqəmizə  yazılmaq  istəyən  şəhər  və 
kəndlərin  görkəmli  və  sağlam  adamlarından  olduğunu 
göstərməkdədir.  Çox  yerdə  təbii  birhttpI..üüüşever-clearşcom. 
MSN-9ş0plusşexe  check  out  MSN  9ş0  Plus  I  surətdə 
konfranslar  və  mitinqlər  və  yığıncaqlar  təşkil  edilib, 
müraciətnaməmizin  ətrafında  xalqa  izahat  verilmişdir. 
Azərbaycan  xalqı  bu  təşkilata  çox  uzun  müddətdir  ki,  ehtiyac 
hiss edirdi. Ona görə müraciətnaməmiz çox tez anlaşılıb, qəbul 
edilməkdədir.  Dilimiz  sadə,  yolumuz  düz  və  məqsədimiz  aydın 
olduğu  üçün  bizi  tanıyıb,  anlamaqda  çətinlik  çəkmir.  Dil 
məsələsi,  ixtiyar  məsələsi,  kəndlilərlə  ərbablar  arasında 
ixtilafların  sülh  və  saziş  yolu  ilə  həll  edilməsi  sənaye  və 
ticarətin  tərəqqi  və  (inkişafı)  Azərbaycan  xalqının  fikrini  işğal 
edib, onu daima düşünməyə vadar edən məsələdir. Firqəmiz bu 
məsələri  çox  sadə  bir  yol  ilə  həll  etməyi  meydana  sürdüyü 
üçündür ki, xalq ona yaxınlaşmaq, onun müəssisələrini tanıyıb, 
öyrənməklə bərabər, göstərdiyi yolu təqib etməyə başlamışıq” 
 
Bu  məqalə  şəhrivərin  16-da  sentyabrın  7-də  yazılıb,  17-də 
müraciətnaməmizin  intişarından  5  gün  sonra  müntəşir 
olmuşdur. Təbiidir şiddətli hərəkətin intizama düşməsini təxirə 
salmaq  olmazdı.  Xariqüladə  sürətlə  qabağa  çıxan  ciddi  və 
böyük işlərə rəhbərlik etmək üçün səlahiyyətli bir komitə təşkil 
etmək lazım idi. Həm də bu iş çox səri surətdə əncam tapmalı 
idi. Müraciətnamədən sonra minlərcə yeni üzvlərin sıralarımıza 
gəldiyini  yuxarıda  göstərmişik.  Vəli  bu  yeni  həvəskarlardan 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə