Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə49/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

 
88 
Hizbi-Tudənin  firqəmizə  mülhəq  olması  öz-özlüyündə  çox 
böyük bir məsələ idi. Onun içərisində bizim şüarımıza tərəfdar 
olmayan  adamlar  az  olmadığından,  ilhaq  tərəfdarı  olanlar  çox 
ağır müşkülat ilə ruberu (üz-üzə) olmuşdular. Bunlardan bəzisi 
bizim milli şüarlarımızın mənasını düşünə bilmirdilər. Məsələn, 
Mir Qasım Çeşmazər bu iş də şəxsi bir qərəzi ola bilməzdi. O 
fəqət  Hizbi-Tudədən  əl  çəkib,  müxtəlif  təbəqələrdən  təşkil 
tapmış  demokrat  firqəsinə  mülhəq  olub  milli  azadlıq  şüarı 
altında  mübarizə  aparmağa  razı  ola  bilmirdi.  Çünki  təbəqati 
mübarizəni  yaxşı  başa  düşə  bilmədiyi  kimi,  milli  məsələnin 
ə
həmiyyətini  anlaya  bilməmişdi.  Kazım  Haşimiyə  və  Əli 
Qəhrəmaninin  müxalifəti  isə  adət  üzərində  idi.  Şayət  Kazım 
Hakimiyə  dayısı  Əli  Əmir  Xeyzini  müdafiə  etmək  üçün 
Azərbaycanda  Hizbi-Tudənin  ortadan  getməsinə  rizayət  verə 
bilməzdi. Əhməd  sfahani ilə Səlim Əmir Xizinin müxalifəti isə 
quru  təəssüb,  bir  az  da  iş  qorxusundan  irəli  gəlmişdi.  Bunlar 
Hizbi-Tudənin  ilhaqı  nəticəsində  işdən  düşəcəklərindən 
qorxurdular.  Bu  üç-beş  nəfər  cavan  və  təçrübəsiz  firqə 
işçilərindən  başqa  ümum  tudə  əfradi  çox  meyl  və  rəğbət  ilə 
firqəmizə yapışmaq istəyirdilər. Əgər Tudə təşkilatı yuxarıdaki 
qərarı  çıxarmasaydı,  əməldə  bizim  üçün  o  qədər  də  təfavüt 
etməzdi, çünki Hizbi-Tudədən dörd tamam mitinq, nümayiş və 
hərarətli  sözdən  başqa  nəticə  görməyən  üzvlər  tez  və  ya  gec 
ə
vvəllinci  gündən  ciddi  iş  göstərməkdə  olan  təşkilatımıza 
mülhəq  olub,  o  təşkilatın  pozulmasına  səbəb  olacaq  idi.  O 
günlərdə  Hizbi-Tudə  üzvləri  dəstə-dəstə  bizə  müraciət  edib, 
firqəmizə  üzv  yazılmaq  istədikləri  halda  biz  başçılarla 
apardığımız  danışıqlara  görə  onların  xahişlərin  rədd  edib  öz 
təşkilatlarında  çalışmağa  məsləhət  görürdük.  Hətta  bu  səbəbə 
görə  onlar  bizdən  artıq  dərəcədə  narazı  qalıb  cürbəcür 
bəhanələrlə  nahiyələrdə  üzv  yazılmağa  başlamışdılar.  Mən 
Hizbi-Tudənin bizə mülhəq olmasın mənasını azaltmaq fikrində 
deyiləm,  bu  tək  Azərbaycanda  yox,  bəlkə  bütün  randa  siyasi 
bir  hadisə  idi.  Hizbi-Tudənin  mərkəzi  komitəsi  Azərbaycan 
 
285 
ağırdır. Eşqi qazanmaq asan, onu saxlamaq müşküldür. Biz indi 
xalqın  eşqini  qazanmışıq,  onu  saxlamaq  üçün  daha  böyük 
zəhmətləri  təhəmmül  etməliyik.  Bu  ehsasat  və  bu  ümidlər 
xalqın, firqə və milli hərəkatımızın nisbət büruzə verdiyi hüsn-
rəğbətdən tolid olduğu bəllidir. Bu hüsn-rəğbət əsərində idi ki, 
o gün doğurdan –doğruya xalq ayağa qalxıb, firqənin şüarlarını 
ciddi  surətdə  icra  etməyə  çalışırdı.  Xalqın  bitməz,  tükənməz 
ehsasatını  müşahidə  etdikdən  sonra  idi  ki,  o  günədək 
muxtariyyət adını belə çəkmək istəməyən Bəyat (Azərbaycanın 
keçmiş  valisi)  ran  şura  məclisində  Azərbaycanda  həqiqətən 
böyük  bir  nehzət  başlandığını  açıb,  söyləməyə  məcbur  olmuş, 
Tehranın  riyakar  mətbuatı  isə  istər-istəməz  ona  etiraf  etməyə 
məcbur qalmışdır.  ş belə idi. Ayrı  cürə də ola bilməzdi. Xalq 
firqəmizdən əməli fəaliyyət və səmimiyyət gördükdə, onu açıq 
ağuş ilə istiqbal etməyə bilməzdi. Çünki biz quru söz ilə deyil, 
işdə  onun  qeydinə  qaldığımız  və  büruzə  verdiyimiz 
fədakarlıqlar  ilə  onun  səadətinin  təmininə  çalışdığımızı  isbat 
etməyə  müvəffəq  olmuşduq.  Adı  mövqedə  ran  şəraitində 
aylarla  uzanan  nəhayət  qeyri  qanuni  bir  surətdə  əncam  tapan 
seçki  işini  xalq  etimad  və  inamı  üzərində  idi  ki,  biz  10  gündə 
yüzdə-yüz demokratik tərzdə əncam verməyə müvəffəq olduq. 
Elanı-etiraz  (etiraz  etmək)  üçün  müəyyən  edilən  günləri 
çıxdıqda  ümumiyyətlə  rəy  vermək  işi  bütün  Azərbaycanda  4 
gündə  xatəmə  tapmışdı.  Məclisin  açılmasının  təxiri  fəqət 
qanuni mərahimi gözləməkdən ötrü idi. Xalqın etirazını eşidib, 
ona  rəsidəlik  etmək  (yetişmək)  üçün  biz  məxsusən  bir  həftə 
vaxt qoymuşduq. Xoşbəxtanə nümayəndələrin heç birinə etiraz 
edən  də  olmamışdır.  şin  bu  əndazədə  inkişafı  firqəmiz  üçün 
böyük bir azimayış və ciddi bir imtahan idi. Deyə bilərik ki, bu 
imtahandan  iftixarla  baş  uca  çıxmağa  nail  ola  bilmişdik.  Bu 
mənim  indi  dediyim  söz  deyil.  O  gün  hələ  xalqın  xatirələri 
təzəikən bu xüsusda yazdığım aşağıdakı məqalə buna canlı bir 
ş
ahiddir. 


 
284 
(kadr)  alqışlamaq,  onlardan  iş  öyrənməyə  özlərini  möhtac 
görürdülər. Firqəmizin vücuda gətirdiyi fəal qüvvə (kadr) seçki 
işində  öz  qüdrət  və  istedadını  büruzə  verdi.  Dünən  mərkəzi 
sandıq  məhəllində  yaşlı  bir  demokratın  48  saat  tamam  öz 
postunda  davam  etdiyi  aşkara  çıxdı.  Bu  adam  postunu  təhvil 
verdikdə  gülümsünüb,  “Öz  vəzifəmi  əncam  verdiyim  üçün 
xoşbəxtəm”- deyib, istirahət üçün evinə qayıtdı. 
Bizdə indi hamı çalışır, hamı fəaliyyət göstərir, hamı özünün 
ləyaqət və qeyrətini büruzə verməyə çalışır. Qoca cavan, oğlan-
qız,  yaşlı  xanım,  beli  bükülmüş,  qocalmış  köhnə  mücahid, 
bilaxirə  hər  kəs  öz  varlığı  ilə  ümumxalq  işini  axıra  yetirmək 
istəyir.  Firqəmizin içində əzim bir qüdrət, insanı heyrətə salan 
bir  intizam  vücudə  gəlmişdi.  Üzvlər  artıq  tərtib  və  tənəzzülə 
imkan  verməyib,  firqə  rəhbərliyini  canı-dili  ilə  mənimsəyib, 
sima və əqidə üzrə mərkəzi komitəmizin təsmimlərini icra edir. 
slamiyyətin əvvəl günlərində görünmüş təəssüb ilə vəzifələrini 
ə
ncam  verir,  firqədən  fəqət  sadə  bir  təbəssüm  aldıqlarını  icra 
edirlər.  ndi  bizdə  ölümə  getmək  əmri  almağa  israr  edən 
cavanlar  tapılmağa  başlamışdır.  Həqiqi  fədailər  ictimai 
həyatımızın  hər  bir  qismətində  öz  ləyaqət  və  fədakarlıqlarını 
isbat edirlər. Firqə artıq böyüyür. Möhkəmləşir. Bütün xalqı öz 
rəhbərliyi altına almağa imkan tapır. Bu qüdrəti, bu ləyaqət və 
istedadı  görən  məğrur  başlar  da  əyilib.  Xalq  əzm  və  iradəsinə 
təslim olur. Millət yolunda ölməyə hazır olan fədailərin əllərini 
sıxır,  gecə-gündüz  firqə  üçün  çalışan  və  onun  hədəf  və 
məqsədini əldə etməyə hazırlaşırlar.  şimiz xalq işi olduğu üçün 
xalqın  göstərdiyi  hüsnü  təvəccüh  bizim  üçün  böyük  fəth  və 
müzəffəriyyət  (qələbə)  hesab  olunmalıdır.  Ahənin  (dəmir) 
qalalar  yıxılmaz.  Səngərlərin  hamısından  möhkəm  xalqın 
ürəyidir.  Ürəkləri  fəth  edən  firqənin  müqabilində  heç  bir  qala 
müqavimət  edə  bilməz.  Firqəmiz  xalqın  ürəyini  fəth  etmişdir. 
Bunu milli məclis intixabatı isbat etdi. Onu yəni o cəlb edirmiş 
ürəyi  saxlamaq,  onun  istədiklərini  vermək  zamanı  gəlib 
çatmışdır.  Bu  cəhətdən  bu  firqəmizin  yolu  müşkül  və  vəzifəsi 
 
89 
təşkilatına  arxalandığına  görə  o  təşkilatın  tamamilə  mülhəq 
olması  münasibətilə  bizdən  fövqəladə  bir  surətdə  rəncidə 
olmuşdu  (incimişdi).  Mürtəcelər  isə  bizi  Həzb-Tudəyə  rəqib 
hesab  etdiklərinə  görə  təşkilatımıza  böyük  ümid  bağladıqları 
halda  tudə  təşkilatının  bizim  ixtiyarımıza  keçməsindən  xoşları 
gəlmirdi.  Onlar  qorxurdu  ki,  bu  vasitə  ilə  biz  dəxi  Hizbi-
Tudənin sol və təbəqatı şüarları üzrə hərəkət etməyə başlayaq. 
Hizbi-Tudə  təşkilatının  ilhaqı  firqəmiz  üçün  böyük 
müvəffəqiyyət  idi.  Biz  bu  vasitə  təşkilatın  yaratdığı  kadr  və 
təşkil  etdiyi  məhəlli  komitələr  və  onların  iş  vəsilələrindən, 
həmçinin kəndlərdə hazırladığı siyasi düşüncədən istifadə edək. 
Təşkilatımızı daha səri surəsdə qurmağa müvəffəq olacağımıza 
inanırdıq.  Bu  faydalı  vəli  ağır  işi  icra  etməyə  təyin  edilən  20 
gün çox az idi. Bununla belə müvəffəqiyyətlərin bizdə yaratdığı 
ruh  o  qədər  yüksək  idi  ki,  heç  bir  iş  nəzərimizə  ağır  və  qeyri 
mümkün  gəlmirdi.  Madam  ki,  iş  gərək  20  günün  müddətində 
xatəmə  tapsın,  onu  əncam  verməli  idik.  Təşkilat  və 
təbəqələmizi  vaxtında  əncam  vermək  üçün  bütün  vəsilələrdən 
istifadə  etdiyimizi  Hizbi-Tudənin  ilhaqdan  sonra  onun  iş 
kadrosunu  alıb,  öz  kadrlarımız  ilə  birlikdə  bütün  Azərbaycan 
kənd və şəhərləri  arasında təqsim etdik. Onlar  müəyyən nəqşə 
üzrə  hərəkət  edib,  müəyyən  günlərdə  işlərinə  xatəmə  verməli 
idilər.  Bu  da  çox  müfit  vaqe  oldu.  Onlara  verdiyimiz  tapşırıq 
çox  sadə  idi.  Hizbi-Tudə  və  demokrat  təşkilatlarının  üzvlərini 
toplayıb,  onların  arasından  iddə  nisbətilə  nümayəndə  seçməli 
və  bu  vasitə  ilə  məhəl  və  vilayət  konfranslarını  təşkil  edərək, 
orada  komitələr  intixab  etdikdən  sonra  ümumi  konqrəyə 
nümayəndələr seçib, özləri ilə bərabər, mehr ayının 9-cu  günü 
axşam  Təbrizdə  hazır  etməli  idilər.  Böyük  qudrət,  şiddətli 
intizam və ağır iş tələb edən konqrə quruluşu fəqət təşkilat yolu 
ilə 
başa 
gəlmirdi. 
Konqrənin 
gündəlik 
məsələlərini 
hazırlamaqla bərabər gələcəkdə firqə fəaliyyətinin əsasını təşkil 
edam məramnamə və nizamnaməmizin yazılıb hazırlanması da 
kiçik iş deyil idi. Bunlardan əlavə mühit, zaman və məkan bizə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə