57
T
hsil ill ri
Zahirən bir o qədər də cəlbedici olmayan bu ti-
kili cəmiyyətin ixtiyarına veriləndən və burada
rəssamlıq məktəbi açılandan sonra, orada ciddi
memarlıq dəyişiklikləri aparılmasa da, əsas giri-
şin sol tərəindəki vitraj yerləşən divar çöl tərəf-
dən nazik səthlə örtülmüş və üzərində tələbələr
tərəindən incəsənət mövzusunda divar rəsmi çə-
kilmiş, binaya nisbi də olsa rəssamlıq ab-havası
bəxş edilmişdir. Həmin hissənin tikilinin daxi-
lindən görünən arxa tərəində yerləşən üçhissəli
vitraj isə bu günə kimi qalmaqdadır. Qeyd edək
ki, binanın birinci mərtəbəsini sağ və sol
tərələrdə yerləşən otaqlarla əhatələnən
böyük zal təşkil edir. İkinci mərtəbədəki
otaqların planı birinci mərtəbədə olanla-
rı təkrarlayır. Ancaq onların qarşısında –
sağ və sol tərələrdən zalın üzərinə tərəf
çıxarılan və otaqlara giriş – çıxışı təmin
edən keçid – eyvan mövcuddur. Mərtə-
bələri birləşdirən pillələr mərmərdən inşa
olunmuşdur.
Sayı iyirmiyə çatan və çox da bö-
yük olmayan bu otaqlarda vaxtilə Qafqa-
zın ayrı-ayrı guşələrindən gələn müxtəlif
xalqların nümayəndələri rəssamlığın sir-
lərinə yiyələnmiş və onların əksəriyyəti
millətlərinin XX əsrdə rəssam adını qa-
zanmış nümayəndələrinin birinciləri sıra-
sında olmuşlar. Biz bu məkanı dolaşarkən
xəyalən ötən əsrin əvvəllərinə qayıdır, bir
vaxtlar bu məkanda azərbaycanlı Bəhruz bəy
Kəngərli və Qeysər Kaşiyeva – Seyidbəylinin də
burada təhsil almasından qürur hissi keçirirdik...
Oxucuların əksəriyyəti üçün yeni görünə
biləcək Qeysər Kaşiyeva-Seyidbəylinin (1893-
1972) adını təsadüi çəkmədik. Məlumat üçün
bildirək ki, Tilisdə dünyaya göz açan Qeysər xa-
nım Bəhruz bəydən əvvəl – 1907-1908-ci illərdə
“Qafqaz Zərif Sənətləri Təşviq Cəmiyyəti” nəz-
dindəki rəssamlıq məktəbində oxusa da, sonradan
bizə məlum olmayan səbəblər üzündən təhsilini
sona qədər davam etdirməmişdir. R.Zommer və
O.Şmerlinqdən sənətin sirlərini öyrənən Qeysər
xanımın Azərbaycan Milli İncəsənət Muzeyində
müxtəlif janrlarda çəkdiyi əsərlər qorunmaqdadır...
Müəyyən məsələlərə aydınlıq gətirdikdən
sonra indi Bəhruz bəyin Tilisdəki təhsil illərin-
dən söz açmaq olar. İlk növbədə onun sonradan
kifayət qədər məşhurlaşacaq bir-neçə sənətkar-
la eyni vaxtda təhsil aldığını qeyd etməliyik.
Bunların ən məşhuru təbii ki, Lado Qudiaşvi-
lidir (1896-1980). Tilisdəki təhsildən (1910-
1914) sonra Fransada peşəsinin kifayət qədər
püxtələşməsinə nail olan L.Qudiaşvili çox tez
bir zamanda gürcü təsviri sənətinin müasir bədii
tendensiyalarla zənginləşdirilməsinə nail olmuş,
milli incəsənətin korifeyi kimi əbədiyyət qazan-
mışdır. Zamanında “SSRİ xalq rəssamı” fəxri
adına və Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülmüşdür. Hazırda Tilisdə onun memorial
muzeyi fəaliyyət göstərir.
Mixail Çiaurelini (1894-1974) isə Gür-
cüstanda daha çox kino rejissoru kimi tanıyırlar.
Bizim Tilis arxivlərində çalışarkən onu rəssam
kimi tanıdığımızı dilə gətirməyimiz yerli ziyalı-
ların çoxunun marağına səbəb oldu. Qeyd edək
ki, 1912-1916-cı illərdə Tilis rəssam məktəbində
təhsil alan M.Çiaureli daha sonra – 1922-1924-cü
illərdə Almaniyada heykəltəraşlıq sənətinin sir-
lərinə yiyələnmiş və qayıdandan sonra vətənin-
də bu sahədə fəaliyyət göstərmişdir. O, Leninin
Gürcüstanda ucaldılmış ilk abidəsinin müəllii-
dir. Onun həyat yoldaşı – məşhur aktrisa Veriko
Ançaparidzeni isə Azərbaycan tamaşaçıları gözəl
tanıyırlar. Buna səbəb onun bizim “Onu bağışla-
maq olarmı?” kino-ilmində ana obrazını yarat-
masıdır. Məşhur aktrisa Soiko Çiaureli də on-
ların övladıdır. Mixail Çiaurüeli İ.V.Stalinin ən
çox sevdiyi rejissor olub. Zamanında “SSRİ xalq
artisi” fəxri adına layiq görülmüşdür.
59
T
hsil ill ri
Ketevan Maqalaşvili (1894-1973) isə Tilis
rəssamlıq məktəbində 1911-1915-ci illərdə oxu-
muşdur. Sonradan Moskva və Parisdə də təhsili-
ni davam etdirmişdir. Səmərəli fəaliyətinə görə
“Gürcüstanın xalq rəssamı” fəxri adına layiq gö-
rülmüşdür.
Bəhruz bəyin oxuduğu rəssamlıq məktə-
bində tələbənin diplom almasına kifayət edə-
cək dəqiq təhsil müddətinin nə qədər olduğunu
demək çətindir. İlk növbədə əlimizdə onun təhsili
haqqında sənədin olmaması bunu söyləməyə əsas
verir. Elə onun sonradan məşhur sənətkarlar kimi
tanınacaq Lado Qudiaşvili (1910-1914),
Mixail Çiaureli (1912-1916) və Ketovan
Maqalaşvilinin (1911-1915) bu məktəb-
də təhsil müddətinin dörd il olduğu halda,
Bəhruz bəyin təhsilinin beş il davam etməsi
də öz-özlüyündə suallar doğurur.
Əslində onun elə Tilisə təhsil alma-
ğa getməsi tarixinin məhz 1910-cu il ol-
masının özü də birmənalı deyildir. Bu ta-
rix müxtəlif mənbələrdə bir-birindən fərqli
göstərilmişdir. Gəlin onlarla da tanış olaq
və ümumi nəticəyə gəlməyə çalışaq.
İlk dəfə Bəhruz bəy Kəngərlinin Tif-
lisdə nə vaxt təhsil alması haqqında məlu-
mat rəssamın vəfatının 25 illiyinə həsr edil-
miş sərginin (1947) kataloqunda yazılmış
mətndə M.Nəcəfov tərəindən verilmişdir.
Mətndən məlum olur ki, Bəhruz bəy 20 yaşında,
yəni, 1912-ci ildə məktəbə daxil olmuş və 1917-
ci ildə oranı bitirmiş və müstəqil yaradıcılığa
başlamışdır.
Onun 1957-ci ildə Bakıda “Azərnəşr” tərə-
indən nəşr olunan “Bəhruz Kəngərli” kitabında
isə rəssamın məktəbə daxil olması ümumiyyət-
lə göstərilməmiş, yalnız onun beş illik təhsildən
sonra məktəbi bitirdiyi və Naxçıvana qayıtdığı
göstərilmişdir.
Rəssamın əsərlərinin 1957-ci ildə çap olun-
muş kataloqunda isə M.Nəcəfov ümumiyyətlə
onun təhsil illəri barəsində məlumat verməmişdir.
Halbuki kataloqların tərtibində bunlar olmalıdır.
K.Kərimov isə 1962-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyası Nəşriyyatında nəşr
olunmuş əhatəli “Bəhruz Kəngərli” kitabın-
da rəssamın Tilisdə 1910-1915-ci illərdə təhsil
aldığını qeyd etmişdir. Maraqlısı bu kitabın re-
daktorunun bu tarixlə razılaşmadığını bütün ya-
zılarında vurğulayan Adil Qazıyev olmuşdur. Əs-
lində, o, yuxarıda adları çəkilən müəllilərdən ən
inanmalısıdır. Belə ki, o, Bəhruz bəy Kəngərlini
şəxsən tanıyan və Naxçıvanda onda rəssamlığın
sirlərini öyrənən adamdır.
O, əvvəlcə Azərbaycan SSR Elmlər Akade-
miyasının Xəbərlərində (1949, №5) M.Nəcəfov-
la birlikdə yazdığı “Naxçıvanlı rəssam Bəhruz
B.Kəngərli. “Adil Qazıyev etüddə”. 1921.