67
S n
t dünyası
B
eləliklə, Bəhruz bəy Kəngərli
ar zu qanadlarında beş il əvvəl
tərk etdiyi Naxçıvana qa-
yıdır. Təbii ki, ilk növbədə özünü bir ya ra dıcı,
bir rəssam kimi təsdiqləmək, sonralar ölçü-
yəgəlməz hesab olunacaq vətənpərvərliyini
sərgiləmək üçün...
Gənc rəssamın ilıq arzularla doğma
torpağa dönüşü ilə onun soyuq qucağına
gömülməsi arasındakı zaman kəsiyi
cəmisi yeddi il çəkdi. Ölüm bütün yaşlarda
həm təbii, həm də gözlənilməzdir.
Bununla belə onun yaşayıb-yaratmaq
istəyi ilə alışıb-yanan və yaradıcılığının
çiçəkləndiyi dövrünü keçirən Bəhruz
bəyə qıymasını yalnız “Alın yazısı” ilə
əlaqələndirmək olar. Bu yeddi il bizə
çox az görünsə də, rəssamın duyulası
məhsuldar yaradıcılığı tamaşaçısını bu
müddətin daha uzun olduğu anlamına
gətirir. Heç şübhəsiz sizi də, bizi də bu
qənaətə gətirən onun əsərlərinin çoxluğu
ilə yanaşı, onlarda fırça ustasının nümayiş
etdirdiyi yüksək sənətkarlıqdır. Belə ki,
müxtəlif mövzulu və janrlı əsərlər gənc
bir yaradıcının təxəyyülünün nəticəsi olsa
da, onlardakı həyata baxışda, görünənlərin
bədiiləşdirilməsində duyulası gənclik təra-
vəti ilə yanaşı, kamillik və müdriklik də
görünməkdədir. Odur ki, bəzən adama elə
gəlir ki, Bəhruz bəy sənətdə öz sözünü deyib
getdi və o, qənaətimizcə qoyub getdiklərindən
də yəqin ki, narahat deyildi. Əbədiyyətə
qovuşduğu gündən onun Əcəmi ilə birlikdə
qədim Naxçıvan torpağının bədii-mədəni
rəmzinə çevrilməsi, XX əsr Azərbaycan təsviri
sənətinə yeni nəfəs gətirən bir yaradıcı kimi
dəyərləndirilməsi də bunun təsdiqidir. Əslində
elə həyatın əsl mənası da “həyatdan sonrakı
həyatı”n qazanılmasıdır, desək, yanılmarıq.
Bunu cəmisi 30 illik həyat və yaradıcılığı ilə
sübut edən Bəhruz bəy Kəngərli timsalında da
görmək mümkündür.
Yeri gəlmişkən deyək ki, gənc rəssamın
yeddi il davam edən müstəqil yaradıcılığını
əsasən təsviri sənətin müxtəlif janrlarında
çəkilmiş əsərlər təşkil edir. Yaratdığı bütün
əsərlər doğma Naxçıvanla bağlıdır, desək,
yanılmarıq. Doğma yurdun təbiəti və insanları
onun müxtəlif ölçülü əsərlərinin məna-
məzmun daşıyıcılarıdır.
Ona ayrılan qısa ömür payında çoxlarının
gözündə adiləşən mənzərələrə özünəməxsus
tutum verən Bəhruz bəy əslində yeni əsrin
əvvəllərində Naxçıvan təbiətinin bu gün
yalnız elə həmin lövhələrdə yaşayan “bədii
salnamə”sini yaratmağa nail olmuşdur. Belə
ki, bu gün həmin yerlər qalsa da, görünüşləri
ya çox fərqlidir və yaxud ümumiyyətlə onlar
mövcud deyillər.
Eyni sözləri onun çəkdiyi portretlər
haqqında da demək olar. Belə ki, onlarda təsvir
olunan müxtəlif yaşlı adamların çoxu konkret
olmaqla, ötən əsrin əvvəllərində Naxçıvanda
yaşamışlar. Bu vaxta qədər əksəriyyətinin adı
naməlum qalan həmin adamların bəzilərinin
real fotoşəkillərini əldə etməyimiz onların
kimliyini müəyyən etməyə imkan vermişdir.
Düşünürük ki, bu Bəhruz bəy Kəngərlinin
yaradıcılığının hərtərəli öyrənilməsi yönündə
çox önəmli addımdır.
Rəssamın onu əhatə edən əşyalara bədii
S¬n¬t d³nyas�
68
S n
t dünyası
münasibətini özündə əks etdirən natürmortları
da özünəməxsusluğu ilə seçilir. Onu
başqalarından fərqləndirən bədii xüsusiyyət
bir qayda olaraq bu natürmortların təkəşyalı
olmalarıdır.
Bəhruz bəyin yuxarıda adları çəkilən
janrların hər birinin təşəkkülündə özünəməxsus
yeri olmuşdur. Kitabı vərəqlədikcə siz onların
təsvirini görəcək, daşıdığı bədii-estetik
məziyyətlərlə tanış olacaqsınız.
Elə isə gəlin çoxəsrlik Azərbaycan təsviri
sənət tarixini yaratdıqları ilə zənginləşdirən,
vətənpərvərliyi ilə onun XX əsr mənzərəsinə
özünəməxsus
ab-hava,
məna-məzmunu
tutumu gətirən yaş etibarilə gənc, əsərlərinin
mahiyyətinə görə çox müdrik görünən
rəssamımızın yaradıcılıq yoluna nəzər salaq,
ərsəyə gətirdiyi çoxsaylı rəngkarlıq və qraika
nümunələrini dəyərləndirməyə çalışaq...
Xan sarayı. XVIII əsr.
69
S n
t dünyası
B
əhruz bəy Kəngərli ona ayrıl-
mış çox qısa zaman kəsiyində
müxtəlif mövzularda və janr-
larda yüzlərlə boyakarlıq və qraika əsərləri
yaratmışdır. Muzeylərdə indi fəxrlə tamaşa
edə bildiyimiz bu əsərlərin bir qismi onun
ailə üzvləri və Bəhruzsevərlər tərəindən
qorunub saxlanılsa da, digər böyük bir
hissəsi isə hələ də tapılıb ortaya çıxa-
rılmamışdır. Kitabın hazırlığı dövründə
keçmiş SSRİ məkanında onun əsərləri-
nin ola biləcəyi ünvanlara müraciət et-
sək də, arzuladığımız nəticəni əldə edə
bilmədik. Buna baxmayaraq onun şəxsi
kolleksiyalarda qorunan və elmə məlum
olmayan bir-neçə əsərini üzə çıxara bil-
dik. İndiki halda deyə bilərik ki, Bəh-
ruz bəy Kəngərlinin bədii irsinin böyük
bir hissəsi – 80 ədəd sulu boya, 37 ədəd
yağlı boya, 7 ədəd kömür, 1 ədəd tuş,
5 ədəd ka ran daş, l ədəd qa rışıq texni-
ka ilə işlənmiş
əsərləri və 2
ədəd albomu,
ü m u m i l i k d ə
450 əsəri Bakı şəhə-
rindəki Azər baycan
Milli İn cə sənət Mu-
zeyində sax lanılır.
Burada saxla-
nılan
albomlardan
biri müxtəlif tiplərə
həsr olunmuşdur. 51
sə hifədən ibarət olan
albomda
rəssamın
1911-1913-cü illərdə, yəni, tələbəlik döv-
ründə akvarel, karandaş, kömür və tuşla
çəkdiyi müxtəlif janrlara aid 336 rəsm
əsəri toplanmışdır. Bu əsərlərin çoxu eskiz
və etüdlərdən ibarətdir. Onların arasında
naturaçıların və tələbə yoldaşlarının müxtəlif
pozalarda çəkilmiş şəkilləri üstünlük təşkil
edir. Odur ki, albomun “Azərbaycan tipləri”
adlandırılması da suallar doğurur. Bu yerdə
deyək ki, rəssamın muzeyə alınmış bir
çox əsərlərinin adlarında indi də qeyri-
müəyyənlik mövcuddur və qənaətimizcə,
onlarla bağlı çoxsaylı məlumatların əldə
olunmasının qarşılığında, bu adlara yenidən
baxılmasına ehtiyac duyulur.
Həcm baxımından kiçik olan ikinci
albom isə “Naxçıvan yadigarı” adlanır ki,
bu albomda da sulu boya ilə işlənmiş 19 əsər
var. Bu əsərlərin çoxu Naxçıvanın tarixi-
memarlıq abidələri olan “Atabəy məqbərəsi”,
“İmamzadə”, “Atababa günbəzi”, “Köhnə
qala”, “Nuhun qəbri”, “Şəhər məscidi”,
Azərbaycan Milli İncəsənət Muzeyi.
Rəssamın
“Azərbaycan tipləri”
albomu. 1911-1913.
R¬ssam
�n b¬dii irsi haqq�nda