78
R sml r
əhatə edir. Bu da ilk növbədə Bəhruz bəyin
rəsmetməyə ciddi münasibətini əks etdirir.
Əgər bu yerdə sulu boya texnikasının onun
yaradıcılığında önəmli yer tutduğunu və bu
texnikada ərsəyə gətirilən əsərlərin arzulanan
estetikasının əldə olunmasında inamlı xətlərin
vacibliyini nəzərə alsaq, onda azərbaycanlı
rəssamın Tilis məkanında bu sahəyə xüsusi
diqqət yetirməsinin səbəbini başa düşmək olar.
Yaxşı haldır ki, gənc rəssamın müxtəlif
kurslarda oxuduğu zaman çəkdiyi tədris
rəsmləri bizim günə gəlib çatıb. Bu
yerdə bu işlərin dəyərini azaltmaqdan
uzaq olmaqla demək istəyirik ki, onlar
nə qədər məşhur rəssamın gözlərinin
işığı, əllərinin hərarəti ilə ərsəyə
gətirilsələr də, cəlbedicilik baxımından
mənzərə, natürmort və müasirlərinin
portretləri ilə müqayisədə alıcılar
üçün cəlbedici olmamış, elə məhz bu
səbəbdən də uzun müddət ailəsində
qalmış, sonda isə həmin işlər muzey
üçün alınmışdır...
Onların bədii-texniki tutumunu
şərh etməli olsaq, onda ilk növbədə
tədris rəsmlərinin iri ölçülü olduğunu
vurğulamalıyıq. Bu işlərin rəssamın
yaradıcılığında ən böyük formatlı
olmaları birmənalıdır. Hamısı da eyni
texnikada – kömürlə çəkilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi onlarda həm canlı
naturaçılar, həm də məşhur antik heykəllərin
gips surətləri təsvir olunmuşlar. Bununla
belə, qeyd etməliyik ki, onun belə iriölçülü
portretlərinin bizim dövrə gəlib çatanı onun
tədrislə əlaqəsi olmayan “Avtoportret”idir
(1911). Kömürlə çəkilmiş bu portretin (41x31
sm) yaradılmasında gənc rəssam güzgüdən
yox, hazır fotoportretdən istifadə etmişdir. O,
bunu portretin arxasında əsəri 1918-ci ildə
dostu N.Sultanova hədiyyə edərkən xüsusu
vurğulamışdır. Ancaq portretin daşıdığı bədii
tutuma, cizgi oynaqlığına və tonallığın əldə
olunmasına rəğmən demək olar ki, Bəhruz
bəy onu ustalıqla foto anlamından çıxarmağa
nail olmuşdur. Odur ki, Tilisdə oxumağının
ikinci ilində gənc rəssamın ərsəyə gətirdiyi bu
portreti onun ilk yaradıcı uğuru saymaq olar.
Bu əsər həm də onun arxasında Bəhruz bəyin
doğum tarixini öz əli ilə (1 may 1892-ci il)
yazması baxımından da maraq doğurur...
Rəssamın tədrislə bağlı portret işləri
əsasən 1913-1915-ci illəri əhatə edir. Bunun
səbəbini müxtəlif cür izah etmək mümkündür.
Adətən rəssamlıq məktəblərinin başlanğıc
kurslarında tələbələrə natürmortlarla yanaşı,
gips modellərin çəkilməsi tapşırılır. Bu
mənada demək olar ki, bu işlər bəlkə də 1910-
cu ildən Tilis rəssamlıq məktəbində oxumağa
başlayan Bəhruz bəyin yuxarı kurslarda
çəkdiyi portretlərdir. Amma bizim dövrə
onun ilk kurslarda çəkdiyi tədris rəsmlərinin
gəlib çatmaması da istisna deyil. Rəssamın
yuxarı kurslarda da rəsmetmə sahəsində bilik
və bacarığını təkmilləşdirmək məqsədilə
gips portretlər çəkməkdə davam etməsi də
təəccüblü görünməməlidir. Bu yerdə deyək
ki, Bəhruz bəyin Tilisdə çəkdiyi istisna
olunmayan natürmortlarının bizim dövrə
gəlib çatmaması da maraqlı məsələdir. Onun
qaralama və eskizlər toplanmış albomunda
cəmisi bir qısamüddətli qaralamanın olması da
dediklərimizi təsdiqləyir. Onun yaradıcılığında
yer almış bir-neçə əşya təsviri də yalnız 1921-
ci ilə aiddir...
Rəssamın tələbəlik illərini əhatə edən
portretlərini onun yaradıcılığının çox uğurlu
mərhələlərindən biri saymaq olar. Doğrudan
da onun cəmisi bir-neçə il ərzində yaratdığı
“Apollonun başı” (1913), “Baş əzələləri”
79
R sml r
(1913), “Gipsdən hazırlanmış baş” (1913),
“Antik heykəl” (1913), “Laokoon” (1914),
“Antik iqur” (1910-cu illər), “Antik heykəl”
(1914), “Apollonun büstü” (1915) və s.
portretlərini Azərbaycan təsviri sənətinə şan-
şöhrət gətirə biləcək qraika nümunələri hesab
etmək olar. Gips modellərə xas forma-biçimi,
onların axıcı keçidlərini yüksək ustalıqla
gerçəkləşdirməyi bacaran gənc rəssam sözün
əsl mənasında qraik incilər yaratmağa nail
olmuşdur. Qənaətimizcə, oların kütləvi şəkildə
çap olunub respublikamızın ali və orta təhsil
ocaqlarında tədris vəsaiti kimi istifadə
olunması çox məntiqli olardı. Bu
mənada Bəhruz bəy Kəngərli həm də
milli rəssamlığımızda özünəməxsus bir
rəsmetmə məktəbinin əsasını qoymuşdur,
desək, yanılmarıq.
Rəssam tələbəlik illərində özünün
tədricən əldə etdiyi güclü rəsmetmə
bacarığını həmin dövrdə işlədiyi canlı
portretlərdə də nümayiş etdirmişdir. Bu
mənada Bəhruz bəyin kömürlə işlədiyi
“Yaşlı qadın” (1913-1914), “Papaqlı
kişinin portreti” (1913), “Kişi portreti”
(1915), “Qadın portreti” (1914), “Kişi
portreti” (1913) və s. əsərlərin adını
çəkmək olar.
Bəhruz bəy Naxçıvana qayı-
dandan sonra da zaman-zaman kömür
texnikasına müraciət etmiş, bir-birindən
maraqlı portretlər yaratmışdır. Onlar rəssamın
müasirləri olan insanların obrazlarıdır. Bunlar
“Şirin xanımın portreti” (1915-1920), “Nazlı
xanım Tahirova (Nəcəfova)” (1916), “Əsəd
ağa Kəngərli” (1916), “Rus dili müəllimi
Mirzə Məhəmməd Zamanbəyovun portreti”
(1917), “Mirzə Heydər Nəsirbəyov” (1918)
və “Qadın portreti” (1921) əsərləridir. Onlar
haqqında ətralı məlumatı kitabın “Portretlər”
bölümündə oxuya bilərsiniz.
Bəhruz bəyin rəsmetməyə bələdçiliyini
onun müxtəlif xarakterli digər irili-xırdalı qraik
əsərlərində də görmək mümkündür. Onun
qələm və tuşla çəkilmiş belə əsərləri sırasında
“Azərbaycanlı qadın” (1913), “Dükanda”
(1913), “Qaçqınlar” (1920), “Yatmış qız”
(1921), “Yatmış uşaq” (1921), “Oğlanın
portreti” (1922), “Oğlan surəti” (1921), “Tərk
edilmiş ev” (1921), “Oturmuş oğlan” (1922),
“Qız surəti” (1922), “Başı yaylıqlı qız” (1922),
“Uşaq surəti” (1922), “Gənc oğlanın portreti”
(1921) və s. adını çəkmək olar.
Yuxarıda adları vurğulanan qraika
nümunələrinin özünəməxsus bədii-estetik
məziyyəti vardır. Belə ki, onların hər birində
gənc rəssamın gördüklərinin səciyyəvi
xüsusiyyətlərini qraik vasitələrlə, yaddaqalan
biçimdə bədiiləşdirmək istəyi duyulur.
Bəzilərinin yaranmasına çox, bir çoxlarının
ərsəyə gətirilməsinə isə az vaxt sərf edən
Bəhruz bəy məhz bu uzun və yaxud qısa zaman
kəsiyi çərçivəsində özünəməxsus rəsmetmə
sənətkarlığını nümayiş etdirə bilmişdir. Odur
ki, rəssamın bədii irsini təşkil edən digər
rəngkarlıq və qraika nümunələri kimi duyulası
əhəmiyyət kəsb edirlər...
Bəhruz bəyin rəsmlərindən söz açarkən
onun çəkdiyi karikaturalara münasibət
bildirməyə də ehtiyac duyduq. Amma bu
yerdə qeyd edək ki, o, çəkdiyi karikaturalarla
heç də nəyəsə iddialı olmayıb. Əslində özünü
rəssamlığa həsr etmiş gəncin yaradıcılığının
ilkin mərhələsində onun maraq dairəsinin
genişliyini, o cümlədən də karikaturaya meyl
göstərməsini təbii saymaq olar. Buna digər
məsələlər də səbəb ola bilərdi. Qənaətimizcə,
Naxçıvandan Tilisə üz tutan gənc Bəhruz bəy
Kəngərlinin uzun bir müddət ərzində Tilisdə
oxuması və orada yaşaması, eləcə də jurnalın
baş redaktoru Cəlil Məmmədquluzadə ilə