87
R sml r
tanışlığı, üstəlik satirik nəşrin baş rəssamının
onun oxuduğu məktəbin direktoru olması onun
karikaturaya marağına təsir göstərə bilərdi. Elə
rəssamın bizim günlərə gəlib çatmış karikatura
nümunələrinin bilavasitə tələbəlik illərində
işlənməsi də dediklərimizi təsdiqləyir. Onlar
içərisində 300-dən çox müxtəlif janrlı
rəsm toplanmış “Azərbaycan tipləri” adlı
albomundadırlar. Bu karikaturalar əsasən qara
tuşla işlənmişdir. Bəzi hallarda isə Bəhruz bəy
onların təsir qüvvəsini artırmaq üçün rənglərdən
də istifadə etmişdir. Rəssamın karikaturaları
obrazlarının zənginliyi ilə diqqət çəkir.
Hiss olunur ki, onlar bilavasitə gənc
fırça ustasının müşahidələri əsasında
çəkilmişlər. Boş vaxtlarında göz
yaddaşını zənginləşdirmək, əsərləri üçün
yeni-yeni motiv və süjetlər tapmaq üçün
Tilisi gəzib-dolaşmaqdan usanmayan
Bəhruz bəyin onlarla qarşılaşması təbii
idi. Rəssamın gülüş hədəinə çevrilənlər
sırasında qorodovoy, məzlum kəndli,
mövhumatçı molla, artist, həddi-buluğa
çatmayan qızını ərə verməyə razı olan
ana, italiyalı gənc və s. obrazlarına
rast gəlmək mümkündür. Onların
hər birində obrazlara xas jestləri və
səciyyəvi cizgilərin ifadəsini görmək
mümkündür. Yeri gəlmişkən deyək
ki, insanın xarakterik cizgilərini duymaq
və qabartmaqla onu satirik ruha bələmək
hər bir yaradıcıdan xüsusi bacarıq tələb edir.
Etiraf edək ki, bu məsələdə yaxşı rəsmetmə
qabiliyyətinə malik olmaq hələ hər şey demək
deyildir. Görünənlərə nəzərən demək lazımdır
ki, Bəhruz bəydə bu yaradıcı keyiyyət vardı
və o, bunu çəkdiyi çoxsaylı karikaturalarında
təsdiqləmişdir. Odur ki, bu yerdə gənc rəssamın
karikatura yaradarkən obrazın inandırıcılığını
səciyyələndirən cizgilər tapması, ona
bütün yaradıcılığı boyu çəkdiyi portretlərin
uğurlu alınmasında da yardımçı olmuşdur,
desək, yanılmarıq. Ona görə də Bəhruz bəy
Kəngərlinin zəngin bədii irsində karikaturalar
qabarıq görünməsələr də, onların onun portret
yaradıcılığına müsbət təsir etməsi danılmazdır.
Bəhruz bəy Kəngərli və karikatura
mövzusuna toxunarkən və gənc rəssamın bu
sahədə kifayət qədər yaradıcı potensiala malik
olduğunu etiraf edəndə haqlı bir sual ortaya
çıxır: Elə isə nə üçün ona yaxınlığı ilə seçilən
rəssamdan Cəlil Məmmədquluzadə “Molla
Nəsrəddin”də istifadə etməmişdir? Bu barədə
müxtəlif ikirlər mövcuddur və hər birində
də subyektivlik duyulur. Odur ki, məsələyə
münasibəti dərinləşdirmədən deyək ki, hər
halda burada “nəyinsə” mövcudluğu istisna
deyil...
89
Portretl r
P
ortret janrının Azərbaycan
təsviri sənətində yer almasının
tarixi az deyil. Həyatı əsasən
doğulduğu Naxçıvanda və təhsil aldığı Tilisdə
keçən Bəhruz bəyi realist-gerçəkçi tutumlu
portret yaradıcılığına həvəsləndirə biləcək
qaynaqlar haqqında qəti ikir söyləmək bir
qədər çətin olduğundan, bu məsələdə
bir qədər ehtimallara əsaslanmalı
olacağıq. Əgər onun uşaqlıq illərinə
qayıtmalı olsaq, onda ilk növbədə onun
atasının evə gətirdiyi rus jurnallarını və
orada məşhur rəssamların əsərlərinin
reproduksiyalarının çap olunduğunu
yada salmalıyıq. Rəssam olmaq arzusu
ilə yaşayan məktəb yaşlı Bəhruz bəyin
Naxçıvanda səhifələri miniatürlərlə
bəzədilmiş əlyazmalarını və daşbasma
üsulu ilə nəşr olunmuş kitabları görməsi
də istisna deyil. Bu qaynaqlarda o, həm
klassik realizm nümunələrini, həm də
miniatür üslublu rəsmləri görə bilərdi.
Onun yaradıcılıqlarında Şərq rəssamlığı
ənənələrinə tapınan Mirzə Qədim İrəvani,
Mir Möhsün Nəvvab, Xurşud banu
Natəvan və Usta Qənbər Qarabağinin bədii
irsi ilə tanış olub-olmaması isə bir qədər sual
altındadır. Bu yerdə deyək ki, artıq əsrlərin
qovşağında Tilisdə gimnaziya təhsili görməklə
içindəki rəssamlığa olan həvəsini yağlı boya
ilə çəkdiyi əsərlərdə ifadə etməyə imkan
tapan Əli bəy Hüseynzadənin çəkdiyi portret
və mənzərələr də gerçəkçi-realist üslubda
işlənmişdi. Qənaətimizcə, onun Tilisə qədər
ki, marağının reallaşması və primitiv formada
özünü ifadə mərhələsində gələcək rəssamın
miniatür üslubunun çoxqatlı, fəlsəfə tutumlu
bədii-texniki ənənələrinə bələdçiliyi və ondan
faydalanması da sadəcə mümkünsüzdü. Onun
əvvəlcə müxtəlif jurnallarda gördüyü məşhur
əsərlərin reproduksiyalarının da əsasən rus
realist ənənələrinə bağlı rəssamların yaradıcılıq
nümunəsi olduğunu da etiraf etsək, onda
Bəhruzun ərsəyə gətirdiyi bədii nümunələrin
əsasən gerçəkçi-realist ruhlu olmasının
səbəbini başa düşmək olar. Rusiya Rəssamlıq
Akademiyasının himayəsində olan Tilis
məktəbində isə məşhur rus rəssamlarından dərs
Portretl¬r
B.Kəngərli. “Kişi portreti”. 1915.