70
S n
t dünyası
“Əliabad kəndində darvaza”, Naxçıvan
mənzərələrindən “Ədilağa gölü”, “İlandağ”,
“Ağrı dağı”, “Qızlar bulağı”, “Naxçıvanda
şəlalə”, “Əshabi-kəhf dağı”, “Nəhəcir dağı” və
Naxçıvan əhalisinin etnoqraik xüsusiyyətlərini
əks etdirən konkret obrazlara həsr olunmuşdur.
Bildiyimiz kimi, Bəhruz bəy Kəngərli
ailəsinin maddi ehtiyacını ödəmək üçün əsasən
“Naxçıvan yadigarı” adlı albomlar hazırlayar,
onları şəhərə gələn qonaqlara və yerli əhaliyə
satarmış. Vaxtı ilə Naxçıvanın bir çox
evlərində olan bu albomlar sonradan
müxtəlif ünvanlara səpələnmişdir.
Onlardan yalnız biri hazırda qalmaqda,
Azərbaycan Milli İncəsənət Muzeyində
qorunub saxlanılmaqdadır.
Naxçıvandakı Bəhruz Kəngərli
Muzeyinin daimi ekspozisiyasında isə
görkəmli rəssamın 58 orijinal əsəri –
o cümlədən 33 ədəd sulu boya, 5 ədəd
yağlı boya, 4 ədəd tuş, 7 ədəd karandaş,
9 ədəd isə kömürlə çəkilmiş əsərləri
nümayiş etdirilir. Rəssamın məişət
janrında çəkdiyi “Elçilik” əsəri isə
1962-ci ildə Naxçıvan Ölkəşünaslıq
Muzeyinin (indiki Naxçıvan Dövlət
Tarix Muzeyi) fondunda qeydiyyata
alınmış, akademik Kərim Kərimov
tərəindən yazılmış “Bəhruz Kəngərli”
monoqraiyasında foto şəkli verilmişdir.
Sonrakı illərdə bu əsər adı çəkilən muzeyin
fondundan müəmmalı şəkildə yoxa çıxmışdır.
Bəhruz bəy Kəngərlinin yaradıcılıq
yolu nə qədər qısa olsa da, o, demək olar ki,
bütün janrlarda özünü sınamış, bu sahələrin
hər birində yaradıcı potensialını sərgiləməyə
bilmişdir. Bunu onun çoxsaylı süjetli tablo,
portret, mənzərə, natürmort, hətta animalistik
janrda (“Ördək”,1921 və “Ov itləri”,1922)
yaratdığı əsərləri təsdiqləyir.
1962-ci ildə sənətşünas K.Kərimovun
yazdığı “Bəhruz Kəngərli” kitabında rəssamın
çoxsaylı əsərləri arasında ilk dəfə “Naxçıvan
çaparı” əsərinin adı çəkilmiş, illüstrasiyalar
sırasında onun ağ-qara fotosu verilmişdir.
Ölçüsü və texnikası göstərilməyən bu
kompozisiya K.Kərimov tərəindən çəkildiyi
il məlum olmayan əsərlərin sırasına daxil
edilmişdir. Kitabda həmin lövhənin Moskva
Dövlət Tarix Muzeyinin fondunda qorunduğu
göstərilib. Əlavə edək ki, 1962-ci ildən
başlayaraq bu günə kimi B.Kəngərli haqqında
işıq üzü görən bütün məlumatlarda həmin
əsərin mövcudluğu və Moskva muzeyində
olması göstərilməkdədir. 2014-cü ildə
“Naxçıvan çaparı”nın rəngli şəklini kitaba
daxil etmək məqsədilə rəsmi şəkildə Moskva
muzeyinə müraciət etdik. Həmin məktubda
əsərin rəngli fotosunun Bakıya göndərilmısi
xahiş olunurdu. Lakin məlum oldu ki, Moskva
Dövlət Tarix Muzeyində B.Kəngərlinin belə
bir əsəri... ümumiyyətlə yoxdur.
Deyilənə görə 30 il ömür sürən rəssam
bütün yaradıcılığı boyu 2000 minə qədər əsər
yaratmışdır. İndiki halda onun yalnız dörddən
biri – 510 ədədi muzeylər tərəindən alınıb
B.Kəngərli irsi Bakı muzeyinin
ekspozisiyasında.
71
S n
t dünyası
qorunduğu halda, qalan 1490 əsərin taleyi hələ
də naməlum olaraq qalmaqdadır.
Rəssamın şəxsi kolleksiyalarda saxlanan
bir-neçə əsərinin adı bizə məlum olsa da, bü-
tünlükdə onun ayrı-ayrı adamlarda qalmaqda
olan əsərləri haqqında hələ də dəqiq məluma-
tımız yoxdur. Bəhruz bəyin A.Qazıyevin xa-
tirələrində adı çəkilən “Hamamda”, “Ziyarətə
gedənlər”, “Kürt yatmış toyuq”, “Müsəlman
ailəsində qış kürsüsü”, “Molla məktəbində”
və s. əsərlərinin sonrakı taleyi isə məlum de-
yildir.
Rəssamın bir çox mənbələrdə
adlarına rast gəlinən və əmisi İrza ağa,
babası Murtuza ağa, əmisi oğlu Hüseyn
ağa Kəngərlinski və b. həsr etdiyi
portretlərin də yerini müəyyən etmək
mümkün olmamışdır. Bəlkə də adları
dəqiq göstərilməyən (“Papaqlı kişi”,1913;
“Qoca kişinin portreti”,1920-ci illər;”Kişi
surəti”,1919;
“Tatar(Azərbaycanlı)
surəti,1920-ci illər; “Kişi portreti”,1922;
“Gənc kişinin portreti”,1921; “Qoca
kişinin portreti”,1922 və s.) portretlərdə
həmin adamlardan hansısa təsvir olunub?
Bütün bu acınacaqlı faktlara baxmayaraq
görkəmli rəssamın itkin düşmüş
əsərlərinin izinə düşmək, bəziləri
haqqında tarixi mənbələrdən az da olsa
məlumatlar əldə etmək mümkündür. Belə
ki, keçən əsrin əvvəllərində Bakıda çıxan
“İqbal”, “Tərcüman” və rus dilində çıxan
“Кaspi” qəzetlərinin yazdığına görə, 1914-
cü il iyun ayının 14-də Bəhruz bəy Kəngərli
hələ tələbə ikən Naxçıvan şəhərində ilk fərdi
satış-sərgisini təşkil edib. Bu sərgidə tələbə
rəssamın çoxlu sayda natürmort, mənzərə,
portret və məişət janrında çəkdiyi əsərlər
nümayiş etdirilib. O dövrdə çıxan bir sıra
qəzetlərin yazdığına görə, sərgilənən əsərlərin
böyük əksəriyyəti tamaşaçılar tərəindən satın
alınıb (“İqbal” qəzeti, 16 iyun 1914-cü il, №
679; “Kaspi” qəzeti, 17 iyun 1914-cü il, №
33; “Tərcüman” qəzeti, 24 iyun 1914-cü il,
№ 136). Alınan əsərlərdən “Qazı bəy dağı”,
“Qürub mənzərəsi”, “Müsəlman xanımı
çarşabda”, “Ayın tutulması”, “Sail”, “Ağrı
dağı”, “Gecə mənzərəsi”, “Rəqs edənlər”,
“Müsəlman ailəsində qış kürsüsü” və Bəhruz
bəyin avtoportretləri haqqında bilgi verilsə
də digər əsərlər haqqında heç bir məlumat
verilmir.
K.Kərimovun rəssamın yaradıcılığına
həsr olunmuş kitabında (1962) 1921-ci
ilin fevral ayının 15-də Naxçıvan İnqilab
Komitəsinin təşəbbüsü ilə Bəhruz bəy
Kəngərlinin 500-ə qədər əsərinin nümayiş
olunduğu böyük bir sərginin təşkil edildiyindən
bəhs edilir. Bu sərgidəki əsərlərdən 250
ədədi rəssamın razılığı ilə lotereya biletinin
uduşu üçün, 250 ədədi isə sərbəst satış üçün
nəzərdə tutulmuşdur. Lotereya oyunu əsasən
Naxçıvan və İrəvan şəhərlərinin vətəndaşları
arasında keçirilmiş və uduşa qoyulan bütün
əsərlər satılmışdır. Qalan 250 əsərdən isə
Bəhruz Kəngərli Muzeyi.
Naxçıvan şəhəri.