240
Azərbaycanda antropoloji eksedisiyaya başçılıq etmişdir. Sonra
onu buradan uzaqlaşdırdılar. Görünür, nahaq yerə deyildi. Çün-
ki bu adamlar həqiqəti gizlətmirdilər. Rus alimlərinin içərisində
obyektivliyini qurban verməyən tarixçilər, tədqiqatçılar hər
zaman olmuşdur. Onu buradan kənarlaşdırdılar və o, Azərbay-
can sərhədlərinin şımalına – Dağıstana getdi. Dağıstan əha-
lisinin, orada yaşayan azərbaycanlıların, ləzgilərin, avarların və
digər xalqların antropoloji tədqiqatını apardı. Apardığı tədqiqat-
ların nəticəsi belə oldu: “В Азербайджане повсеместно пре-
обледает Каспийский тип”. Yəni Azərbaycanda nə İran, nə
də Qafqaz-İber antropoloji tipi aparıcı yer tutmur. Sonra davam
edir: “Ни одна Дагестанская группа, за исключением дер-
бендских азербайджанцев, не может считаться харак-
терной для этого (Каспийского) типа”.
Onun fikrincə, azərbaycanlıların və türkmənlərin antro-
poloji quruluşu köklü dəyişikliyə uğramamışdır, ancaq onlar
İran və ya Qafqaz–İber deyil, Kaspi tipinə mənsubdurlar. Belə
də yazırdı: “В глубокой древности в Восточном Закафказье
и в южных районах Средней Азии жили люди, почти не
отличавшиеся от современных азербайджанцев и тур-
кмен. На оснавании этих данных следует сделать вывод,
241
что предками современных азербайджанцев и туркмен
были древние племена, жившие на той же терретории и
обладавшие теми же признаками” (Каспийскими – S.Ə.).
Sovetlər Birliyinin nəhəng antropoloqlarının fikirlərini sizə
çatdırıram. Tanınmış gürcü alimi, böyük sovet antropoloqu Ab-
duşelilişvilinin 1980-ci ildə Moskvada, SSRİ EA-nın “Nаukа”
nəşriyyatında “Новые данные к анропологии Северной Ин-
дии” adlı kitabı çapdan çıxmışdır. Bu kitabda və müəllifin bir
sıra başqa tədqiqatlarında Zaqafqaziya xalqlarının antropoloji
öyrənilməsinə geniş yer verilmişdir. Müəllif belə bir nəticəyə
gəlmişdir ki, Borçalı türklərində Qafqaz-İber cizgisi yoxdur. Bu-
nunla bərabər Borçalı türklərini Azərbaycanın iki rayonu, səhv
etmirəmsə, Ağsu və Cəlilabad əhalisinin antropoloji quruluşu ilə
müqayisə etmişdir. Bütün parametrlər üzrə aldığı nəticə bundan
ibarətdir: “Qafqaz–İber antropoloji tipinə məxsus xüsusiyyətlər
qismən də olsa, Azərbaycan türklərinə aid edilə bilməz”.
Dərbənd azərbaycanlılarının da antropoloji quruluşu nə
ləzgilərə, nə avarlara bənzəmir. Onların da antropoloji quruluşu
Ağsu və Cəlilabad əhalisininki ilə eynidir. Bunu akademik
Alekseyev də yazmışdı.
İndi isə icazə verin mövzunun ikinci hissəsi, yeni çoxdilli
“Azərbaycan tarixi” haqqında söhbətə keçim.
242
Etnogenezis və
sonuncu çoxcildli akademik nəşr
1990-cı illərin sonundan ilk cildləri çap üzü görən yeni
çoxcildli “Azərbaycan tarixi” də bu ümidləri doğrulda biləcək
səviyyədə buraxılmadı. Yeni nəşrdə də Güney azərbaycanlıların
ulu əcdadlarının İran, quzeylilərin isə Qafqaz-İber mənşəli ol-
maları haqqında sovet ideoloji mərkəzlərinin bir zaman ortaya
gətirmiş olduğu və Azərbaycan alimlərindən bəzilərinin (İ.Əli-
yev və b.) inadla müdafiə etdiyi əskimiş fikirlər yenə özünə yer
ala bildi.
Çoxcildliyin ikinci cildində etnogenezis mōvzusuna nə-
hayət ki, ümumi baxış bildirmək iddiasında olan ayrıca bir fəsil
həsr edilmişdir. Sıra ilə XIV olan bu fəsil «Azərbaycan xalqının
və Azərbaycan dilinin formalaşmasının başa çatması» mövzu-
sundadır (müəllif N.Vəlixanlı).
Belə bir “taleyüklü” (bu kəliməyə mətndə bir neçə yerdə
rast gəlmək olur) mövzu ilə bağlı kitabın konsepsiyasının nədən
ibarət olduğunu söyləmək o gədər də asan iş deyildir. Müəllif
öz mövqeyini maksimum gizlətməyə çalışsa da, mövzu
ilə bağlı
“indi iki mülahizənin” (? Konsepsiyanın olmalı –S.Ə.) olduğu-
nu etiraf etmək zorundadır: “1) Azərbaycan xalqının etnogene-
zisində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı gəlmə (türkdilli
və İrandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar
böyük üstünlük təşkil edərək b.e. XI–XII əsrlərində türkdilli
Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır; 2)
Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk
etnosların və... türk dillərində danışan digər tayfaların qayna-
yıb-qarışmasından yaranmış... Azərbaycan türkləri erkən dövr-
lərdən türk (prototürk, erkən türk) dilində danışmış və heç bir
başqa xalqdan dönməmişdi”.
Müəllif nə qədər “tərəfsiz” görünməyə çalışsa da, yalnız və
yalnız birinci mülahizəyə üstünlük verməkdədir. Ancaq ikinci
konseptual baxışa qarşı heç bir ciddi kontr-arqument gətirilmə-
243
mişdir və ya gətirmək mümkün olmamışdır. Yalnız yazılmışdır
ki, ikinci konsepsiyada israr edən alimlər (A.Məmmədov, T.Ha-
cıyev, Y.Yusifov, bu sətirlərin müəllifi və b.) “bu mülahizələri
dünya tarixşünaslıq elmində qərarlaşdıra bilməmişlər”.
“Dünya tarixşünaslıq elmi” rinq deyildir. Oraya konsep-
tual baxışla çıxmaq üçün ilk növbədə “iç problemlərimizi” yo-
luna qoymağa çalışmalıyıq. Müəllif ikinci baxışı qəbul etmir,
onu əsassız bir şey kimi gözdən salmağa çalışır. Bu onun haqqı.
Ancaq elmi arqument yerinə belə bir cümlə ilə dünya tarixşü-
naslıq elmində qərarlaşmaq istəyində bulunmaqdadır: “Onu da
qeyd etməliyik ki, yazılı məlumatın çox cüzi, bəzi hallarda isə
heç olmaması bu tədqiqatçıların başlıca olaraq onomastik mate-
riala müraciət etməsinə, ayrı-ayrı qədim xüsusi ad və sözlərin
müasir dilimizdəki uyğun variantlarını aramasına səbəb olmuş,
bu isə opponentlər, tədqiqatçılar arasında inamsızlıq yaratmış-
dır; belə ki, dilin dinamik olduğunu, onun leksik və səs tərki-
bində zaman keçdikcə yaranan mütləq dəyişikliyi, həmin alim-
lərin istinad etdikləri 6000 il əvvəlki (və ya bir qədər sonrakı)
“prototürk” və ya ilkin (erkən) türk dilinin (belə bir dilin
mövcudluğu da elmi baxımdan sübut edilməmişdir) müasir elm
üçün qaranlıq olan vəziyyəti, həmin dilin zaman-zaman, özü də
sözsüz, köklü dəyişikliyə uğradığını nəzərə аlаrаq, qədim
dillərlə müаsir Аzərbаycаn türk dilinin müqаyisəsindən dоğаn
fikirləri sоn еlmi nəticə kimi qəbul еtmək оlmur».
120 söz tutan bu filoloji monstr ilə bağlı burada araşdırma
üsulunun nə qədər yanlış olduğunu vurğulamaq lazım gəlir.
Birincisi, bu uzun cümlədə “tədqiqatçıların (Qafqaz-İran
versiyasını məqbul saymayan alimlər nəzərdə tutulur – S.Ə.)
başlıca olaraq onomastik materiala müraciət edilirsə, ayrı-ayrı
qədim xüsusi ad və sözlərin müasir dilimizdəki uyğun variant-
larını aramasına” müəllifin kəskinliklə qarşı çıxması diqqəti
özünə çəkir. Zənnimcə, belə bir baxış xüsusi elmi ədəbiyyatla
az tanış olmaqdan irəli gəlir. Tarixin alt qatları üçün onomastik
materiala müraciət etməsinə, ayrı-ayrı qədim xüsusi “ad və söz-
Dostları ilə paylaş: |