232
Mоskvа və Bаkı rеtrоqrаdlаrının hücumlаrı ilə üzləşib. 1987-
92-ci illərdə Dаğlıq Qаrаbаğ mövzusu ilə bаğlı Аlmаniyа,
İngiltərə, АBŞ, Türkiyə və Frаnsаdа оnlаrcа yаzı dərc etdirib.
1989-2000-ci illər Аzərbаycаn Milli Məclisinin Yеr Аd-
lаrı (Tоpоnimiyа) Kоmissiyasınа bаşçılıq еdib. 1992-2001-ci
illərdə Аzərbаycаn Аli Аttеstаsiyа Kоmissiyası Rəyаsət Hеyə-
tinin üzvü оlub.
1990-cı ildə Аzərbаycаnın Əməkdаr elm xаdimi fəxri
аdınа lаyiq görülüb. 2000-ci ildə «Türk və Türkiyе tаrihi ilе
dеğеrli аrаştırmаlаrındаn dоlаyı» Türk Tаrih Kurumu Şeref
Üyesi (fəхri üzvü) sеçilib.
Аnkаrаda türkcə və ingiliscə çаp оlunmuş 26 cildlik
«Türklər» еnsiklоpеdik əsərin Yаyın Kurulu hеyətinin üzvü
və müəlliflərindən biridir.
Azərbaycanlıların kimliyindən yazılanlara
toplu bir baxış
Professor Süleyman ƏLİYARLI:
–Birinci növbədə yazı taxtasına min ilin sualını yazıram:
“Köküng kim?”
XI əsrdə türkün ensiklopediyaçı alimi Mahmud Kaşğarlı-
nın “Divani-luğat-it-Türk” kitabında bu sual qoyulub. Hamlet
müəllimin qeyd etdiyi kimi, bu çox geniş və əhatəli bir mövzu-
dur. Ona görə mən düşünürdüm ki, “Etnogenezis: tarixçiliyi və
başlıca elmi aspektləri” mövzusunda məruzə edəm. Amma son-
ra düşündüm ki, bu məruzədə yalnız tarixçiliyi əhatə edə bilsək,
bunun özü də böyük bir iş olar. Çünki tarixçilikdə tədqiqat və
mənbəşünaslıq baxımından çoxlu problemlər var. Sonra bu
mövzuya bir daha qayıda bilərik.
Tarixçilik mövzusuna başlamazdan əvvəl bir məsələni
qeyd etmək istərdim. Sovetlərdə bizim bu “Köküng kim?” sualı
ilə bağlı basma qəlib bir konsepsiya mövcud idi. O konsepsiya
233
bizim türklüyümüzü inkar edirdi. Bu, gənc nəsillərin yaddaşın-
dan türklüyü tamamilə yox etmək, silmək, aradan götürmək
məqsədi güdürdü.
Mənim müəllifi olduğum “Azərbaycan tarixi” kitabının 7-
ci bölümünün 1-ci paraqrafının 1-ci mövzusu belədir: “Azər-
baycanlıların kimliyindən yazılanlara bir baxış. Tarixçilik im-
perializmi”. Bu yanaşmanı, bu konsepsiyanı imperializm kimi
dəyərləndirmişəm.
Bu fikrimi əsaslandırmaq istərdim. XX əsrin əvvəllərinə
düşən böyük bir irfan nəslinin çox gözəl tədqiqatçısı olan
Firidun bəy Köçərli, səhv etmirəmsə, 1903-cü ildə Tiflisdə ana
dilimizdə bir kitab çap etdirdi: “Azərbaycan türklərinin ədəbiy-
yatı”, rus senzorlar (bu vəzifəni əsasən ermənilər yerinə yetirir-
dilər) kitabın adını dəyişərək, “Литература Азербайджанских
татар” qoydular.
234
Bizim tariximizin ideoloji senzorluq müstəvisində qayçı-
lanması bəzilərinin düşündüyü kimi 1930-50-ci illərdən deyil,
XX əsrin əvvəllərindən, hətta müəyyən məqamlarda XIX əsr-
dən başlanmışdı.
1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azər-
baycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya
vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca
nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut
edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qo-
yan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən
qəti şəkildə narazı qaldı. Çünki onlar Moskvanın xətti ilə davran-
malıydılar. Ona görə də Qəhrəman Qaraqaşlının məruzəsinin
çapı bir müddət geriyə atıldı – 1929-cu ilə kimi üzə çıxarılmadı.
Sonra elə həmin bölgəyə bu mövzunu öyrənmək üçün təc-
rübəli Azərbaycan etnoqrafı Ələsgər Ələkbərov göndərildi.
Ələkbərov həyat dərsi görmüş, səriştəli adam idi. Ekspedisiya-
dan sonra məruzə etdi ki, ayrımlar kökcə ermənidirlər. Sübut
etməyə çalışdı ki, “ayrım” sözünün özü “hay” və “horom”
sözündən əmələ gəlib. “Hay”– erməni, “horom” isə yunanca
“rum” sözünün yazılışıdır, yəni “yunan erməniləri” deməkdir.
Bəs mənşəcə kimdirlər? Bu, o qədər də önəmli deyil. Əsas odur
ki, türk deyillər.
1926 və 37-ci illərdə Rza şah rejiminin birbaşa sifarişi ilə
Seyid Əhməd Kəsrəvinin “Azəri, ya zəban-e bastan-e Azərbay-
qan” kitabı Tehranda çap edildi. Bu kitab azərbaycanlıların
türklüyünü bütünüylə rədd edirdi, onun fikrincə, Xİ yüzilə qə-
dər bu millət kökcə İranlı olaraq qalır və farsca (azəricə) danı-
şırdı. Bu səbəbdən türkcə gəlmə dildir, azərbaycanlıların “ana
dili deyildir”. Elmi ədəbiyyatda “kəsrəviçilik” adlandırılan bu
təlim milli kimliyimizə qarşı universal bir vasitəyə çevrildi.
1945-46-cı il Güney Azərbaycan istiqlal hərəkatına qarşı Qə-
vam əs-Səltənənin Moskva voyajında da istifadə edildi (“Mo-
lotov protokolları”).
235
Bakıda EA-nın Tarix İnstitutu tərəfindən hazırlanmış olan
ilk çoxcildli “Azərbaycan tarixi”ndə (İ cild, 1958) etnogenezis
probleminə yer verilməmişdir. Yalnız “Azərbaycan dili” başlığı
altında mövzunun açıqlanması əvəzinə cəmi üç səhifəlik çox
səthi bir arayış vardır.
Bu yazının müəllifi Əlövsət Quliyev idi. O zaman Tarix
İnstitutunda direktor işləyirdi. Əlövsət müəllim burada yazır:
“Bu tayfaların (türklərin – S.Ə.) yığcam kütlələri buraya V–VII
və XI–XII əsrlərdə gəlmişdi. Onların gəlməsi və burada sakin
olması ilə Azərbaycan əhalisinin uzun müddət danışdığı və bir-
birindən fərqli olan dilləri üzərində tədricən türk dilinin üstün-
lük qazanması gözə çarpırdı. Bununla belə yerli əhalinin əsas
dilləri – azəri və aran dilləri olduqca böyük müqavimət və sa-
bitlik göstərirdi”.
Bununla nə demək istəyirdilər? “Köküng kim?” – sualına
cavab verirdilər, yəni Güney Azərbaycan başqa, Quzey Azər-
baycan isə tamam başqa bir bölgədir. Güney Azərbaycan kökcə
İranlı olan azərilərin yurdudur. Azəri dili də fars dilinin əsasın-
da, onun əski bir qolu kimi verilir. Aran dili isə Qafqaz–İber
Dostları ilə paylaş: |