262
Mən giriş sözümdə mövzu haqqında
ümumi təsəvvür ya-
ratmaq istədim. Sözü məruzəçimiz İmir Məmmədliyə vermək
istəyirəm. İmir Məmmədli həm gürcü xalqının, həm Azərbay-
can xalqının dilini, mədəniyyətini dərindən bilən, hər iki dildə
yaradıcılıqla məşğul olan, hər iki dildən bir-birinə çoxsaylı və
ciddi tərcümələr edən nadir yaradıcı şəxs və mütəxəssislərdən
biridir. Rustavelini gürcücədən azərbaycancaya tərcümə etdi.
Ə.Cavad, S.Vurğun, M.Rahim və S.Rüstəmdən sonra cürətlə və
zənnimcə, haqlı olaraq bu işə girişdi. Azərbaycan ədəbiyyatı
nümunələrindən gürcü dilinə sevə-sevə çevirdi. Mənim şeirləri-
mi də “Həyat poeziyası” (“Sitsotsxlis poezia”) adı ilə gürcücə
nəşr etdirdi. Kitabın Tiflisdə təqdimatında
gürcülər şeirlərin
gürcücə gözəl səsləndiyini dəfələrlə qeyd etdilər. Bu, tərcü-
məçinin – İmir Məmmədlinin əməyi idi, ona verilən qiymət idi.
İMİR MƏMMƏD oğlu MƏMMƏDLİ
1957-ci ildə Gürcüstanın Kaspi
rayonunun Zemo Xandaki kəndində
anadan olub.
Tbilisi Dövlət Universitəsini bi-
tirib.
1990-cı ilin axırlarında Gürcüs-
tan Prezidenti Aparatına işə dəvət
olunub, bir çox məsul vəzifələrdə ça-
lışıb.
Uzun illərdən bəri orijinal bədii
yaradıcılıqla yanaşı ədəbi tərcümə ilə
də məşğul olur. Məhəmməd Peyğəm-
bərin kəlamlarını, Yunus İmrənin,
Aşıq Ələsgərin və başqa ədiblərin əsərlərini gürcü dilinə
tərcümə edib. Şota Rustavelinin «Pələng dərili cəngavər»
poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edib.
20-dən çox bədii kitabın müəllifidir. Dram əsərləri
tamaşaya qoyulub.
263
Gürcüstan Dövlət Mükafatı laureatı, «Maçabeli» və
«UGART» ədəbi mükafatların laureatıdır. 1998-ci ildə Gür-
cüstanın “Şərəf ordeni”nə layiq görülüb.
Hazırda İctimai Radioda şöbə müdiri vəzifəsində çalışır.
Şuşa havaları
İmir MƏMMƏDLİ:
– Mən hamınızı salamlayıram.
Belə bir məclisi təşkil etdiyinizə və onu müntəzəm davam
etdirdiyinizə görə sizi alqışlayır və mənə bu şəraiti yaratdığı-
nıza görə təşəkkürümü bildirirəm.
Bu gün Şuşamızın işğalı günüdür. Mən də mövzumuza
keçmədən əvvəl Şuşa haqqında yazdığım bir şeiri sizin diqqə-
tinizə çatdırmaq istəyirəm. Şeir “Şuşa havaları” adlanır:
Sən Allah, o qarı yadıma salma,
Doğma yuva dərdi bir yana qalıb.
O qarın həsrəti öldürür məni,
Dağlarda yellənən çovğunla gəlib,
Ürəyimə çökür Şuşanın çəni.
Biz qaçdıq, baxanlar elə bildilər,
Yurdda bizim təkçə varımız qaldı.
Eh, kimə deyək ki, orada bizim,
Dumanımız qaldı, qarımız qaldı.
Dağların üstündən tarım çəkilən
Simləri şəfəqdən tarımız qaldı.
Əldəyməz sinəsi xarı bülbüllü,
Yamyaşıl köynəkli yarımız qaldı.
İkiyə bölündü sanki hər adam,
Yarımız qaçanda, yarımız qaldı.
Sən allah o qarı yadıma salma,
Qərib qış ayazı yanır qəlbimdə,
Məni içimdəki oduma salma.
264
Gürcü dünyagörüşünə bir baxış
Xalqın dünyagörüşünü milli
mədəniyyət müəyyənləşdirir,
milli mədəniyyəti – xalqın dünyagörüşü. Bu, mühitlə insanın bir-
birinə qarşılıqlı təsiri kimi bir şeydir, aksiomadır ki, mühit insanı
formalaşdırdığı qədər, insan da yaşadığı mühiti formalaşdırır.
Amma geniş anlamda millətin dünyaya baxışı da milli
mədəniyyətin tərkib hissəsidir.
Bəs bu mədəniyyətin özü nədir?
Güman ki, mədəniyyət sözünün ən yığcam, ən lakonik
izahı belə olardı:
Allahın və təbiətin yaratdıqlarından başqa nə varsa, yəni
bilavasitə insanın iştirakı ilə nə yaradılıbsa, mədəniyyətdir
(“kultura” mənasında).
Gürcü mədəniyyəti də gürcünün bir insan kimi yaratdığı
fenomendir. Sözsüz ki, həmin fenomen müasir gürcü simasını
formalaşdıran, çağdaş gürcünü gürcü edən başlıca amildir.
Bir tarixi qonşu kimi, bizə gürcünün hansı mədəni təma-
yülə mənsub olmasını bilmək son
dərəcə əhəmiyyətli və vacib-
dir. Çağdaş aləmdə ən yeni elmi sahə olan kulturologiyada
dünya xalqlarının mədəniyyətləri, əgər belə demək mümkünsə,
“vicdan aspektindən” də öyrənilir, yəni mənəvi-tipoloji baxım-
dan təhlil və tədqiq olunur. Həmin üsula görə bəşəriyyət mədə-
niyyətini iki hissəyə bölürlər: “ar mədəniyyəti” və “cinayət mə-
dəniyyəti”. “Ar mədəniyyəti”nə o mənəvi əxlaqi tiplər aiddir ki,
onlar hər hansı bir qərara gələrkən öz daxili impulslarına, öz
vicdanlarının səsinə deyil, elin səsinə və ənənəyə çevrilmiş so-
sioloji davranış qaydalarına riayət edirlər. Onların
bütün hərə-
kətlərinə, hər bir addımına artıq qəbul edilmiş adət-ənənələr və
xalqın gözü nəzarət edir. Bu cür mədəniyyət təmsilçiləri xalq
qarşısında, “ağsaqqal – avtoritet” önündə daim daxili hesabat
verirlər. Hər hansı bir qərarı qəbul edərkən öz-özlərindən soru-
şurlar: “Mən bunu belə etsəm, görəsən, el nə deyər? Xalq bunu
265
alqışlayarmı?” Yalnız cavab müsbət olanda qərar qəbul edilir
və hərəkətə gətirilir.
Bu cür mədəniyyətdə insanın
özü bir fərd kimi, onun da-
xili vicdan səsi və müvəffiq olaraq şəxsi məsuliyyət hissi,
demək olar ki, istisna olunur. Əxlaq meyarlarını qədimdən
gələn adət və el tələbləri müəyyənləşdirir. Sözün qısası, “ar mə-
dəniyyəti”ndə insan vaxtilə qəbul olunmuş çərçivə içərisində
dolanır. Yəni ilk baxışda o elə bir vəziyyətdədir ki, zahirən
güya sərbəst hərəkət edir, amma yerləşdirildiyi
çərçivə hüdud-
larından kənara çıxa bilmir. Həmin mədəni məkanın sərhədləri-
ni qoruyaraq el qarşısında onun üzü nə qədər ağdırsa, xalqın
gözündə nə dərəcədə nümunəvidirsə, qərar seçimində bir o
qədər məhduddur. Ən azından elin gözü, xalqın sözü onun bü-
tün qərarlarına güclü təsir edir.
Şərti olaraq “cinayət mədəniyyəti” adlanan mədəniyyətdə
hər şey bunun əksinədir: Qəhrəman hamılıqla qəbul olunmuş
davranış qaydalarına qarşı çıxır. Onun
hərəkətlərini daxili vic-
dan səsi müəyyənləşdirir. Əgər belə hal ümumi milli mədəniy-
yətin təyinedicisi deyilsə, ictimai adət və oturuşmuş davranış
qaydalarının tərəfdarı olan kütlə ilə “cinayət mədəniyyəti”nin