266
təmsilçisi kimi çıxış edən fərd arasında ziddiyyət yaranır. El
göz bəbəyi kimi qoruduğu yaşam etiketini pozduğuna görə onu
öz içərisindən qovmağa, təcrid etməyə səy göstərir.
“Cinayət mədəniyyəti”ndəki “cinayət” toxunulmaz davra-
nış çərçivəsinin, müqəddəs milli mədəniyyət sahəsinin sərhəd-
lərinin pozulmasından ibarətdir. Bu halda əsas aparıcı qüvvə,
hər şeyin mərkəzində duran amil şəxsiyyət və onun daxili
iradəsidir. Belə insan kütlənin sərt şərtlərini nəzərə almadan öz
daxili səsinin buyruğuna əməl edərək yeni davranış normaları
tədbiq etməyə, öz əqidəsindən dönməməyə çalışır.
Zənnimcə, Şərq və Qərbin qovşağında, bir yandan Asiya-
nın, digər tərəfdən Avropanın astanasında yaranan gürcü mədə-
niyyətinin mənəvi-tipoloji təmayülünü müəyyənləşdirərək, o,
əsasən “ar mədəniyyəti”nə, qismən “cinayət mədəniyyəti”nə
aiddir desək, səhvə yol vermiş olmarıq.
Əgər gürcü mədəniyyəti ilə qonşu Azərbaycan mədəniy-
yətinin arasında oxşarlıq varsa, o da onun “ar mədəniyyəti”nə –
avtoritar təfəkkürə əsaslanan “ar mədəniyyəti”nə yaxınlığındadır.
Ədəbiyyat xalqın mənəvi xəzinəsi,
ruhunun güzgüsüdür
Sözü gedən gürcü mədəniyyəti barədə mülahizə yürüdə-
rək, gəlin onu konkret faktlarla sübuta yetirək.
Yəqin mənimlə razılaşarsınız ki, istənilən durumun ən dü-
rüst göstəricisi onun mənəvi xəzinəsi, ruhunun güzgüsü xalqın
ədəbiyyatıdır, xüsusilə də klassik ədəbiyyat.
Bu baxımdan özündən sonrakı gürcü ədəbiyyatına, mədə-
niyyətinə və milli təfəkkürə güclü təsir göstərən intibah dövrü-
nün parlaq nümayəndəsi Şota Rustaveliyə müraciət etsək, düz-
gün olardı. Rustavelinin “Pələngdərili cəngavər” poemasında,
doğrudan da eyni zamanda iki – fərdi və kütləvi mədəni başlan-
ğıc özünü göstərir. Başqa sözlə, bu dahi şair sonradan bütün
267
gürcü mədəniyyətini, milli düşüncə tərzini müəyyənləşdirəcək
iki mədəni mövqenin təməlini qoyur.
“Pələngdərili cəngavər”in baş qəhrəmanlarından biri olan
Tariyel yadelli yeznənin, yad mədəniyyət təmsilçisinin onların
həyatına daxil olmasının, milli mədəniyyət məkanına yabançı
çaların əlavə olunmasının, şahzadə qıza evlənib, sonradan isə
taxt-taca qanuni varis olmasının qarşısını almaq məqsədi ilə ge-
cəykən gəlib günahsız yeznəni qanına qəltan edir. Halbuki şa-
hın yeganə qızı Nestan Darecanın nikahı məsələsinin müzakirə-
sinə ölkənin əmirbarı kimi Tariyel də dəvət edilmişdi və öz
mövqeyini dinc danışıq zamanı açıqlaya bilərdi. Şahzadə qızı
onun özü sevdiyini, yadelli kürəkənə ehtiyac olmadığını bəyan
edə bilərdi. Amma o belə etmədi və yazıq günahsız yeznəni
toyqabağı qətlə yetirdi.
Sozsüz ki, Tariyelin bu hərəkəti xalqın yadı öz içinə daxil
etməmək rəyinə, özünü müəyyən bir mədəni məkanın hakimi-
haqqı sayaraq, özgəni həmin sahəyə buraxmamaq üçün həmişə
daxilən şahə qalxan kütlənin istəklərinə uyğun bir hərəkətdir.
O, həmin vəziyyətdə başqa cür hərəkət etsə idi, ümumsəltənət
iradəsinə uyğun olmazdı.
Əlbəttə, Tariyel şahzadə qızın gələcək nigahına həsr olu-
nan saraydakı məşvərətdə ürəyini şaha açaraq onu öz eşqindən
agah etsə, şah Xərəzm şahzadəsini kürəkən kimi dəvət etməzdi,
nəticədə nahaq qan tökülməz, nəzərdə tutlan toy vaya dönməzdi.
Amma bu, necə deyərlər, effektli olmazdı, kütlənin yad kütlə
ünsürlərinə olan mövqeyini bütünlüklə təzahür etdirə bilməzdi.
Fəqət “ar mədəniyyəti”nin bütün sirri, kütlə həyatına
məna verən ümumi mədəni məkanın toxunulmazlığı uğrunda
tökülən əcnəbi qandadır, yad ünsürün daxilə buraxılmamazlı-
ğındadır. Həmin əcnəbi təcəvüzkar olmasa da, dəvətlə gətiril-
miş olsa belə, doğma mədəni məkanı hər hansı müdaxilədən
qoruyub saxlamağa yönələn şüur üçün bu normaldır.
Həmin günahsız adamın qətli, nahaq qan, əsərdə cəryan
edən bütün hadisələrin, o cümlədən Tariyellə onun sevgilisi
268
Nestan Darecanın düçar olduğu çümlə əzab-əziyyətlərin əsasını
və təməl daşını təşkil edir.
Renessans dövrünün səciyyəvi nümayəndəsi olan Şota
Rustaveli yaxşı bilir ki, səltənət uğrunda olsa belə, nahaq tökü-
lən qan, onu tökənlərin hədsiz əzab-əziyyətləri ilə batilləşməli-
dir. Belə ki, Tariyel yalnız öz qan-yaşı ilə yuyandan sonra səa-
dətə qovuşur.
Əmirbar Tariyel məmləkətdə olmadığı müddətdə onun
xalqının başına gələn müsibətlərdən sonra əsərin xoşbəxt sonlu-
ğu bir növ ona dəlalət edir ki, qəhrəmanı yetişdirən mədəni mü-
hitin rəyinə görə, el yolunda tökülən hər hansı qan, əvəzi qanla
ödəniləndən sonra bəraət qazanır.
Bu, ümumxalq mövqeyi ilə yanaşı, artıq qeyd etdiyimiz
kimi, Rustavelinin ölməz əsərində başqa bir mövqenin də təmə-
lini qoyur. Sözügedən mövqe poemanın digər baş qəhrəmanı
Aftandilin simasında və hərəkətində öz əksini tapır.
Padşahın istəyi və vurğunu olduğu sultanə Tinatinin tap-
şırığı ilə yad cəngəvəri (Tariyeli) tapıb öz vətəninə qayıdan sər-
kərdə Aftandili nə hökmdar, nə də saray adamları bir daha
məmləkətdən kənara buraxmaq istəmirlər. O isə ayrılarkən Ta-
riyelə vəd verir ki, hökmən qayıdıb sevgilisini axtarmaqda ona
yardımçı olacaqdır.
Vəziyyət lap gərginləşir. Aftandil görür ki, onun geri get-
məyi çox müşkülləşir, çünki bu, həm xalqın, həm də xalqın
iradəsini özündə cəmləşdirən padşahın istəyinin əleyhinədir.
Amma hökmdarın icazəsini heç bir vəch ilə əldə edə bil-
məyən Avtandil belə qərara gəlir ki, öz vicdanının səsinə qulaq
assın, onun dediklərinə əməl etsin. Belə ki, ümumkütləvi iradə
ilə fərd iradəsinin qarşıdurmasında bu dəfə fərdin iradəsi qələbə
çalır. Beləliklə, sonradan öz inkişafını böyük gürcü şairi Vaşa
Pşavelanın əsərlərində tapacaq başqa bir mədəni mövqenin
əsası qoyulur.
Dostları ilə paylaş: |