254
Şahin MUSTAFAYEV, tarix elmləri namizədi:
–Mən Süleyman müəllimə təşəkkür edirəm.
Mən 1984-cü ildə ilk dəfə EA-na gələndə o, yenə etnoge-
nezis haqqında müzakirələr aparırdı. Bu gün xəyalən o dövrlərə
qayıtdım.
Mənim sizə bir sualım var: Türk olmaq sizə görə nə de-
məkdir? Yəni türk olmaq bir genetik, bioloji varlıqdırmı, yoxsa
milli şüurdur? “Köküng kim” deyəndə nə nəzərdə tutulurdu?
Professor Süleyman ƏLİYARLI:
–Mahmud Kaşkarlı “Köküng kim?” sualı ilə türk kimliyi,
türk varoluşunu nəzərdə tuturdu. Haqlısınız, məsələnin yalnız
genetik tərəfi deyil, düşüncə və mənəviyyat aspekti də var. Ni-
kola Sarkozi Macar kökənli birisi, amma mənəviyyatca tam bir
fransız “Mşak” qəzetinin (XIX y.) redaktoru Qriqor Arsruni qa-
raçı (çigənə) nəslindən, təbliği yazıları ilə Daşnak düşüncəsinə
təməl atanlardan biri, yəni erməninin ermənisi. Yeri gəlmişkən,
müəlliflərimizdən biri Dağlıq Qarabağ ermənilərini albanlar
kimi təqdim etməkdə israrlıdır. Məncə, yalnız xəstə təxəyyül ilə
bu gün bunu yazmaq olar. Sözün qısası, “Köküng kim?” sualı
ilə həm də özünü dərketmə, özünü türkbilmə mövzusu nəzərdə
tutulur.
Güllü YOLOĞLU, tarix elmləri doktoru:
–Mən də maraqlı mövzuda məruzə etdiyinə görə Süleyman
müəllimə təşəkkür edirəm. O, bu mübahisəli məsələyə xeyli ay-
dınlıq gətirməyə çalışdı. Amma məncə, bəzi məsələlərə də ay-
dınlıq gətirilməsi lazım gəlir. Məsələn, tarixi əsərlərdə uyğurların
da bu ərazilərə gəlməsi yazılır. Yaxud qıpçaq məsələsi bir az
255
diqqətdən kənarda qalır. Başqa bir sual türklərin bu ərazilərdə
əvvəldən yaşaması, ya da sonra gəlməsi ilə bağlıdır. Mən Sü-
leyman müəllimin bu məsələlərə münasibətini bilmək istəyirəm.
Professor Süleyman ƏLİYARLI:
–Məncə, nə üçün burada Qıpçaq və ya Uyğur türklərindən
ayrıca söz açılmaması artıq aydındır. Türklərin əvvəldən burada
yaşaması mövzusuna isə artıq toxundum. Təşəkkür edirəm.
256
ONUNCU
MƏCLİS
2007-ci il mayın 8-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 10-cu toplantısı oldu.
“Gürcü xalqının mədəniyyəti və milli psixologiyası: müqayi-
səli təhlil” mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə
bu dəfə də müxtəlif elm və təhsil müəssisələrindən dəvət olun-
muş mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə Universitəsin rektoru, professor
Hamlet İsaxanlı açdı.
257
Etnopsixologiya xalqın ruhunun
öyrənilməsidir
Professor Hamlet İSAXANLI:
–Əziz dostlar!
“Elm və sənət məclisi”nin
hörmətli qonaqları!
Payızda başladığımız görüş-
lərin, seminarların bu gün sayca
onuncusudur. Onluq say sistemin-
də ilk ikirəqəmli ədədə çatdıq. Bi-
lirsiniz ki, hər on məclisin mate-
rialları bir kitab olacaq. Yəni bu-
günkü məruzədən və müzakirədən
sonra həmin kitab çapa hazırlana-
caq və bu, ümid edirəm ki, davam
edəcək.
Çalışırıq ki, müzakirəyə çıxardığımız mövzular rəngarəng
olsun. Mövzu məhdudiyyətimiz yoxdur. Mövzunun maraqlı,
cəlbedici, düşündürücü olması kifayətdir.
Bu gün biz “Gürcü xalqının mədəniyyəti və psixologiyası:
müqayisəli təhlil” mövzusuna müraciət etmişik. Elmi baxımdan
bu, etnopsixologiyaya aid olan bir mövzudur. Yəni müəyyən
mənada, xalqın ruhunun öyrənilməsidir. Xalqın milli xüsusiy-
yətlərini, düşüncə tərzini, özünüdərkini, adət-ənənələrini, arzu-
sunu, istəyini, arxetiplərini, qürur və iradəsini, milli dəyərlərini,
xarakterini başa düşmək istəyirik. Adətən, bunlar müqayisələr
nəticəsində ortaya çıxır. Birinin dəyərlərindən, xarakterindən
danışanda onu başqaları ilə müqayisə etmək, başqalarından
fərqləndirmək lazım gəlir. İstər-istəməz müqayisəli təhlil apar-
maq ehtiyacı yaranır.
Etnopsixologiya barədə tarix boyu müxtəlif fikirlər, ba-
xışlar olub. Qədim Yunanıstandan başlayaraq filosoflar bu mə-
258
sələyə daha çox münasibət, fikir bildiriblər (Sokrat, Platon,
Ksenofont, Herodot, Hippokrat və s.). Onlar həmişə qonşu
xalqları müşahidə eləyəndə orada tək tarixi hadisələri qeyd et-
məklə kifayətlənmir (məsələn, İranlılarla müharibədə), o xalq-
ların xarakterini öyrənməyə, hətta bu xarakteri yaradan sə-
bəbləri araşdırmağa cəhd edirdilər. Səbəbləri də onlar daha çox
coğrafi mövqe və şəraitdə görürdülər (coğrafi determinizm):
bu, Şərqdə bir cür, Qərbdə isə başqa cür olur, dağda bir cür,
düzdə başqa cür olur və s... Bir sıra nəzəriyyələrdə bunu iqlim-
lə, iqlim zonaları ilə əlaqələndirirdilər. Belə yanaşma xüsusilə
orta əsrlərdə geniş şəkil almışdı. Qədim Şərq mütəfəkkirlərinin
əsərlərində xalqların ruhu, düşüncə tərzi, mədəniyyəti haqqında
fikirlərə rast gəlinir.
Müasir dövrdə də bu məsələyə böyük diqqət yetirilir.
XVIII əsrdə başlanan tədqiqatlar get-gedə güclənmiş,
XIX əsrdə xalqların psixologiyası, xarakteri artıq bir elmi cərə-
yan kimi formalaşmağa başlamışdı. Yenə də əsas rol filosoflara
məxsus olmuşdur. XIX əsrin ikinci yarısında almanlar “Etno-
psixologiya və dilçilik jurnalı” adlı dərgi çıxarmağa başladılar.
Bu, müasir etnopsixologiya elminin başlanğıcı kimi qəbul olu-
nub. Burada faktlar toplanılır, onların yekun təhlili verilirdi.
Sonra sistemləşdirmələr və elmi inkişaf cəhdləri başladı. Am-
ma, qəribə də olsa, bu elm nə tarixdir, nə fəlsəfə, nə də riyaziy-
yat. Məncə, bu, hələ bitkin bir elm şəklini almayıb. Məsələn,
müasir psixologiyanın çox ciddi sahələri var ki, artıq o bölüm-
lər özləri ciddi bir elm şəklini alıb. Onlar bu gün çox dəbdə
olan sahələrdir. Etnopsixologiya isə bir növ ümumi faktları
qeydetmə, təhliletmə formasında qalıb. Bu da ondan irəli gəlir
ki, ayrı-ayrı fərdlərin psixologiyasını öyrənməklə xalqın psixo-
logiyası, xarakteri barədə geniş və dərin ümumiləşmələr etmək
olmur. Çünki xalq özü həmcins deyil.
Xalq müxtəlif fərdlərdən ibarətdir. Məsələn, mümkündür
ki, düşüncə tərzi mənə yaxın olan və Çində yaşayan bir adamla
(məsələn, riyaziyyatçı alimlə) mənim ünsiyyətim daha yaxşı
alınsın, nəinki mənim bəzi azərbaycanlılarla ünsiyyətim. Dü-
Dostları ilə paylaş: |