282
dır. Azərbaycan, gürcü, erməni xalqları bir təbiətin övladlarıdır,
bizi bir təbiət yetişdirib. Buna görə biz mənəvi cəhətdən, sənət
baxımından, hətta elmi inkişaf baxımından bir-birimizə çox ya-
xın millətlərik. İndi siyasətçilər meydana çıxıb camaatı bir-bi-
rinə qırdırırlar. Götürün, musiqimizi... Gürcülərin də aşıqları
var, bizim folklorumuzu öyrənirlər, bizə də xoş gəlir. Gürcülər
“Koroğlu” dastanını da gözəl öyrəniblər, onun əsasında elmi,
bədii əsərlər yazıblar.
Eyni zamanda ermənilər də Azərbaycan musiqisinə mü-
raciət edirlər. Quşqaryov familiyalı bir erməni musiqişünas-nə-
zəriyyəçi erməni musiqi tarixini yazıb. Bu erməni musiqi tarixi
ikicildlikdir, özü də bu 1945-ci ildə Moskvada çap olunub. Bi-
zim Elmlər Akademiyasının kitabxanasında var idi, amma son-
ra harasa köçürdülər. Bir cilddə Azərbaycan türkcəsində həm
şeir deyən, həm sazda çalıb-oxuyan erməni aşıqlarından bəhs
edilirdi. Bu aşıqlar XIV əsrdən başlayıb ta XX əsrədək gəlir,
yəni bu, mədəni yaxınlıqdı. Bayaq dediyim mədəniyyətin me-
yarının göstəricisi budur.
Mədəniyyət insan zəkasının məhsuludur. İstər insan onu
qələmi, fırçası ilə yarada bilər. Bu, onun ağlının, zəkasının
məhsuludur. Allah bizə bu zəkanı, idrakı, bu yaradıcılığı nə
üçün verib? Yalnız insanların bəşəri birliyi üçün. Sağlam ağıl
insanları birləşdirər, xəstə ağıl isə parçalayar, ayırar. İnsanın
ağlı, idrakı, mədəni inkişafı, daxili dayağı bütün bəşəri birləş-
dirməkdir. Amma indi bəşər görürsünüz ki, nə gündədir. Niyə?
Çünkü Allahın verdiyi ağlın qayəsinə xəyanət var, Allahın
verdiyi ağlın, idrakın yoluna xəyanət var.
Qədimlərdə: “Bəşər necə inkişaf edir?” – sualı qoyurdu-
lar. Bəşər üç şeyə görə yaxşı inkişaf edə bilər və üç şeyə görə
də geri qala bilər. Birincisi, onun yaddaşıdır, indiki söhbətimiz-
dəki milli yaddaş. Məsələn, Sokrat deyirdi: ”Mən Allahıma üç
şeyə görə borcluyam, üç şeyə görə dərindən təşəkkür edirəm:
məni insan yaradıb, məni kişi yaradıb, məni yunan yaradıb”.
Bu, Sokratın sözüdür, özü də, bilirsiniz ki, Sokrat yunan fəlsəfə
283
məktəbinin ağsaqqalı olub. Bu mənada gürcünün psixologiyası
elə bizim psixologiyamız kimidir. O, millətin daxili bioqrafiya-
sı var: bir onun daxili bioqrafiyasi var, bir də onun zahiri bioq-
rafiyası. Məsələn, mən özüm haqqında iki cür düşünə bilərəm,
bir ətrafıma baxıb mənim haqqımda deyilənlərdən nəticə çıxa-
raram, bir də mənim içərimdə o daxili “mən”ə qulaq asaram. O
içəridə olan “mən”in bir səsi var – vicdan səsi. İnsan üçün, xalq
üçün əsas o vicdanın səsidir. Bu, daxili səsdir, bizim mənəvi
dayağımızdır. Mədəniyyətdə meyar o mənəvi dəyəri qorumaq,
o mənəvi dayağı saxlamaqdır. Mənəvi dayaq indi çox zəifləyib.
Niyə? Çünki nəsilləri qarşı-qarşıya qoyublar. Mən hər dəfə
deyirəm: bugünkü demokratiya deyir ki, sən aşağıda nə qədər
danışırsan danış, mən yuxarıda öz istədiyimi edəcəm.
Hamlet müəllimə demişəm ki, gənclər oturub burda, hə-
mişə bizim məclisimizdə olublar, bunların arasında bir körpü
müəyyənləşdirək. Görək onlarla bizim aramızda mənəvi körpü
uçub, yoxsa qalır? Mədəniyyət burdan başlamalıdır. Həmişə de-
yirlər ki, iqtisadiyyat hər şeydən öndədir. Mən etiraz eləmirəm,
iqtisadiyyat əvvəldir, amma bu iqtisadiyyatdan istifadə eləməyə
intellektual səviyyə lazımdır, ya yox?! İntellektual səviyyə, mə-
dəni səviyyə, mənəvi səviyyə iqtisadiyyatın da açarıdır, hər
şeyin açarıdır. İkincisi də mədəniyyətin inkişafında iqtisadi
amillər rol oynayır.
Mən bir məsələyə toxunmaq istəyirəm: bizim mədəniyyət
haqqında istər elmi, istər bədii cəhətdən yazan müəlliflərimiz
çox olub. Yəqin ki, Cəlil Məmmədquluzadənin “Anamın kita-
bı” əsərini hamınız oxumusunuz. Müəllif bizim indi gördüyü-
muz çox faciəli bir məsələni peyğəmbərcəsinə “Anamın ki-
tabı”nda o zaman görmüşdü – ziyalılar arasında parçalanma
var, hərə bir dilə çəkir. İndi də biri deyir “İngilis dili yaxşıdır”,
biri deyir: “Alman dili yaxşıdır”, biri deyir: “Rus dili yaxşıdır”
və hər tərəfin özünün bir həqiqəti var. Yaxşı, bu qədər həqiqət
olan yerdə nəyi təsdiq edə biləcəyik?! Tolstoyun bir gözəl sözü
var, deyir: “Yüz həqiqət danışmaq istəsəniz, onun arasına bir
284
yalan keçsə, o doxsan doqquzunu da bütünləşməyə qoymaya-
caq”. Ona görə milləti müəyyən milli ideya əsasında, milli tə-
fəkkür əsasında, həqiqət əsasında birləşdirmək lazımdır. Bir hə-
qiqət hər kəsin özü üçündürsə, hər kəsin xüsusi mülkiyyəti-
dirsə, onda kimə lazımdır bu mədəniyyət? Onda kimə lazımdır
bu elm, bu bilik? Mən deyəcəm: “Mənim həqiqətim doğrudur”,
sən deyəcəksən ki, sən deyən həqiqət daha doğrudur və bir-
birimizlə münaqişəyə başlayacıyıq. Ona görə mədəniyyətin
birliyi üçün bir meyar var – o da dediyimiz vəhdət meyarıdır.
Onu bizim təfəkkür sahiblərimiz deyiblər, biz də onu həmişə
təkrarlamışıq. Mən də ağsaqqal kimi bu birliyi istəyirəm və
buna çalışıram.
Sağ olun.
İmir MƏMMƏDLİ:
– Çıxışımda dedim ki, gürcü mədəniyyəti ilə bizim
mədəniyyət arasında bir oxşarlıq varsa, o da onların hər ikisinin
ar mədəniyyətinə, yəni avtoritar təfəkkürə daha yaxın olması-
dır. Mən belə düşünürəm ki, ümumiyyətlə, biz mədəniyyətləri-
mizdə oxşarlıqdan daha çox fərqli cəhətləri axtarmalıyıq. Biz
ayrı-ayrı mədəniyyətlərin nümayəndələri kimi – mən bir azər-
baycanlı, azəri türkü kimi, o biri gürcü kimi, bir başqası rus
kimi və s. kimi bir araya gəlməliyik. Belə olan halda biz ayrı-
ayrı mədəniyyətlərin bir çələngini, vəhdətini yarada bilərik.
Amma biz yalandan oxşarlıq axtarsaq, o qədər də çox şey əldə
edə bilmərik. Hər halda, biz iki fərqli sivilizasiyanın təmsilçi-
ləriyik – İslam və xristian sivilizasiyaları. Bir də aşıq sənəti ilə
bağlı bir neçə kəlmə demək istəyirəm. Əlbəttə, ermənilərdə də,
gürcülərdə də aşıqlar var idi. Bu, sadəcə olaraq, bizim ümumi
mədəniyyətimizdən xəbər vermir. Bu, bizim mədəniyyətimizin
onların mədəniyyətinə təsirindən xəbər verir. Bir daha bizim
mədəniyyətimizin nə qədər güclü olduğunu təsdiq edir.
Dostları ilə paylaş: |