279
şəraitdə, bir-birinə qəti mane olmadan öz müqəddəs missiya-
larını həyata keçirirlər. Bu, əsrlər ərzində də belə olub.
Əsas mövzumuza qayıdaraq qeyd edim ki, bu yerdə gürcü
xalqının mühüm bir xarakterinin də üstünə gəldik. O xarakterin
ki, tarix boyu dinlə, dillə yanaşı, bəlkə də dini faktlardan da,
ana dili amilindən də daha çox bu xalqın varlığını qoruyub sax-
layıb bu günümüzə gətirib çıxarıbdır.
Həmin milli xarakter, tarixi xüsusiyyət əsl gürcünün tole-
rantlığı, özgənin sevincini, qəmini bölüşə bilməsi, başqasının
ağrısıyla ağrıya bilməsi, acısına acımasıdır.
Hələ orta əsrlərdə yaranmış, daha doğrusu, xalqın dilindən
qopmuş və bu baxımdan xalqın mənəvi impulsunu özündə əks
etdirən “Oğlanla bəbir” poeması buna gözəl dəlildir. Həmin poe-
mada qanlı savaş zamanı oğlan bəbiri, bəbirsə oğlanı öldürür.
Həlak olmuş oğlanın anası dil deyib ağlayarkən xatırlayır
ki, savaşda bəbir də ölüb, bəbirin də anası var. O, cənazənin
üstündən durub bir ana kimi gedib bəbirin anasına başsağlığı
verir. Həmin əsərdə nəql olunan hadisədən sonra əsrlər keçir.
XX əsrin sonunda öz müstəqilliyi uğrunda meydana çıxan gür-
cüləri dağıdarkən Sovet Ordusu qan tökür, öz milli haqlarını tə-
ləb etdikləri üçün xeyli adamı qanına qəltan edir.
Həmin qanlı aprel hadisəsindən beş gün sonra bir nəfər
gürcü qızı yazıçı Naira Qelaşviliyə qorxa-qorxa etiraf edir ki,
kilsədə şamlar yandırıb. Amma o, şamları təkcə 9 aprel gecəsi
meydanda həlak olan gürcü şəhidlərinin ruhlarını yad etmək
üçün yox, həm də onları qİran sovet əsgərləri üçün də yandı-
rıb... Qız deyir: “Mən Allaha yalvardım ki, İlahi, sən onların
günahından keç, elə et ki, nə etdiklərini dərk etsinlər, bir daha
belə faciəyə yol verməsinlər...”
Həmin günlərdə yazıçı Quram Doçanoşvili, sözsüz ki, o
qızın etdiklərindən xəbərsiz, hekayə yazır, həmin hekayənin baş
qəhramanı, qanlı aprel gecəsi şəhid olan qızlardan birinin ruhu
tanrının qarşısında dizüstdə çöküb, ondan onu öldürəni bağışla-
mağı, nadan əsgərin günahından keçməyi rica edir.
280
Mənə elə gəlir ki, əvvəldə dediyim kimi, öz milli-mədəni
məkanını göz bəbəyi kimi qoruyan gürcü xalqını da, Gürcüstanı
da hər şeydən öncə onun əsrlərcə yaşayan, Tanrıya çox xoş ge-
dən bu ali xarakteri, həyata, aləmə rəhmdil məhəbbətlə səciyyə-
lənən xüsusiyyəti və başqasının ağrı-acısını özününkü qədər du-
yub-hissetmə qabilliyyəti qoruyub saxlayıbdır. Öz cismanı varlı-
ğını, məmləkətinin sərhədlərini və milli-mədəni məkanını əsrlər
ərzində qılıncla, qalxanla qoruyan gürcü xalqının qəlbində pa-
ralel yaşayan bu kosmik xislət böyük anlamda bütün qılınclardan
kəsərli, bütün qalxanlardan mətin, bütün silahlardan güclüdür.
Zənnimcə, bu mürəkkəb dövrdə öz gələcəyi barədə, öz
milli-mədəni məkanının sabahı haqda düşünən gürcü milləti də,
həmin məkanda şair demişkən, onlarla “iç-içə yaşayanlar” da
məhz bu ali xüsusiyyətə, bir hektar ərazidə üç dinin müqəddəs
məbədlərinin yanaşı yaşamasının sirrinə, özgənin sevincinə se-
vinmə, acısına acıma qabiliyyətinin əzəmətinə, düşmənçiliyi öz
qəlbgenişliyi ilə kiçildən, onun dostluğa gətirib çıxaran insanın
böyüklüyünə istinad etməlidilər.
Çox sağ olun!
Professor Hamlet İSAXANLI:
–Çox sağ olun, İmir müəllim!
Çox maraqlı bir çıxış oldu. Mən görürdüm ki, hər kəs
çıxışınızı çox diqqətlə dinləyir. Bilirəm ki, sizə müxtəlif suallar
olacaq və çıxışınıza münasibət bildiriləcək. Odur ki, birbaşa
müzakirələrə keçək. Buyurun, Camal müəllim!
Mədəniyyətin mənəvi-əxlaqi təməli var
Professor Camal MUSTAFAYEV:
– Hamlet müəllim, çox sağ olun.
Doğrudan da maraqlı mövzudur. Bizim qonşu millətlərin
bir-birinə münasibətlərində müəyyən anlaşılmazlıqların meyda-
na gəldiyi bir dövrdə hər hansı bir xalqın psixologiyasının
281
Azərbaycanın psixologiyasından fərqliliyini öyrənmək, mənə
belə gəlir ki, zamanın tələblərinə uyğundur. Belə bir mövzunu
müzakirəyə çıxardığına görə Hamlet müəllimə minnətdarlıq
bildirirəm. Ancaq bilirsiniz ki, mənim sahəm fəlsəfədir.
Hamlet müəllim də çıxışında qeyd etdi ki, məsələ tarixən
qədimdir, hətta bu məsələni qədim yunan fəlsəfəsində də qo-
yurdular. Şeirin, mədəniyyətin, sənətin bütövlükdə inkişafı nə-
yə gətirib, bunun meyarı nədir?
Ona görə məsələni mən belə qoyuram: Mədəniyyət me-
yarı nə deməkdir? Mədəniyyət meyarını biz necə anlamalıyıq?
Bu məsələ tarix boyu müzakirə olunub. Jan Jak Russonun
bu mövzuda əsəri də var və orada belə bir sual qoyur: “Tarixdə
mədəniyyətin, sənətin inkişafı insanın əxlaqını kamilləşdirdi-
mi?” və cavab verir: “Yox, əksinə”. Maraqlıdır, Russo tamam
əksinə cavab verir ki, mədəniyyətin inkişafı, elmin inkişafı get-
dikcə xalqın kamilləşməsinə, təkmilləşməsinə mənfi təsir göstə-
rir. Tarix bunu gözümüzün qabağındaca doğrultdu. Ancaq mən
“mədəniyyət” sözünün yanında bir “sivilizasiya” sözü də işlət-
mək istəyirəm ki, onları bir-birindən fərqləndirək.
Məncə, söhbəti burdan başlamalıyıq, çünki bu saat Avro-
pada “mədəniyyət” sözündən daha çox “sivilizasiya” sözü işlə-
dilir. İndi hətta bizim millət vəkillərimiz də bu sözdən çox is-
tifadə edirlər: “Sivil ölkələrdə bu məsələyə belə baxırlar, mən
də belə baxıram”. Amma başa düşmürlər ki, mədəniyyət nədir,
mənəviyyat nədir?
“Sivil” sözü tərcümədə “şəhər” mənasını verir. Yəni mə-
dəniyyət şəhərdə formalaşan, şəhərdə inkişaf edən bir sahədir.
Mədəniyyətin mənəvi-əxlaqi təməli var, sivilizasiya isə daha
çox texniki təməllərə əsaslanır. Avropa bu saat sivilizasiyanın,
yəni texnikanın arxasında durub Şərqin mənəvi mədəniyyətinə,
əxlaqi mədəniyyətinə əməlli-başlı təsir göstərir, bu bizim gözü-
müzün qabağındadır, faktdır. Ona görə Azərbaycan, gürcü, er-
məni mədəniyyətlərindən söhbət gedəndə bunların psixologiya-
sındakı fərqləri yox, bir sıra yaxınlıqları ortaya qoymaq lazım-
Dostları ilə paylaş: |