285
Sırf gürcü mahnılarına gəldikdə isə qeyd etməliyik ki,
onun nə dərəcədə özünəməxsusluğu, bənzərsizliyi, son dərəcə
milliliyi dünyaya məlumdur.
Xristianlıqdan sonra
gürcülərin qoruyucu elementi dil oldu
Professor Hamlet İSAXANLI:
– Deyərdim ki, çox gözəl müzakirə gedir. Gürcülər qə-
dimdən həmişə bizim qonşumuz olub. Çox məsələləri bir-birinə
yaxın vaxtlarda və bir-birinə yaxın tərzdə həll etmişik. Amma
tarixən onların dilə necə həssas yanaşdıqları da bizim gözümü-
zün qabağında olub. Sovet dövründə də gürcülər dilə həssas
olublar, hətta üsyan qaldırıblar.
İmir müəllim çox yaxşı izahat verdi ki, xristianlıqdan əla-
və, ruslarla birləşəndən sonra qoruyucu element, millətin müqa-
vimət elementi dil oldu. Bu məsələdə mənim başqa bir izahım
da var. Baxın, gürcü dilinin yaxşı inkişaf etdiyi bir dövrdə –
Rustaveli dövründə qoruyucu element olan xristianlıq da var
idi. Amma Rustaveli gürcü dilində gürcülərin ən qüvvətli əsəri-
ni yazdı. Gürcü dili artıq XII əsrdə özünün böyük əsərlərindən
birini yaratdı. Bilirik ki, bizim böyük ədiblər o dövrdə, hətta
ondan xeyli sonralar da fars dilində yazırdılar.
Bunun bir izahı olmalıdır. Mən buna tərcümə məsələləri
ilə əlaqədər bir yazıda ötəri toxunmuşdum. Məncə, xristian və
İslam mədəniyyətlərinin müəyyən fərqləri burada rol oynayıb.
İslam mədəniyyətinin mərkəzində Quran dayanırdı. Quran de-
yirdi ki, Allah onu ərəb dilində göndərib və onu elə ərəb dilində
oxumaq lazımdır. Ona görə orta əsrlərdə uzun müddət Quranı
heç tərcümə etmirdilər və tərcümə edəndə də deyirdilər ki, bu
bir izahdır, şərhdir, sətiraltıdır. Məncə, bu səbəbdən Quran və
İslam dini milli dillərin inkişafına meydan açmırdı. Daha çox
ümumi ərəb dili, ümumi müsəlman ümməti, ümumi mədəniy-
286
yət var idi və ona görə müsəlmançılıq baxımından ayrı-ayrı dil-
lərin inkişafına dərin ehtiyac duyulmurdu.
Xristianlıq isə bütün aparıcı Avropa xalqlarının dillərinin
inkişafında çox böyük və həlledici rol oynadı. Məsələn, alman
dilinin inkişafında Martin Lüterin xidməti əvəzsizdir. Onun
“Bibliya”nı (“İncil”i) alman dilinə çevirməsi misilsiz bir işdir.
Hesab edirlər ki, o, müasir alman dilinin atasıdır. Elə bir savadlı
alman yox idi ki, “Bibliya”nı oxumasın. Əksəriyyətin oxuduğu,
əzbərlədiyi bir əsəri Martin Lüter canlı danışıq almancasında
ilk dəfə yazdı və bu, alman dilinin ümumi inkişafına böyük
təsir göstərdi. Eyni şeyi ingilislər, fransizlar haqqında da deyə
bilərik. Hamı o dini əsəri çevirib öz dilində oxuyurdu və bu
savadlılığı daha da genişləndirirdi. Bu əsər həm məktəblərdə
keçilir, həm də bütün xalq onu oxuyur və öz dilini inkişaf
etdirirdi.
Bizdə isə ərəb dilindən Azərbaycan türkcəsinə nəinki tər-
cümə etmirdilər, Quranı öz dilimizdə öyrənmirdilər, hətta o
ayinlər bu gün də ərəb dilində ifa olunur. Ona görə də bizim bir
çox ziyalılarımızın həyatı və fikirləri göstərir ki, (Sabir və baş-
qaları) bizi öz dilimizdə oxumağa, yazmağa qoymurdular. Mən-
cə, bu təsir qeyd olunmalıdır. Müsəlman cəmiyyətləri arasında
türk xalqında dilin qoruyucu vasitə olması farslardan bir qədər
zəif olub. İslam ora da gəldi, amma farslar öz inkişaf etmiş dil-
lərini, ədəbiyyatlarını ona qarşı qoydular. Ona görə Firdovsidə
antiislam ruhu var. Bu antiislam ruhu əslində o dili, mədə-
niyyəti qorumağa yönəlmişdi. Doğrudur ki, Firdovsi buna ifra-
tçılıqla yanaşırdı, o, iddia edərdi ki, səhrada yaşayan vəhşi
ərəblər gəldilər, bizim dərin mədəniyyətimizi, tariximizi zədə-
lədilər. Farslar dilə qarşı çox həssas olublar.
Burada belə bir süal da yarandı: Gürcüstan Qərbdir, yoxsa
Şərq? Gürcülər Qərb xalqıdır, ya Şərq xalqıdır? Bu məsələlər
də müzakirə olunmalıdır. Bu, Gürcüstanın özündə də müzakirə
olunur.
287
Yəqin hamı məşhur “Əli və Nino” əsərini oxuyub. Bilirsi-
niz ki, o əsəri yazan yəhudidir (Lev Nussimbaum), Azərbaycan
yəhudisi – ləqəbi Qurban Səiddir. Qurban Səid Azərbaycanı
qeyri-adi dərəcədə çox sevən bir müəllifdir. Özü də Azərbayca-
nın xalqının psixologiyasını, azadlığını, adət-ənənələrini, məsə-
lən, İrandakı “şaxsey-vaxsey”i, elə azərbaycanlı kimi bilir və
izah edir. Gürcülər haqqında deyir ki, onlar bir qədər başqadı.
O, Gürcüstana da yumorla yanaşır – oturub hər biri deyir ki, biz
knyaz nəslindənik, hər birimiz qədim nəsildənik. Nə bilim, o
hamam əhvalatları, yemək-içmək əhvalatları və s. Bugünkü
Gürcüstanda yaşayan da elə həmin o gürcü xalqıdır. Bununla
bərabər yazıçı deyir ki, onlar bir az qərblidirlər, amma tamam
qərbli də deyillər.
Gürcülər bir tərəfdən bizə həddindən artıq yaxındırlar,
müəyyən ortaq tərəflərimiz var, amma yəqin ki, müəyyən fərq-
lərimiz var. Biz onu da görməliyik, bunu da. Məsələn, konti-
nental Avropa xalqları da ingilislərlə həm bir-birlərinə yaxın
cəhətlərin, həm də bir-birlərinə uyğun gəlməyən cəhətlərin
olduğunu deyirlər. Fransız dilində bir ifadə var, ruslar da onu
bir ara işlədiblər. “Qonaq gəldi, salamlaşdı, oturdu, sagollaşma-
dan çıxıb getdi” hadisəsi barədə deyirlər: “İngilis gedən kimi
getdi”. Eyni ifadə ingilislərdə də var: “Fransız gedən kimi
getdi”. Yəni bu xalqların o biri xalqları xarakterizə etməsində
özünü dəqiq görməmək, başqasının cəhətlərini qabarıq, şişirdil-
miş şəkildə görmək, yəni bir sünilik də var. Ona görə deyirəm
ki, etnopsixolgiya ciddi bir elmə çevrilə bilmir.
Süleyman müəllim, buyurun!
Dostları ilə paylaş: |