275
Millətin xilaskarı – ana dili
Dediklərimi bir daha əsaslandırmaq üçün onu da qeyd
etmək yerinə düşərdi ki, gürcü ədəbiyyatında XIX əsrə qədər
heç yerdə tamada fenomeninə və sağlıqlara təsadüf etmirik.
Məsələn, VI əsrə aid edilən “Şuşanikin əzabları”nda personajlar
şərab içir, amma sağlıq demirlər. XII əsrin sonunda və XIII əs-
rin birinci yarısında yaşayıb-yaratmış dahi gürcü şairi Şota Rus-
tavelinin “Pələngdərili cəngavər” poemasının qəhrəmanları mü-
səlman olsalar belə, şərabdan və eyş-işrətdən imtina etmirlər,
amma süfrə arxasında heç bir sağlıq-filan söyləmir, təbii ki,
özlərini idarə etdirmək üçün tamada da seçmirlər.
XIX əsrdən etibarən isə Orbeliani, Akaki Sereteli və baş-
qalarının əsərlərində həm tamada peyda olur, həm də funksio-
nal məzmun kəsb edən sağlıqlar.
Öz qabığına çəkilib uydurulmuş “funksional yük” yaradan
gürcü təfəkkürünü belə vəziyyətdə qoruyub saxlayan nə oldu?
Belə düşünürəm ki, milli dil və hədsiz dərəcədə sevilən milli-
mədəni məkan. Süfrə arxasında sağlıqlar deyən gürcü xoşagəl-
məz gerçəklikdən qaçıb, bəlalı başını məhz milli dilin stixi-
yasında gizlətdi, öz mədəni varlığına orada sığınacaq tapdı.
Ümumiyyətlə, qeyd etməliyik ki, gürcü üçün ana dili hə-
mişə əziz olub, gürcü özünü daim onunla identləşdirib.
Hələ XII əsrdə Yunanıstandan Qurucu Davudun dəvəti ilə
köçüb öz tarixi vətəninə gələn gürcü filosofu Yohan Petrissini
soydaşları öz ana dilini yaxşı bilmədiyinə görə günahlandırırdı-
lar, bunu ona həmişə irad tutaraq bağışlanmaz qəbahət sanır-
dılar.
Maraqlıdır ki, analoji hal gürcü ziyalılarının həyatında
800 ildən sonra da yaşanıldı: Rusiyada təhsil almış, uzun illər
ərzində Avropada fəaliyyət göstərmiş görkəmli gürcü filosofu,
dünya fəlsəfi ictimaiyyəti tərəfindən qəbul olunmuş qeyri-
ordinar mütəfəkkir Merab Mamardaşvili Gürcüstan öz müstə-
qilliyini XX əsrin sonunda bərpa edəndən sonra vətənə qayı-
276
danda, öz xalqının qabaqcıl ziyalılarına mühazirələr silsiləsini
natiq məharəti ilə təqdim edərkən məlum oldu ki, o, yüksək
kateqoriyalardan bəhs etsə də, gürcü dilini yüksək səviyyədə
bilmir.
Ötən əsrin bu böyük ziyalısı öz ulu əcdadının taleyini bö-
lüşməli oldu. Ona qarşı ittihamlar irəli sürüldü, ana dilini “zəif”
bildiyinə görə qınandı, intellekt dünyasında onun gürcülərə gə-
tirdiyi başucalığı nəzərə alınmadı. (Bəlkə də bu cür ittihamla-
rın, qınaqların özülünü ziyalı qısqanclığı da təşkil edirdi). Nə-
ticədə həmin iradları həssaslıqla qəbul edən filosof dünyasını
vaxtsız dəyişdi.
Bu faktlar gürcü üçün ana dilinin nə dərəcədə qiymətli ol-
duğunu yaxşı göstərir. Gürcülər milli-mədəni sahənin əsas atri-
butlarından olan, bir çox hallarda həmin sahənin xilaskarına
çevrilən ana dilinin uğrunda sovet dövründə də barışmaz müba-
rizə aparırdılar. Elə həmin dövrdə məmləkət paytaxtının mərkə-
zində ana dilinə gözəl bir abidə də ucaltdılar.
277
Qısası, gürcü millətinin öz ana dili ilə belə bir yazılmamış
sazişi var: “Mən səni qoruyub saxlayacam, sən də məni qoru-
yub saxla”.
Biz təkcə qonşuluqda deyil,
həm də bir-birimizin içində yaşayırıq
Elə burada haşiyə çıxaraq onu qeyd edim ki, SSRİ dağı-
landan sonra Gürcüstanda, Borçalı bölgəsində yaşayan soydaş-
larımız gürcü dilini bilmədiklərinə görə ikitərəfli sərhəd arasın-
da qaldılar, bir yandan dövlət sərhədi, bir yandan da dövlət dili
sərhədi onları öz ağuşuna aldı. Zənnimcə, hazırda həmin bölgə-
də yaşayan azərbaycanlının qarşılaşacağı çətinliklərin böyük
əksəriyyəti onun bu iki sərhəd arasında vurnuxması ilə bağlı
olacaq. Çıxış yolu dil sərhədinin dəf edilməsində, yəni onun
öyrənilməsindədir.
Aksiomadır ki, müasir insanın özünü rahat, insan kimi
dərk etməsi üçün onun mənsub olduğu ictimai qrupun yaratdığı
siyasi-iqtisadi, hər şeydən öncə isə milli-mədəni məkan lazım-
dır. İnsan həmin məkanda özünü bu sahənin ayrılmaz hissəsi
kimi dərk edir. Onun xoşbəxtliyini və nikbin həyat enerjisini tə-
min edən də məhz bu dərketmə prosesidir. Həmin prosesdə bu
ya digər səviyyədə iştirak etmək üçün hökmən həmin məkanın
hakim dilini bilməli və o dildə danışanlarla ünsiyyət yaradaraq
özünü realizə etməlisən.
Əks təqdirdə, yəni başqa millətin yaratdığı milli-mədəni
məkanda əsas ünsiyyət vasitəsindən məhrum edilmiş müasir in-
san özünü daim narahat, yad kimi, yəni “oyundankənar vəziy-
yətdə” hiss edir. Bu da onun insan kimi tam açılmasında, öz im-
kanlarını həyata keçirməsində gizli çidara, maneəyə çevrilir.
Maraqlı orasıdır ki, həmin “oyundankənar vəziyyət” elə
bir vəziyyətdir ki, oyun dayandırılmır, həyat öz təbii axarı ilə
gedir və yad milli-mədəni məkanda ömür-gün keçirən bu insan
özününkünə özgələşərək, özgəninkinə özününküləşmirsə, yəni
278
“dəyirmançı olub dən çağırmırsa”, get-gedə özünü arabanın be-
şinci təkəri kimi dərk etməyə başlayır. Məsələni o da qəlizləşdi-
rir ki, içində yaşadığı milli çoxluğun yaratdığı milli-mədəni mə-
kana inteqrasiyanın vacibliyini dərk edən milli azlıq öz növbə-
sində mənsub olduğu millətin milli-mədəni məkanına qırılmaz
tellərlə bağlıdır.
Etiraf edək ki, Gürcüstanda yaşayan azəri türkü əsasən
Azərbaycanla həmsərhəd rayonlarda yaşadığı üçün özünü, ilk
növbədə mənsub olduğu milli-mədəni məkanının ayrılmaz his-
səsi, belə demək mümkünsə, dövlət sərhədindən kənarda yaşa-
yan sakini kimi dərk edir. Başqa sözlə, o, vətəndaş kimi gürcüs-
tanlıdır, millət kimi azəri türküdür. Faktiki olaraq, onun mən-
sub olduğu milli-mədəni məkandan ayrılıb başqa milli-mədəni
məkana qovuşması siam əkizlərini cərrahiyə yolu ilə ayırıb
başqa adamla birləşdirmək kimi bir şeydir. Amma onun dil
sərhədini dəf edib, dediyim kimi, daxilində bulunduğu məkanla
ünsiyyətdə olması, orada gedən proseslərdə vətəndaş kimi işti-
rak etməsi mümkün və vacibdir.
Söz düşmüşkən, həmin milli-mədəni məkan həm Gürcüs-
tanda, həm də Azərbaycanda son dərəcə vacib ümumvətəndaş
mentalitetinin yaranması yolunda ən böyük əngələ çevrilə bilə-
cək amillərdəndir.
Sözügedən xüsusiyyəti nəzərə alaraq, məncə, həmin Qaf-
qaz dövlətləri bu sahədəki ABŞ və yaxud Avropa standartlarına
arxalanmamalıdırlar. Onlar taleyüklü vətəndaş mentalitetinin
formalaşması yolunda qeyri-ordinar yollar axtarmalı, qeyri-
standart modellər, yerli gerçəklikdən, çoxəsrlik təcrübə və ənə-
nələrdən doğan üsullar tərtib etməlidirlər.
Hələ bizim dövlətlər öz müstəqilliklərini bərpa etməmiş-
dən xeyli əvvəl Azərbaycanın böyük şairi Səməd Vurğun buyu-
rurdu ki, biz təkcə bir-birimizin qonşuluğunda deyil, həm də
bir-birimizin içində yaşayırıq.
Tbilisidə bir hektar yerdə həm xristian kilsəsi, həm müsəl-
man məscidi, həm də yəhudi sinaqoqu yan-yana durur və dinc
Dostları ilə paylaş: |