272
nağımdır. Mən onu qonaq kimi sağ-salamat yola salacam. Bir də
dağda-daşda rastıma çıxanda, qardaş qanını layiqincə alacam...”
Beləliklə, yenə el və fərd qarşıdurması yaranır. Son nəti-
cədə fərd bu qarşıdurmaya qurban getsə də, onun iradəsi qırıl-
mır. Burada onu da qeyd edim ki, gürcü təfəkkürünün inkişaf
tarixində Şota Rustaveli dünyagörüşü ucalığı olduğu kimi, Vaja
Pşavella yaradıcılığı da özünəməxus bir zirvədir. Zirvədə olan-
ları görmək üçün isə hökmən zirvəyə qalxmaq lazımdır. Vərdiş
edilmiş yoldan dönüb zirvəyə sarı üz qoymaq isə cəfa və daxili
əzab-əziyyət tələb edir.
Fikrimcə, müasir gürcü mədəniyyətini bu və ya digər
sahələrdə təmsil edən gənc nəslin bir çox nümayəndələri məhz
eqzistinsial yola meyil edirlər. Həmin nəslin nəzərdə tutulan
nümayəndələri öz mədəni keçmişlərinə yeni gözlə baxmağa,
onu bir daha nəzərdən keçirməyə, kütlə – fərd problemini bir
daha gündəlik məsələyə çevirməyə cəhd edirlər.
Gürcü milli mentalitetinin
daha bir cizgisi
Gürcü milli mentaliteti barədə yazarkən, bu millətin həyat
tərzində mühüm rol oynayan bir məqama da toxunmalıyıq.
Gürcüstan öz coğrafi durumuna görə uzunmüddətli tarixi
ərzində ara-sıra ətrafdakı müsəlman ölkələrinin təzyiqinə və
işğalına məruz qalırdı. Belə hallarda o, yadellilərə qarşı həmişə
eyni silaha – öz xristian məzhəbinə əl atırdı və həmişə də
istədiyi nəticəyə bu və ya digər dərəcədə nail olurdu. Bununla
da o, öz milli-mədəni və dövlətçilik funksiyasını qoruyub saxla-
ya bilirdi.
Xristianlığın sayəsində vətəni, dövlətçiliyi, milli-mədəni
sahəni və etnik özünəməxsusluğu pis-yaxşı qoruyub saxlayan
gürcülər XIX əsrin əvəllərində onunla həmməzhəb, həmxaç olan
rusların qarşısında tab gətirə bilmədi. Rusa qarşı müqavimət gös-
tərərkən gürcü padşahı xalqı xaçı qorumağa qaldıra bilməzdi.
273
Magiavi xarakterli çağırış: “Ayə, qoymayın, müsəlman
gəldi, xristian dinini məhv edəcək!” bu dəfə belə səslənə bilər-
di: “Hoydu, qoymayın, xristian gəldi, xristian dinimizi məhv
edəcək!!! Yəni xristianlığı xristianlıqdan qoruyun! Sözsüz ki,
müdrik gürcü padşahı belə ziddiyyətli çağırış etməzdi. Həm də
ki, xaçpərəst qonşu güya xaçı hilaldan qorumağa gəlmişdi...
Əslində isə...
Gürcü-xristian ideologiyası həmməzhəb ekspansiyasının
qarşısında aciz qaldı, nəticədə gürcü xalqı iki yüz ildən çox bir
müddət ərzində öz milli-mədəni məkanında yaşayarkən dövlət-
çilik funksiyasından məhrum oldu.
Funksiyasız qalan gürcü zadəganları öz funksiyalarını ay-
rı-ayrı toplantılarda, müxtəlif məclislərdə, son nəticədə uzun-
müddətli süfrə arxasında tapdılar. Başqa sözlə, onlar öz əvvəlki
funksiyalarını indi süfrə axasında emitasiya etməyə, funksiya
xülyası yaratmağa başladılar.
Məclis əhli real həyatdakı dövlət başçısını əvəz edən və
idarəetmə illüziyasını yaradan masabaşı, tamada seçdi. Beləlik-
lə, tamada institutunun təməli qoyuldu və pafosla səciyyələnən
uzun-uzadı sağlıqlar deyilə-deyilə həmin institut günbəgün tək-
milləşməyə başladı. Tamada normativlər verir, süfrə arxasında
davranış qaydalarını müəyyənləşdirir, ona nəzarət edir, fəal mü-
tiliklə seçilən həmsüfrələrini yeri gəldikcə mükafatlandırır, öz-
başınalıq edənləri, məclisə şuluq salanları cəzalandırır, belələri-
nə cərimə olaraq əlavə şərab içirdir. Əvvəlki nazir-vəzir, ikinci-
dərəcəli məmurlar əvəzinə süfrə arxasındakı adamlardan daha
nüfuzlularını tamada müavini “vəziəsinə” təyin edir. Sözün
kəsəsi, hər şey dövlət strukturunda, yəni sarayda olduğu kimi
baş verir, süfrə, şah sarayının mini variantina çevrilir.
Millət üçün real iş görmək əvəzinə, millət vəsf olunur,
xalqın adı çəkiləndə, hamı ayağa qalxır, bununla da ona ülvi
məhəbbət və ehtiram nümayiş etdirilir. Torpaq, vətən uğrunda
da beləcə ayağa duraraq mədhlə dolu sağlıqlar deyilir və iri qə-
dəhlərdən içilir. Əcdadlar hamılıqla yad edilir, onların əziz xati-
274
rəsinə son dərəcə həyəcanlandırıcı saglıq deyilir və and içilir ki,
ulu əcdadların layiqli varisləri olacaq, onların üzünü daim ağ
edəcəklər.
Burada onu da qeyd edək ki, öz əhəmiyyətinə görə sağlıq-
ların ardıcılığına ciddi riayət olunur. Məsələn, keçmiş yad edi-
ləndən sonra gələcəyin qeydinə də “qalırlar”. Gələcəyin eşqinə
pafoslu və olduqca nikbin, ümüdverici sağlıqlar deyilir, körpə-
lərə xoşbəxt gələcək, açıq səma arzu olunur...
Bir sözlə, süfrə aləmi gerçək aləmi əvəz edir, sağlıqlar
real işlərin yerini tutur və qəribə bir həyat illüziyası yaranır.
Gerçəklikdə əldən gedən dövlətçilik funksiyası süfrədə tamada
və sağlıqlar vasitəsi ilə “bərqərar edilir”, vətənin “qayğısı
çəkilir” və strateji işlər əvəzinə dua xarakterli vədverici nitqlər
söylənilir.
Beləliklə, “ar mədəniyyəti”ni təmsil edən xalq tərəfindən
göz bəbəyi kimi qorunan milli-mədəni məkan daxilində yeni bir
xülyavi milli-mədəni məkan yaranır. Amma burada onu da
qeyd etmək lazımdır ki, get-gedə rituallaşan məclisdaxili dav-
ranış qaydaları və sağlıqların ifa forması, sonradan milli-mistik
xarakter kəsb edir.
Maraqlıdır ki, indisini itirən həmin cəmiyyətə əfsanələr,
əsatirlər, uzaq tarixi keçmişlər reallıqdan daha canlı gerçək ki-
mi görünür. Əsl gerçəklik danılır və məcburən indiyə qay-
tarılmış şanlı keçmiş təkrar-təkrar bu günün yerini tutur. Mifik
qəhrəmanlar, tarixi personajlar canlanır və canlı adamlardan
daha “fəal” olaraq şüurlara hakim kəsilirlər. (Etiraf etməliyik
ki, analoji hal, süfrə arxasında olmasa da, biz azəri türklərinə də
xasdır. Koroğluya, Babəkə, Cavanşirə və başqa tarixi qəhrə-
manlara olan sırf mifik münasibətlərimizi bu yerdə tərəddüd
etmədən nümunə kimi göstərmək olar).
Dostları ilə paylaş: |