229
dim dövrdə əmələ gəldiyini və ya ümumiyyətlə, millətlərin baş-
lanğıcını görməyə əsas vermir.
XX əsrin 60-cı illərindən vüsət almağa başlayan nəzəriy-
yələrə görə etnogenezis, milli kimlik və millətçilik bir qurma-
dır, inşa edilir, konstruksiya olunur. Bu konstruksiyanı hazırla-
yanlar intellektuallar və siyasi liderlərdir. Bu, milli konstruksi-
yanın kökündə müəyyən qədər əsaslı, daha çox isə uydurma
olan, düzəldilən tarixi miflər dayanır. Sonra bunlara yavaş-
yavaş yeniləri əlavə olunur: milli dil, bayraq, himn, gerb, milli
bayramlar və s. Ümumiyyətlə, xalqların kimlik, özünüdərk tari-
xini yazarkən, dərinlərə getdikcə təhriflər artır.
Bir qrup insanları birləşdirmək va ya başqa qrup insanları
təcrid etmək məqsədi ilə siyasi liderlər kollektiv kimliyi dəyişdi-
rir, onu manipulyasiya edir. Bu işdə “məsələni əsaslaşdıran”, işin
memarları və inşaatçıları intellektuallardır. Burada dil nəzəriy-
yələri, tarixə yeni baxış və təhsil sistemi əsas instrumentlərdir.
Şübhəsiz ki, ən maraqlı cəhətlərdən biri də dini kimliklər-
lə milli kimliklərin bir-birini gücləndirməsi, bəzən də zəiflət-
məsidir. Maraqlıdır ki, güclü və ya iddialı xalqlar yeni dini
qəbul edərkən öz etnik kimliklərini və siyasi maraqlarını ortaya
qoyub bir dini təftiş edir. Bizansda ortodoks xristianlıq, İranda
şiəlik, ermənilərdə monoteizm kimi cərayanlarn möhkəmlən-
məsi deyilənləri nümayiş etdirə bilər.
Hal-hazırda yeni Avropa kimliyi yaranmaqdadır. Lakin
bu, asan deyil. Avropa konstitutsiyasının qəbul olunmasındakı
uğursuzluqlar, Böyük Britaniyanın kənarda durması və s. Mi-
sallar Avropa kimliyinin inşasında xristianlıqdan əlavə yeni
ideyalara, miflərə və rəmzlərə ehtiyac hiss olduğunu göstərir.
Amerika Birləşmiş Ştatlarının tarixi avropalıların oraya
köç etməsindən başladı. Bundan sonra Amerika tarixi koloniza-
siya, sonra müstəqillik uğrunda mübarizə, sonra Şimal-Cənub
müharibəsi və s. kimi dövrlərə bölündü. Yaxud türklərin Kiçik
Asiyada tarixi ilə bağlı sxemə baxaq: türklərin bu ərazilərə gəli-
şi, sonra Səlcuqlar, bəyliklər, Osmanlı, Türkiyə Cümhuriyyəti...
230
Ancaq Bizans tarixinin və daha qədimlərin Bu türk tarixinə
dəxli yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan tarixinə (Azər-
baycan xalqının tarixinə) baxsaq, sual yaranır ki, bu tarix
Manna, Midiya, yoxsa Türk Xaqanlığından başlanmalıdır? Bu
məsələ bu gün də arasıkəsilməz mübahisələrin və barışıq yolu
olmayan söz-qələm davasının kökündə durur.
Fərdin milli kimliyi qəbul etməsi onu müəyyn dərəcədə
məhdudlaşdırsa da, müəyyən ayrılıq, özgəlik, nifaq ünsürlərini
gücləndirsə də, bu mənsubiyyətin üstünlükləri də var. Maraqlı
miflər, tarix, ədəbiyyat və mədəniyyət qorunur, kimlik böhranı
yaranmır,müəyyən müqavimət gücü artır.
Etnogenezis və milli kimlik mövzusu o qədər rəngbə-
rəng, o qədər qəribədir ki, o qədər nəzəriyyələr var ki, bəyən-
mək və ya mübahisə etmək üçün geniş meydan açılır. Avropa-
da, Amerikada bu sahədə onlarla elmi jurnallar ciddi fəaliyyət
göstərir. Yüzlərlə konfrans materialları və monoqrafiyalar mey-
dandadır, xüsusən son onillikdə fundamental tədqiqat əsərləri
yazılıb. Eric Hobsbawm, Benedict Anderson? Hans Kohn, John
Armstrong, Ernest Gellner, Anthony D. Smith, Hugh Seton-
Watson, Thomas H. Ericsen, Paul James, George White, Pat-
rick Geary kimi alimlərin tədqiqatları millət, millətçilik, etno-
genezis, milli kimlik məsələlərinin tədqiqində, yeni fikir və
cərəyanların formalaşmasında mühüm rol oynamaqdadır. Vaxt
qıtlığı bu məsələlərə dərindən baş vurmağa imkan vermir.
Bu mövzuya müxtəlif formalarda, daha konkret məsələlər
ətrafında, yəqin ki, dəfələrlə qayıdacağıq. Ona görə, Süleyman
müəllimin bu mövzunu müzakirəyə gətirmək təşəbbüsünü
alqışlamaq lazımdır.
Buyurun Süleyman müəllim!
231
SÜLЕYMАN SƏRDАR оğlu ƏLIYАRLI
18 dеkаbr 1930-cu
ildə Kаryаgin (indiki Bеy-
ləqаn) rаyоnunun Şаhsе-
vən kəndində dünyаyа gə-
lib. Оrtа məktəbi dоğulub
böyüdüyü kənddə bitirib.
1948-ci ildə Аzərbаycаn
Dövlət Univеrsitеtinin tа-
riх bölümünə dахil оlub.
Birinci kursdаn sоnrа Mоskvа Dövlət Univеrsitеtinə köçü-
rülüb. Ali təhsilini 1954-cü ildə fərqlənmə diplоmu ilə bitirib.
5 il Аzərbаycаn ЕА Tаriх İnstitutundа çаlışıb. 1956-59-cu
illərdə аspirаnturаda təhsil alıb. Аspirаnturаnın sоn kursun-
dаn Bаkı Dövlət Univеrsitеtinin Аzərbаycаn tаriхi kаfеdrаsı-
nа müəllim vəzifəsinə dəvət еdilib. Bu günə qədər həmin
kаfеdrаdа çаlışır. 1978-2001-ci illərdə həmin kаfеdrаnın
müdiri olub.
1962-ci ildə tаriх еlmləri üzrə nаmizədlik, 1976-cı ildə
isə dоktоruq dissеrtаsiyаıarı müdаfiə еdib. 1965-ci ildən
dоsеnt, 1980-ci ildən prоfеssоr еlmi adını alıb.
150-dən artıq elmi əsərin, o cümlədən 12 mоnоqrаfiyа
və kitаbın müəllifidir. Bunlаrdаn 7-si хаrici ölkələrdə çаp
еdilmişdir. “Mənim həyаt kitаbım” adlandırdığı 870 səhifəlik
«Аzərbаycаn tаriхi» əsərinin I cildi 1996-cı ildə nəşr edilib.
Еlmi araşdırmalarını hər zаmаn kоnyukturаdаn uzаq
tutmаğа və Аzərbаycаnın tаlеyüklü milli prоblеmləri ilə uz-
lаşdırmаğа çаlışıb. 1969-cu ildə Аzərbаycаnın Rusiyаyа guyа
könüllü birləşməsi tеzisinə qаrşı çıхаrаq, оnun hərbi işğаl
еdilməsini, Rusiyа mеtrоpоliyаsının iqtisаdi müstəmləkəsinə
çеvrildiyini yаzdığına görə Аzərbаycаn KP-nın təqiblərinə
məruz qаlıb. 1983-84-cü illərdə Аzərbаycаn еtnоgеnеzinin
ümumtürk tаriхi köklərə dаyаndığını аrаşdırаrаq çаp еtmiş,
Dostları ilə paylaş: |